Avstriya mədəniyyəti

Bu günkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bugünkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır.

Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis [1] adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır). Avstriya terminindən həmçinin ölkənin əhalisinin adı Avstraliyalılar termini yaranıb.

Avstriyanın paytaxtı Vyananı musiqi innovasiyalarının əsas mərkəzi saymaq olar. 18-19-cu əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər.Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven,İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.

Volfqanq Amadey Motsart
Volfqanq Amadey Motsart
Frans Şubert
Frans Şubert
İohann Ştraus
İohann Ştraus

Klassik musiqi əsri olan XVIII əsrdə avropa klassik musiqisi dominantlıq edirdi və Vyana musiqi innovasiyaları üçün xüsusi vacib məkan idi. Burada üç əsas bəstəkar musiqidə yeniliklər etmişdir: Lüdviq van Bethovenin simfonik nümunələri, Volfqanq Amadey Motsart melodiya və forma arasında balans və Yozef Haydn simli kvartetin inkişafı və sonatalar. Klassik musiqi bu gündə Avstriyada aktuallığını saxlayır. Çoxlu sayda məşhur Avstriyalı bəstəkarlar var onlardan ən önəmliləri aşağıdakılardır.

Birinci Vyana məktəbi
[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Vyana klassik məktəbi

İkinci Vyana məktəbi
[redaktə | mənbəni redaktə et]

Yeni Vyana məktəbi (alm. Zweite Wiener Schule, Neue Wiener Schule, Junge Wiener Schule‎, ing. Second Viennese School) — Estetik prinsipləri XX əsrin ilk otuz ilində Vyanada Arnold Şönberqin aktiv yaradıcı və pedaqoji təşkilatçılıq fəaliyyəti və tələbələri ilə birlikdə yaratdığı, dünya musiqişünaslığı diskursunda adını almış bəstəkarlıq məktəbi. Arnold Şönberqin özündən əlavə İkinci Vyana məktəbinə Anton Vebern, Alban Berq kimi bəstəkarlar həmçinin Hans Eysler, Viktor Uilman, Henrik Yaloveç, Eqon Velles, Teodor Adorno, Hans Erik Apostel, Rene Leyboviç və başqaları aid edilir.

Vyana filarmonik orkestri
[redaktə | mənbəni redaktə et]
Qızıl zal

1870-ci il 6 yanvarda acılan Vyana filarmonik orkestri dünyadakı üç ən yaxşı konsert zalından biri hesab olunur. 1939-cu ildən Qızıl zaldan auditoriyası dünyanın 44 ölkəsindən bir milyard dinləyici toplayan məşhur "Vyana filarmonik orkestrinın yeni il konserti" yayımlanır. Dünyanın ən yaxşı orkestrlərindən biri hesab olunan Vyana filarmonik orkestrinın üzvləri Vyana dövlət operasının ifaçıları arasından secilir.

Vyana filarmonik orkestrinın tarixi 1842-ci il Otto Nikolayın Filarmoniya Akademiyasını yaratdığı tarixdən başlayır. Bu orkestr bütün qərarları demokratik səsvermə yolu ilə verirdi və bu qayda bu günüdək saxlanılır.

Vyana dövlət operası
[redaktə | mənbəni redaktə et]

Əsas məqalə:Vyana Dövlət Operası

Vyana Dövlət Operası

Alman dilində Staatsoper adlandırılan Vyana Dövlət Operası dünyanın ən vacib opera kompaniyalarından biri hesab edilir.

Vyana oğlanlar xoru
[redaktə | mənbəni redaktə et]
Wiener Sängerknaben Vyana oğlanlar xoru cıxş zamanı

Wiener Sängerknaben dünyadaki oğlan uşaqlarından təşkil olunmuş ən məşhur xorlardan biridir. Çox yüksək vokal standartları ilə məşhur olan xor musiqiçilər həmçinin Volfqanq Amadey Motsart, Antonio Kaldara, Antonio Salyeri, Anton Bruknerlə əməkdaşlıq etmişdir. Xor I Maksimilian Habsburqun 7 iyul 1498-ci il məktubu ilə təsdiq edilmişdir. Augarten sarayı məşqlər üçün məkan və xor üzvləri üçün məktəb-internat rolunu oynayır.

Four musicians with instruments are seated at a table as they face the camera. The lower section of a poster appears on the back wall, displaying the name "Schrammel."
Schrammel kvarteti 1890-ci il

Müasir Avstriya xalq musiqisinin ən populyar formalarından biri akkordeon və ikili-boğazlı gitarada ifa edilən Vyana Schrammelmusikidir. Müasir ifaçılar Roland Noyvirt, Karl Xodin və Edi Rayzeri əlavə edirlər.

Yodle Alpda yaradılan boğaz oxuma növlərindən biridir. Avstriyada onu juchazn adlandırırdılar. Dağlar rasında əlaqə üçün istifadə edilən leksik olmayan hecalar və qışqırıqlardan təşkil olunur.

Avstriya milli rəqsləri
[redaktə | mənbəni redaktə et]

Avstriya xalq rəqsləri tez-tez Schuhplattler, Landler, polka və valsla assosiasiya olunur. Lakin Zviefacher, Kontratanze və Sprachinseltaze kimi başqa rəqslərdə mövcuddur.

Landler yaranma mənbəyi dəqiq məlum olmayan alman avstriya əsilli rəqsdir. Uzun müddət ərzində müxtəlif adlar altında məlum olmuş sonradan Landl ob der Enns adı ilə tanınmış son nəticədə Lendlerə qədər qısaldılmışdır. Rəqs təxminən 1720-ci ildən məşhurlaşmışdır. Rəqs əks cinslərin yaxın təmasını tələb etdiyindən bir necə kilsə təşkilatı tərəfindən şəhvət oyatdığına görə qadağan edilib. Landler əvvəlcə Vyanada sonra Ukraynaya qədər uzaq məsafələrə yayılmışdır. Landler son halda bizim tanıdığımız Valsa cevrilmişdir.

Austria3 — soldan sağa: Georg Danzer, Rainhard Fendrik, Volfgang Ambros.

DJ Ötzi Amadeus Austrian Music Awardı 2001 və 2002-ci illərdə beynəlxalq aləmdə ən uğurlu Avtriyalı artistlər olduqlarına görə layiq görülmüşdülər. Bitboksinq qrup olan Bauchklang Amadeus mükafatını group pop/rock national kateqoriyasında layiq görülmüşdür. Falco, Raynxard Fendrix, Andre Heller, Qeorq Dançer və Kristina Ştürmer Amadeus mükafatına artist pop/rock national kateqoriyasında layiq görülüblər.

Austria3 1997-ci ildən 2006-cı ilədək səhnədə olan avsrtriyalı kifayət qədər individual ifaçı-müəlliflər Volfqanq Ambros, Georq Dançer və Raynxard Fendrixdən ibarət üçlü konqlomerat idi.

Alp yeni dalğası
[redaktə | mənbəni redaktə et]

Adı alpunka qədər qısaldıla bilən pan-rokun bu janrı Almaniyanın, İsveçrənin və Avstriyanın alp regionlarında yaranmışdır. Alpunka pank-musiqinin nizamsız, enerjili ritmləri regionun tanındığı akkerdeon əsaslı xalq musiqisi daxildir.

Digər məşhur musiqilər

[redaktə | mənbəni redaktə et]

Joe Zavinul məşhur caz klavişçısı və bəstəkar. Caz-fyujin üslubunun yaradıcılarından biridir.

Weather Report (azər. hava proqnozu) - caz-fyujin qrupu.

Avstriya ədəbiyyatını iki əsas bölməyə ayırmaq olar. Məhz 20-ci əsrin ortalarına qədər olan dövr və növbəti Avstro-Venrqiya və Almaniya imperiyalarının öz mövcudluqlarını başlatdıqdan sonra. Avstriya böyük avropa dövlətindən kiçik bir dövlətə çevrilmişdi. Bundan əlavə, bəzilərinin avstriya ədəbiyyatına aid etdiyi lakin almaniyada yazılmayan çoxlu ədəbiyyat nümunələri mövcuddur. Rəssamlar torpağı statusunu tamamlayan Avstriya hər zaman böyük yazıçılar, şairlər və novellistlərin vətəni olmuşdur. Avstriya Artur Şniçler, Stefan Sveyq, Tomas Bernxard, Robert Müzil, Georg Trakl, Frans Verfel, Frans Gullparçer, Rayner Mariya Rilke, Adalbert Ştifter kimi yazıçılar və şairlər, həmçinin məşhur müasir dramaturq və yazıçılar Elfrida Elinek və Peter Handkenin vətənidir.

Burgteatr

XI-XII əsrlərdə avstriya monastırları və Abbatlıqlarında misteriyalar və liturgiya dramları səhnələşdirilirdi.[2] Avstriya teatrı XVI əsrdə çox milliyyətli avstriya dövləti formalaşmağa başladığı zamandan yaranmağa başlamışdır.[3]

XVI əsrdə Avstriya ərazisində komik səhnələr göstərib, akrobatik və rəqs nömrələri ifa edən sonsuz sayda köçəri teatr truppaları hərəkət edirdi. Artistlərin nömrələri üçün səhnəciklər V. Şmelçlem tərəfindən yazılmışdı.

XVI-XVII əsrin astanasında Avstriyada yezuit kolleqiyalarında formalaşan teatrlar kilsəyə və imperatora iatət etməyi propoqanda edirdilər. Tamaşalarda tez-tez italyan teatrının texnikasından istifadə edilirdi.

XVII əsrdə Avstriya teatrı İtaliya incəsənətinin böyük təsirinə məruz qalmışdır. İtalyan ustaların ssenariləri köçəri teatrların yaradıcılıqlarını təkmilləşdirməyə kömək edirdi.

Avançinusun "Qalib gələn möminlik" tamaşası 1659-cu ildə Vyanada nümayiş etdirilmişdi. Tamaşa xarici effektlərin zənginliyi və tamaşanın rəngarəngliyi ilə fərqlənirdi.

XVIII əsrin əvvəli, 1712-ci ildə Vyanada ilk stasionar teatr yaradılmışdır. Səhnədə improvizasiya təcrübəsinin möhkəmləndirərək, tamaşaların qoyulması üçün alman xalq teatrı və italyan komediyasının təcrübələrindən istifadə edilirdi. XVIII əsrin axırında Vyananın şəhər kənarında yeni teatrlar açılır: "Leopoldştadteatr" 1781-ci ildə, "Josefstadtteatr" 1788-ci ildə, "Videnerteatr" 1787-ci ildə. Bu teatrlarda V. A. Motsart və İ. Haydnının operaları, cəngavər dramları, uşaq baletləri göstərilirdi. 1741-ci ildə Vyanada "Burgteatr" adını almış "Saray yanında kral teatrı" yaradılır.

XIX əsrin əvvəlində Avstriyanın kiçik şəhərlərində teatrların inkişafı başalamışdır. Bunda F. Raymund və N. Nestroyun böyük xidmətləri var. Onlar milli komediyanın öz şəxsi janrlarını yaratmış və demokratik teatrın sonraki inkişafına zəmin yaratmışlar.

XX əsrin 20-ci illərində "Burgteatrın" yaradıcı fəaliyyətində yüksəliş baş verir. Teatra rəhbərliyi aktyor və rejissor A. Heyne edir. Hitler okkupasiyası dövründə avstriya mədəniyyətinin kecmiş nümayəndələyi təqiblərə məruz qalırdı. Teatırların əksəri bağlanmış və məhv edilmişdi. Sovet qoşunları tərəfindən Avstriyanın azad edilməsindən sonra mədəni azadlıq uğrunda mübarizə başlanmışdır.

Avstriyada 2009-cu ildə iyirmi illiyini eqy edən ailəvi sirk «Pikard» geniş şöhrətə malikdir. Truppaya başçılığı kecmiş ekvilibrist Elizabet Şneller edir.

Avstriyada sirkin tarixi daha əvvəl, nəslən rəssam, komiklər və çapar olan Şnellerlər və Pikarlar artistik ailələrindən başlayır. XX əsrin 30-cu illərində Ene Şneller uşaqlarının böyüdüyü və peşəyə yiyələndiyi şəxsi sirkini yaradır. İkinci dünya müharibəsi zamanı sirk işini buraxmalı olsalrda, sülh əldə edildikdən sonra sirkin truppası yenidən ölkə ərazisində çıxışlarını davam etdirir. Lakin, sirk uzun müddətdə ayaq üstə qala bilmir: tez zamanda dövlət ailənin əlindən onun sadə əmlakını alır və Şnellerə iki at və bir çüt vaqon verir.

«Pikard» 1989-cu ildə yenidən doğulur. Erne Şnellerin rəhbərliyi altında sirk 2004-cü ilə qədər fəaliyyət göstərir. Sonradan sirkə rəhbərlik onun xanımı Elizabetə kecir. Hal-hazırda sirkdə sirk dinastiyasının varisləri - Roman Şneller, Aleksandr Şneller və İlona Şneller çıxış edirlər.

Avstriyada balet sənəti XVI əsrdə, sarayda rəqslərlə tamaşalar gösərilən zaman yaranmışdır. Vyana sarayında ilk rəqs müəllimləri italyanlar F. Lenyano, C. Neqri həmçinin K. Bekkaria və D. Ventura olmuşdur. Atlı baletlər, maskarad qoyulur, rəqslər dram və opera tamaşalarına da əlavə edilirdilər. Eynizamanda köçəri truppalar xalq rəqsinin ənənələrini inkişaf etdirirdilər. XVII əsrin ortalarından bir çox rəqs tamaşalarına musiqini bəstəkar Y. Şmelçer yazırdı. 1670-ci ildə Bəstəkar A. Draqinin başçılıq etdiyi saray truppasında peşəkar rəqqaslar qatıldılar.

XX əsrin əvvəlində Avstriyada əsasən valslar ifa edən bacılar Q. E. və B. Vizentalların sənətində milli formalar alan ritmikplastik rəqs geniş yayıldı. Bu axının nümayəndələri arasında həmçinin Q. Bodenvizer, R. Xladek də var. 20-30-cı illərdə Vyana Dövlət Operasında baletmeystrlər: məşhur "Avstriya kəndçi toyu" baletini səhnələşdirən Q. Kröller, M. Valman fəaliyyət göstərmişlər. V. Frençel ənənəvi vyana baletlərini yenidən bərpa etmişdir. 20-30-cı illərin ən populyar artistləri: Q. Pixler,X. Pfundmayr, M. Buxinqer, R. Rab, A. Krauzeneker, Frezçel və Birkmayer ailələrin nümayəndələri.

1942-1958- ci illərdə Vyana Dövlət Operasının baletmeystri E. Xanka olmuşdur. Onun rəhbərliyi altında truppa müharibə illərinin çətinliklərini yaşamışdır. Müharibədən sonraki ilk onilliyinin repertuarını o formalaşdırmış, başlıça olaraq öz tamaşalarını səhnələşdirmişdir. Avstriya və alman bəstəkarlarının musiqilərinin daxil olduğu 60-dan çox balet onun rəhbərliyi altında səhnələşdirilmişdir: Eqka "Çarissiyalı Joan", Blaxer "Venesiyalı mavr", Helmesberq ""zaxer" oteli", Eynem "Meduza".

40-50-ci illərdə aparıcı rəqqasələr Y. Drapal, L. Templer, E. Breksner, L. Broyer, M. Bauer rəqqaslar R. Novotni olmuşdur. Vyana Dövlət Operasına rəhbərliyi D. Parlic (1958-1961), A. Milloş (1963-1966 və 1971-1974), V. Orlikovski (1966-1971) yerinə yetirmişdir.

Vyanada baletlər həm "Folks-oper" teatrında (1955-1972-ci illərdə baş baletmeystr D. Luka) həm An der Vin teatrında (1967-1974-cü illərdə baletmeystr A. Mitterxuber) qoyulur. Balet truppaları həmçinin Qraç, Linç, Klaqenfurt, Zalsburq və s. şəhərlərdə də fəaliyyət göstərirlər. Əsas balet məktəbi Vyana Dövlət Operası yanında fəaliyyət göstərir (1760-cı ildən). Həmçinin Lukanında öz məktəbi olmuşdur. Laksenburqda R. Xaldekin rəhbərliyi altında E. Jak- Dalkrozanın rəqs məktəbinin filialı fəaliyyət göstərir.

Balet tədqiqatçıları sırasında - rəqs barədə kitablar və dərsliklərin müəllifi olan F. Derra de Moroda (1952-1967-ci illərdə şəxsi rəqs məktəbi olmuşdur) var. Tənqidçilər arasında Q. Brunner, L. Q. Şüller, A. Oberxauzer var.

Zalsburq

Avstriya, digər memari abidələrlə birgə - qəsrləri, sarayları və tikililəri ilə məşhurdur. Avstriyanın məşhur qəsrləri sırasına Hohensalzburg, Hohenverfen, Lixtenşteyn, Artstetten daxildir. Avstriyada mövcud olan qəsrlərin çox hissəsi Habsburqlar sülaləsinin hakimiyyəti dövründə tikilmişdir.

ZaltsburqQras şəhərlərinin tarixi mərkəzləri UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2001-ci ildə həmçinin Vyananın tarixi mərkəzi də Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Avstriya roma-katolik ənənələri ilə zəngindir. Avstriyanın ən qədim kilsələrindən biri Vyanada yerləşən Minoriterkirxedir. O, 1224-cü ildə Qotik üslubda tikilmişdir. Vyana arxiyepiskopunun rezedensiyası olan, 136-metr (446- fut hündürlük) hündürlüyə malik Müqəddəs Stefan Kilsəsi dünyanın ən hündür kilsələrindən biridir. Müqəddəs Stefan kilsəsinin uzunluğu 107 metr (351 fut) eni isə 34 metr (111,5 fut) təşkil edir.

Belveder

Ən məşhur Avstriya saraylarından ikisiBelvederŞörnbrundır. Müasir dövrdə Belveder qalereyasının yerləşdiyi Belveder qəsri 1714-1723-cü illər ərzində şahzadə Yevgeni Savoyski tərəfindən barokko üslubunda tikilmişdir. Şönbrun sarayı 1696-cı ildə İohann Bernxard Fişer fon Erlax tərəfindən imperator I Leopold üçün tikilmişdir. 1996-cı ildə Şönbrun sarayı BMT Ümumdünya irsi siyasına daxil edilib[4]

Qəbirstanlıqlar

[redaktə | mənbəni redaktə et]

Avstriya həmçinin qəbiristanlıqları ilə də məşhurdur. Vyanada əlliyə yaxın qəbiristanlıq mövçuddur onlardan Lüdviq Van Bethoven, Lüdviq Bolsman,Yohans Brams, Arnold Şörnberqin qəbirlərinin də olduğu Zentralfriedhof daha məşhurdur. Habsburqlar imperator türbəsində dəfn ediliblər.

Stift Melk

Stift Melk Aşağı Avstriya federal torpağında, Dunaya mənzərəsi olan Benedektian abbatlığıdır. Abbatlıq 1089-cu ildə Melk şəhərinin üzərində qayada salınmışdır.

Zemmerinq dəmir yolu

[redaktə | mənbəni redaktə et]

Dəmiryolunun müasir görünüşü

Zemmerinq dəmir yolu 1848—1854-cü illərdə tikilmiş məşhur mühəndis layihəsi, dünyada ilk dağ dəmir yoludur.[5] Dəmiryolu hal-hazırda tam fəaliyyət göstərir və Avstriya Cənub dəmiryolu xəttinə daxildir. 1998-ci ildən YUNESCO ümumdünya mədəni irsi siyahısına daxil edilib.

Rəssamlıq sənəti

[redaktə | mənbəni redaktə et]

Dunay rəssamlıq məktəbi

[redaktə | mənbəni redaktə et]
Regensburg yaxınlığında Dunay mənzərəsi,Albrecht Altdorfer

Dunay məktəbi(alman dilində: Donauschule və yaxud Donaustil) 16-cı əsrin birinci yarısında BavariyaAvstriya ərazisində (əsasən Dunay çayı sahilində) fəaliyyət göstərən rəssamlar dərnəyinə verilən addır. Bu rəssamlar öz dövrünü qabaqlayan təsviri incəsənətə yenilik gətirən qruplaşma olmuşlar. Beləki, onların yaradıçılığında İtalyan renesansının təsiri yoxdur və onlar şimal renesansının yüksək üslubdan kəskin şəkildə fərqlənirlər. Onlar rəssamlıqda ilk təmiz, işıqlı təsvirdən istifadə edən rəssamlar qrupu hesab edilir. Qruplaşmaya Albrecht Altdorfer, Volf Huber, Breu Yorq (Böyük), Fruaf Roland kiçik, Avqustin Hirşfoqel daxil olmuşlar.

Vyana secessionu

[redaktə | mənbəni redaktə et]

Vyana secessionu 1900-ci ildə hazırda ümumi modern termini ilə adlandırılan müxtəlif hərəkatların bir hissəsi idi. Vyana secessionun əsas fiqurları Otto Vaqner, Qustav Klimt, Eqon Şile, Mozer Kolomandır.

Vyana akçionizmi

[redaktə | mənbəni redaktə et]

Radikal və təxribat yönümlü hərəkat olan Vyana akçionizmi 1960-ci illərdə birlikdə fəaliyyət göstərən avstriya rəssamlar qrupunun fəaliyyəti ilə əlaqadar bir qrupdur. Vyana akçionizmi tərafdarlarının yaradıçılıqları eyni zamanda lakin, klassik formanı inkar edən digər avanqard axınlardan nisbətən kənarda inkişaf edib. Qunter Brus, Otto Mul, Herman Nitş, Rudolf Şvarçkoqler, Peter Veybel Vyana akçionizminin əsas nümayəndləridir.

New Media: Ars Electronica

[redaktə | mənbəni redaktə et]

Prix Ars Electronica elektron və interaktiv incəsənət sahəsində, kompüter animasiyası, rəqəmsal mədəniyyət və musiqi sahəsində əsas mükafatlardan biridir.Bu mükafat 1987-ci ildən Ars Electronica dünyanın əsas incəsənət və texnologiya mərkəzlərindən biri tərəfindən verilirdi. O, da öz növbəsində 1979-cu ildə Avstriyada Linzdə yaradılmışdır.

Avstriya kinomatoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Səssiz filmlər dövründə, Avstriya filmlərin aparıcı istehsalçılarından biri idi. Avstriyalı rejissor, aktyor, yazıçı və kinomatoqrafların çoxu Berlində də işləyirdilər. 1938-ci il almanların avstriyanı anneksiya etdiyi Anşlüsün bağlanmasından sonra bir çox avtriyalı sənət adamları o cümlədən, Erix Fon Ştroxeym, Otto Preminqer, Billi Uaylder, Xadi Lamar, Riçard Osvald, Yozef Fon Şternberq ABŞ-yə mühacirət etdilər.

Fəlsəfə, elm və texnika

[redaktə | mənbəni redaktə et]

Avstriya məktəbi

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Avstriya məktəbi

Vyana dərnəyi

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Vyana dərnəyi

Psixoanaliz və Freyd

[redaktə | mənbəni redaktə et]

Həmçinin bax: Ziqmund Freyd.

Həmçinin bax: Psixoanaliz.

Kvant fizikası: Şredingerdən Çaylinqera qədər

[redaktə | mənbəni redaktə et]

Həmçinin bax: Anton Çaylinqer. Həmçinin bax: Ervin Şredinger. Həmçinin bax: Kvant mexanikasına giriş. Həmçinin bax: Kvant teleportasiyası.

Məişət mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Alpda köçəri maldarlıq

[redaktə | mənbəni redaktə et]
Almabtrieb, Kufstein (2005)

Alp otlaqları Avstriyada kənd təsərrüfatı sahələrinin dörddə birini təşkil edir, burada nın təxminən 500.000 iribuynuzlu mal-qara ilə 70000 fermer 12000 məntəqədə işləyir. Vadilər və ucqar otlaq sahələri arasında mövsümi miqrasiyaların iştirakı ilə iribuynuzlu mal-qaranın yetişdirilməsi Alp Dağlarında çoxlu mənzərə yaradıb ki, bunsuz əksər rayonlarda 2000 m aşağıda meşələr olardı.

Xristianlıqdan əvvəl Alp ənənələri

[redaktə | mənbəni redaktə et]
uprightKlauqenfurtda mərasim

Bəzi bütpərəstlik ənənələri Roma-Katolik kilsəsinin təsirindən uzaq ucqar dərələrdə qalmışdır, bəzi adətlər isə, əsrlər boyu fəal assimilyasiya uğramışdır. Bu nümunələrdən biri, cənubi almaniya bütpərəstliyində alp ölkələrində yayılan, adının mənası parlaq olan Perchta (Berchta) ilahəsidir. Perchta yazda Fastnacht zamanı gəlir.

Avstriya almancası

[redaktə | mənbəni redaktə et]

Avstriyada məktəblilər hakimiyyət və biznes dili olan standart alman dilində (Standarddeutsch, Hochdeutsch) oxumağı və yazmağı öyrənirlər. Evdə və yerli ticarətdə işlədilən avstriya almancası yuxarıalman dialektlərindən (həmçinin avstriya-bavariya və yaxud aleman dialekti) biri olacaqdır.

Azlıqların rəsmi dilləri və onların təsiri

[redaktə | mənbəni redaktə et]

Vyana mətbəxi

[redaktə | mənbəni redaktə et]

Vyana qəhvəxanası

[redaktə | mənbəni redaktə et]

Avstriya şərabları

[redaktə | mənbəni redaktə et]

Avstriya pivəsi

[redaktə | mənbəni redaktə et]

Avstriyada Buddizm

[redaktə | mənbəni redaktə et]

Avstriyada turizm

[redaktə | mənbəni redaktə et]
  1. Online Etymological Dictionary, "Austria Arxivləşdirilib 2016-08-22 at the Wayback Machine"
  2. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
  3. Театральная энциклопедия. Гл. ред. С. С. Мокульский. Т. 1 — М.: Советская энциклопедия, 1961, 1214 стб. с илл., 12 л. илл.
  4. UNESCO: Palace and Gardens of Schönbrunn Arxivləşdirilib 2017-07-19 at the Wayback Machine
  5. mountain railroad Encyclopædia Britannica Online ensiklopediyasında