Axal-Təkə ekspedisiyası — Çar Rusiyasının 1880–1881-ci illərdə Türkmənistanda yaşayan Təkə tayfasına qarşı keçirən cəza yürüşü.
Axal-Təkə ekspedisiyası | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu.
Göytəpə işğal edildikdən sonra sağ qalan əhali üzərinə hücum başladı. Qaladan çıxan qadınların, qocaların və uşaqların bir hissəsi səhralara üz tutmuşdu. Rus əsgərləri onları təqib edərək ya güllələyir, ya da doğrayırdılar. Səhra insan cəsədi ilə dolu idi. General Skobelevin əmri ilə əsgərlər bir canlıya da rəhm etmirdilər. Beləliklə Göytəpədə 20 min nəfər türkmən rus əsgərləri tərəfindən qətlə yetirildi. Bu qətllər elə qəddarlıqla həyata keçirilmişdi ki, rus tarixçiləri uzun illər bu barədə danışmamağa çalışırdılar.
Göytəpənin işğalı zamanı ruslar az itki verməmişdilər. Sonralar məlum oldu ki, rusların Göytəpəni işğal etməsi onlara 6–10 min nəfərin ölməsi və təxminən, bir o qədərinin də yaralanması hesabına başa gəlib.
Taleyin də qəribə oyunları var. Əsgərlər tərəfindən qətlə yetirilən dinc əhalinin meyitlərini at üstündə seyr edərək bundan coşduğunu nümayiş etdirən Skobelevin gözü qəflətən hələ də öldürülmüş anasının döşləriniəmməkdə olan körpə qız uşağına sataşır. Həmin an görünür Allahın bu körpəyə rəhmi gəlmişdi. General atdan düşərək körpəni qucağına götürmüş və sonralar onu özü ilə Sankt-Peterburqa apararaq yetimlər evinə vermişdi Qıza Tatyana adı verilir, soyadı kimi isə Təkinskaya (Təkin türkmənlərinin adı ilə) yazılır. Tatyana Təkinskaya sonralar ali məktəbi bitirdikdən sonra özünün kimliyi ilə maraqlanır Ona Tükmənistandan olduğunu və yaşadığı faciəni bildirirlər. Bundan sonra o, doğma yurda qayıtmaq fikrinə düşür. Elə taleyin hökmü ilə Türkmənistana qayıdaraq orada çarizm əleyhinə inqilabi fəaliyyətlə məşğul olmağa başlayır
Deyilənə görə, Göytəpə alınandan sonra Mixail Skobelevin yanına əsir alınan bir türkməni gətirirlər. General ondan soruşur ki, onlar bu döyüşdə neçə nəfər itki veriblər. Əsir türkmən cavab verir ki, cəmisi 3 nəfər. Skobelev əsəbiləşərək deyir ki, axı ölən türkmənlərin sayı çoxdur, üstəlik demək olar ki, heç kim də sağ qalmayıb. Əsir türkmən isə yenə sakitcə:- Xeyir, ölən 3 nəfərdir-deyir. Türkmən sonra əlavə edir: "Ölənlər sərkərdə Dıkma Sərdar, baxşi (aşıq), Amangəldi Qonibəy və türkmənlərin dini rəhbəri Qurbanmurad İşandır. Göytəpədə öldürülən 20 min nəfərdən çox adamın yeri yeni doğulanlar hesabına doldurulacaq. Ancaq bu 3 nəfəri bir də türkmənlər dünyaya gətirə bilməyəcəklər.
Göytəpə alınandan sonra türkmənlərin müqaviməti qırıldı. 6 gün sonra ruslar cüzi itkilərlə Aşqabadı işğal etdilər. Burada rus əsgərləri Skobelevin əmri ilə yaşı ondan çox olan bütün türkmən kişilərini qətlə yetirdilər
1884-cü ildə isə ruslar türkmənlərin son alınmaz qalası hesab edilən Mərvi işğal etdilər. Bununla da ruslar Türkmənistanın işğalını başa çatdırdılar. Onu da deyək ki, ruslar Orta Asiyada Türkmənistanı, digər bölgə dövlətləri ilə müqayisədə xeyli gec işğal etdilər. Buna da səbəb türkmənlərin rus işğalına güclü müqavimət göstərməsi idi.
Göytəpə qırğınına rəhbərlik edən general Skobelevi də qətlə yetirdiyi dinc insanların ahı tutdu. Türkmənistanın işğalına görə, hökumətin ali medalları ilə təltif edilən Mixail Skobelev Parisdəki konfranslardan birində Avropa əleyhinə kəskin bəyanatla çıxış etdi. Bu isə Avropanı ayağa qaldırdı. Nəticədə çar Skobelevi təcili geri çağırdı və ona bu çıxışına görə tez-tez irad tutmağa başladılar. Rusiya-Osmanlı müharibələri zamanı işğal edilən Ədirnədə məscidin kaşılarını belə sökdürərək Moskvaya daşıtdıran və dinc əhalini, həmçinin əsirləri talan edərək, qətlə yetirərək onların var-dövlətini əlindən alan Skobelevin milyonlarla rubl var-dövləti, qızılı gümüşü vardı. General bu var-dövlətin bir hissəsini anasına verərək onu Bolqarıstana göndərmişdi. Qızıl-gümüşün bir hissəsi isə onun özündə idi. Amma o taladığı var-dövləti yeyə bilmədi. Gözdən düşəndən sonra əyyaşlığa meyil edən Skobelev Göytəpə qırğınından bir qədər sonra infarkt keçirərək öldü Onun anası isə Bolqarıstanda naməlum şəxslər tərəfindən qətlə yetirildi.
Türkmənistan tarixində Göytəpə qırğını qanlı səhifə kimi durur. Türkmənlər bu qətliamını unuda bilmir və faciəni qəlblərində ən ağır bir tarixi gün kimi yaşatmaqda davam edirlər. 1990-cı ilin yanvar ayında Türkmənistan Prezidenti Saparmurad Niyazov 1881-ci il 12 yanvar Göytəpə qətliamının hər il Milli Hüzn Günü kimi qeyd edilməsi barədə sərəncam imzaladı. Sərəncamda qeyd edilirdi ki, bundan məqsəd ruslarla türkmənlər arasında düşmənçilik salmaq deyil, Göytəpənin qəhrəman müdafiəçilərinin və qətlə yetirilən 20 min türkmənin xatirəsini yad etməkdir. Saparmurad Niyazov bununla əlaqədar verdiyi açıqlamada: "Göytəpə faciəsinin anılması və onun qurbanlarının xatirəsinin yad edilməsi bizim müqəddəs vəzifəmizdir"-demişdi.
Bu gün Göytəpə qalasının yerində böyük bir məscid yerləşir. Hər il yanvar ayının 12-də Türkmənistanın dövlət bayraqları aşağı endirilir və minlərlə adam bu günü hüzn və kədərlə yad edir. Həmin gün Türkmənistanın hər yerindən on minlərlə adam Göytəpəyə gələrək faciə qurbanlarının, həmçinin son nəfəsədək qəhrəmanlıqla döyüşən insanların xatirəsini yad edirlər.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ahaltəkə ekspedisiyaları (1879 və 1880–81) — rus qoşunlarının Türkmənistanın, Ahaltəkə oazisinə(ərazisi- 3800 km²; əhalisi 100 yaxın) işğalçı yürüşləri. XIX-cu əsrin ortalarında ümumiyətlə Türküstan, o cümlədən Türkmənistan uğrunda, Rusiya ilə Britaniya imperiyaları arasında rəqabət qızışırdı. Rusların açıq işğalçılıq siyasəti ən böyük türkmən tayfası olan təkə tayfasının üsyanına səbəb oldu. Təkəlilər müqavimətlərində Göy təpə(Dənqil təpə) qalasına arxalanırdılar. Bu müqaviməti qırmaq üçün ruslar iki Ahaltəkə cəza ekspedisiyası təşkil etdilər.
1878-ci ildə ruslar, 10 min adam və 34 topla, Xəzər dənizinin şərq sahilində yerləşən Çekişlərdən çıxdı və Çatı tutdu. Əsas plan, burada əsas təchizat bazası yaradıb, oazisin içərilərinə soxulmaq, Göy təpə qalasını almaq və Amudəryanın köhnə məcrası olan Uzboya çıxmaqdan ibarət idi. Birinci yürüş(iyul-avqust 1879) uğursuz alındı. 28 avqust(9 sentyabr)qalaya yetərincə hazırlıqsız hucum dəf olundu və rus qoşunları geri çəkilməli oldular. 1880–1881-ci ildə general M.D. Skobelevin başçılığı altında keçirilən ikinci ekspedisiya, iri qüvvələrin cəlb edilməsi və geniş hazırlıq işləri ilə səciyələnirdi. Ruslar 13 min adam və 100 top hazırlamışdılar. Qoşunun hərəkəti boyu yaxşı hazırlanmış bazalar şəbəkəsi yaradılmışdı. Yüklərin nəqliyyatı üçün 10 min dəvə alınmışdı, Xəzər dənizi sahilindən dəmir yolu çəkilişi başlanmışdı.
23 dekabr 1880-ci ildə mühasirə başlandı. Tikmə-Sərdarın başçılığı altında türkmənlər ruslara qarşı bir neçə uğurlu hucum etdilər. Lakin 12 yanvar 1881-ci ildə ruslar qalanın divarlarını partladaraq, üç kolonla (7 min adam və 79 top) hucuma keçdilər. Göy təpədə, 3 qədim topu və 5 min köhnəlmiş tüfəngi olan, təxminən 25 min təkəli türkmən var idi. Silahda və təşkilatçılıq üstünlükləri olan rus qoşunları təkəlilərin inadlı müqavimətini qırmağa və qalanı almağa nail oldular. Yanvarın 18 Aşqabad kəndi işğal edildi, 18 may 1881-ci ildə Ahaltəkə oazisi Rusiya imperiyası tərəfindən işğal olundu.