Astana Opera

Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir.[2]

Astana Opera
qaz. Астана Oпера
Xəritə
Ümumi məlumatlar
Ölkə  Qazaxıstan
Şəhər Astana
Koordinatlar 51°08′08″ şm. e. 71°24′39″ ş. u.HGYO
Təməlatma 2010
Açılma 2013
Qiymət $300 milyon[1]
Hündürlük
Üst mərtəbə 32 m
Texniki detallar
Mərtəbə sahəsi 64.163 m²
Digər məlumatlar
Oturacaq tutumu

1250 (Əsas zal),

250 (Kamera zal)
Veb-sayt
astanaopera.kz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizayn və tikinti

[redaktə | mənbəni redaktə et]

Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında[3], 2010-cu il iyulun 6-da başlayıb.[2] Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi.[4] Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti[5] (Biobyte[6]) və Maria Kairoli tərəfindən hazırlanmışdır.

Opera evinə iki salon daxildir:

  • Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer),
  • Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün.[7]

Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur.[8] Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır. Opera evində bir neçə restoran və truppanın məşqləri üçün lazım olan bütün qurğular var. Opera üslubu 19-cu əsrdə italyan teatrlarından ilham almış, eyni zamanda milli irsin tipik elementlərini də özündə cəmləşdirmişdir.[2]

Truppa və repertuar

[redaktə | mənbəni redaktə et]

Opera evinin əsasən klassik opera ifa edən özünəməxsus orkestri və balet və opera truppası var. Onların repertuarına Traviata və ya Toska operası və Şelkunçik baleti kimi böyük klassik əsərlərlə yanaşı, Abay operası kimi milli hissələr də daxildir.[9] Orkestr gənc musiqiçilərin 90%-dən ibarətdir. Truppa 2014-cü ildə Nyu-York,[10] TorontoParisdə[11] nümayişlər etmişdir.

Opera evinin daxilində və ya yaxın ərazidə qeydə alınan bəzi videolar:

  1. Astana Opera Teatrı
  2. Sara Birjan ifası
  3. Astana Opera Teatrında balet tamaşası
  4. Astana Opera Teatrının qarşısında qələbə gününün qeyd edilməsi
  1. The 300 million dollars theatre Astana Opera prepares for new season Arxivləşdirilib 2016-05-13 at the Wayback Machine, zakon.kz, 8 September 2013. (Russian)
  2. 1 2 3 In the backstage of Astana Opera Arxivləşdirilib 2016-05-13 at the Wayback Machine, vox populi, 21 November 2013. (Russian)
  3. Astana Offers World Class Opera House Arxivləşdirilib 2017-08-19 at the Wayback Machine.
  4. Curtain up at Astana Opera Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine, euronews, 24 June 2013.
  5. "Enrico Moretti's biography on the official website". biobyte.net. 2017-03-13 tarixində orijinalından arxivləşdirilib.
  6. "official website of Biobyte srl". biobyte.net. 2020-08-12 tarixində orijinalından arxivləşdirilib.
  7. Opera and Ballet Theatre "Astana Opera" Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, culture map.
  8. City on the Steppe: Astana’s Architectural Wonders Arxivləşdirilib 2018-04-26 at the Wayback Machine, edge.kz.
  9. Repertoire Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Astana Opera official website.
  10. Astana Opera on New York's Cultural Radar Screen Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine, the Huffington Post, 26 October 2014.
  11. Chœur & Orchestre d'Astana Opera — Paris (Bastille) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Forum Opera, 2 November 2014. (French)