Yorklu Elizabet (11 fevral 1466 və ya 1465[1], Vestminster sarayı, Böyük London regionu[d] – 11 fevral 1503 və ya 1503[1], London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır.
Yorklu Yelizaveta | |
---|---|
ing. Elizabeth of York | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1466 və ya 1465[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 fevral 1503 və ya 1503[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Dəfn yeri | |
Atası | IV Eduard[2] |
Anası | Elizabet Vudvil[2] |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet 11 fevral 1466 tarixində Kral IV Eduardın və Kraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi.
9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi.[3][4]
Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi.[5] Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu. Bundan sonra o İngiltərə taxt-tacına 6 övlad verdi ancaq bunlardan yalnız üçü həyatda qala bildi: Artur Tüdor, Marqarita Tüdor, Henri Tüdor və Mariya Tüdor.