Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı.
Ziya Ağa | |
---|---|
Ziya Səbuhi oğlu Ağa | |
Doğum tarixi | 16 mart 1991 (33 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Səbuhi Ağayev Asəf oğlu |
Anası | Zəhra Ağayeva Abdulla qızı |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Boyu | 180 sm |
Çəkisi | 80 kq |
Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb.
Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb. Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Xalq artisti Azər Paşa Nemətovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və hazırda bir neçə tamaşalarda ifa edir.2019-cu ildə əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin dəvəti ilə Azərbaycan Dövlət YUĞ Teatrına dəvət olunub və hazırda orda çalışır.
2019-cu ildə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Bulmuşam həqqi…" adlı ədəbi-bədii musiqi proqramında aktyor kimi çıxış edib.
2019-cu ildə Moskvada keçirilən "QİTİS-ustad dərsi" festivalında "Otello əfsanəsi" mistik ballada janrında olan tamaşada göstərdiyi yaxşı performansa görə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi seçilib.
2020-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin xüsusi proqramlar və xüsusi layihələr departamentinin direktoru vəzifəsinə dəvət olunaraq bir müddət bu vəzifədə çalışıb. Daha sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru vəzifəsinə təyin olunub (2020–2021)
2020-ci ildə[1] və 6 may 2023-cü ildə[2] Prezident mükafatına layiq görülüb.
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Tıq-Tıq xanım | Nağılçı | 2015 | Vidadi Həsənov | Abdulla Şaiq |
Yasəmən ağacı | Müəllif | 2016 | Vidadi Həsənov | Natiq Məmmədli |
Zorən təbib | Sqanarel | 2017 | Vidadi Həsənov | J. B.Molyer |
Dəli yığıncağı | Doktor Lalbyuz | 2017 | Fikrət Məlikov | Cəlil Məmmədquluzadə |
Hərə bir qəhrəman oldu | Qəhrəman | 2018 | Gümrah Ömər | Qan Turalı |
Bir günəş altında | Person | 2017 | Caryne Chapman Clark | Caryne Chapman Clark |
Otello əfsanəsi | Otello | 2018 | Gümrah Ömər | Vilyam Şekspir |
Tiran Edip | Edip | 2020 | Mikayıl Mikayılov | Sofokl |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Tıq-tıq xanım | Tülkü | 2016 | Vidadi Həsənov | Abdulla Şaiq |
O, mənimdir | "Fənərçi" və 4 nəfərdən biri | 2016 | Gümrah Ömər | Antuan de Sent-Ekzüperi |
Bir gecənin nağılı | Namiq | 2018 | Vidadi Həsənov | Rövşən Ağayev |
"İnstinkt" | Fotoqraf | 2022 | Vidadi Həsənov | Vidadi Həsənov |
"Yad Qadının məktubu" | Yazıçı | 2023 | Vidadi Həsənov | Stefan Sveyq |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Üçüncü | Baba | 2017 | Slavomir Mrojek | Pərviz Məmmədrzayev |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
"Çipollino | Xəfiyyə | 2017 | Əlif Cahangirli | Canni Rodari |
"Bir, iki, bizimki" | O | 2018 | Əlif Cahangirli | Kamal Abdulla |
"Sinif yoldaşları" | Dimitri | 2018 | Azər Paşa Nemətov | Yuri Polyakov |
"12-ci gecə və ya hər nə istəsəniz" | Ser Endryu Eqyuçik | 2019 | Azər Paşa Nemətov | Vilyam Şekspir |
"İsgəndərə yeni namə" | İsgəndər Zülqərneyn | 2021 | Mehriban Ələkbərzadə | İlqar Fəhmi |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
"Mənəm mən… | Seyid Əli | 2019 | Mehriban Ələkbərzadə | İlqar Fəhmi |
"Şəbədə" | Əsgər bəy | 2022 | Gümrah Ömər | Mirzə Fətəli Axundzadə |