Azərbaycanda parlament seçkiləri (2015)

Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı .

← 2010  Azərbaycan  2020 →
Azərbaycanda parlament seçkiləri (2015)
1 noyabr 2015
Seçici fəallığı 55.70%
Rəhbər İlham Əliyev Sabir Rüstəmxanlı Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Vətəndaş Həmrəyliyi Partiyası Ana Vətən Partiyası
Tutulan yerlər 7121
Səslər 1 340 770
(47.20 %)
37 561
(1.32%)
28 483
(1.00%)
Dəyişən yerlərin sayı 1 1
Əvvəlki yerlərin sayı
Rəhbər Asim Mollazadə Elşən Musayev Araz Əlizadə
Partiya Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Azərbaycan Demokratik Maarifçilik Partiyası Azərbaycan Sosial Demokrat Partiyası
Tutulan yerlər 111
Səslər 21 044
(0.74 %)
13 279
(0.47%)
11 288
(0.40%)
Dəyişən yerlərin sayı 1 1
Əvvəlki yerlərin sayı
Rəhbər Xanhüseyn Kazımlı Qüdrət Həsənquliyev Fazil Mustafa
Partiya Azərbaycan Sosial Rifah Partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Böyük Quruluş Partiyası
Tutulan yerlər 111
Səslər 22 003
(0.77%)
42 459
(1.49%)
34 156
(1.20%)
Dəyişən yerlərin sayı
Əvvəlki yerlərin sayı

Nəticə Yeni Azərbaycan Partiyası 71 deputatla birinci partiya olaraq konstitusional çoxluğu əldə etdi. 1 seçki dairəsi üzrə təkrar seçkilər keçirildi.

Sonuncu seçkilər

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır.

Seçki Öncəsi

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu.

Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.

Saat 17:00-a olan məlumata əsasən, Milli Məclisə seçkilərdə 2 605 948 seçici (seçici fəallığı 50,1 faiz) səs verib.

Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Bütün exit-poll nəticələri YAP-ın qələbəsini qeyd edib.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin respublika üzrə saat 19:00-a olan seçici fəallığı ilə bağlı yekun məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov məlumat verib ki, ölkə üzrə ümumilikdə seçicilərin 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu isə 55,7 faiz seçici fəallığı deməkdir.

Partiyalar üzrə

[redaktə | mənbəni redaktə et]
Siyasi partiya
Sədr
Səs
Mandat
#
%
+\-
Sayı
+\-
Mandat qazanan
Yeni Azərbaycan Partiyası İlham Əliyev 1 340 770
47.20%
1.72
71 / 125
Bitərəf - 1 450 113
40.50%
3.20
41 / 125
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı 37 561
1.32%
0.63
2 / 125
1
Ana Vətən Partiyası Fəzail Ağamalı 28 483
1.00%
0.39
1 / 125
1
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Asim Mollazadə 21 044
0.74%
0.51
1 / 125
Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev 13 279
0.47%
0.47
1 / 125
1
Azərbaycan Sosial Demokrat Partiyası Araz Əlizadə 11 288
0.40%
0.22
1 / 125
1
Azərbaycan Sosial Rifah Partiyası Xanhüseyn Kazımlı 22 003
0.77%
0.01
1 / 125
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyev 42 459
1.49%
0.46
1 / 125
Böyük Quruluş Partiyası Fazil Mustafa 34 156
1.20%
0.47
1 / 125
Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev 12 043
0.42%
Yeni
1 / 125
Yeni
Vəhdət Partiyası Tahir Kərimli 15 070
0.53%
0.44
1 / 125
1
Vətəndaş Birliyi Partiyası Sabir Hacıyev 13 548
0.48%
0.05
1 / 125
Mandat qazanmayan
Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu 2 746
0.10%
0.22
0 / 125
Azərbaycan Xalq Partiyası Pənah Hüseyn 6 152
0.22%
0.07
0 / 125
Azərbaycan Kommunist Partiyası Hacı Hacıyev 11 426
0.40%
0.11
0 / 125
Azərbaycan Milli Demokrat Partiyası Tufan Kərim 481
0.02%
0.03
0 / 125
Azərbaycan Milli İstiqlal Partiyası Arzuxan Əlizadə 10 526
0.37%
0.60
0 / 125
Azərbaycan Ümid Partiyası İqbal Ağazadə 14 815
0.52%
0.38
0 / 125
1
Böyük Azərbaycan Partiyası Elşad Musayev 2 807
0.10%
0.07
0 / 125
Ədalət Partiyası İlyas İsmayılov 6 507
0.23%
0.30
0 / 125
1
Demokratik Azərbaycan Dünyası Partiyası Əlisahib Hüseynov 3 230
0.11%
0.35
0 / 125
Müsavat Partiyası Arif Hacılı 24 995
0.83%
1.18
0 / 125
Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Mirəlioğlu 11 671
0.41%
0.90
0 / 125
Vətəndaş və İnkişaf Partiyası Əli Əliyev 3 374
0.12%
0.35
0 / 125