Tof Bei Fonq (ing. Toph Bei Fong) - Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsas personajlardan biri (2-ci mövsümdən (Yer kitabı) bəri).
Tof Bei Fonq | |
ing. Toph Beifong | |
Torpaq Krallığı | |
Cins | qadın |
Yaş | 12 (Avatar: Aanq haqqında əfsanə) 13-14 (komikslər) 82 (Avatar: Korra haqqında əfsanə və komiksləri) |
Məşğuliyyət | Döyüşçü, döyüş ustası, polis başçısı |
İlk gəlişi | Kor bandit |
Səsli aktyor | Mikaela Cill Mörfi Keyt Hiqqins və Filis Sampler |
Aktyor | |
Ailəsi | Qızları: Lin Bei Fonq Suyin Bei Fonq |
Tof əvvəl 16 yaşlı atletik, əzələli oğlan və Sokkanın təzadı olmalı idi. Onun prototipini hər seriyasının önsözündə görmək olar.[1] Baş personajlara qoşulmaq üzərə olan torpaq maqının personajını təqdim etməyə vaxt yaxınlaşanda, serialın baş ssenaristi, Aaron Ehaz güclü, yetkin torpaq maqlarını məğlub etməyə bacaran balaca bir qız personajını yaratmağa təklif etmişdi. İşçilərin bəziləri bu fikri gülməli hesab ediblər, lakin Brayan Konietzko əvvəl onu rədd etmişdi. Bir sıra uzun müzakirələrdən sonra, Konietzko bu ideyaya qarşı mübarizəsini dayandırıb və onu qəbul olunub. Nəticədə, Tof Konietzkonun ən sevdiyi personajlarından biri olmuş. Personajın öncəki konsepsiyası isə serialda daha küçük rolu olan başqa iki personaj üçün işlənilib.[2] Konietzkonun sözlərinə görə, Korra əfsanəsi serialındaki Bolin personajı da, həmçinin Tofun əvvəlki konsepsiyasından hayranlanaraq yaradılmışdı.[3]