Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Asəf Hacıyev.
Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri.[1]
Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur. 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolunun mükafatına layiq görülmüşdür. 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiri vəzifəsində çalışır. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşington, Cənubi Kalifornia, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Hong-Kong City universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır. 2001–2015 — illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən Bakı dövlət universitetinin himayəçilər şurasının üzvüdür.
A. Haciyevin rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuşdur.
1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı elm və təhsil məsələləri komitəsinin üzvü olmuşdur. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilmişdir. 2015-ci ildə QDİƏT PA baş katibi beş il müddətinə seçilmişdir və 2020-ci ildə təkrar daha beş il müddətinə seçilmişdir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.
- Mürəkkəb strukturlu kütləvi xidmət sistemləri üçün yeni idarəetmə nəzəriyyəsi yaradılmışdır. Tələblərin xidmət anlarını gecikdirən xüsusi idarə etmə funksiyası daxil edilmiş və belə funksiyaların daxil edilməsi üçün zəruri və kafi şərtlər aşkar olunmuşdur. İdarə olunabilən kütləvi xidmət sistemlərinin geniş sinfi aşkar olunmuş, tələblərin orta gözləmə müddətini minimumlaşdıran optimal idarəetmə funksiyası tapılmışdır. Alınan nəticələr müxtəlif sahələrdə, nəqliyyat məsələlərində, computer şəbəkələrində, rabitə sistemlərində istifadə olunabilər.
- Naməlum parametrləri artan, xətaların dispersiyalırı fərqli və naməlum olan, bir nöqtədə ancaq bir müşahidəsı mümkün olan regressiya modellərində yayınma vektorunun kovariasiya matrisinin elementlərini qiymətləndirən yeni universal metod yaradılmışdır. Bu metoda əsasən regressiya (xətti və qeyri-xətti) modellərində naməlum parametrlərin sayını qiymətləndirmək və naməlum funksiya ücün etibarlılıq zolağının qurulması üçün yeni yanaşma təklif olunmuşdur. Nəticələr müxtəlif sahələrdə, tibb, biologiya, geologiya və digər sahələrdə verilənlərin statistik analizini aparmağa və lazımı qərarların qəbul edilməsinə imkan verir.
- Müxtəlif alifbalar hərflərinin kompüter klaviaturunda optimal düzülüşü ücün yeni statstik yanaşma təklif olunub. Yanaşmaya əsasən Azərbaycan hərflərinin kompüter klaviaturunda optimal düzülüşü təklif olunub. Optimal düzülüş bu günə qədər mövcud olan düzülüşlərlə müqaisədə əllərə düşən yükü və eyni zamanda mətinlərin yığım vaxtını azaldır. Təklif olunan Azərbaycan alifbasının hərflərinin computer klaviaturunda düzülüşü Microsoftun Windows 8.2 və daha sonraki versiyalarına daxil edilmişdir.
- (1985) Delays minimizing a waiting time in systems with recurrent services. Scandinavian Journal of Statistics. 12, p. 301–307.
- (1989) Статистические оценки в регрессионных моделях с зависимыми ошибками наблюдений. Теория вероятн. применение. т.34, No. 4, с.764–768.
- (1990) On a random walk on a circle. Mathematical Notes. v.47, № 6, p. 140–144.
- (1995) Estimation of unknown parameters and construction of a confidence band for unknown functions in regression models. Mathematical Sciences, v.75, № 6, р.42–50.
- (1999) Управление челночными (Шаттл) системами с случайным объемом. Докл. РАН, Математика. т.380, No.5.
- (2002) On a standard placement of Letters of Azeri Alphabetic on Keyboard. Trans. Azerb. National Acad. Sci. ser. Phys., Mathem., Techn., v.12, No.2, p. 20–25.
- (2002) Control by Delay of a Service Systems. Operation Research, No.1, p. 86–89. Physica-Verlag, Spinger — Verlag. (co-author H. Schmidbauer).
- (2004) Линейные регрессионные модели с растущим числом неизвестных параметров. Докл. РАН, Математика. т.399, No.3.
- (2004) Mathematical theory of regression models with increasing number of unknown parameters. Nonlinear models. Research Report № 1, Lincoln University, Oakland, USA. 10.
- (2005) Statistical Analysis of the Regression Models with İncreasing Numbers of Unknown Parameters. Fern Universitat in Hagen, Seminarberichte aus dem Fachbereich Mathematik, Band 76, p. 133–146.
- (2007) On solving Statistical Problems for the Stochastic Processes by the Sufficient Empirical Averaging Method. Book: Publ. "Birkhauser", Holland, Amsterdam.
- (2009) Probabilistic and statistical approach for a placement of different alphabets on a computer keyboard. Automation control. № 5. (co-author G. Afandiyev).
- (2009) Statistical Approach for finding an Optimal Placement of the Letters of Azeri Alphabet on a Computer Keyboard. Intern. J. Applied and Computational Mathematics. v.8, No.1. (co-authors: A. Abbasov, G. Afandiyev).
- (2010) Mathematical models of moving particles without overtaking. Russian Acad. Sci., Doklady, Mathem., v.79, № 3, с.339–341. (co-authors: Т. Маммadov, H. Jafarova).
- (2010) Ehtimal nəzəriyyəsi və riyazi statistika Ensiklopediyası. Bakı, Elm, 1300s. (həm-müəlliflər: C. Allahverdiyev, H. Əhmədova).
- (2011) A glimpse into Ecological Engineering based Engineering Management. Statistical Approach. International Journal of Management Science and Engineering Management, v.6, No.1.
- (2011) Regression models with increasing numbers of unknown parameters. International Encyklopedia of Statistical Science, Springer. p.p. 1208–1214.
- (2011) Mathematical Models of Moving Particles without Overtaking and Applications for Queues. //Proceeding of the Fifth İntern. Conf. Management Science and Engineering Management, Macau, China. Lecture Notes in Electrical Engineering, Springer. p.p. 139–143.
- (2011) Математические модели движущихся частиц и их приложения. Теория вероятн. ее применения. т. 56, № 3, стр. 579–589. (со-автор: T. Mаммадов).
- (2012) Calculation of queues characteristics with non-stationary input flow. Intern. Journal Electronic modeling, v.34, № 6, p.p. 35–40. (co-author A. Kasumov).
- (2012) Queues with moving servers. Simple vertical transportations. Lecture Notes in Electrical Engineering, Springer. v.2, p.p. 773–785. (co-authors: N. Abdullayeva, F. Ahmadzada).
- (2013) Statistical estimation of reliability in water pipe-line systems. Melioration and water problems. № 2, p. 26–28. (co-author: Y. Rustamov).
- (2013) Mathematical models of moving particles and their Applications. Lambert, Academic Publish, Germany, 134p. (co-author: Т. Маммadov).
- (2013) Approximate evaluation the reliability of CDN on a derivation of excess water from irrigated. Life Science Journal, № 10, p.p. 203–208. (co-author: Y. Rustamov).
- (2013) Risk Analysis in Oil Exploration. Intern. J. Appl. Comput. Mathem. № 1, p. 103–118. (co-author: N. Singpurwalla).
- (2014) Calculation of queues characteristics with non-stationary input flow. Automatic and Computing Technics, Riga, № 2. (co-author: A. Kasumov).
- (2014) A glimpse into Ecological Engineering based Engineering Management. Intern. J. Management Science and Engineering Management. v.9, № 4.
- (2014) Statisticsl Adjustment of the level of ground water by using horizontal drain. News of Science and Education, Sheffield: Science and Education LTD, NR 20 (20). p.p. 26–31. (co-author: Y. Rustamov).
- (2015) On a distribution function and reliability parameters of busy period pump stations during continuos operation. World Journal of Modelling and Simulation. ISSN 1 746–7233, England, UK, Vol. X (XXXX) No. X, p.p. 3–10.
- (2017) Sustainable Agriculture and Food Security: Implications for Innovation Extension. J. Exp. Biol. Agric. Sci., 5, p. 108–115. (co-authors: M. Baig, G. Straquadine, A. Qureshi).
- (2019) Mathematical Models of Lift Systems and their Simulation. Proceedings of 13 ICMSEM. Springer, Ser. Advance in Intelligent Systems and Computing. p.p. 507–519. (co-author: Yu. Belyaev).
- (2019) A multi-criteria decision-making method for urban flood resilience evaluation with hybrid uncertaint… International Journal of Disaster Risk Reduction 04/2019; 36:101140. (co-authors: Z. Li, X. Zhang, Y. Ma, C. Feng).
- (2020) Kolmogorov Stories. Intern. Journal Probab. for Engineering and Informational Sciences. Doi:10.1017/S0269964819000494, p.p. 1–14. (co-author: Yu. Belyaev).
- (2020) Mathematical models of lift systems with various control rules. Gnedenko Forum. RT&A, No. 2(57), Volume 15, June, 2020. (co-author: Yu. Belyaev).
- (2020) Statistical Approach in Ecological Proses. IGI Global Proofing: Handbook of Research on Emerging Developments and Environmental Impacts of Ecological Chemistry 9781799812418. 27/02/2020.
- "Stoxastik idarəetmə və tətbiqi statistika" laboratoriyasının rəhbəri Arxivləşdirilib 2016-06-09 at the Wayback Machine
- İdarəetmə Sistemləri İnstitutu
- QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT ASSAMBLEYASI