Artyom Çex (13 iyun 1985, Çerkasi) — ukraynalı yazıçı və jurnalist. Ukrayna Silahlı Qüvvələrinin əsgəri kimi o, Donbasdakı müharibədə və Rusiya-Ukrayna müharibəsi iştirakçısı.[1][2][3]
Artyom Çex | |
---|---|
![]() | |
Doğum tarixi | 13 iyun 1985 (38 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | İrina Tsilık |
Uşağı | 1 |
Təhsili | Ukrayna Mədəniyyət və İncəsənət İdarəetmə Kadrları Dövlət Akademiyası |
İxtisası | sosiologiya |
Fəaliyyəti | yazıçı, əsgər |
![]() |
Artyom Çex 1997-ci ildə musiqi məktəbini (fortepiano, gitara, boru) bitirib. 2002-ci ildə Çerkası şəhərində orta məktəbi bitirib. 2002-ci ildən Kiyevdə yaşayıb, 2002–2007-ci illərdə Ukrayna Mədəniyyət və İncəsənət İdarəetmə Kadrları Dövlət Akademiyasında təhsil alıb.[4]
2008-ci ilin dekabr ayından etibarən Çerniqov vilayətinə gedib. Uzun müddət orada yaşayıb.
2012-ci ildə Kiyevə qayıdıb.
2015-ci ilin aprelindən 2016-cı ilin iyulunadək Ukrayna Silahlı Qüvvələrində xidmət göstərib.
Artyom Çexin həyat yoldaşı yazıçı və rejissor İrina Tsilıkdır. Onların Andrey adında bir oğlanları var.[5]
Təhsil aldığı müddətdə rus dilində yazırdı, amma rus dilində heç nə dərc etməyib, müsabiqələrə yazılarını təqdim etməyib.
Universitetin qiyabi şöbəsinə keçən Artyom, ukraynaca yazmağa başlayıb, ilk romanı 2007-ci ildə "Folio" nəşriyyatının "Gənclər şəhəri romanı" müsabiqəsinin qalibi olub.[6]
2007-ci ildən o, 16-dan çox kitab yazmışdır, onlardan bəziləri alman, ingilis, polyak, çex və rus dillərinə tərcümə edilmişdir.[7][8]