Asparagus caspius

Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

Dərman qulançarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, AfrikadaAsiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir. Erkək çiçəklərin uzunluğu 5 mm, boruvari, ağ və yaşılımtıl-sarıdır. Dişi çiçəkləri iki dəfə azdır. İyunun ortalarından çiçəkləyir. Meyvəsi qırmizı rəngli, diametri 8 mm olan giləmeyvədir. Toxumlarla, vegetativ və kökümsovların bölünməsi ilə çoxaldılır.

Kserofit, işıqsevəndir. Çəmənlərdə, çöllərdə, kolluqlarda bitir. Torpaq şəraitinə tələbkardır, yüngül, qumluca və ya gillicə torpaqlara üstünlük verir. Torpağın yüksək turşuluğunu sevmir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qarabağda, Şirvanda, Murovdağda, Alazan-Əyriçayda, Gədəbəydə, Göygöldə, Lənkəranda meşələrdə rast gəlinir.

Qida, dekorativ əhəmiyyətlidi. Qidada cavan, sulu, ətli zoğları istifadə edilir. Qulançarın zoğlarının xoş dadı və nazik qoxusu onda xüsusi maddə - asparagenin olmasına görədir.

  • Asparagus altilis (L.) Asch.
    • Asparagus altilis subsp. oxycarpus (Steven) K.Richt.
    • Asparagus altilis subsp. polyphyllus (Steven ex Ledeb.) K.Richt.
  • Asparagus caspius Schult. & Schult.f.
  • Asparagus caspius Hohen. [Illegitimate]
  • Asparagus collinus Schur [Illegitimate]
  • Asparagus esculentus Salisb.
  • Asparagus fiori Sennen
  • Asparagus hedecarpus Andrews ex Baker
  • Asparagus hortensis Mill. ex Baker
  • Asparagus littoralis Steven
    • Asparagus officinalis var. altilis L.
    • Asparagus officinalis var. campestris Gren. & Godr.
    • Asparagus officinalis var. collinus Nyman
    • Asparagus officinalis subsp. officinalis officinalis
    • Asparagus officinalis var. oxycarpus (Steven) Nyman
    • Asparagus officinalis subsp. polyphyllus (Steven ex Ledeb.) Nyman
    • Asparagus officinalis var. strictus Boiss.
  • Asparagus oxycarpus Steven
  • Asparagus paragus Gueldenst. ex Ledeb.
  • Asparagus polyphyllus Steven ex Ledeb.
  • Asparagus polyphyllus Steven
  • Asparagus sativus Mill.
    • Asparagus scaber var. littoralis (Steven) Nyman
  • Asparagus setiformis Krylov
  • Asparagus tenuifolius Gilib. [Invalid]
    • Asparagus trichophyllus var. medius Bong. & C.A.Mey.
  • Asparagus vulgaris Gueldenst. ex Ledeb.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 313.