Artur Tüdor (20 sentyabr 1486[1], Uinçester[2] – 2 aprel 1502[2][3][…]) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin ilk övladıdır. İngiltərə taxtının varisi olsa da, atasından öncə vəfat etmişdir.
Artur Tüdor | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1486[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 aprel 1502[2][3][…] (15 yaşında) |
Vəfat səbəbi | İngilis təri |
Atası | VII Henri[4] |
Anası | Yorklu Elizabet[4] |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Artur Tüdor İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrinin ilk övladı olaraq 20 sentyabr 1486 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. Erkən dünyaya gəldiyi üçün ömrü boyu xəstəliklərlə məşğul olmuşdur. Vəftiz mərasimində "Knight of Bath" (Bath cəngavəri) titulu almışdır. 3 yaşında ikən Uels şahzadəsi, 5 yaşında ikən "Knight of the Garter" (Garter cəngavəri) titullarını aldı.
Kral II Ferdinand və Kraliça İzabellanın qızı olan Araqonlu Ketrinlə uşaq yaşlarında nişanlanmışdı. Bu nikahla əslində iki dövlət arasındakı münasibətlər düzəldilməli idi. Ancaq Ketrinin ailəsi bu nikahı istəmirdi. Bəzi tarixçilər bunun səbəbinin Artur Tüdorun xəstəlikləriylə bağlı yayılan şayiələr olduğunu qeyd edir. Bir müddət qızlarının çox kiçik yaşlarında olduğunu bəhanə gətirən ailə 1501 tarixində qızlarını İngiltərəyə yollamağa məcbur oldu.
Artur Tüdor evliliyin 140-cı günü hələ 16 yaşında ikən anidən vəfat etmişdir. Böyük ehtimalla o dönəmdə İngiltərədə yayılan epidemiyadan vəfat edən Artur Tüdordan sonra taxt vəliəhdi onun kiçik qardaşı Henri oldu. Artur Tüdorun vəfatı ilə İngiltərə aristokratları ispan tərəfdaşlarını itirdi. Bu ittifaqın pozulmaması üçün Araqonlu Ketrin yeni vəliəhd Henri ilə nişanlandı. Nişandan öncə Papa II Yulinin də fikri və xeyir duası alındı. Nəhayət 1509-cu ildə Araqonlu Ketrin özündən 6 yaş balaca olan VIII Henri ilə evləndirildi.