Assembler — proqramlaşdırma dili.
Assembler | |
---|---|
Yaradılma tarixi | 1949 |
Fayl sonluğu |
.asm və ya .s [1] |
Vikianbarda əlaqəli mediafayllar |
1952-ci ildə amerikalı qadın Qreys Hopper dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilini yaratdı. Onun adı "assemble" ingilis sözündən götürülmüşdür, "yığmaq", "quraşdırmaq" mənasını verir. O, özündə mnemonik komandalar sistemini (komandaların siyahısı), prosedurlar kitabxanasını və proqram mətnlərini maşın koduna çevirmək üçün xüsusi proqramı birləşdirirdi. MAşın kodunun alınmasının belə proseduru kompilyasiya (ing. compile – "tərtib etmək", "yığmaq"), onu həyata keçirən proqram isə kompilyator adlanır. Bunları da Qreys M. Hopper düşünüb tapmışdır. [2]
Assembler dili digər proqramlaşdırma dillərinə bənzəmir və tamamilə fərqli bir dildir. Assembler dilinin 2-ci nəsil dil olması və 3-cü nəsil dillərin assembler üzərində inkişaf etdirilməsi qətiyyən o demək deyil ki, Assembler dili artıq köhnədir və o istifadə olunmur.
Assembler dili hal-hazırda proqramlaşdırmada çox böyük çəkiyə malikdir və onsuz müasir proqramlaşdırmanı təsəvvür eləmək kompüteri prosessorsuz təsəvvür eləmək kimi bir şeydir. Assembler dili hal-hazırda inkişaf etdirilir, yeni-yeni standartları hazırlanıb test edilir, müxtəlif instutlar, İT şirkətlər tərəfindən.
Assembler dilinin imkanları sonsuzdur(Digər dillərinki isə sonlu).
Misal üçün ancaq Assembler dilində yazılmış proqram ilə Prosessorun xarici və daxili siqnallara cavab reaksiyasın (kəsilmələri) idarə etmək mümkündür. Ancaq assembler dilində yazılmış proqram ilə yaddaşa müraciət rejimlərin(segment:offset , paging) idarə etmək mümkündür.
Assembler hal-hazırda ancaq sistem proqramlaşdırmada istifadə olunur. Assembler dilinə aid çoxlu kitablar və məqalələr mövcuddur, elektron şəkildə və digər formalarda.
Assembler dilində sadələdirilmiş proqram :
.section .data setir: .ascii "Salam dunya \n\0" .section .text .globl _start _start: movl $1,%ebx movl $4, %eax movl $setir, %ecx movl $15, %edx int $0x80 movl $1, %eax int $0x80
İstənilən proqramlaşdırma dilində olduğu kimi Assembler dilinin əlifbasına, translyator tərəfindən qəbul oluna bilən, xüsusi simvollar yığımı daxildir. Bu simvollar yığımı aşağıdakılardır:
Bunlardan başqa Assembler dilinə müəyyən açar sözləri daxildir ki, onlar da proqramda olduğu kimi işlədilirlər.
Assembler dilində müxtəlif tip konstantalardan (sabitlərdən) istifadə olunur:
1. Üç say sistemindən birində verilmiş tam ədədlər:
Məsələn: 0BAH, 06AEh. Birinci simvol mütləq 0-dan 9–a qədər olan rəqəmlərdən birisi olmalıdır ki, o identifikatordan fərqlənsin. Məsələn: 0BAH, 0A6AEh yazılışındakı birinci 0 simvolu verilənlərin identifikotor deyil, onaltılıq ədəd olduğunu göstərir. Qeyd edək ki, mənfi onluq ədədlər proqramda adi qaydada (məsələn –56), mənfi ikilik və onaltılıq ədədlər isə tamamlayıcı kodda göstərilir. Məsələn: – 89 ədədi tamalayıcı kodda 10100111b və 0A7h kimi yazılır.
2. Simvol və ya sətr (literal və ya sətr) konstantları – apostrof və ya dırnaq işarələri arasında yazılan istənilən simvollar ardıcıllığıdır.
3. Sürüşkən nöqtəli ədədlər. Intel prosessorlarında sürüşkən nöqtəli bütün əməliyyatlar, özünün məxsusi registrləri və əmrləri olan xüsusi FPU (Floating Point Unit) qurğusunun köməyi ilə aparılır. Bu qurğu əsas prosessor ilə aftonom işləyə bilir və sistemə (8087,80287,80387,80487) həmprosessor kimi qoşulur. 80486DX – dən başlayaraq bütün modellərdə həmprosessorlar əsas prosessorla birlikdə bir kristalda yerləşdirilirlər.