Aanq

Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialınınSonuncu hava maqı filminin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı.

Avatar Aanq
Aanq
Hava Köçəriləri
Cins kişi
Yaş 12 (Üçüncü kitabda 13) bioloji yaşı, əslində isə 112 (113) yaşı
Məşğuliyyət Avatar
İlk gəlişi Pilot seriyası
Səsli aktyor Zak Tayler Eysen
Aktyor Noa Ringer (2010 filmi)
Qordon Kormye (2024 serialı)
Ailəsi Katara (həyat yoldaşı)
Sonuncu hava maqı filmində Noa Ringer Aanq rolunda

Avatar işıq və sülh ruhudur. Onun təcəssümü olaraq, Aanq dörd ünüsürün maqıdır və onun rolu dörd millət arasında sülhü saxlamaqdır.

Yaradılması və konsepsiyası

[redaktə | mənbəni redaktə et]

Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə uçan bizonlu oğlanın şəklinə inkişaf edilib.[1] Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib:

Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..."

Konietzko layihə üzərində ilk işləri barədə[2]

Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (KataraSokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko).[1][3][4] Orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi. Beləliklə, Aanqın yaşı 10-dan 12-yə, Kataranın yaşı 12-dən 14-də, Sokkanın yaşı isə 13-dən 15-ə dəyişdirilmişdi.[5]

Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin.

Maykl Dante DiMartino[6]

Serialın yaradıcılarının sözlərinə görə, BuddizmTaoizm Avatar üçün böyük ilham mənbəyi idi.[7] Omaşu Kralı[8]Baş sarğısı[9] seriyalarda göstərilir ki, Aanq vegetariandır. Vegetarianlıq Buddizmdə, Hinduizmdə və Taoizmdə var.[7] Bundan artıq, Aanq Ruhlar Dünyası (Qış gündönümü, hissə 1) və Sozin kometi seriyalarında döyüşməkdən və öldürməkdən çəkilməyə cəhd edir və əvəzinə, danışıqlar aparmağa çalışıb.[10][11]

Elementlərin magiyası

[redaktə | mənbəni redaktə et]

Aanq Avatar olaraq, dörd əsas elementin (su, torpaq, od, hava) hər birini öyrənməlidir. O, öz doğma hava magiyasını Cənub Hava Məbədində rahib Giyatsodan öyrənmişdi.[12] Bundan yüz il sonra, Katara və Pakku ona su magiyasını öyrədiblər.[13] Tof Bei Fonq Aanqa torpaq magiyasını öyrədib. Hava torpağın əksi olduğuna görə, təlimin başlanğıcında Aanqın çətinlikləri var idi.[14] Od magiyasını öyrənmək də Aanq üçün çətin idi. Bunun səbələrindən biri, Aanqın od elementindən qorxmasıdır. Ona ilk dəfə od magiyasını öyrətməyə çalışan Con Con idi və o zaman, Aanq təsadüfən Kataranı yandırmışdı. Başqa səbəbi isə, müəllimin tapmağı çətin olduğu idi. Axırda, Zuko Aanqı öyrədir.[15]

2016-cı ildə Screen Rant Aanqı "Tarixin 30 ən yaxşı TV animasiya personajı" siyahısında 15-ci yerə qoyub.[16]

2010-cu ilin filmində Aanqı oynayan Noa Ringer bu rolu üçün demək olar ki, heç təriflənməmişdi. Aanq personajı Şəri Asiya mədəniyyəti təsirinin altında yaradıldığına görə, Ringerin Texasdan olması filmin kastinginə qarşı tənqidinin bir hissəsi idi. Bundan sonra, o öz aktyor karyerasını bitirdi.[17]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 DiMartino, Michael Dante; Konietzko, Bryan. "In Their Elements". Nickelodeon Magazine (Winter 2006). 2006: 6.
  2. DiMartino, Michael Dante. "In Their Elements". Nickelodeon Magazine (Winter 2006). 2006: 6.
  3. Director: Dave Filoni, Writers: Michael Dante DiMartino, Bryan Konietzko. The Boy in the Iceberg // Avatar: The Last Airbender. 1 sezon. 1 epizod. 2005-02-21. Nickelodeon.
  4. Director: Dave Filoni, Writers: Michael Dante DiMartino, Bryan Konietzko. The Avatar Returns // Avatar: The Last Airbender. 1 sezon. 2 epizod. 2005-02-21. Nickelodeon.
  5. DIMARTINO, MICHAEL DANTE. KONIETZKO, BRYAN. AVATAR : the last airbender - the art of the animated series deluxe (second edition). [S.l.]: DARK HORSE COMICS,U S. 2020. ISBN 978-1-5067-2170-5. OCLC 1191236148.
  6. DiMartino, Michael Dante; Konietzko, Bryan. "Interview: Avatar's Bryan Konietzko and Michael Dante DiMartino". IGN Entertainment (Müsahibə). Interviewed by Eduardo Vasconcellos. 2007-09-06. 18 November 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-11.
  7. 1 2 DiMartino, Michael Dante; Konietzko, Bryan. "Myth Conceptions". Nickelodeon Magazine (Winter 2006). 2006: 7.
  8. Director: Anthony Lioi; Writer: John O'Bryan. The King of Omashu // Avatar: The Last Airbender. 1 sezon. 5 epizod. 2005-03-18. Nickelodeon.
  9. Director: Joaquim dos Santos; Writer: John O'Bryan. The Headband // Avatar: The Last Airbender. 3 sezon. 2 epizod. 2007-09-28. Nickelodeon.
  10. Director: Lauren MacMullan; Writer: Aaron Ehasz. The Spirit World (Winter Solstice, Part 1) // Avatar: The Last Airbender. 1 sezon. 7 epizod. 2005-04-08. Nickelodeon.
  11. Liu, Ed. ""Sozin's Comet" Produces an Epic Season Finale for "Avatar the Last Airbender"". Toon Zone. 2008-07-18. 2011-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-20.
  12. [1]
  13. [2]
  14. [3]
  15. "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-31.
  16. Berman, Jason. "30 Best Animated TV Characters Of All Time". Screen Rant. June 9, 2016. February 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2018.
  17. "Arxivlənmiş surət". 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.