Artsvi Baxçinyan

Artsvi Henriki Baxçinyan (erm. Արծվի Բախչինյան; 21 yanvar 1971, İrəvan) — Ermənistan filoloqu, kinoşünası, yazıçısı, ermənişünası, filologiya elmləri doktoru.[1]

Artsvi Baxçinyan
Doğum tarixi 21 yanvar 1971(1971-01-21) (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti tarixçi, tərcüməçi, leksiqraf, film tənqidçisi[d]
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d] (1996)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Artsvi Henriki Baxçinyan 21 yanvar 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1993-cü ildə İrəvan Dövlət Universitetinin erməni dili və ədəbiyyatı fakültəsini bitirmişdir.[2] O, uzun illərdir ki, erməni incəsənəti və mədəniyyətini araşdırır. Baxçinyan 1993-cü ildə "They are Armenian by origin" adlı ilk kitabını nəşr etdirmişdir. Kitabda xarici ölkələrdə yaşayıb-yaratmış ermənilərin qısa tərcümeyi-halı öz əksini tapmışdır. Kitabın ikinci, yenidən işlənmiş və genişləndirilmiş nəşri 2002-ci ildə dərc edilmişdir. Baxçinyan 2001-ci ildən "FIPRESCI"-nin Ermənistan bölməsinin vitse-prezidenti, beynəlxalq kinofestivalların münsiflər heyətinin üzvüdür. 2004-cü ildə təsis olunduğu gündən İrəvan Beynəlxalq "Qızıl ərik" kinofestivalı ilə əməkdaşlıq edir. Baxçinyan "ReAnimania" kinofestivalının münsiflər heyətinin koordinatorudur.[3]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Ədəbiyyat üzrə Vahan Təkəyan mükafatı (2019).[4]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Ծագումով հայ են (They are Armenian by Origin), 1993
  • Նապոլեոն Բոնապարտը եւ հայերը (Napoleon Bonaparte and the Armenians), 2003
  • Հայաստան-Սկանդինաւիա. պատմա-մշակութային առնչություններ (՚Armenia-Scandinavia: Historical-Cultural Connections), 2003
  • Հայազգի գործիչներ (Prominent Armenians from Ancient Times to the Present), 2002
  • Հայերը համաշխարհային կինոյում (Armenians in World Cinema), 2004
  • Armenia-Sweden: Historical-Cultural Connections, 2006
  • Հայերը համաշխարհային պարարվեստում (Armenians on the International Dance Scene), 2016[5]
  • Այլաստանցի Մուչիկ հայաստանցին (Mucik of Armenia, the Outlander), 2017 (translated into Russian, 2019)
  • Հնազը Ճահճավան քտա-ից (Hinaz from the Swamp-Urban-Type Settlement), 2019.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Artsvi Bakhchinyan compiles the stories of Armenians past and present, far and near// The Armenian Reporter, April 18, 2009 Arxivləşdirilib may 23, 2010, at the Wayback Machine
  2. "Biography". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
  3. "Archived copy". 2011-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
  4. "Տեղի ունեցավ «Վահան Թեքեյան» ամենամյա մրցանակաբաշխությունը. Մայիսի 31, 2019". 2020-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  5. "(in Russian) О вкладе армян в мировое танцевальное искусство/Ашот Григорян. Еркрамас, 2016". 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]