Avstriya ədəbiyyatı — Avstriyalı şair və yazıçıların Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Avstriya ədəbiyyatının tarixini iki əsas dövrə ayırmaq olar: Biri XX əsrə qədər olan dövr; digəri isə ondan sonrakı dövr, hansı ki, həmin vaxt artıq Avstriya-Macarıstan və Almaniya imperiyaları artıq süqut etmişdir. Nəticədə Avstriya Avropanın böyük dövlətindən kiçik bir dövlətə çevrilmişdir. Bundan əlavə Avstriya ədəbiyyatına bir çox ədəbi nümunələr də aid edilir ki, hansı ki, onlar bu ölkənin ərazisində yazılmamışdır.
Rəssamlar torpağı statusuna malik olsa da, Avstriya hər zaman böyük yazıçılar, şairlər və novellaçıların vətəni olmuşdur. Avstriya Artur Şniçler, Stefan Sveyq, Tomas Bernxard, Robert Müzil, Georg Trakl, Frans Verfel, Frans Qrillpartser, Rayner Mariya Rilke, Adalbert Ştifter kimi yazıçılar və şairlər, həmçinin məşhur müasir dramaturq və yazıçılardan olan Elfrida Elinek və Peter Handkenin vətənidir.
Avstriya mühacir ədəbiyyatının əsas simalarına misal olaraq, E. Vays, F. Verfel və Ş. Tsveyqin adlarını çəkmək olar[1].