Atatürk Beynəlxalq Sülh Mükafatı

Atatürk Beynəlxalq Sülh Mükafatı — 1986–2002-ci illərdə Türkiyədə verilən və Mustafa Kamal Atatürkün şərəfinə adlandırılan yüksək dövlət mükafatı. Mükafat dünyada sülhə töhfə vermiş insanlara verilirdi.[1]

Atatürk Beynəlxalq Sülh Mükafatı

türk.

Atatürk Uluslararası Barış Ödülü

Ölkə Türkiyə Türkiyə
Tip Mükafat
Kimə verilir ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində, dövlət qulluğunda sülhə töhfə verdiklərinə görə
Status Ləğv edilib
Statistika
Təsis tarixi 14 noyabr 1984
İlk təltif
  • Yozef Luns
Son təltif

Atatürk Beynəlxalq Sülh Mükafatı 1986–2002-ci illərdə Türkiyədə təqdim edilən yüksək dövlət mükafatı olub. Mükafat Mustafa Kamal Atatürkün Yurdda sülh, cahanda sülh! sözlərinə əsaslanaraq təsis edilmiş və dünyada sülhə töhfə vermiş insanlara verilirdi. Bu səbəbdən mükafata Atatürkün adı verilmişdi. Mükafat prezident Kənan Evrenin[2] prezidentliyi dövründə, Atatürk Mədəniyyət Dil və Tarix Dərnəyi tərəfindən təsis edilib.[3]

Mükafat qeyri-hökumət təşkilatlarının üzvləri, Türkiyə universitetləri Senatı, həmçinin Birləşmiş Millətlər Təşkilatıİslam Əməkdaşlıq Təşkilatının baş katibləri tərəfindən irəli sürülmüş namizədlərə təqdim edilirdi. Namizədləri Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisinin sədri də təqdim edə bilərdi. Mükafat 2000-ci ildən sonra 13 il ərzində verilməməsi səbəbindən, 2013-cü ildə onun yalnız beş ildən bir verilməsi qərara alındı.[1][4][4][5] Lakin 17.08.2013-cü il tarixli Rəsmi Qəzetdə dərc edilən "Atatürk Beynəlxalq Sülh Mükafatı Əsasnaməsinin Ləğv Edilməsi" ilə mükafat ləğv edildi.[6][7][8]

Mükafat sahibləri

[redaktə | mənbəni redaktə et]
laureates of the atatürk ınternational peace prize
year laureate comments
1986 Yozef Luns, NATO baş katibi
1987 Riçard von Vayzeker, Almaniya prezidenti
1989 Takaito Mikasa, Yaponiya şahzadəsi və alimi Mükafatlandırma mərasimində bildirmişdir ki, dünya sülhü yalnız yoxsulluğun aradan qaldırılmasından sonra əldə edilə bilər.[9]
1990 Kənan Evrən, Türkiyə prezidenti Nelson Mandelanın mükafatı qəbul etməməsinin səbəbi kimi bəziləri tərəfindən Kenan Evrenin mükafata layiq görülməsi göstərilir.[4]
1992 Nelson Mandela, CAR prezidenti Nelson Mandela mükafatı qəbul etmədiyi üçün Türkiyə cəmiyyətində səs-küyə səbəb oldu. Mükafatı qəbul etməkdən imtina etdikdən sonra "Hürriyet" qəzeti "çirkin afrikalı" (türk. çirkin afrikalı) başlığı ilə bir nömrə dərc etdi.[10] Mandela fikrini dəyişdi və 1999-cu ildə mükafatı qəbul etdi.[11]
1995 Türkiyə Qırmızı Aypara Cəmiyyəti
1996 UNICEF
1997 Bosniya və Herseqovinada NATO-nun sülhməramlı qoşununun tərkibində xidmət edən Türkiyə sülhməramlı qüvvələri
1999 Heydər Əliyev, Azərbaycan prezidenti Atatürkün siyasi kursunu dəstəklədiyi üçün.[12]
2000 Rauf Denktaş, Şimali Kipr Türk Respublikası Prezidenti
2002 Bernard Luis, Prinston Universiteti alimi Türkiyənin və xüsusən də atatürkün Yaxın Şərq tarixinə müsbət təsirinin dəqiq təhlili ilə tarix elminə böyük töhfə verdiyinə görə mükafatlandırılıb.[13]
  1. 1 2 "ATATÜRK INTERNATIONAL PEACE PRIZE PRESS RELEASE – AYK". www.ayk.gov.tr. 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  2. "Former Turkish President Evren dies". BBC News (ingilis). 2015-05-09. 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  3. Turkey Today (ingilis). Turkish Embassy. 1989. 4.
  4. 1 2 3 "'Atatürk Barış Ödülü' 2015'te yeniden verilecek". Sabah (türk). 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  5. "Atatürk International Peace Prize". 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  6. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  7. "Arxivlənmiş surət". 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  8. "Arxivlənmiş surət". 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
  9. "japan's takahito mikasa at 100: a prince among the jews". tablet magazine (ingilis). 2015-12-02. 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  10. "hürriyet'in mandela çarkı". sabah (türk). 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  11. turkish newspapers criticise of anc leader nelson mandela for refusing to accept turkey's peace award
  12. "atatürk center in azerbaijan". hürriyet daily news (ingilis). 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  13. "atatürk awards - ataturk society of america". 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]