Avstriyada təhsil

Avstriyada təhsilAvropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi.

Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir.[1]

Əsas üstünlükləri

[redaktə | mənbəni redaktə et]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər.

Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır. Özünü müsbət tərəfdən göstərən məzun Avstriya və Avropanın digər ölkəkərində iş təklifi ala bilər. Avstriya universitetləri dünyada keyfiyyətli təhsili ilə tanınırlar.[1]

Hər universitetin öz təhsil tarifi vardır. Bunula belə 24 sentyabr 2009-cu il "Ali təhsil haqqında" qanuna əsasən dövlət universitetlərində təhsil haqqı bir semestr üçün €363,36-dir, bunun €16,86-i universitet tələbə təşkilatının hesabına gedir.

Özəl təhsil müəssisəlrində təhsil haqqı yüksəkdir. Məsələn, Webster universitetinin bakalavr pilləsində təhsil haqqı €26.000, magistr pilləsində isə €20.000-dir.

MODUL özəl universitetində illik təhsil haqqı yaşayış xərci ilə birlikdə €16.000-dur, bunun €10.000-u ilkin ödəniş kimi keçirilməlidir. [2]

Pulsuz ali təhsil

[redaktə | mənbəni redaktə et]

Pulsuz təhsil Avropa Birliyi ölkələrindən olan tələbələr, Daueraufenthalt vizası olan tələbələr və Vyana Dövlət Universitetində təhsil alan Azərbaycan, Belarus, Ukrayna, Moldova, Tacikistan, Qazaxıstan, ÖzbəkistanErmənistan vətəndaşları üçündür.[2]

  1. 1 2 "Arxivlənmiş surət". 2011-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.
  2. 1 2 "Arxivlənmiş surət". 2012-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.