Serialın səkkiz seriyası 2024-cü ilin fevralın 22-də Netflix-də buraxılıb.[1][2] Birinci mövsümün tənqidçilərdən aldığı qarışıq reaksiyadan sonra bəyan olunub ki, serialın həm 2-ci, həm də 3-cü mövsümü çəkiləcək.
2018-ci ildə Netflix bəyan edib ki, Avatarın remeykini 2019-cu ildə istehsal etməyə başlayacaq.[3][4] Əvvəl deyilənə görə, orijinal serialın yaradıcıları, Maykl Dante DiMartino və Brayan Konietzko remeykin istehsalında baş yazıçı və icraçı prodüser olaraq iştrak etməli idilər.[5][6] Lakin, 2020-ci ilin avqustun 12-də yayılmış DiMartinonun açıq məktubunda o yazıb ki, orijinalın yaradıcıları Netflix-in yanaşması ilə bədii fərqlərinə və studiyada mövcud olan "mənfi və dəstəksiz" (ing.negative and unsupporting) şəraitinə görə, həmin ilin iyununda layihəni tərk ediblər.[7][8][9][10] DiMartino ilə Konietzkonun adları serialın birinci və altıncı seriyasının ssenari müəllifləri olaraq qeyd olunur.[11] 2021-ci ilin avqust ayında rəsmən bəyan olunub ki, DiMartino və Konietzkonun yerinə Albert Kim təyyin olunub.[12]
Hər mövsüm üçün səkkiz seriya nəzərdə tutulur və hər seriyanın qiyməti 15 million dollardan çox olacaq.[13]
Əvvəlcə layihənin bəstəkarı orijinal serialın musiqisinin müəllifi Ceremi Tsukerman olduğu haqqında məlumat yayımlanmışdır.[14] Lakin DiMartino ilə Konietzko onu tərk edəndən sonra, Tsukerman layihədə iştirakını inkar etmişdir.[15] 2023-cü ilin noyabrın 9-da yeni serialın bəstəkarı yaponəsilli amerikalı Takeçi Furukava olduğu bəyan olunmuşdur.[16]
19–25 fevral arasında "Avatar: Sonuncu hava maqı"Netflix-in dünyada ən çox izlənilən proqramı olmuşdur. Seriala ilk həftə ərzində 21,2 million adam baxmış, ümumi izlənmə müddəti 154,4 milyon saatı keçmişdir.[17]