Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu — Türkiyə Konstitusiyasının 134-cü maddəsinə görə, Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq üçün 1983-cü ildə quruldu.
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu | |
---|---|
Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 17 avqust 1983 |
Tabelik | Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
İllik büdcəsi | 15.610.000 türk lirəsi (2020)[1] |
Ünvan | Ankara |
Rəhbərlik | |
Məhəmməd Həkimoğlu | |
|
|
Rəsmi saytı | ayk.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Qurumun qanuni varlığı Türkiyə Cümhuriyyəti Konstitusiyası ilə təmin olunmuşdur:
Konstitusiya: Maddə 134 — Atatürkçü fikirləri, Atatürkün prinsiplərini və islahatlarını, Türk mədəniyyətini, Türk tarixini və Türk dilində elmi araşdırmalar aparmaq, tanıtmaq və yaymaq məqsədi ilə; Atatürkün mənəvi himayəsində, Prezidentin nəzarəti və dəstəyi ilə, Prezident tərəfindən təyin olunan nazirə bağlı; Atatürk Araşdırma Mərkəzi, Türk Dili Cəmiyyəti, Türk Tarix Qurumu və Atatürk Mədəniyyət Mərkəzi Başçılığından ibarət olan, ictimai hüquqi şəxsiyyətə sahib olan "Atatürk Mədəniyyəti, Dili və Tarixi Yüksək Qurumu" qurulur.
2876 saylı qanun ilə də, müəssisənin işçilərinin vəzifə təlimatları və şəxsi hüquqları tənzimlənir.
Qurum aşağıdakı alt qurumların yoxlanılması ilə tapşırılmışdır:
Adı | Başlanğıc | Son |
---|---|---|
Em. Korg. Suat İlhan | 1983 | 1991 |
Prof. Dr. Utqan Qocatürk | 1 yanvar 1992 | 19 iyul 1993 |
Prof. Dr. Rəşad Gənc | 2 avqust 1993 | 14 avqust 2000 |
Prof. Dr. Sadıq Tural | 27 sentyabr 2000 | 6 avqust 2009 |
Prof. Dr. Bahyəddin Yeddiyıldız | 6 avqust 2009 | 2 noyabr 2012 |
Prof. Dr. Dərya Örs | 2 noyabr 2012 | 15 yanvar 2019 |
Prof. Dr. Məhəmməd Həkimoğlu[2] | 15 yanvar 2019 | vəzifədə |