Astan Şahverdiyev

Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III,[1] IVV çağırış deputatı.

Astan Şahverdiyev
Şahverdiyev Astan Nüşrəvan oğlu
Doğum tarixi 15 fevral 1947(1947-02-15)
Doğum yeri
Vəfat tarixi 15 aprel 2018(2018-04-15) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi dərəcəsi
Partiyası

Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur.[2]

1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir.[3]

1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.[3]

1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir.[3]

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb.[3] 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[3]

2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.[3]

Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.[3]

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləmişdir.[3] 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvü olmuşdur.[3] Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.[3]

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış etmişdir.[3]

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.[3]

İngilis və rus dillərini bilirdi.[3]

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.[3]

2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.[3] Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən parlamentə seçilmişdir.[3]

2018-ci ildə aprelin 15-də Qusarın Çiləgir kəndində ürək tutmasından vəfat edtmişdir[4]. Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.[5]

Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır.

Evli idi. 2 övladı var.

  1. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  2. "Şahverdiyev Astan Nuşrəvan oğlu". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir? (DOSYE) Arxivləşdirilib 2021-11-06 at the Wayback Machine. qaynarinfo.az, 15.04.2018  (az.)
  4. "Milli Məclisin deputatı qəfil vəfat edib". 2018-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.
  5. Deputat Astan Şahverdiyev dəfn edildi Arxivləşdirilib 2021-11-04 at the Wayback Machine. qaynarinfo.az, 15.04.2018  (az.)