Cəngəmiran

CəngəmiranAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Cəngəmiran
38°45′35″ şm. e. 48°26′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.105 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1419 (2009) nəfər
Xəritəni göstər/gizlə
Cəngəmiran xəritədə
Cəngəmiran
Cəngəmiran

Əhalisi 1419 nəfərdir.[2]

Cəngəmiran kəndi dağlıq ərazidədir. Yerli əhali tərəfindən Canqamiyon adlandırılır ("canq"-vuruş, döyüş, "miyon"-meydan komponentlərinin birləşməsi kimi "döyüş meydanı" mənasında izah edilir).[3]

Lerik rayonunun Lerik şəhərindən 1 km aralıda yerləşən kənd dağlıq ərazidədir. Cəngəmiran kəndi Talış mahalının ən qədim kəndlərindən biridir. Cəngəmiran kəndinin adı tarixi mənbələrdə XII əsrdən bu yana cəkilir. Orta əsrlərdə buradan şərq ölkələrinə karvan yolu olmuşdur. Bəzi tarixçilərin yanlış olan və təsdiqini tapmayan fikirlərinə görə Cəngəmiran kəndinin (talış dilindən tərcümədə Canqəmiyon-döyüş meydanı, döyüş meydanının mərkəzi) adı Əmir Teymurun qoşunu ilə gedən müharibələrə görə verilmişdir.

Digər tarixçilərin fikrincə isə bu kəndə Canqəmiyon adı məhz Babəkin ərəb işğalçılarına qarşı Talış dağlarında apardığı döyüşlərdən birinin məhz bu kəndin ərazisində baş verdiyinə göre verilmişdir.

Mənim fikrimcə isə ikinci variant daha ağlabatandır, çünki tarixdən də bizə məlumdur ki, Teymurlanq HEC VAXT Talışda müharibə etməyib, əksinə, Talışa dostluqla gəlib və Talışı öz dövlətinin tərkibinə qatmaq üçün müqavilə bağlayıb. Teymurlanqın Talışa gəlməsi həmişə xoş qarşılanıb, bunu fransız tarixçisi Marsel Brionin Əmir Teymur haqqında yazdığı tarixi əsərindən də görmək olar.

Amma əksər mənbələrdə Babəkin məhz Talış dağlarında ərəblərə qarşı apardığı AZADLIQ mübarizəsi qeyd edilir və bəzi rəvayətlərə əsasən Babəkin məhz Canqəmiyonda ərəb qoşunu ilə döyüşməsi deyilir.

Deməli bu kəndə Cəngəmiran (Canqəmiyon) adı məhz Babəkin dövründə, yəni IX əsrdə gedən döyüşə görə verilmişdir. XVIII əsrdə, Talış xanlığının dövründə buradan Rusiya ilə əlaqə saxlanılırdı. Dırığ hakimlərinin igamətgahıda məhz bu kənddə idi.

Cəngəmiran kəndi çox səfalı və mənzərəli yerdir. Kənddən qırağda yerləşən qəbristanlığ sübut edir ki, bu kəndin tarixi çox qədimdir. Tarixi mənbələrdən bizə aydın olur ki, cəngəmiranlılar döyüşkən tayfa olmuş, hərb sənətinə yiyələnib, onu yaxşı mənimsəmişlər. Bu barədə istənilən qədər tarixi faktlar var.

Xəlifə Zəkəriyyə

[redaktə | mənbəni redaktə et]

Cəngəmiran kəndinin 1 kilometrliyində yerləşən, maddi mədəniyyət nümunələri ilə zəngin Xəlifə Zəkəriyyə qəbristanlığının tarixi son tunc-erkən dəmir dövrünə aid qəbirlər mövcuddur. Azərbaycan tarixinin araşdırılmasında əsaslı dəlillər verən abidələr sırasında qədim heykəllər xüsusi yer tutur. Bu ərazidəki qoç fiqurlu və insan başına bənzər heykəllərin əksəriyyətinin son tunc – erkən dəmir dövrünə aid olduğu bildirilsə də aralarında qızılbaşların da qəbirlərinin olduğu deyilir. Burda hətta ikikameralı qəbirlərdə var ki, onlarla bağlı da tədqiqat lazımınca və davamlı şəkildə aparılmayıb, buna görədə hələlik abidə haqqında tam və qaneedici nəticə əldə edilməyib. Qəbiristanlıqda vaxtı ilə ondan artıq bu tip heykəllər olsa da, uzun illər sovet dövründən baxımsız qalmış, onlardan yalnız bir neçəsi bu günümüzə qədər qorunub saxlanılmışdır. 2011-ci ildən Nazirlər Kabinetinin xüsusi qərarı ilə Cəngəmiran kəndindəki bu abidələr xüsusi mühafizə altına alınıb və hazırda qorunmaqdadır.

Qarabağ şəhidləri

[redaktə | mənbəni redaktə et]

Zəngin tarixi keçmişi, gözəl adət ənələri, rəngarəngliyi ilə həmişə seçilən Lerik Cəngəmiran kəndi zamanın ən amansız sınaqlarından belə uzu ağ, alnıaçıq çıxmışdır. Bu torpaq tariximizin qəhrəmanlıq səlnaməsini yaradan cəsur oğullarımız sırasında bu kəndin övladları az olmamışdır. Bu gün 7 nəfər Qarabağ şəhidinin uyuduğu Xəlifə Zəkəriyyə qəbiristanlığı ağrımız, nisgilimiz olsa da həm də qurur mənbəyimizdir.

1. Həmidov Həmid İsaq oğlu

2. Məmmədov Bakir İxtiyar oğlu

3. Rufullayev Elmas İbrahim oğlu

4. Qafarov Fuad Xansuvar oğlu

5. Mədətov İsfəndiyar Macir oğlu

6. Nəzərov Qədir Xudabağış oğlu

7. Rəhimov Qorxmaz Gülhəsən oğlu

8. Mikail İbadov Qubad oğlu

İqlimi- mülayim-soyuq quru. Buranın yayı quru, nisbətən sərin olub, qışı mülayim-soyuq, payızı və yazı yağmurludur. Yağmurun müəyyən miqdarı payızın ortalarında və qışda qar şəklində düşür. Qar örtüyünün qalınlığı 70-80 santimetrə çatır. Payızda burada küləklər tez-tez əsir. Bu küləklər bəzən ziyansız ötüşmür. Yanvarda orta aylıq temperatur 0 dərəcədən aşağı, iyulda isə təqribən 25 dərəcədən yuxarı qalxmır. Burada iqlimin quru olmasının əsas səbəbi ərazinin dağlarla əhatə olunması və cənub-qərbdən isti havanın axıb gəlməsidir. Gerontoloq alimlərin fikrincə, Lerikdə insanların uzun ömür sürməsinin əsas səbəbi ecazkar təbiəti ilə bağlıdır.[mənbə göstərin]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.173