Asəf İskəndərov

Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016).[1]

Asəf İsgəndərov
7 aprel 2005 – 28 mart 2016
ƏvvəlkiMirzə Ağa Bağırov
SonrakıNatiq İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1941(1941-02-05) (83 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri Lənkəran Dövlət Universitetinin rektoru(2005-2016)

Təltifləri "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2000"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2008
"Xalqlar dostluğu" ordeni"Şöhrət" ordeni

Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir.

1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir.

Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.

2008-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə professor Asəf İsgəndərova Əməkdar elm xadimi fəxri adı verilmişdir.

Təhsili, elmi dərəcə və elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1967, f.-r.e.n, "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri", MDU
  • 1978, f.-r.e.d. "Parabolik və elliptik tənliklər üçün tərs məsələlər"
  • 1973, Dosent
  • 1980, Professor
  • 1986-cı ildə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur,
  • 2000-ci ildə Əməkdar müəllim,
  • 2008-ci ildə Əməkdar elm xadimi.
  • 2016-cı ildə Şöhrət ordeni ilə təltif olunmuşdur,

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1967–1973-cü illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifzsində çalışıb.
  • 1973 – kafedra müdiri, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, BDU,
  • 2005–2016, Lənkəran Dövlət Universitetinin rektoru,
  • 2006–2015, AMEA – nın Lənkəran Reginal Elmi Mərkəzinin sədri, Apardığı dərslər: Optimallaşdırma üsulları, İqtisadi təhlildə optimallaşdırma üsulları, Paylanmiş parametrli sistemlərin optimal idarəolunmasi. 160 elmi məqalənin, 50-ə qədər elmi-ictimai-populyar məqalə və 6 kitabın müəllifidir. 3 dəfə DAAD, 2 dəfə İNTAS-ın qrantını almışdır.

Elmi-tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Riyazi- fiziki tənliklərlə təsvir olunan proseslərin optimal idarəolunmasi, tərs məsələlər

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı:

  • 1. Mathematical Modeling and applied mathematics". International IMAGS conference, 18–23 Cune, 1990, Moscow.
  • 2. "National Conference on environmental pollution's ", 16–18 Cune, 1999, Islamic Azad University of Ardabil.
  • 3. International Conference "Inverse problems: Modeling and Simulation", Fethiye, Turkey, 2004.
  • 4. Proceedings of International Conference "Inverse and ill-posed problems", Novosibirsk, 2002.
  • 5. 6th international ISAAC Congress held in Ankara, Turkey, report in the conference, 13–18 august. 2007.
  • 6. Inverse and ill-posed problems of mathematical phusics, Novosibirsk, Russia 20–25 august 2007.
  • 7. The International conference "Inverse problems: Modeling and Simulations" held on may 26–30, 2008 Fetiye Turkey.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Обратная задача для линейной системы параболических уравнений. ДАН России, 2008, № 10, стр. 381–386.
  • 2. Numerical identification of unknown coefficients of elliptic type equation. Abstracts of the International conference "Inverse problems: Modeling and Simulations" held on may 26–30, 2008 Fetiye Turkey Edited by H. T. Banks e.s., 79–80 p.
  • 3. Special identification problem for elliptic equations. 6th international ISAAC Congress held in Ankara, Turkey, report in the conference, 13–18 august. 2007.
  • 4. Variation method of solution of inverse problem for elliptic equation. Inverse and ill-posed problems of mathematical phusics, Novosibirsk, Russia 20–25 august 2007.
  • 5. Optimal control problem with un bounded potential for multi-dimensional non-liner non-stationer Shrodinger equation. Proceedings of Lenkaran State University, 2007, pp. 1–51
  • 6. Identification problem for nonstatioanon Shrodinger equation. Prosidings of the Lenkoran State University, 2005, pp. 5–26
  • 1993, 2002, Optimallaşdırma üsulları
  • 2003. 2016, Optimallaşdırma üsulları. Misal və məsələlər.
  • 2013, İdarəetmə sistemləri
  • 2012, Идентификация квантовых потенциалов
  • 2014, Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi
  • 2003, İqtisadi-ekoloji sistemlərdə xaos prosesinin təhlili

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]