Asəf Rəhman oğlu Mütəllimov (2 aprel 1966, Neftçala rayonu – 1993, Mərzili) — "Azərbaycan Bayrağı" ordeni kavaleri[1], Qarabağ müharibəsi şəhidi.[2]
Asəf Mütəllimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Neftçala rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Mərzili, Ağdam rayonu |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Gizir |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Asəf Mütəllimov 1966-cı il aprel ayının 2-də Neftçala rayonunda anadan olmuşdur.
Qarabağ döyüşləri zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. PDM ekipajının mexaniki olaraq və onu digər iki döyüş yoldaşı Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmişdir.
Asəf Mütəllimov 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə həlak olmuşdur. Pirətavan qəbristanlığında dəfn edilmişdir.
Onun və ekipajının "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutması ilə bağlı versiya var. Nəticədə onun ekipajı tərəfindən terrorçu məhv edilmişdir. Bununla bağlı "258 nömrəli PDM-in ekipajı" sənədli film çəkilib.[3]
Neftçala şəhərində küçələrdən biri adını daşıyır.[4]