Avropada öldürülən jurnalistlərin siyahısı

Bu siyahıda avropada öldürülən jurnalistlərin adları qeyd olunmuşdur.

Avropa Birliyinə daxil olan jurnalistlərin bir çoxu yaxşı şəraitdə çalışsa da,jurnalist qətli halları baş verir və təəsüf ki,cinayətkarların çoxu hələ də cəzasız qalıb.

Abxaziya[redaktə | mənbəni redaktə et]

Alexandre TuttleWall Street jurnalının müxbiri.22 sentyabr 1993–cü ildə içində olduğu hərbi təyyarə Abxaziya hava müdafiəsi qüvvəsi tərəfindən raketlə vurulmuşdur.

Andrey SolovievITAR–TASS–ın fotojurnalisti.27 sentyabr 1993–cü ildə Suxumidə snayper tərəfindən öldürülmüşdür.

George ChanyaRezonans müxbir.26 may 1998–ci ildə Abxaziya üsyançıları ilə Gali[ölü keçid] yaxınlığında gürcü partizan dəstələri arasında baş verən döyüşlər haqqında məlumat verərkən öldürülmüşdür.

Azərbaycan[redaktə | mənbəni redaktə et]

♦Çingiz Mustafayev — Demokratik Russiya Mətbuat Agentliyinin fotojurnalisti.15 iyun 1992–ci ildə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında gedən döyüşləri lentə alarkən erməni hərbi hava qüvvələri tərəfindən öldürülmüşdür.

♦Adil Bunyatov — Reuters TvTuran Xəbər Agentliyinin kamera operatoru.17 mart 1995–ci ildə baş verən üsyanı lentə alarkan polis qüvvələri tərəfindən oldürülmüşdür.

♦Elmar Hüseynov — Monitor jurnalının təsisçisi və redaktoru.Müxalif yazıları ilə tanınan Elmar Hüseynov 2 mart 2005–ci ildə yaşadığı mənzildə qətlə yetirilmişdir.

♦Novruzəli Məmmədəli — “Tolişi Sado” qəzetinin redaktoru.17 avqust 2009–cü ildə vəziyyəti ağırlaşdığı üçün aparildığı xəstəxanada vəfat etmişdir.Onun ölümü Bakıdakı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən hökümətin etinadsızlığı tərəfindən pislənilmişdir.

♦Rafiq Tağı — Azadlıq radiosunun.19 noyabr 2011–ci ildə bıçaqlanmış və 23 noyabr 2011–ci ildə xəstəxanada dünyasını dəyişmişdir.

♦Rasim Əliyev — Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun(IRFS) sədri.2015-ci il avqustun 8-də amansızcasına döyülərək bir gün sonra, avqustun 9-da Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib. Bakıda fəaliyyət göstərən 30 yaşlı reportyor Rasim Əliyev azərbaycanlı futbolçu Cavid Hüseynovu xarici jurnalistə qarşı pis rəftarına görə tənqid etdikdən sonra ona özünü futbolçunun qohumları kimi təqdim edən şəxslərdən telefon zəngləri gəlib. Nəhayət, o, Bakının gediş-gəlişli və məskunlaşmış bir ərazisində təhlükəsiz kimi görünən bir yerdə görüşməyə razılıq verib, lakin, elə həmin yerdə bir qrup şəxs tərəfindən amansızcasına döyülüb.

Ermənistan[redaktə | mənbəni redaktə et]

♦Tigran Nagdalian — Müxbir. 28 dekabr 2002–ci ildə İrəvanda başından ölümcül şəkildə vurulmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]