Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Göytəpə döyüşü — Axal-Təkə ekspedisiyasının epizodu.
Göytəpə döyüşü | |
---|---|
Tarix | 9 sentyabr 1879 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göytəpə müdafiəçiləri barədə bunları yazırdılar:
Əsrlərlə tarixi boyu türkmən (burada Türkmənistan xalqı. -tərc.) yoxuş və enişlər yaşamışdır, möhtəşəm imperiyalar yaratmış və onların süqutunu görmüşdü. Ama son əsrlər türkmənlər üçün ən yaxşıları deyildi. Türkmənistanı didirdilər və tikələrə parçalayırdılar. 19 əsrin əvvəli və ortasında türkmən tayfalarının bir dövlətdə birləşməsi üçün önşərtlər yarandı, lakin Türkmənistan üzərində qara buludlar sxılaşırdı. 60 cı illərdən Rusiyanın Orta Asiyaya müdaxiləsi başlayır. Sovet ədəbiyyatında bu hadisələrin işıqlandırılması türkmən tayfalarının arasında barışmaz düşmənçilik təəsuratını yaradıb. Ancaq hərbi əməliyyatlar onu göstərir ki, türkmənlər çar əleyhinə ittifaqa nail ola biliblər. 1873 cü ildə Çandır yaxınlığındaki döyüşdə çar qoşunlarına birləşmiş əlili, əmrəli, qaradaşlı, covdur, göklən, yomud və təkə tayfalarının qoşunları çıxmışdı. 1879 cu ilin avqustunda Axaltəkə ekspedisiyası qızğın çağında idi. 28 avqustda Qalaya hucum başladı. Yaraqlar müqayisə olunmaz idi: atlı-kazak topçu batareyasına, raket yüzünə, topçu briqadaya, dağ topları batareyasına, çöl batareyasına qarşı türkmənlər ancaq bir, daş mərmilərlə atan, top çıxara bildilər. Ancaq iş əlbəyaxaya çatanda, çar qoşunları sarsıldılar və geri oturdular, səhər isə geri çəkilməyə başladılar. 1 ci Axaltəkə əməliyyatının uğursuzluğu tamamailə aydın idi. Türkmənlər minlərlə insan itirdilər - əsasən top atəşi nəticəsində, ama rus ordusu da 176 nəfər itirdi, hansı ki, bütün Orta Asiya Kampaniya (İtaliya)sı boyu olmamışdı.
1880 ci ilin yanvarında ıı Axaltəkə ekspedisiyasına general Mixail Skobelev rəis təyin olundu. O ilk olaraq Bami(Göytərədən 100 aralı) hucum üçün baza yaratdı. 1880 il iyulun 1 qala divarlarına reyd edəndə o yazırdı ki, ona qarşı ancaq təkəlilər deyil, göklən, noxur, yomud tayfaları da hərəkət edir. 1880 ci ilin sonunda Skobelevin qoşunu Göytəpəyə qarşı yürüdü. 20 günlük mühasirədən sonra rus ordusu yanvarın 12 qalaya hucuma keçdi. Qala divarlarında top mərmiləri və minalarla dəlik açmışdılar. Atlı türkmənlərin bir hissəsi bayıra çıxıb çölə tərəf çapdı, amma qalanın əsas müdafiəçiləri qalada şəhid oldu. Bu cür inadkar müqavimətdən cinlənən qeneral Göytəpəni ordusuna üç günlük talana verdi, sonra isə onu yerlə bir etmək barədə qərar verdi.
Barbar üsüllarına görə Skobelev Türkmənistandan geri çağırıldı. Ama o türkmən atlılarını tərfiləyirdi və onları rus hərbi xidmətinə cəlb etməyə məsləhət görürdü. Sonralar təkəli atlı alayı 1 Dünya Savaşı zamanı rus ordusu tərəfində vuruşurdu.
1900 cü ildə Türkmənistana baş çəkən yazıçı Yevgeni Markov, Göytəpə qalasını “Qala divarlarını öz oğullarının igidliyi ilə qoruyan qədim Sparta” adlandırmışdı. 1880-1881 il kampaniyasının iştirakçılarından biri olan rus kazakı deyirdi “ Təkəlilərə afərin! Bizim kazaklara, hansı ki çox igiddirlər, onlara qədər hələ çox var! Bir türkmən bizim beşimizə qarşı vuruşur və heç vaxt özünü ələ vermir”
Yevgeni Markovun özü türkmənlərə bayılırdı, onlara “qartal”, “bars”,”aslan” deyirdi. Türkmənlərin görünüşü barədə yazırdı: “Onların əksəriyyəti ucaboy, enlikürək, quru və əzələlidir.. Sinələrində Qeorqiy medalları asılan və bu ölkəni öz əlləri ilə zəbt edən ən cəsur rus əskərləri özləri boyunlarına alırdı ki, bir təkəli türkmənə qarşı bir neçə nəfər rus gərək olurdu”
Qeneral N.i. Qrodekov 1883 cü ildə xüsusi qeyd edirdi ki: “ Onlar üçün özlərinkini satmaqdan böyük cinayət yox idi, buna görə də heç kim onların arasında satqının olmasını ağlına belə gətirə bilmirdi. Doğrudan da, təkəlilərlə müharibə zamanı onlardan bir nəfər belə olsun cəsus tapa bilmədik, buna görə də 1879-81 ci il kampaniyası Orta Asiya kampaniyaları sırasında xüsusi yer tutur”
Türkmənlər barədə bu cür çox söyləyirlər. Çar zabitləri bizim əcdadlarımıza heyran olublar. Başqa cür ola da bilməzdi. Ən vacib hərbi və ticari yolların kəsişməsində yerləşən Türkmənistan öz çoxəsrlik tarixi boyu Quruşun və Dəriuşun, Makedoniyalı İskəndərin və Sələfkilərin, Çinqizin və Teymurun yürüşlərini görüb. Məgər belə olan halda türkmənlərin döyüşşçü xalq olmaqlarına təəcüblənmək olar?!