Avrasiya Türk Araşdırmaları İnstitutu

Avrasiya Türk Araşdırmaları İnstitutu (kor. 유라시아투르크연구소, türk. Avrasya Türk Araştırmaları Enstitütüsü, ing. Institute for Eurasian Turkic Studies) — Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetinin (ing. Dongduk Women's University) nəzdində fəaliyyət göstərən institut, elmi araşdırma mərkəzi.

Avrasiya Türk Araşdırmaları İnstitutu
Yaranma tarixi 2016
Mərkəzi

Tarixi[redaktə | mənbəni redaktə et]

Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə qoyulmuşdur.

Faəliyyət istiqaməti[redaktə | mənbəni redaktə et]

İnstitut Türk dilli ölkələrlə Koreya arasındakı əlaqələrin möhkəmlənməsi, dostluq bağlarının daha da güclənməsi istiqamətində fəaliyyət göstərir. Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru türkoloq, alim, professor Eunkyung Ohdur. İnstitutda 8 əməkdaş fəaliyyət göstərir. Burada Koreya alimləri ilə yanaşı, azərbaycanlıözbək araşdırmaçılar da çalışır. Azərbaycanlı araşdırmaçı İnha Universitetinin doktorantı Məsimli Leyladır. 2018-ci ildən institutda Eunkyung Ohun redaktorluğu ilə “Avrasiya türk araşdırmaları” (ing. “The Journal of Eurosian Turkic Studies”) adlı ingilis dilində ildə iki dəfə çıxan elmi dərgi nəşr olunur.

Azərbaycanla əlaqələri[redaktə | mənbəni redaktə et]

Avrasiya Türk Araşdırmaları İnstitutu Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə təhsil və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün sazişlər imzalamışdır.

Siyasi əlaqələri gücləndirmək üçün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə əməkdaşlığa dair anlaşma memorandumu (MOU) imzalanıb.[1]

İnstitutun dəstəyi ilə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin seçilmiş poetik əsərlərindən ibarət "Gülüstan" poeması" (2019) adlı kitabı Seulda nəşr olunmuşdur. Avrasiya Türk Araşdırmaları İnstitutunun əməkdaşları hazırda Türk Dünyası Ensiklopediyası üzərində işləyir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]