1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.[2][3][4][5][6][7]
Birinci Ərəb-İsrail müharibəsi | |||
---|---|---|---|
Ərəb-İsrail müharibələri | |||
| |||
Tarix |
12 may 1948 – 10 mart 1949 (9 ay, 3 həftə, 2 gün) |
||
Yeri | Keçmiş Böyük Britaniya mandatındakı Fələstin, Sinay yarımadası, Cənubi Livan | ||
Səbəbi | Fələstin ərazisində İsrail dövlətinin yaradılmasının elan edilməsi və ərəblərin buna etiraz etməsi | ||
Nəticəsi |
|
||
Ərazi dəyişikliyi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi.
Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.
15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu.[8] Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər.[9][10] Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.[11]
Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü.[12] Misir Qəzzəni, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi.[13]
1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi.
Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı.[14][15] Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla).[16] Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.[17][18]
Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.[19]
İkinci Dünya müharibəsi zamanı Fələstin probleminin bir neçə xüsusiyyəti var idi. Bunların birincisi ərəblərin vəziyyətidir. Burada nəzərə çarpan ilk məsələ ərəblərin parçalanması, ikinci məsələ lidersizlik və üçüncü məsələ ərəblərin Nasist Almaniyasını dəstəkləməsi idi.[20]
Ərəblərin parçalanmasının əsası mandat idarəçiliyi zamanı Hüseyni ailəsi ilə Neşaşibi ailəsi arasındakı rəqabət ilə başlamışdır. Hüseynilər ifratları, Neşaşibilər isə mötədilləri təmsil etmiş və iki ailə heç cürə ortaq nöqtə tapa bilməmişdir. Zamanla ərəb terrorist təşkilatlarının da meydana gəlməsi ilə bu fikir ayrılığı daha da artmışdır. Bu hadisənin eynisi yəhudilər üçün də olmuşdur, lakin ərəblərə nisbətən daha az parçalanma baş vermişdir. Çünki yəhudi terror təşkilatlarının demək olar ki, hamısı Dünya Sionist Təşkilatına çox sıx şəkildə bağlı idi. Buna görə də, Hacı Əmin əl-Hüseyninin heç bir zaman Dr. Vaytsmanın həm yəhudilər, həm də qərb hökumətləri üzərində sahib olduğu nüfuza sahib olduğu deyilə bilməz.[21]
Fələstin ərəbləri üçün ikinci məsələ liderlik problemi olmuşdur. Burada da Vaytsman ilə Hacı Əmin əl-Hüseyninin müqayisəsi aparılmalıdır. Vaytsman Fələstinin xaricində yaşamasına baxmayaraq, özünü həm İngiltərəyə, həm də digər qərb hökumətlərinə qəbul etdirmiş və ifrat düşüncələr baxımından Qüds müftisindən heç də geri qalmadığı halda sionizmin lideri kimi etibar görmüşdür. Bununla belə, İngiltərə Qüds müftisinin Fələstində qalmasına belə icazə verməmişdir. Müharibə başladığı zaman Fələstin ərəblərinin liderlərindən heç biri Fələstində deyildi və müharibə illərində fələstinlilər lidersiz idi.[22]
1937-ci il həbsləri zamanı Suriyaya qaçıb, buradan da Beyruta keçən Hacı Əmin əl-Hüseyni müharibə başladıqdan sonra 1939-cu ilin oktyabr ayında Bağdada getmişdi. Lakin 1941-ci ilin aprelində Rəşid Əli Geylani liderliyində baş vermiş almanpərəst çevriliş cəhdinin uğursuzluğundan sonra İngiltərənin İraqdakı nəzarətini gücləndirməsi Hacı Əmin əl-Hüseyninin də Bağdaddan qaçaraq Romaya getməsinə səbəb oldu.[23]
İngiltərənin Qüds müftisinə qarşı bu mövqeyi sərgiləməsi Hacı Əmin əl-Hüseyninin müharibə zamanı Nasist Almaniyasına yaxınlaşmasına səbəb oldu. Buna görədir ki, o, 1941-ci ilin may ayında Bağdad və ittifaq dövlətlərinin radiolarında yayımlanan fətvası ilə bütün müsəlmanları İngiltərəyə qarşı cihada çağırdı.[24] Bu fətvada Almaniya və onun müttəfiqləri barədə bir kəlmə belə bəhs edilməmişdir, lakin müfti Romaya getdikdən sonra Almaniya ilə daha yaxın təmas qurmuş və müharibə illərinin bir qismini Almaniyada keçirmişdir. Bu arada 28 noyabr 1941-ci ildə Berlində Hitlerlə 2 saata yaxın davam edən görüşü baş tutmuşdur. Bu görüşdə əl-Hüseyni özünün edəcəyi çağırışla ərəb ölkələrindəki bir çox ərəbi hərəkətə gətirə biləcəyini, lakin bundan əvvəl Hitlerin ərəblərə xitab edən bəyanat yayımlamasının lazım olduğunu bildirmişdi.[25] Hitler belə bir bəyanatın yayımlanmasına tərəfdar olmamışdır, ona görə də 1941-ci ilin aprelindəki İraq hadisəsi uğurlu olsaydı, ərəblərin qurtuluş yolu açılacaqdı. Amma bu baş vermədiyi üçün Qafqaz cəbhəsindəki hadisələrin sonunu gözləmək lazım gəlirdi. O zaman Rostov yaxınlığında olan alman ordusunun hədəflədiyi Qafqaz ələ keçirildikdən sonra oradan cənuba eniləcəkdi. Ərəblərə ünvanlanmış bəyanatın da məhz o zaman verilməsi planlaşdırılmışdı. Əl-Hüseyni Hitlerlə gizli müqavilə imzalamaq istəsə də, Hitler belə bir müqavilənin gizli qalmayacağını əsas gətirərək bundan imtina etmişdir.[26]
Yəhudilər isə İngiltərənin müharibə səylərini dəstəkləyib, onunla müttəfiqlik etməklə bərabər, iki məsələdə İngiltərə üçün problem yaradırdılar. Bu məsələlərdən biri hələ müharibədən əvvəlki illərdə başlamış olan və getdikcə sürətini artıran qeyri-qanuni yəhudi köçləri idi. Yəhudi mənbələrinə görə təkcə 1939-cu ilin may ayında Fələstində qeyri-qanuni 37 min yəhudi yaşamaqda idi.[21] 1939-cu ilin iyul-sentyabr aylarında isə 6,323 nəfər də qeyri-qanuni şəkildə gəlmişdi.[21]
İngilis hakimiyyətinin qeyri-qanuni köçləri önləmək üçün işlər görməsi yəhudilərlə ingilislər arasında toqquşma dövrünün başlamasına səbəb oldu. Bu toqquşmalar Almaniya və müttəfiqlərinin geriləməyə başladığı 1943-cü ildən sonra daha da şiddətlənmişdir.
Digər tərəfdən, yəhudi terror təşkilatları da yeni fəaliyyətə başlayırdılar. Bu təşkilatlar oğurluq yolu ilə ingilis hərbi bölmələrindən silah və sursat əldə edirdilər. Əslində bu oğurluq üçün ingilis hərbçiləri özləri də şərait yaradırdılar.[27] Beləcə, yəhudilər müharibədən sonra İngiltərəyə qarşı özlərini silahlı mübarizəyə hazırlayırdılar.
Müharibə ilə birlikdə ərəblərin lidersiz və dağınıq qalmaları yəhudiləri bir digər məsələdə də fəaliyyətlərini artırmağa sövq edirdi. Bu da yəhudi köçləri ilə yəhudilərin torpaq satın almalarının sərbəst buraxılması üçün İngiltərəyə təzyiq etmələri idi. İngiltərə isə buna razılıq vermirdi. Çünki müharibə dövründə belə bir şey etmək nəinki Fələstin ərəblərini, hətta bütün Orta Şərq ərəblərini üsyana qaldıra bilərdi.[c][28][29]
Buna görə də İngiltərə tamamilə əks istiqamətə hərəkət edərək, 1939-cu il MakDonaldın Ağ Kitabının nəzərdə tutduğu yəhudilərə torpaq satışı limitlərini 28 fevral 1940-cı ildə qüvvəyə mindirdi. Qeyd etmək lazımdır ki, 1939-cu il Ağ Kitabı Fələstin torpaqlarını A, B və C deyə 3 bölgəyə ayırmış və ancaq 5 faiz təşkil edən C bölgəsində yəhudilərə torpaq satışı sərbəst buraxılmışdı.[30]
Ərəblər bu qərardan razı qalarkən, Yəhudi Agentliyi milyonlarla yəhudi Nasist Almaniyasının zülmü altında olarkən qüvvəyə minən bu qərara etiraz edirdi.[31]
Yəhudilər müharibədən sonra bir tərəfdən silahlı mübarizə hazırlıqları apararkən, o biri tərəfdən də siyasi mübarizə hazırlıqlarını axsatmırdılar. 9–11 may 1942-ci ildə Nyu-Yorkda Baltimor hotelində keçirilən Dünya Sionist Təşkilatının fövqəladə konqresində Baltimor proqramı deyilən sənəd qəbul edildi.[32] 8 maddəlik qərarlardan ibarət olan bu proqramda 1939-cu il MakDonald Ağ Kitabı tamamilə rədd edilib keçərsiz sayıldığı bildirildikdən sonra "yəhudilərin vətənsizlik məsələsi son olaraq həll edilmədiyi halda zəfərdən sonrakı dünya nizamını sülh, ədalət və bərabərlik üzərində inşa etməyin qeyri-münkünlüyü" bildirilir və Fələstinin qapılarının yəhudilərə açılması, yəhudi köçlərinə nəzarətin Yəhudi Agentliyinə verilməsi istənilirdi. Qısası, Fələstində yəhudi əhalinin çoxluq təşkil etdiyi dövlətin qurulması nəzərdə tutulurdu.[33][34] İkinci Dünya müharibəsi Fələstin ərəbləri arasında olmasa da, ərəb ölkələri arasında nisbətən birliyin meydana gəlməsinə səbəb oldu. Ərəb dövlətləri 1944-cü il 25 sentyabr—7 oktyabr günlərində İsgəndəriyyədə Ərəb Liqasının qurulmasını təmin edəcək ilk iclaslarını keçirdilər. Bu iclasda Fələstin ərəblərinin daha əvvəl rədd etmiş olduğu 1939-cu il MakDonald Ağ Kitabı "İsgəndəriyyə protokolu" adı ilə qəbul edildi.[35][36]
İngiltərə müharibədən sonrakı mərhələdə Fələstin məsələsinin ona problem yaradacağını başa düşürdü. İngiltərənin 1945-ci ilin sentyabr ayına qədər bu məsələdə gördüyü 3 əsas iş vardır:
Hələ müharibə bitməmişdən əvvəl Fələstindəki yəhudilərin (Yişuv) liderlərindən biri olan və Yəhudi Agentliyinin İcraiyyə Komitəsinin rəhbəri Ben Qurion Yişuvun bundan sonra qarşısında olan əsas hədəf kimi ərəblərlə döyüşməyi göstərmişdi. Buna görə də Ben Qurion 1 iyul 1945-ci ildə Nyu-Yorkda sionizmə xoş münasibət göstərən 17 yəhudi milyoneri ilə iclas keçirmiş və onlardan həm Yişuvun müdafiəsi üçün, həm də Fələstinə yəhudi köçlərinə kömək etmək üçün fond qurmalarını istəmişdi. Bundan sonra komitə qurulmuş və bu yəhudi milyonerlərdən birinin adına Sonnenborn İnstitutu adlandırılmışdı. Rəsmiyyətdə bu şirkət kənd təsərrüfatı və tibbi təchizat almaqla məşğul olurdu. Lakin bu şirkətin mütəxəsisləri müharibənin sona çatmasına görə bağlanmaq üzrə olan silah zavodlarını gəzərək köhnəlmiş hərbi təchizat və sursatları almağa başladılar. 1946-cı ilin ortalarında bu şirkət Yəhudi Agentliyinin silahlı yeraltı təşkilatı olan Haganahın ABŞ qolu halına gəlmiş və gəmilər, təyyarələr, maşınlar, xeyli silah-sursat alıb ABŞ və Avropadakı anbarlarında saxlamağa başlamışdı. Ara-ara bu silahlar Fələstinə göndərilirdi.[41]
Bu zaman Fələstində fəaliyyətdə olan yəhudi təşkilatlarında da birləşmə meydana gəldi. Bunlar Moşe Snehin liderliyindəki Haganah, Menaxem Begin liderliyindəki İrqun və İstiqlaliyyət Mücahidləri, Lohmei və ya Sternistlərdi.[42] Lakin bunlar birləşərək tək təşkilat halına gələ bilmədilər. İrqun və Lohmei, yəni iki ifrat təşkilat bu birləşməyə yanaşmadı. Bununla bərabər, koordinasiya içində hərəkət etməyə razılaşdılar. Haganahın insan öldürülməsinə qarşı olması digər iki ifrat təşkilatın Haganah ilə birləşməsinə mane oldu.
Bu qərardan sonra Ben Qurion 1 oktyabr 1945-ci ildə terror təşkilatlarına hərəkətə keçmə əmri verdi. Bu əmrin məğzi qeyri-qanuni yəhudi köçlərinə mane olan ingilis ordusuna hücumların təşkil edilməsi idi. Bu zaman ABŞ Avropadakı yəhudilərdən 100 min nəfərin Fələstinə qəbulu üçün İngiltərəyə təzyiq etməkdə idi. İngiltərə isə hələ ki, buna qarşı çıxırdı. Terror fəaliyyətlərinin bərpasında bu hadisə mühüm rol oynamışdır.[43]
Lakin yəhudi təşkilatları arasındakı birlik də daha ilk gündən etibarən alınmadı. Haganah terrorla birlikdə siyasi fəaliyyətə də üstünlük verərkən İrqun və Lohmeiyə görə, İngiltərənin Fələstindən çıxarılması üçün silahlı mübarizə tək yol idi. Bu fikir ayrılıqları müzakirələr yolu ilə Yəhudi Agentliyinin xüsusi komitəsinin terror fəaliyyətlərini koordinasiya etməsinə qərar verilməsi ilə nəticələndi.[44][45] Bundan sonra oktyabr ayının sonundan etibarən yəhudi terror fəaliyyətləri birdən-birə sürətləndi. 31 oktyabrdan 1 noyabra keçən gecə bu üç terror təşkilatının birgə fəaliyyəti ilə Fələstindəki dəmiryolu şəbəkəsinin 153 nöqtəsinə qəfil sabotaj hücumu edildi. Hayfa limanında qaçaq yəhudi qaçqını gətirən gəmilərə nəzarət etmək və qovmaqla vəzifələndirilən 2 polis gəmisi və Yafa limanında isə bir polis gəmisi batırıldı.
1945-ci ilin əvvəllərində Fələstində 50 min nəfərlik ingilis ordusu var idi. Toqquşmaların artmasından sonra bu qüvvələr 80 minə, yəhudi terrorunun ən yüksək nöqtəyə çatdığı 1947-ci ildə isə 100 minə qaldırılmışdı. 1945-ci ilin dekabr ayında 4 destroyer, 2 kruvazyor və xeyli sayda təyyarə Fələstin sahillərini qaçaq yəhudi köçlərinə qarşı mühasirəyə almış vəziyyətdə idi. 1945-ci ilin sonlarından etibarən Fələstin məsələsinə ABŞ faktorunun da girməsinə görə İngiltərə ABŞ ictimaiyyətinin həssaslığını nəzərə alaraq yəhudi terroruna qarşı lazım olan sərtliyi göstərməmişdir.[46] Lakin, İngiltərənin bu mövqeyi yəhudi terrorunun azalmasını təmin edə bilməmişdir. 1946-cı il ərzində yəhudi terroru ilə əlaqəli hadisələr belə sıralanır:[47]
Bu son hadisə ingilisləri sərtləşdirdi. İngiltərə yəhudilərin fəaliyyətinə qarşı sərt siyasət yürütməyə başladı. Aqatha əməliyyatı deyilən və 17 min ingilis hərbçisinin iştirakı ilə bütün Fələstində axtarışlar və həbslər başlandı. 29 iyun 1946-cı ildə erkən saatlarda başladılan əməliyyatda Yəhudi Agentliyinin Qüdsdəki bütün binalarına basqın edildi. Qüds də daxil, bütün Fələstində 2700 yəhudi həbs edildi. Bunlar arasında Yəhudi Agentliyinin İcraiyyə Komitəsinin üzvləri Moşe Şertok ilə İtzhaq Qrunbaum da var idi. Vaytsman ilə Qolda Meyerə toxunulmadı. Lakin bu zaman Fələstində olmayan Ben Qurion barədə həbs qərarı çıxarıldı. Bu isə Ben Qurionun Fələstinə dönməsinə mane olacaqdı.
Bu əməliyyat zamanı Hayfa yaxınlığındakı Yaqur adlı yəhudi düşərgəsində aparılan axtarışlar zamanı 33 sandıq silah tapıldı. Bu silahlardan 10 ədədi mexaniki tüfəng, 325 ədədi piyada tüfəngi, 96 top, 800 ədəd partlayıcı maddə və 425 kiçik güllə idi. 28 avqust və 2 sentyabrdakı axtarışlarda isə müharibə zamanı Misirdəki ingilis hərbi qüvvələrindən oğurlanmış müxtəlif silahlar da aşkar edildi.[48]
Vaytsmana görə, Aqata əməliyyatı yəhudilərə qarşı müharibə elanı idi.[49] Lakin bu əməliyyat yəhudiləri fəaliyyətindən döndərə bilmədi. Yəhudilər cavab olaraq Kinq David hotelinə hücum təşkil etdi. Menaxem Beginin İrqun təşkilatı ingilislərin qərargahı olan Qüdsdəki Kinq David hotelinə daxil olub binanın cənub qanadına bombalar yerləşdirdi və 22 iyul 1946-cı ildə bu bombalar partladıldı. Binanın cənub tərəfi tamamilə çökdü. İngilis məmur və zabitləri ilə birlikdə, ərəb və yəhudilərin də daxil olduğu 92 nəfər öldu, xeyli insan yaralandı.[50]
Yəhudi terroru bu hadisədən sonra da davam etdi. Lakin İngiltərə mövqeyini daha da sərtləşdirdi. 1946-cı ilin noyabrında Fələstinə qeyri-qanuni yolla daxil olan 3900 yəhudini tutub Kiprə sürgün etdi. 1946-cı ilin oktyabr ayında ingilis postuna hücum edən 4 İrqun üzvü edama məhkum edildi və 1947-ci ilin aprelində edam edildilər. Lakin İrqun də 1 mart günü Təl əvivdəki ingilis zabit klubuna bombalarla hücum edib 12 ingilis zabitini öldürdü.
Terrorun davam etməsi və xeyli sayda insanın öldürülməsi mötədillərlə ifratların fikir ayrılıqlarını şiddətləndirdiyi kimi, Haganah ilə İrqun arasında da mübarizə başlatdı.[51] Lakin Palmax tərəfindən dəstəklənən Haganahın İrquna qarşı mübarizəsi nəticə vermədi. BMT Fələstin Xüsusi Komissiyasının 1947-ci ilin yaz aylarında Fələstində etdiyi araşdırmalar zamanı da İrqunun terror fəaliyyəti davam etdi.
İngiltərənin bütün tədbirlərinə baxmayaraq, Yəhudi Agentliyinin Avropadakı təşkilatı Mossad 1945–1948-ci illər arasında 69,878 yəhudini Fələstinə qaçaq olaraq gətirməyi bacarmışdı. Mossadın qərərgahı Parisdə idi və fransız, italyan və yuqoslav limanlarından icarəyə götürdüyü gəmilərlə Avropadan topladığı yəhudiləri Fələstinə göndərirdi.[e][52]
Marşal Rommelin Şimali Afrikada məğlub olması, müttəfiqlərin Şimali Afrika cəbhəsində üstün olmaları və Orta Şərqə doğru yönələn alman təhlükəsinin aradan qaldırılmasından sonra İngiltərə bölgədəki siyasətini yumşaltmağa başladı. Fələstində siyasi fəaliyyətə yenidən icazə verildi. Bundan sonra ərəblər Ali Ərəb Komitəsini yenidən canlandırmaq üçün hərəkətə keçdilər. Komitənin liderliyini İstiqlal qrupu almaq istəyirdi. Vəziyyət də buna uyğun görünürdü. Çünki Qüds müftisinin nasistlərlə əlbir olması Hüseynilərin nüfuzuna ziyan vurmuşdu.[53][f] Qüds müftisinin oğlu Camal Hüseyni isə müharibə zamanı ingilislər tərəfindən Rodeziyaya (bu günkü Zimbabve) sürgün edilmiş və orada 1945-ci ilin sonuna qədər qalmışdı.[g]
İstiqlal qrupu Camal Hüseyninin böyük qardaşı Tofiq Hüseyni ilə də birlik qura bilmədi. Çünki bu zaman Fələstin Ərəb partiyası, Xristian Gənclik partiyası və Milli Blok kimi yeni siyasi qruplar ortaya çıxmışdı və Tofiq Hüseyni qardaşı Camal Hüseyninin geri dönüşünə qədər Fələstin Ərəb partiyasının liderliyini üzərinə götürmüşdü. Buna görə də bağlayıcı münasibətlər içinə girməyə tərəfdar deyildi. Bundan əlavə, Hüseynilərin nasistlərlə əlbir olma damğası yemələrinə qarşı İstiqlal qrupu da ingilis müttəfiqi damğası yemişdi. İstiqlal qrupu 1939 MakDonald Ağ kitabını qəbul etmişdi, Hüseynilər isə Fələstinin müstəqilliyinin tərəfdarı idi.
Fələstinlilərin bu cür parçalanması onların Fələstin məsələsində vahid mövqe göstərməsinə mane olurdu. Buna görə də, Fələstin məsələsində ərəb mövqeyini yeni yaranmaqda olan Ərəb Liqası müdafiə etməyə başlayırdı.
Ərəb Liqasının quruluş toplantısı 25 sentyabr – 7 oktyabr 1944-cü ildə İsgəndəriyyədə keçirildi. İclasda İsgəndəriyyə protokolu deyə adlandırılan 5 qərar qəbul edilmişdi. İlk dörd qərar quruluşa və ərəb dövlətləri arasındakı siyasi, sosial və iqtisadi münasibətlərə aid idi. V qərar isə Fələstinə aid olub, ingilis hökumətinin 1939 MakDonald Ağ kitabında yer alan yəhudi köçlərinin dayandırılması, yəhudilərə torpaq satışınını qadağan edilməsi və Fələstinin müstəqilliyi mövzusundakı fikirləri ərəblərin haqları (ing. acquired rights) olaraq qəbul etməkdə idi.[35][54]
Ərəb Liqası və ya rəsmi adı ilə Ərəb Dövlətləri Birliyi[h] Suriya, İordaniya, İraq, Səudiyyə Ərəbistan, Livan, Misir və Yəmən arasında imzalanan paktla 22 mart 1945-ci ildə quruldu. Pakta əlavə olaraq yayımlanan Fələstin Haqqında Bəyanatda Fələstinin ərəb ölkələrinin ayrılmaz parçası olduğu ifadə edildikdən sonra, İsgəndəriyyə protokolu daha da dəqiqləşdirilərək 1939 MakDonald Ağ kitabındakı maddələrin ərəblərin haqlarını təşkil etdiyi bildirilirdi.[55][56] Ərəb dövlətləri arasındakı bu birlik təşəbbüsləri Fələstin ərəblərinə də təsir etmişdi. Buna görə də 25 noyabr 1945-ci ildə Ali Ərəb Komitəsi yenidən quruldu. Komitədə 5 Hüseyni, 5 nəfər də digər partiyaların nümayəndəsi və 2 nəfər də tərəfsiz üzv var idi. Nəşaşibilər özlərinə geniş təmsil imkanı verilmədiyi üçün komitəni boykot etdilər. Komitənin rəhbərliyinə Rodeziyadakı sürgündən geri dönən Camal Hüseyni gətirildi. Lakin Camal Hüseyni Ali Ərəb Komitəsinə aktivlik qazandıra bilmədi. Çünki digər qrupların Hüseynilərə etibarı yox idi. Buna görədir ki, Camal Hüseyni 1946-cı ilin martında komitəni iclasa çağırdığı zaman Hüseynilərdən başqa heç kim gəlməmişdi.[57][58]
Digər siyasi qruplar öz aralarında birləşərək 29 may 1946-cı ildə Ali Ərəb Cəbhəsini təşkil etdilər.[59] Bu qruplar Milli Müdafiə partiyası, İslahat partiyası, Milli Blok, Ərəb Gənclik Konqresi və İstiqlal partiyası idi.[60]
Ərəb Liqası Şurası da 9–12 iyun 1946-cı ildə Suriyadakı iclasında Fələstin üçün 10 maddəlik qərarlar qəbul etdi. Bu qərarlara görə, bütün ərəb dövlətlərinin nümayəndələrindən meydana gələn Fələstin komitəsi ilə Fələstin fondu təşkil edilirdi.[61] İclasda həmçinin, Fələstin üçün Ali İcraiyyə Komitəsi qurulurdu ki, bunun rəhbərliyinə də Hacı Əmin əl-Hüseyni gətirilirdi. Komitədə Camal əl-Hüseyni sədr müavini, Qüdsün köhnə bələdiyyə rəhbəri Dr. Hüseyn əl-Xalidi baş katib idi. Əhməd Hilmi paşa ilə Əmin əl-Huri isə üzv idi.
Qeyd etmək lazımdır ki, Ərəb Liqasının qurulması ilə bərabər Ərəb dövlətləri Fələstin məsələsini ortaq formada gündəmə gətirmişdilərsə də, hər birinin bəzən Fələstin məsələsində tamamilə fərqli düşüncələri və mənfəətləri olmuşdur. Mənfəət məsələlərində İordaniya kralı Kral Abdullah ən seçiləni idi. 1920-ci illərdən sionistlərlə əlaqə içində olan kral Fələstinin bölünməsi halında ərəblərin payına düşəcək olan torpaqları İordaniyaya birləşdirmək fikrində idi.[i][62] Suriya və Səudiyyə Ərəbistanı isə bu fikrin tamamən əlehinə idilər. Kral Abdullahın mənsub olduğu Haşimilər sülaləsi Səudiyyə sülaləsini ən böyük düşmən kimi qəbul edirdi.[j][63]
Digər tərəfdən İordaniya kralının Suriya, Livan və Fələstini İordaniya ilə birləşdirən Böyük Suriya layihəsinə qarşı olaraq, İraqın baş naziri Nuri Səid də İraq, Suriya, Livan, İordaniya və Fələstini özündə birləşdirən Bərəkətli Hilal (ing. Fertile Crescent) layihəsini reallaşdırmaq istəyirdi. Buna görədir ki, Ərəb Liqası paktı ərəblərarası birləşməni reallaşdırmaqdan çox Əmman və Bağdaddakı Haşimilərin layihələrinə mane olmaq üçün çalışmışdır.[64]
Müharibənin sonunda İngiltərə maddi gücünün azalması ilə yanaşı, Liviyada Trablusqarbdan Hörmüz boğazına qədər olan 3 min millik sahənin təhlükəsizliyini də təmin etməyə məcbur idi. Bu şərtlər altında sionist propaqandası və istəkləri İngiltərəni narahat edərkən ərəblər də 1939 Ağ Kitabının tədbiqi üçün İngiltərəni sıxışdırmağa başladılar. Bu vəziyyət qarşısında İngiltərə ABŞ-nin dəstəyini qazanmaq istəyirdi. 1945-ci ilin iyul ayındakı seçkilərdə iqtidara gələn İşçi partiyasının baş naziri Ettli Potsdam konfransı zamanı prezident Trumen ilə Fələstin əsələsini müzakirə etsə də, nəticə əldə edilmədi. Çünki bu zaman ABŞ ictimaiyyəti övladlarının tez bir zamanda evlərinə dönməsini istəyirdi və dənizaşırı döyüşlərə qarşı idi.[65]
Müharibə zamanı həm ABŞ Senatı, həm də Ruzvelt hakimiyyəti Fələstin məsələsi ilə məşğul olmuşdur. ABŞ Senatı 1943-cü ildən etibarən ortaya çıxmağa başlayan Avropadakı yəhudi qaçqınlar məsələsini dəfələrlə müzakirə etmişdir.[66] 3 milyondan çox yəhudinin yaşadığı ABŞ Dünya Sionist Təşkilatının ən güclü mərkəzlərindən biri idi. Bu vəziyyət ABŞ hökumətini və birbaşa ABŞ Xarici İşlər Nazirliyini də istər-istəməz Fələstin məsələsinin içinə çəkmişdir. ABŞ Xarici İşlər Nazirliyi müharibə zamanı Fələstin məsələsinə daima ABŞ-nin Orta Şərqdəki neft və strateji mənfəətləri aspektindən yanaşaraq, yəhudi mübarizəsinə deyil, ərəb fikirlərinə üstünlük vermişdir.[67]
Fələstin məsələsində İngiltərənin mövqeyindən məmnun olmayan ərəb ölkələri, məsələn Misir hələ müharibə zamanı ABŞ-nin diqqətini Fələstin məsələsinə çəkmək istəyirdi.[68][69] Hətta Misirdən əvvəl Türkiyə belə ABŞ-ni bu barədə məlumatlandırmışdı. 70 amerikalı senatorun yəhudilərin Fələstinə yerləşdirilməsi üçün kampaniya başladacaqlarını eşidən Türkiyənin Vaşinqtondakı səfiri Münir Ərtəgün 22 aprel 1941-ci ildə ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq Dairəsinin rəhbəri Paul H. Allinqi ziyarət etdi. O bildirdi ki, Türkiyənin ərəblərlə uzun müddətli təcrübəsi vardır və ABŞ-nin Fələstinə yəhudi miqrasiyasını təşviq etməsi təkcə ərəblərin deyil, Hindistan müsəlmanlarının da qarşı çıxmasına səbəb olacaq, belə vəziyyətin İngiltərə üçün yaradacağı çətinliklər Türkiyəni də yaxından maraqlandırır.[70][71]
Ərəb ölkələri içində Fələstin məsələsinə ən çox maraq göstərən dövlət Səudiyyə Ərəbistanı idi. Kral Əbdüləziz ibn Səud 29 noyabr 1938-ci ildə prezident Ruzveltə məktub yazıb, ərəb və müsəlman lideri olaraq ərəb məsələləri, birbaşa Suriya və Fələstin ilə yaxından maraqlandığını bildirmiş və bu məsələlərdə ABŞ-nin düşüncələrini öyrənmək istəmişdi.[72] Ruzvelt yazdığı cavabda həm ərəblərəin, həm də yəhudilərin fikrini öyrənmədən Fələstin məsələsində əsaslı qərar verə bilməyəcəyini söyləmişdir.[73]
Bu zaman kral ABŞ-nin Riyada göndərilən Qahirədəki səfiri Aleksandr Kirk ilə 1943-cü ilin aprelində Dahranda keçirdiyi görüşdə birbaşa bu iki məsələ üzərində dayanmışdır:[74][75]
Kral Səud bu düşüncələrini 30 aprel 1943-cü ildə Ruzveltə yazdığı məktubda da dilə gətirmişdi. O, yazırdı:
Allah qorusun, yəhudilər arzularına nail olarlarsa, Fələstin əbədi olaraq toqquşmaların və çətinliklərin qaynağı olacaqdır.[76] |
Ruzvelt bu məktuba 26 mayda cavab vermiş, "ərəblərə və yəhudilərə tam mənası ilə deyilmədən" Fələstinin əsas vəziyyətində heç bir dəyişiklik edilməyəcəyinə təminat vermişdi.[77] Bununla birlikdə, Ruzvelt Fələstin məsələsinin ərəb-yəhudi razılığı ilə həll ediləcəyi inancı ilə sionist lideri Dr. Haym Vaytsman ilə Səudiyyə Ərəbistan kralını görüşdürmək istədi. Buna görə, ərəbcə çox yaxşı bilən və Orta Şərq üzrə mütəxəsis olan polkovnik-leytenant Harold B. Hopkinsi 1943-cü ilin avqust ayında Kral Əbdüləziz ibn Səudla görüşə göndərsə də, kral Vaytsman ilə görüşməyi rədd etdi. Kral həmçinin, bildirdi ki, ərəb dünyasının lideri pilləsində olmasına baxmayaraq məsləhətləşmələr etmədən Fələstin adından daşına bilməyəcəyini və Fələstini yəhudilərə təslim etməyi isə heç bacarmayacağını bildirmişdi.[78]
Ruzveltin sionizm mövzusuna çox maraq göstərdiyi və ya bu məsələdə geniş bilgi sahibi olduğunu demək olmaz. Buna görə də, sionizm və Fələstin məsələlərinin necə həll ediləcəyi haqqında müəyyən fikri də yox idi. Ruzvelt iki faktor arasında qalmışdı. O, İkinci Dünya müharibəsi ilə birlikdə, Orta Şərqin həm neft baxımından, həm də Asiyaya, Uzaq Şərqə doğru gedən yolların keçdiyi strateji bölgə olaraq əhəmiyyətini görmüşdü. Bundan əlavə, Fələstində yəhudi dövlətinin qurulmasındakı problemləri də çox yaxşı görə bilmişdi. Lakin həm Senatdakı, həm də Nümayəndələr Palatasındakı sionist dəstəkçisi olan şəxslərin təsirinə məruz qalmışdı. ABŞ sinoistlərinin rəhbəri olan Feliks Frankfurter Ruzveltin çox yaxın dostu idi. Buna görədir ki, Ruzvelt 1944-cü il prezidentlik seçkilərində yəhudi səslərini qazana bilmək üçün yəhudi məsələsini seçki platformasına aldı və sonda qalıb gəldi.[79][80][k]
Yalta konfransından (4–11 fevral 1945) sonra Misirdə Səudiyyə Ərəbistan kralı ilə keçirdiyi görüş Ruzveltin Fələstin məsələsindəki düşüncələrinin ərəblərə doğru meyllənməsinə səbəb oldu. Misirdə Süveyş kanalı üzərindəki Böyük Acı göldə U. S. S. Quincy adlı ABŞ döyüş gəmisində baş tutan bu görüşdə Kral Əbdüləziz ibn Səud Ruzvelti çox təsirləndirmişdi.[82] Kral nitq dediyi zaman bir neçə dəfə ərəblərin özlərini qorumaq üçün silahdan istifadə etməkdə tərəddüd etməyəcəklərini bildirmişdi. 1945-ci ilin yanvar-aprel dövründə ərəb ölkələri də ABŞ-yə müraciət edərək yəhudilərin Fələstinə yerləşdirilmələri halında ərəblərin müqavimət göstərəcəklərini bildirmişdir. Ruzvelt sonralar bu görüşdən bəhs edərkən 5 dəqiqədə Fələstin məsələsində bütün həyatı boyunca öyrəndiklərindən daha çox şey öyrəndiyini demişdi. Bu görüşdən sonra Ruzvelt krala yəhudiləri dəstəkləməyəcəkləri barədə söz vermişdi. Ölümündən bir həftə əvvəl – 5 aprel 1945-ci ildə Kral Səuda yazdığı məktubda da bu sözünü təkrarlamış və Fələstin məsələsində ərəb xalqının əleyhinə ola biləcək heç bir hərəkətə yol verməyəcəyini bildirmişdi.[83]
Ruzvelt kralla görüşündən bir müddət sonra – 3 mart 1945-ci ildə xarici işlər nümayəndəsinə Fələstində yəhudi dövlətinin qurulmasının və davam etdirilməsinin ancaq hərbi qüvvə tədbiqi yolu ilə mümkün ola biləcəyi qənaətində olduğunu demişdi.[84][85]
Ruzveltdən sonra prezident olan Harri Truman özündən əvvəlki prezidentlərin Orta Şərq məsələləri ilə bağlı nə etdikləri barədə çox az məlumat sahibi olaraq prezidentliyə gəlmişdi. Trumen deyirdi:
Ərəblərin yəhudilərin Fələstinə yerləşmələrinə qarşı olduqlarının fərqindəyəm. Lakin bir çox amerikalı kimi yəhudilərin Avropadakı vəziyyəti mənim də fikirlərimi dolaşdırmaqda idi.[86] |
Fələstin məsələsi barədə əvvəlcədən bilinən dəqiq planları olmadığı üçün prezident olan kimi konqresmenlər, hahamlar, diplomatlar və s. ona öz fikirlərini yeritmək üçün hərəkətə keçdilər. Sionistlər və bir çox siyasətçi yəhudiləri dəstəkləməsini istədi. Xarici işlərlə məşğul olan məmurlar isə bunun əksini etməsini istəyirdilər. Hətta Xarici İşlər Nazirliyi Trumenə 16 iyun 1945-ci ildə göndərdiyi memorandumda yəhudi liderlərinin müraciət etməsi halında çox irəli gedən bəyanatlar verməməsini məsləhət görürdülər, çünki onlara görə ərəblərlə, yəhudilərlə geniş əhatəli danışıqlar etmədən Fələstin məsələsində son qərara gəlmək qeyri-mümkün idi.[87]
Müharibənin sonunda ortaya çıxan Avropadakı yəhudi qaçqınları məsələsi Trumeni gedərək sinoistlərlə yaxınlaşdırmışdır. Bu zaman Avropadakı yəhudi qaçqınlarının sayısı 200.000–250.000 idi.[l][20][89] Trumen bu yəhudi qaçqınların vəziyyətlərini incələmək üçün Pensilvaniya Universitetinin Hüquq fakültəsinin dekanı Earl G. Harrisona tapşırıq verdi. Harrison Avropadakı qaçqın düşərgələrində apardığı araşdırmalardan sonra 1945-ci ilin avqust ayında hesabatını Trumenə verdi. Hesabat yəhudi qaçqınların vəziyyətlərini çox ətraflı şəkildə izah edir və ən az 100.000 yəhudinin Fələstinə göndərilməsinın lazım olduğunu bildirirdi.[90]
Burada diqqəti çəkən digər məqam isə yəhudi qaçqınlarını qəbul etmək üçün ABŞ hökumətinin heç bir yumşalmaya getməməsi, bu məsələni müzakirə belə etməməsidir. Halbuki, bu qaçqınların böyük əksəriyyəti ABŞ-yə köç edəcəklərinə ümid edirdilər. ABŞ-nin bu 100.000 nəfərlik qaçqın köçünü Fələstinə buraxması üçün İngiltərəyə təzyiq etməsindən sonra İngiltərə Xarici İşlər naziri Bevin ABŞ-nin bu məsələdə şiddətlə israrının səbəbi kimi ABŞ-nin bu yəhudiləri Nyu-Yorkda görmək istəmədiyini bildirmişdir.[91]
Harrison hesabatından sonra Trumen 31 avqust 1945-ci ildə İngiltərə baş naziri Ettliyə məktub yazaraq bu 100.000 yəhudinin Fələstinə qəbul edilməsini istəmiş, bu mövzudakı məktublaşmalar sentabr ayında da davam etmişdir. Fələstinin iqtisadi qaynaqlarının bu qədər qaçqını qəbul etməyə uyğun olmayacağını bildirən Ettli təklifi qəbul etməsə də, Trumenin bu hərəkəti ərəb ölkələrinin etirazlarına səbəb olmuşdur.[92]
Vaşinqtondakı Misir, İraq, Suriya və Livan səfirlikləri 12 oktyabrda Xarici İşləri Nazirliyində verdikləri ortaq notada Fələstində yəhudi dövlətinin qurulmasının ancaq xarici qüvvələrin köməkliyi ilə mümkün ola biləcəyini bildirərək, silahlı müqavimət niyətlərini elan edirdilər.[93] ABŞ isə bu təzyiqlərə verdiyi cavabda ərəblər və yəhudilərlə məsləhətləşmədən son qərara gəlinməyəcəyi barədə köhnə təminatını yenidən təkrarladı.
Digər tərəfdən Trumenin 100.000 yəhudi üçün İngiltərə nəzdində təşəbbüs etməsinin öyrənilməsindən sonra Hindistan müsəlmanlarının lideri Cinnah 3 oktyabr 1945-ci ildə baş nazir Ettliyə telqraf göndərərək Fələstinə yəhudi köçlərinə icazə verilməsinin "canavarca və son dərəcə ədalətsiz " (ing. monstrous and highly unjust) bir şey olacağını bildirdi və 1939 MakDonald Ağ Kitabının əsas götürülməsini istədi. Cinnah 8 noyabrdakı mitinqində etdiyi çıxışda da ərəblərin həm ingilis imperializminə, həm də yəhudi köçlərinə qarşı edəcəkləri mübarizəyə hindistanlıların tamaşaçı qalmayacaqlarını bildirdi.[94]
Trumenin təşəbbüsü İngiltərəyə ABŞ-ni da Fələstin məsələsinin yükü altına salmasına fürsətini verdi. Halbuki, ABŞ Xarici İşlər Nazirliyinin fikri Fələstin məsələsinin ağırlığının İngiltərənin üzərinə buraxılması idi və bunu da Trumenə yazılı formada bildirmişdilər.[95]
Trumen ilə Ettli arasında edilən yazışma və təmaslardan sonra 10 dekabr 1945-ci ildə sadəcə yəhudi qaçqınları məsələsini deyil, Trumenin israrından sonra, Fələstin məsələsini də araşdırmaq üçün Anqlo-Amerikan Araşdırma Komitəsi quruldu. Komitə altısı amerikalı, altısı ingilis olmaqla 12 üzvdən ibarət idi. Komitə hesabatını 120 gün içində hazırlamalı idi. Digər tərəfdən, Anqlo-Amerikan Komitəsinin qurulması üçün 17 dekabrda Nümayəndələr Palatasında və 19 dekabrda da Senatın qəbul etdiyi ortaq qərarda Fələstinin kənd təsərrüfatı vı iqtisadi potensialının qaldıra biləcəyi qədər yəhudi köçlərinə açılması istənilirdi.[96]
ABŞ-nin Fələstin məsələsinə aktiv şəkildə daxil olması ilə Fələstində İkinci Dünya müharibəsinə görə dayanmış olan yəhudi terroru 1945-ci ilin oktyabr ayından etibarən İngiltərəyə qarşı olaraq yenidən başladı. Qaçaq yəhudi köçləri də sürətləndirildi. Yəhudilər bu əməlləri ilə İngiltərəyə təzyiq etmə ilə yanaşı, ABŞ-ni və onun ictimaiyyətini də təhrik etmək istəyirdilər.
Anqlo-Amerikan Komitəsi də 4 yanvar 1946-cı ildə Vaşinqtonda işə başladı və Avropada, Orta Şərqdə araşdırmalar etdikdən sonra 20 aprel 1946-cı il tarixli hesabatını 22 apreldə prezidetn Trumenə təqdim etdi. Hesabatın əsas postulatları bunlar idi:[97]
Anqlo-Sakson Komitəsinin hesabatına ilk etiraz İngiltərədən gəldi.[99] Baş nazir Ettli 1 may 1946-cı ildə İcmalar Palatasındakı çıxışında yəhudilərin qeyri-qanuni silahlı dəstələri buraxılmadıqca və bu qüvvələr silahlarını təslim etmədikcə həm yəhudilər, həm də ərəblər silahsızlaşdırılmadıqca, Yəhudi Agentliyi yəhudilərin ingilis bazalarına və ingilislərə etdiyi hücumların dayandırılmasını təmin etmədikcə İngiltərənin 100.000 yəhudinin köçünə razı olmayacağını bildirdi. Xarici İşlər naziri Bevin də 100.000 yəhudinin Fələstinə köçünün təmin edilə bilməsi üçün İngiltərənin bura 1 korpusluq yeni qüvvə göndərməsinin və 200 milyon sterlinq də pul ayırmasının lazım olduğunu bildirdi. 1945-ci ilin sonlarında buradakı ingilis ordusunun sayı 80.000-ə qədər qaldırılmışdı, 1947-ci ildə bu say 100.000 olmuşdu.[100]
Ərəb hakimiyyətləri isə hesabatın 100.000 yəhudinin Fələstinə köçünü planlaşdırmasına və yəhudilərin torpaq satın almalarını sərbəst buraxmasına görə şiddətlə qınadı.[101] Ərəblərin etirazlarının hədəfində ABŞ var idi. Onlara görə, Fələstin məsələsində ABŞ-nin heç bir söz haqqı yox idi.[102] Ərəb rəhbərləri 27–28 mayda Misirdəki Ərəb Liqası görüşlərində bu hesabatı rəsmi şəkildə rədd etdilər. Bludan iclasında alınan gizli qərara görə Anqlo-Sakson hesabatı tədbiq edilərsə, İngiltərə və ABŞ-nin bölgədəki iqtisadi maraqlarına qarşı boykot başladılacaqdı.[103]
Anqlo-Amerikan hesabatı 100.000 yəhudinin Fələstinə köç etməsini tövsiyə etməsinə baxmayaraq, hesabatın digər hissələri yəhudilərin etirazına səbəb oldu. Ben Quriona görə, bu hesabat 1939 Ağ Kitabının bir başqa forması və utancverici sənəd idi. Sionizmin məhvini qanuniləşdirir və yəhudi dövlətinni qurulması yerinə Fələstinin ingilis hərbi hakimiyyətində saxlanılmasını planlayırdı.[104]
ABŞ ictimaiyyətinin də həssaslığını nəzərə alan Harri Trumen İngiltərə ilə bu məsələdə razılaşmanın qeyri-mümkünlüyünü gördükdən sonra yəhudilərin köçürülməsi işini ABŞ-nin tək öz üzərinə götürməsi fikrinə gəldi. Lakin bunun üçün hərbi güc tədbiqinin lazım olduğunu gördükdən sonra dayanmağa məcbur oldu. Həmçinin, ABŞ Baş Qərərgahı da ABŞ ordusunun Fələstində istifadə olunmasına qarşı idi.[105] Bütün bu baş verənlərdən sonra prezident Trumen İngiltərə ilə razılaşma yollarını axtarmağa başladı. Hər iki ölkənin hökumət kabinetləri öz içlərindən komitə təşkil etdilər. ABŞ komitəsinin rəhbərliyinə prezident köməkçilərindən Henri F. Qredi, ingilis komitəsinin rəhbərliyinə isə kabinetin Fələstin komitəsi rəhbəri Herbert Morrison gətirildi. Bu iki komitənin vəzifəsi iki tərəf arasında Anqlo-Amerikan hesabtı əsasında meydana çıxan fikir ayrılıqlarını müzakirə etmək və ortaq qərara gəlmək idi.[106][107]
Hər iki komitə 1946-cı ilin iyul ayında Londonda görüşüb işə başladı. İyulun sonunda gəldiyi nəticələri açıqladı. Qredi-Morrison planı və ya Böyük Britaniya İcmalar Palatasında Herbert Morrison tərəfindən açıqlandığı üçün Morrison planı adını alan hesabat halına gəldi.[108] Planın əsaslarını bu formada göstərə bilərik:[103][109][110]
Ərəb və yəhudi əyalətlərinin qanunverici və icraedici orqanları olacaq və daxil işlərdə muxtariyyətləri olacaqdı. İrəlidəki zamanda bu iki əyalət ya federal dövlət halına gətiriləcək və ya Fələstin bu iki əyalət arasında bölünəcəkdi.
Mərkəzi hakimiyyətin əyalətlər üzərindəki hakimiyyəti də geniş tutulmuşdu. Məsələn, əyalətlərin qəbul etdiyi qanunlar mərkəzi hakimiyyətin də təsdiqini almalı idi. 100.000 yəhudi qaçqını yəhudi əyalətinə köç edə biləcəkdi, lakin bu da mərkəzi hakimiyyətin təsdiqini aldıqdan sonra mümkün ola biləcəkdi.
Morrison planına ilk etiraz bu dəfə prezident Trumendən gəldi. 100.000 yəhudi qaçqınının köçü məsələsini həll edə bilmədiyi üçün Trumen bu planı qəbul etmək istəmirdi.[111] Bu planı sionistər və şəxsən Ben Qurion rədd etdi. Ben Quriona görə, Morrison planı yəhudi dövləti qurmur, sadəcə 1939 Ağ Kitabını davam etdirirdi. Onlara görə, yəhudi köçünə dair yekun qərarın mərkəzi hakimiyyətin qərarına buraxılması ilə ərəblərə buraxılması arasında elə bir fərq yox idi.[112]
Ərəblər də bu planı yəhudi dövləti qurma yolunda atılan ilk addım kimi qəbul etdi və plan onlar tərəfindən də rədd edildi.
Bu münasibətə baxmadan, İngiltərə bu planı ərəblər və yəhudilərlə müzakirə etmək üçün Londonda konfrans təşkil etdi. Sionistlər bu konfransa qatılmağı rədd etdi.[m][113] Ərəb Ali Komitəsi də rədd cavabı verdi. Ərəb ölkələrindən Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistan, İordaniya və Yəmən ilə Ərəb Liqası baş katibi Əzzam Paşa konfransa qatılmağı qəbul etdilər və konfrans 9 sentyabr 1946-cı ildə Londonda Lankaster hotelində açıldı.[n] İngiltərə Morrison planını ABŞ-nin təzyiqinə görə, yəhudi qaçqınların Fələstinə köçlərini ərəb dövlətlərinə qəbul etdirmək istəsə də, ərəblərin hamısı bu planı qəbul etməyəcəklərini bir daha bildirdilər. Təklif olaraq isə özlərinin 6 maddəlik layihələrini təqdim etdilər. Bu layihəyə görə:[114][115] Fələstində ingilis mandatı ləğv ediləcək, müstəqil Fələstin dövləti qurulacaq. Demokratik konstitutsiya ilə azlıqlara hər cür azadlıqlar veriləcəkdir. Yəhudi köçlərinə müstəqil Fələstin dövləti qərar verəcəkdir. Fələstindəki müstəqil yerlərə giriş-çıxış tamamilə sərbəst olacaqdır. Müstəqil Fələstin dövləti İngiltərə ilə ittifaq müqaviləsi imzalayacaqdır.
İngiltərə müstəqil Fələstin dövlətinin qurulmasını prinsipdə qəbul etdi. Bəzi məsələlərdə isə fikir ayrılıqları var idi. Lakin bu ərəfədə İngiltərənin yəhudilərlə etdiyi təmaslar yəhudilərin də görüşmələrə qatıla biləcəyini göstərirdi. Buna görə, Birinci London konfransı 3 oktyabrda 16 dekabr tarixinə ertələndi. Lakin dekabr ayında Sinoist konqresinin keçirilməsinə görə konfrans 1947-ci ilin yanvar ayına ertələndi. Lakin London konfransı sübut etdi ki, ərəblər Fələstinin bölünməsinə və bölünməsinə apara biləcək istənilən formula amansız şəkildə qarşı idilər.[116]
London konfransının 3 oktyabrda nəticə olmadan ertələnməsi prezident Trumeni özündən çıxartmışdı. İngiltərə baş naziri Ettlinin hələlik yayımlanmaması barədə xahiş etməsinə baxmayaraq, Trumen 4 oktyabrda yayımladığı çıxışında qış şəraitində 100.000 yəhudi qaçqının Fələstin məsələsinin son həllini gözləmədən Fələstinə köçlərinin təmin edilməsini istədi.[117][118] Trumen bu məqsədlə ABŞ miqrasiya qanunlarında da dəyişilik edilməsi üçün Konqresə tövsiyə etdi. Trumenin bu hərəkətləri Səudiyyə Ərəbistan kralının şiddətli etirazlarına səbəb olmuşdu.[119]
Trumenin bu qədər sərt reaksiya göstərməsinin səbəbi həmin ildə keçiriləcək konqres seçkiləri idi.[120] Buna görədir ki, o nitqində Yəhudi Agentliyinin Fələstinin bir hissəsində yəhudi dövlətinin qurulmasını nəzərdə tutan layihəsini dəstəkləyən ifadələr səsləndirmişdi. Trumenin bu mövqeyi 9–29 dekabr 1946-cı ildə Bazeldə keçirilən XXII Dünya Sinoist Konqresində mötədillərlə ifratların mübahisələrini daha da şiddətləndirdi. Mötədillər Fələstinin bölünməsi ilə yəhudi dövlətinin qurulmasını müdafiə edərkən, ifratlar Fələstini tamamilə əhatə edəcək yəhudi dövlətinin yaradılmasını istəyirdilər.[121] Maraqlısı isə odur ki, artıq heç kim 1917-ci il Balfur bəyanatının yəhudi vətənindən bəhs etmir, yəhudi dövlətinin Fələstinin bütünündə, yoxsa bir qismində qurulması gərəkdiyi mübahisəsini edirdi.
II London konfransı 27 yanvar-13 fevral 1947-ci il tarxləri arasında keçirildi. Lakin bu konfransdan əvvəl iki hadisə baş verdi. Bunlardan biri ABŞ Xarici İşlər Nazirliyində Fələstin mövzusunda 14 yanvar 1947-ci tarixində hazırlanan sənəddir. Bu sənəd Fələstinin ərəblərlə yəhudilər arasında bölünməsini, 100.000 yəhudinin köçünün təmin edilməsini, bölünmə olmadığı təqdirdə Fələstinə yəhudi köçünün sərbəst buraxılması ilə yəhudilərin torpaq satın alma qadağasının qaldırılmasını və bütün bu məsələlərdə də ərəblərin təsdiqini almaq kimi ziddiyəti planlamaqda idi.[122]
Digər hadisə isə Səudiyyə Ərəbistan vəliəhdi Şahzadə Səudun 17 yanvar günü Vaşinqtonda ABŞ Xarici İşlər naziri Ceyms Byrnes və nazirlik üzvləri ilə keçirdiyi görüşmədir. Şahzadə Fələstində yəhudi dövlətinin qurulmasına şiddətlə qarşı çıxaraq, bunun ABŞ-nin da mövqeyinə uyğun gəlmədiyini bildirmişdir. O, fikirlərini belə əsaslandırmışdır:[123]
27 yanvar-13 fevral günlərində keçirilən II London konfransında ərəblərlə yəhudilər eyni masa ətrafında əyləşmədilər.[124] İngiltərə hər ikisi ilə də ayrı ayrı müzakirələr apardı. Digər tərəfdən İngiltərə yenə də Morrison planındakı muxtar əyalətlər sistemini, muxtariyyətin sərhədlərini bir qədər də genişləndirərək müzakirəyə çıxardı. Bunu nə ərəblər, nə də yəhudilər qəbul etmədi. Bundan sonra ingilis kabineti 6 fevralda Bevin planı adını alan yeni plan qəbul etdi.[125] Buna görə, Fələstin 5 il müddətində müstəqillik üçün hazırlanacaqdı. Bu müddət içində Fələstin torpaqları ərəb və ya yəhudi çoxluğa əsaslanan hissələrə bölünəcəkdi. Yaradılacaq kantonlar geniş muxtariyyətə sahib olacaq və kontonlardakı ərəb və ya yəhudi azlıqlar da idarəçilikdə iştirak edəcəkdi. Yəni, muxtar əyalətlər sistemində olduğu kimi kantonlarda da ərəb-yəhudi birliyinin reallaşması planlaşdırılırdı. Digər tərəfdən, Bevin planına görə, Fələstin ayda 4.000 yəhudinin köçünə icazə verilməklə, iki ildə 96 min yəhudi qaçqın qəbul edəcəkdi.[126]
Yəhudilər 10 fevralda özlərinə təqdim edilən Bevin planını qəbul etməyərək, bölünmə məsələsində dayandılar. Lakin yəhudilərin düşündüyü bölünmə formulunda 600.000-ə qədər ərəb yəhudi torpaqlarında qalırdı. Buna görə də, İngiltərə bununla razılaşmadı.[127]
Bevin planı 12 fevralda ərəblərə də təqdim edilincə, onlar da qəbul etmədilər. I London konfransında olduğu kimi, ərəblər müstəqil Fələstin dövlətinin qurulmasında təkid edirdilər və bu istəkləri qəbul edilmədikdə isə İngiltərədən bu məsələni BMT-ə aparmağı istədilər. Yəhudilər isə Fələstin məsələsinin BMT-ə götürülməsinə qarşı idilər. çünki belə odluğu halda, xeyli sayda dövlət məsələyə müdaxilə edə biləcəkdilər.[128]
II London konfransı da heç bir nəticəyə çata bilmədi. Bundan sonra ingilis hökuməti 18 fevral 1947-ci ildə heç bir təklif etmədən Fələstin məsələsini BMT-ə daşımaq qərarına gəldi. İcmalar palatasında 25 fevralda edilən müzakirələrdə Leyborist partiyası hökumətinin bu qərarı Mühafizəkarlar partiyası tərəfindən də dəstəkləndi.[129]
2 aprel 1947-ci ildə İngiltərə BMT-ə rəsmi formada müraciət edərək Fələstin məsələsinin BMT-nin gündəminə alınmasını, BMT-nin bu məsələ üçün xüsusi iclas keçirməsini, məsələni incələmək üçün xüsusi komitə yaratmasını və məsələnin payızdakı adi iclasda da müzakirə edilməsini istədi.[130][131]
İngiltərənin istəyindən sonra BMT-nin Baş Assambleyası 28 apreldə toplandı və 15 mayda 7 əleyhinə [o] səsə qarşı, 45 lehinə səslə BMT Fələstin Xüsusi Komitəsinin (ing. United Nations Special Committee on Palestine) qurulmasına, bu komitənin 11 üzvdən ibarət olmasına və komitənin hesabatını ən gec 1 sentyabr 1947-ci ildə təqdim etməsinə qərar verdi. [p][132]
Baş Assambleyanın bu qərarından sonra ABŞ Xarici İşlər Nazirliyi 20 ölkədəki diplomatik nümayəndəliklərinə göndərdiyi təlimatda ABŞ adından Fələstin məsələsində heç bir açıqlama verməməyi, sadəcə indilik məsələnin BMT-ə aid olduğunu deməklə kifayətlənməyi əmr edirdi.[133]
BMT Fələstin Xüsusi Komitəsi isə 16 iyunda Qüdsdə ilk iclasını keçirdi. Komitə bundan sonra Fələstinin müxtəlif yerlərinə gedərək görüşlər keçirdi. Yəhudilər komitə ilə hər cür görüşməni etdiyi halda, Ərəb Ali Komitəsi Fələstin Xüsusi Komitəsi ilə hər cür təmas və tərəfdaşlığı rədd etdi. Bununla bərabər, Xüsusi Komitə ərəb ölkələrindən Misir, İraq, Livan, Səudiyyə Ərəbistan və Suriya təmsilçisi ilə 23 iyulda Beyrutda və İordaniya kralı Abdullah ilə də 25 iyulda Ammanda görüşdü.
Komitə ilə görüşmələrində yəhudilər Fələstinin münasib bölgəsində yəhudi dövlətinin qurulmasını istəyərkən, sionizmin lideri Vaytsman birbaşa Fələstinin bölünməsini istədi. Ərəb dövlətləri isə müstəqil ərəb dövlətinin qurulmasını və bu dövlətin rəsmi dilinin ərəbcə olmasını müdafiə edərkən, yəhudi köçlərinə də ümumiyyətlə qarşı olduqlarını bildirdilər.
Fələstinin bölünməsinə tərəfdar kimi görünən Kral Abdullah isə yenə gözlənilməz hərəkət edərək Fələstində ərəb dövləti qurulmasının lazım olduğunu bildirdi. [q][134] Səudiyyə Ərəbistan 7 iyul 1947-ci ildə BMT Baş Assembleyasına müraciət edərək "Fələstin üzərindəki mandat rejiminin sona çatdırılmasına və Fələstinin bütöv halda müstəqil dövlət olaraq tanınmasına" dair maddənin Baş Assambleyanın gələcək iclasının gündəminə salınmasını istədi. Eyni tələb İraq tərəfindən də edildi.[135]
BMT Fələstin Xüsusi Komitəsi Fələstindəki təmaslarını tamamladıqdan sonra 28 iyuldan etibarən Cenevrədə hesabatını hazırlamağa başladı. Buna qədər isə komitə içindən bir qrup Münhen, Salzburq, Vyana, Berlin, Hamburq və Hannoverdəki yəhudi qaçqın düşərgələrini də ziyarət etdi.
Xüsusi Komitə hesabatını 31 avqustda tamamladı və 1 sentyabr 1947-ci ildə BMT-nin baş katibinə təqdim etdi.[r][136] Hesabatda Fələstin məsələsinin həlli üçün komitə üzvlərinin səs çoxluğu ilə qəbul edilən çoxluq planı ilə, bir neçə üzv tərəfindən dəstəklənən azlıq planı təklif edilməkdə idi. Bir də, komitənin səs birliyi ilə qəbul etdiyi bir neçə məsələlər var idi. Fələstindəki mandat idarəçiliyinə son verilməsi, istər tək, istər birdən çox dövlət formasında (yəni bölünmə) Fələstinin müstəqilliyi, Fələstinin iqtisadi bütünlüyünün qorunması, müqəddəs yerlərin BMT tərəfindən qorunması kimi məsələlər bura daxil idi.[137][138]
Komitədə Kanada, Çexoslovakiya, Qvatemala, Hollandiya, Peru, İsveç və Uruqvay tərəfindən dəstəklənən çoxluq planına görə Fələstin ərəb dövləti, yəhudi dövləti və Qüds bölgəsi olmaqla 3 yerə bölünməli idi. Ərəb və yəhudi dövlətləri 1 sentyabr 1947-ci il tarixindən etibarən iki illik keçid dövründən sonra müstəqil olacaqdı. Bundan əlavə, bu iki dövlət arasında iqtisadi birlik mövcud olacaqdı. Komitə ərəb və yəhudi dövlətlərinə veriləcək torpaqların sərhədləri ilə Qüds bölgəsinin sərhədlərini də müəyyənləşdirmişdi. Qüds şəhəri BMT-nin nəzarətinə verilirdi.
Hesabatın müəyyən etdiyi sərhədlərə görə, ərəb dövlətinin ərazisi 4,476 km² olub, Fələstin torpaqlarının 42,88 faizini, yəhudi dövlətinin ərazisi isə 5,893 km² olub, Fələstin torpaqlarının 56,47 faizini təşkil etməkldə idi.[139]
Əhali sayına gəlincə, bu sərhədlər içində yəhudi dövlətinin əhalisinin 498 mini yəhudi, 407 mini isə ərəb olmaqla ümumi sayı 905 min olmalı idi.. Ərəb dövlətinin əhalisi isə 725 min ərəb və 10 min yəhudi olmaqla, ümumi 735.000 nəfər olmalı idi. Qüdsdə isə əhali sayı 205 min olmalı idi. Bunun 100 min nəfəri yəhudi, 105 min nəfəri isə ərəb idi.[140]
Hindistan, İran və Yuqoslaviya tərəfindən təklif edilən (Avstraliya hər iki plana bitərəf qalmışdır) azlıq planı da Fələstini ərəblərlə yəhudilər arasında bölməklə bərabər, Qüds əsas şəhər olmaqla ərəb və yəhudi dövlətlərindən meydana gələn müstəqil Fələstin federal dövləti qurulmasını planlamaqda idi.
Baş Assambleya Fələstin Xüsusi Komitəsi hesabatını 15 sentyabrda müzakirə etdi. Bəzi müzakirələrdən sonra 23 sentyabrda Xüsusi Komitə hesabatını incələmək və müzakirə etmək üçün bütün BMT üzvlərinin təmsil edildiyi ad hoc komitə təşkilinə qərar verdi.
İngiltərə nümayəndəsi 26 sentyabrda ad hoc komitədə etdiyi çıxışda azlıq və ya çoxluq planları haqqında heç bir fikir bildirmədən ölkəsinin Fələstindən çəkilməyə qərarlı olduğunu açıqladı və Fələstində həll yolunun həm ərəblərin, həm də yəhudilərin qəbulu halında uğurlu ola biləcəyini bildirdi.[141]
Fələstin ərəblərinin fikirlərini Ərəb Ali Komitəsinin nümayəndəsi komitənin 30 sentyabr gününə olan iclasında dilə gətirdi. Nümayəndə ərəblərin öz torpaqları olan Fələstini sadəcə sionistlərin hücumlarına qarşı deyil, bütün hücumlara qarşı qorumağa qərarlı olduğunu, Balfur bəyanatının hüquqi heç bir əsasının olmadığını, ərəblərin bütün yəhudi köçlərinə qarşı olacağını bildirdikdən sonra, Fələstinin bütünündə tək müstəqil ərəb dövləti qurulmasını istədi.
Yəhudi Agentliyinin nümayəndəsi isə 2 oktyabr günü dediyi nitqdə azlıq planını tamamilə rədd etdikdən sonra, çoxluq planının da özləri üçün qane edici olmadığını bildirdi. Çünki nümayəndəyə görə, Balfur bəyanatı İordaniya torpaqları da daxil olmaqla, bütün Fələstində yəhudi dövləti qurulmasını planlamışdı. Halbuki İngiltərə 1922-ci ildə İordaniyanı Fələstin torpaqlarından ayırmışdı və indi qurulması planlanan yəhudi dövlətinə bu Fələstin torpaqlarının 1/8-i ayrılmışdı. Yəhudilər görə isə Fələstinin bütünündə yəhudi dövləti qurulmalı idi.[142]
ABŞ Xarici İşlər Nazirliyi işçiləri tərəfindən hazırlanıb, XİN rəhbəri Corc Marşalla təqdim edilən 22 sentyabr 1947-ci il tarixli hesabatda bölünmə əleyhində fikirlər bildirilir və bölünməni dəstəkləmənin ABŞ-nin ərəb və yəhudilərlə olan əlaqələrinə mənfi təsir edəcəyi, bölünməni reallaşdırmanın isə yalnız hərbi qüvvədən istifadə etməklə mümkün ola biləcəyi və bölünmənin BMT-nin prinsipləri ilə də uyğun düşməyəcəyi bildirilirdi.[143]
Lakin 3 oktyabr günü Xarici İşlər nazirinin ofisində keçirilən yüksəksəviyyəli iclasda bölünmənin dəstəklənməsi qərarı alındı. Prezident Trumen də bölünməni dəstəkləyirdi. Halbuki Trumenə bölünmə planına cavab olaraq, Ərəb Liqasının ərəb dövlətlərinə Fələstin sərhədlərinə hərbi qüvvə toplama təlimatı verdiyi bildirilmişdi.[144][145]
ABŞ Xarici İşlər Nazirliyində bölünmənin dəstəklənməsi qərarının alındığı 3 oktyabr günü BMT-dəki Səudiyyə Ərəbistan və İraq daimi nümayəndələri ABŞ nümayəndəsini ziyarət edərək Sovet İttifaqının ərəb ölkələrinə münasibətindən danışmış və ABŞ-nin yəhudi dövlətinin qurulmasına mane olmadığı təqdirdə ərəb ölkələrinin Sovet İttifaqı ilə yaxınlaşmasının qaçınılmaz olacağını bildirmişdi.[146] Bir çox ərəb ölkəsi də oktyabr ayı boyunca Fələstin məsələsində ABŞ-yə xəbərdarlıq etmişdi.
Ərəblərin bu təşəbbüsləri aralarında tam birlik qurulması demək deyildi. Ərəb Liqası Şurasının 7–15 oktyabr 1947-ci ildə Suriyada keçirdiyi iclasda Qüds müftisi Hacı Əmin əl-Hüseyni yəhudilərə qarşı mübarizə aparmaq üçün müvəqqəti Fələstin hökumətinin qurulmasını istədiyi zaman Haşimilərin hakimiyyəti altındakı İordaniya və İraq buna qarşı çıxdı. İordaniya kralı Abdullah Qüds müftisinə hər cür köməyin əleyhinə idi. Fələstində hərbi hərəkat üçün istifadə edilə biləcək ən güclü hərbi qüvvə Kral Abdullahın Ərəb Legionu olduğu üçün Abdullahın etirazlarına qarşı kimsə səs çıxarmadı.[145] Lakin bir az sonra Abdullah Fələstinin bölünməsi üçün sinonistlərlə razılaşdı.[147]
Komitə müxtəlif təkliflər və formullar barədə çalışmaq üçün bir neçə alt komitələr qurdu və bu komitələrdə hazırlanan hesabatların günlərlə müzakirə edilməsinə baxmayaraq, heç biri lazımı səs çoxluğuna çata bilmədi.[148] Bundan sonra ad hoc komitə bəz dəyişikliklər etdiyi çoxluq planını 25 noyabr 1947-ci ildə 25 lehinə, 13 əleyhinə və 17 bitərəf səslə qəbul etdi.
Ad hoc komitənin 25 noyabrda qəbul etdiyi qərar layihəsi tövsiyə xarakterli olaraq Baş Assambleyaya təqdim edildi. 26–29 noyabrda müzakirə edildi. Bu müzakirələrdə Fələstin xalqının öz taleyini özünün təyin etməsinə dair BMT konstitutsiyasının təməl prinsipinə qarşı olduğunu əsas götürərək Filippin, Yəmən, Yunanıstan, İran, Misir, Səudiyyə Ərəbistan, Suriya, Livan, Haiti, Pakistan, Kuba və İraq çoxluq planına qarşı çıxdı.
Ərəb ölkələri federal Fələstin dövlətinin qurulmasını planlayan azlıq planını dəstəkləyən, lakin ərəb və yəhudi dövlətləri içində qarşı tərəfin azlığından ən az miqdarda buraxılmasını nəzərdə tutan təklif irəli sürsə də, ABŞ nümayəndəsi azlıq planının ad hoc komitədə rədd edilmiş olduğunu bildirərək, ərəb təşəbbüsünü rədd etdi.[149][150][151] Sovet İttifaqı da bu təklifə qarşı idi. Sovetlər də ABŞ ilə birlikdə bölünməni müdafiə edirdilər.
Nəticədə BMT Baş Assambleyasında 1947-ci ilin 29 noyabr tarixində saat 17:35-də keçirilən səsvermədə çoxluq planı Baş Assambleyanın 181 (II) A saylı qərarı olaraq, 13 əleyhinə və 10 bitərəf səsə qarşı 33 lehinə səslə qəbul edildi.[s][153][154][155] Beləliklə də, BMT Fələstinin yəhudilərlə ərəblər arasında bölüşdürülməsinə qərar verdi.
Qeyd etmək lazımdır ki, Sovet İttifaqı BMT-dəki müzakirələrdə bölünmənin ən qatı müdafiəçilərindən olmuş və 29 noyabr 1947-ci il tarixində də ABŞ ilə birlikdə bölünmənin lehinə səs vermişdir. ABŞ yəhudiləri dəstəklədiyi üçün bölünməni müdafiə edirdi. Lakin Sovet İttifaqı isə yəhudi əleyhdarı idi. Sovet İttifaqının əsl istəyi İngiltərəni bu bölgədən çıxarmaq və yaranacaq güc boşluğundan istifadə etmək idi. ABŞ-nin Sovet İttifaqı ilə birlikdə bölünməni dəstəkləməsi digər ölkələrin də mövqelərinə təsir etmiş və əksər ölkələr bölünmənin lehinə səs vermişdir.[156][157]
Sovet İttifaqının bölünmə lehində səs verməsi bütün ərəb ölkələrinin hiddətlənməsinə səbəb olmuş və Fələstindəki toqquşmalar şiddətləndikcə ərəb ölkələrində Sovet İttifaqı əlehində nümayişlər keçirilmişdir.
1947-ci ilin sentyabr ayında Haganahın 10.489 tüfəngi, 702 yüngül pulemyotu, 2.666 submexaniki silahı, 186 orta pulemyotu, 672 ədəd 2 inçlik mortarı və 92 ədəd 3 inçlik mortarı var idi..[158]
1946-cı ildə Ben-Qurion başa düşdü ki, müharibə başlanan zaman Yişuv həm Fələstin ərəblərinə, həm də qonşu ərəb dövlətlərinə qarşı döyüşməli olacaqdır. Buna görə də qərbdə silah toplanması kompaniyasına başlandı və bir neçə ayda düşmənlərinin sahib olduğu silahlardan daha çox silah toplaya bildi.
Yişuv Britaniya mandatı bitdikdən sonra Fələstinə gətirilməsi üçün Avropada və ABŞ-də silah anbarları yaratmışdı. ABŞ-dəki Yişuv üzvlərindən biri 3 Boeng B-17 Flying Fortress bombardmançı təyyarəsini (bunlardan biri 1948-ci ilin iyulunda Qahirəni bombalamışdı), Curtiss C-46 yük təyyarələrini və onlarla yarı-təkərliləri alaraq, onları boyamış və kənd təsərrüfatı texnikaları kimi qeydiyyata sala bilmişdi.
Qərbi Avropada Haganah agentləri 50 ədəd 65 mmlik fransız dağ silahı, 12 ədəd 120 mmlik mortar, 10 ədəd H-35 yüngül tank və xeyli sayda yarı-təkərli texnikalar toplaya bilmişdi. 1948-ci ilin may ayının ortalarına qədər Yişuv Çexoslovakiyadan 25 ədəd Avia S-199, 200 ədəd ağır pulemyot, 5.021 yüngül pulemyot, 24.500 tüfəng və 52 milyon güllə satın almışdı.[159] Həmçinin bütün ordunu təmin edə bilmək üçün digər ləvazimatlar da təmin edilmişdi. Silah-sursat Çexoslovakiyadan Balak əməliyyatı çərçivəsində gətirilmişdi.
Havadan gətirilən silah yüklərini daşıyan təyyarələri yəhudi əsilli və ya qeyri-yəhudi əsilli amerikalı pilotlar idarə edirdi. Bu uçuşlara keçmiş ABŞ Hava Yük Daşımaları İdarəsinin uçuş mühəndisi Al Şvimmer rəhbərlik edirdi. Onun öhtəliklərindən biri də İsrail ordusu üçün pilotların yığılması və onlara təlimin keçilməsindən ibarət idi. Ərəblərə ilk dəfə hava hücumunu etmiş Lou Lenart kimi pilotlar onun yetirməsi idi. O, sonradan Israel Aerospace Industries-in yaradıcısı və ilk rəhbəri olmuşdur.[160]
Yişuv ərəblərlə müqayisədə yeni və üstün silah istehsal etmə imkanlarına malik idi. Onlar 1947-ci ilin oktyabr ayından 1948-ci ilin iyul ayına qədərki dövrdə 3 milyon ədəd 9 mmlik güllə, 150,000 ədəd Mills qranadları, 16,000 Sten silahları və 210 ədəd 76 mmlik mortarlar istehsal edə bilmişdilər.[161] Həmçinin yəhudilər Davidka mortarlarının yenilənmiş versiyasını da istehsal edə bilmişdilər. Bu silahın istehsalında yəhudilər bəzi nöqsanlara yol vermişdilər, lakin mərminin partlaması zamanı yüksək səs çıxarması ərəblərin qorxmasına səbəb olurdu. Ümumilikdə silah-sursatın əksəriyyəti Ayalon İnistitutu tərəfindən istehsal olunurdu. Burada Sten silahları üçün 2,5 milyon güllə istehsal edilmişdi. Müharibə bitdikdən sonra isə bütün bu gizli silah-sursat istehsalı emalatxanaları aşkar şəkildə fəaliyyətə başladı və Israel Military Industries-in əsasını təşkil etdi.[162]
1920–1921-ci illərdəki ərəb üsyanları, 1929-cu il üsyanı, 1936–1939-cu illər üsyanı və II Dünya müharibəsi regiondakı yəhudiləri yaxşı formada təşkilatlanmağa sövq etmişdi.[163] Haganahın mobil qüvvələrindən olan HISH (ivr. חיל השדה, azərb. Sahə korpusu) 2.000 nəfərlik daimi, 10.000 nəfərlik ehtiyat (18–25 yaşlılardan təşkil olunmaqla) qüvvəyə sahib idi. Yəhudilərin elit hərbi birləşməsi olan Palmaxda isə 2.100 nəfərlik daimi, 1.000 ehtiyat qüvvə var idi. Ehtiyat qüvvələr ayda 3–4 gün təlim görürdülər və sonra mülki həyata geri dönürdülər. Bu mobil qüvvələrdən başqa qarnizon qüvvəsi olan HIM (ivr. Heil Mishmar, azərb. Mühafizəçilər korpusu) var idi. Beləliklə, Yişuvun ümumi canlı qüvvəsi 15.000–18.000 döyüşçü və 20.000 qarnizon qüvvələri olmaqla, təxminən 35.000 nəfər idi.[164] Bütün bu qüvvələrə əlavə olaraq, heç bir yeraltı təşkilatlanmaya qoşulmayan və II Dünya müharibəsi zamanı Böyük Britaniya tərəfindən döyüşən minlərlə yəhudi qadın və kişi də var idi. Müharibə zamanı bu şəxslərin çoxu öz təcrübələrini döyüşlərdə tətbiq etdilər.[165] Valid Xalidiyə görə, bütün bu saydığımız qüvvələrə əlavə olaraq yəhudilər ənənəvi Yəhudi düşərgələri polisinə də malik idi. Bu qüvvənin sayı 12,000 nəfər idi və ən böyük taborlarından biri Qadna Gənclik taboru adlanırdı. Bu birləşmələrin əksəriyyəti 1947-ci ilin dekabr ayına qədər təlim görmüşdü. 1947-ci ilin 5 dekabrında 17–25 yaş arası bütün kişi və qadınlar hərbi mükəlləfiyyətli elan edildilər. Bu qanunla 21.000 şəxs hərbi mükəlləfiyyətli oldu.[166] Mart ayının 30-da isə hərbi mükəlləfiyyət qanunu genişləndirildi. Sonda isə 40 yaşdan az olan bütün kişilər və 26–35 yaşlı yalnız qadınlar hamısı hərbi mükəlləfiyyətli elan edildi.[167]
Fəaliyyəti MI5 tərəfindən terrorizm kimi qiymətləndirilən İrqun (ivr. הארגון הצבאי הלאומי בארץ ישראל, azərb. İsrail Torpağının Milli Hərbi Təşkilatı) ingilislər tərəfindən izlənilirdi.[168]
1948-ci ilin martında Yişuv 35.780 nəfərlik canlı qüvvə ilə say üstünlüyünə sahib idi.[169]
Bəzi tarixçilərə görə, ərəb döyüşçülərin sayı 12.000 nəfər idi.[170] Digərləri isə ərəb qüvvələrinin 23,500 nəfər olduğunu bildirir. Bu dövrki ərəb qüvvələrinin sayı Yişuvdan az və yaxud da ən yaxşı halda bərabər idi.
Yişuv öz canlı qüvvələrinin böyük hissəsini səfərbər etsə də, ərəblərin canlı qüvvələri öz əhalisinin çox kiçik bir hissəsini təşkil edirdi. Lakin müharibə boyunca Yişuv qüvvələri davamlı və dramatik şəkildə sabit qalmağı bacarmışdı..[171]
Benni Morrisə görə, 1947-ci ilin sonunda fələstinlilər artıq Yişuvun onlardan hərbi baxımdan çox güclü olduqlarını başa düşmüşdülər. Bunu anlayaraq da Fələstinin itirilməsi ilə nəticələnən müharibəyə girmişdilər.
İsrail həm əhali, həm də ərazi baxımından özündən böyük olan dövlətlərlə əhalətlənmişdi.[172] Bu dövlətlərin demək olar ki, hamısı İsraillə düşmən münasibətdə idi. Lakin müharibənin başlandığı may ayı ərəfəsində ərəblərin vəziyyəti bir o qədər də yaxşı deyildi.[173]
Böyük Britaniya Xarici İşlər Nazirliyi və FTB müharibənin sonunda ərəblərin qələbə qazanacaqlarını düşünürdü.[174][175] 1948-ci ilin may ayında israilli generallar öz hökumətlərinə iki həftəiçində Təl-Əvivdə təhlükəsiz parad keçirə biləcəklərini bildirmişdilər.[176]
Misir, İraq və Suriyanın hər biri hərbi hava qüvvələrinə sahib idilər. Misir və Suriyanın tankları var idi, həmçinin, bəzi müasir artilleriya silahlarına da sahib idilər. Müharibənin əvvəllərində, Haganahın (İsrail) mexaniki silahları, artilleriyası, zirehli texnikası, anti-tank və ya anti-təyyarə silahları, tankları və hərbi təyyarələri yox idi.[158][177] Qısası, müharibənin əvvəllərində 4 ərəb dövlətinin hərbi texnika baxımından qüvvəsi Haganahın qüvvələrindən xeyli güclü idi.[178]
May ayının 12-i müharibənin başlamasından 3 gün əvvəl David Ben-Quriona hərbi köməkçiləri tərəfindən bildirilmişdi ki, yəhudilərlə ərəblərin müharibə qələbə qazanma ehtimalları bərabərdir.[179] Ərəb tərəfində isə, yəhudilərin hərbi gücü generallar tərəfindən xeyli şişirdilirdi.
Müharibə dövründəki qüvvələr: Müharibədəki yəhudi qüvvələri barədə mənbələr müxtəlif məlumatlar verirlər. Karşa görə Balak əməliyyatı nəticəsində yəhudilərə Çexoslovakiyadan göndərilən silahın gəlib çatmasına qədər silah çox az idi və hər üç döyüşçüyə bir silah düşürdü.[177] Palmaxda belə hər iki döyüşçüyə bir silah düşürdü. Kollins və Pa Pierreyə görə Haganah kağız üzərində 35 min əsgər yığmışdı, lakin onlara verə biləcəyi 20.000 tüfəngi və sten silahı var idi.[180] Valid Xalidiyə görə isə yəhudilərin xeyli silah-sursatı var idi. Eyni zamanda Fransa dövləti də Air France-ə 13 maydan etibarən İsrailə yük daşımağa icazə vermişdi.
Yişuv qüvvələri 9 alay idi, lakin İsrail müstəqilliyini elan etdikdən sonra daha da böyüyərək 12 alaya çatdı. Hər iki tərəfdə də bu böyümə prosesi müşahidə edilirdi. İsrail tərəfində döyüşçülərin sayının bu qədər artmasının səbəbi rəhbərlərin İsrail cəmiyyətini mükəmməl formada səfərbər edə bilməsi və hər ay ortalama 10300 yəhudi miqrantın ölkəyə gəlməsi idi.[181] 1948-ci ilin sonlarında İsrail Müdafiə Nazirliyini 60000-i döyüşən olmaqla, 88033 canlı qüvvəyə malik idi.[182]
Briqada | Komandir | Say[183] | Əməliyyatlar |
---|---|---|---|
Qolani | Moşe Mann | 4.500 | Dekel əməliyyatı, Hiram əməliyyatı |
Karmeli | Moşe Karmel | 2.000 | Hiram əməliyyatı |
Alekandroni | Dan Even | 5.200 | Latrun döyüşü, Hamentz əməliyyatı |
Kiryati | Mixael Ben-Qal | 1.400 | Dani əməliyyatı, Hametz əməliyyatı |
Qivati | Şimon Avidan | 5.000 | Hametz əməliyyatı, Barak əməliyyatı, Pleşet əməliyyatı |
Etzioni | David Şaltiel | Yerusəlim döyüşü, Şfifon əməliyyatı , Yevusi əməliyyatı, Ramat Raçel döyüşü | |
VII Zirehli | Şlomo SŞamir | Latrun döyüşü | |
VIII Zirehli | İshak Sadeh | Dani əməliyyatı, Yoav əməliyyatı, Horev əməliyyatı | |
Oded | Abvraham Yoffe | Yoav əməliyyatı, Hiram əməliyyatı | |
Harel | İshaq Rabin | 1.400 | Naçşon əməliyyatı, Dani əməliyyatı |
Yiftaç | Yiqal Allon | 4.500 | Yiftah əməliyyatı, Dani əməliyyatı, Yoav əməliyyatı, Latrun döyüşü |
Nəcəf | Nahum Sarıq | 2.400 | Yoav əməliyyatı |
Müharibənin başlamasından sonrakı qüvvələr: Fransa Çexoslovakiyadan gələn və silah daşıyan təyyarələrin onun nəzarət etdiyi əraziyə enməsinə icazə verdi. Bundan sonra isə İsrailə göndərildiyi məlum olan 2 silah yüklü obyektin çatdırılmasına icazə verdi.
Çexoslovakiya müharibə zamanı İsrailə minlərlə vz. 24 tüfəngi, MG 34 və ZB 37 pulemyotları, milyonlarla sursat göndərmişdi. Çexoslovakiya həmçinin, hərbi təyyarələr də vermişdi ki, bura 10 ədəd Avia S-199 döyüş təyyarəsi də daxil idi.
Haganah Avropa boyunca limanlarda silah daşımaq üçün yük gəmilərini hazır vəziyyətə gətirmişdi. Onlar silah daşınmasına başlamaq üçün Fələstində ingilis mandatının müddətinin bitməsini gözləyirdilər.[184][185]
İsrail həmçinin, öz müstəqilliyini elan etdikdən sonra ingilislərin tərk etdiyi hərbi bazaların tullantı toplanan yerlərindən tapdıqları ehtiyatlar hesabına 3 Şerman tankı da düzəldə bilmişdilər.[186] Haganah britaniyalıların geri çəkilməsi zamanı yaranan qarışıqlıqdan istifadə edərək bəzi silah anbarlarını da ələ keçirə bilmişdi.
Birinci fasilədən sonra: 1948-ci ilin iyul ayına qədər İsrail artıq donanma, hərbi hava qüvvələri və tank qoşunlarını formalaşdıra bilmişdi.[187]
1948-ci ilin 29 iyununda, yəni britaniyalıların Hayfa limanını tərk etməsinə bir gün qalmış yəhudilərlə yaxşı münasibətdə olan iki ingilis əsgəri hərbi bazadan iki Kromvel tankını qaçırdaraq yəhudilərə verdi. Bu iki tank İsrail Müdafiə Nazirliyinin zirehli qoşunlarının əsasını qoymuşdur.[188]
İkinci fasilədən sonra: Çexoslovakiya Yuqoslaviya hökuməti ilə razılaşdıraraq, orada tərk edilmiş Nasist Almaniyası hərbi hava limanından uçmaqla İsrailə Supermarine Spitfire hərbi təyyarələri də göndərmişdir. Çexoslovakiya İsrailə həmçinin, Balak əməliyyatı çərçivəsində hava hücumundan müdafiə silahları da tədarük etmişdir.
Yerli qeyri-nizami fələstinli hərbi birləşmələrə əlavə olaraq, müharibə zamanı 5 ərəb dövləti də öz nizami orduları ilə hərbi toqquşmalara qoşuldu. Bunlar Misir, Suriya, Livan, İordaniya və İraq idi. Səudiyyə Ərəbistan və Yəməndən də gözlənilməz olsa da, yardım gəlmişdi. Müharibə gecəsi ərəb qoşunlarının sayı 23,500 ilə 26,500 arasında idi (10.000 misirli, 4.500 iordaniyalı, 3.000 iraqlı, 3.000–6.000 suriyalı, 2.000 ƏAO könüllüsü, 1000 livanlı və bir neçə yüz səudiyyəli). Həmçinin fələstinlilərin də birləşmələri var idi. Mandatlıq dövründə ərəb ordularına ingilis və fransız zabitləri tərəfindən təlim keçirilmişdi. Müharibə zamanı Ərəb Legionunun komandiri general-leytenant Ser Con Qlubb idi.
Suriya Çexoslovakiyadan Ərəb Azadlıq Ordusu (ƏAO) üçün silah-sursat almışdı. Lakin Haganahın müdaxiləsinə görə, silah-sursatın göndərilməsi heç vaxt mümkün olmadı.[189]
İordaniyanın Ərəb Legionu ərəb qüvvələri içərisində ən effektiv qoşun növü idi. Legiona britaniyalı zabitlər tərəfindən təlim keçirilmişdi və onlar tərəfindən də komandanlıq edilirdi. Legionun canlı qüvvəsinin sayı 8.000 – 12.000 nəfərdən ibarət idi. Legion 4 mexanizə edilmiş bölmədən ibarət idi. 40 artilleriya hissəsi və 75 zirehli texnika ilə dəstəklənirdi.
1948-ci ilin yanvarına qədər 3.000 nəfərlik İordaniya Sərhəd Qüvvələri də ərəb ordularına qoşuldu. Ərəb Legionunda 48 britaniyalı zabit var idi.[190] Legionun komandanı Qlupp paşa öz ordusunu bu formada təşkil etmişdi:
Hərbi diviziya | Komandan[191][192] | Rütbə | Əməliyyatların hərbi zonası |
---|---|---|---|
Birinci korpus: I və III alaylar | Dezmond Qoldie | Polkovnik | Nablus hərbi zonası |
İkinci korpus: V və VI alaylat | Sem Sidney Artur Kuk | Polkovnik | Dəstək qüvvələri |
Üçüncü korpus: II və IV alaylar | Til Eşton | Polkovnik | Ramallah hərbi zonası |
Dördüncü korpus | Əhməd Sudqi əl-Cundi | Polkovnik | Dəstək: Ramallah, Hebron və Ramla |
Ərəb legionu 1948-ci ilin may ayında müharibəyə qoşuldu, yalnız Kral Abdullanın İordaniyanı mühafizə etmək üçün seçdiyi bölgələrdə döyüşdü: Şərqi Yərusəlim və İordan çayının qərb sahili.
Bu dövrlərdə Fransa İsveçrə silah şirkəti tərəfindən Misir və İordaniyaya böyük silah satışının qarşısını aldı. İddia edilir ki, bu satışı Böyük Britaniya təşkil etmişdi.
İordaniya qüvvələri çox gümanki ərəb qüvvələri arasında ən yaxşı təlim görmüş birləşmə idi. Digər ərəb qüvvələri strateji qərar vermə qabiliyyəti və taktiki manevralar edə bilmək bacarığına görə çox zəif idi.[193]
1948-ci ildə İraq ordusunun sayı 12 alayda olmaqla 21.000 nəfər idi. İraq Hərbi Hava Qüvvələrinin 100 təyyarəsi var idi və əksəriyyəti Britaniya istehsalı idi. Müharibənin başlanğıcında İraq 3.000 canlı qüvvədən ibarət 4 alay, 1 zirehli texnika taboru və dəstək qüvvələr göndərdi. Bu qüvvələr İordaniyaya tabe etdirilmişdi. İlk iraqlı qüvvələr general Nurəddin Mahmudun rəhbərliyi ilə 1948-ci ilin aprel ayında İordaniyaya çatdı.[193]
1948-ci ildə Misir ordusu maksimum 40.000 nəfər idi. Misirin kişi əhalisinin 80 faizi hərbi xidmət üçün yararsız idi. Həmçinin ordu öz sərhədlərindən kənardakı quru əməliyyatlarını təmin edə bilmək üçün maddi-texniki təminat strukturlarına malik deyildi. Müharibənin başlanğıcında general-mayor Əhməd Əli əl-Mvavinin rəhbərlik etdiyi 10000 nəfərlik canlı qüvvə Fələstinə göndərildi. Bu ordu 5 piyada taborundan, bir ədəd ingilis yüngül tankı Mk VI və Matilda tanklarından ibarət zirehli tabordan, bir ədəd 16 ədəd 25 kqlıq atıcı tabordan, səkkiz ədəd 6 kqlıq atıcı tabordan və dəstək birləşmələri olan orta mənzilli pulemyot taborundan ibarət idi.
Misir Hərbi Hava Qüvvələri 30-dan çox Spitfiresdən, 4 Havker Hurricanesdən və yüngül bombalarla gücləndirilmiş 20 ədəd C46s-dən ibarət idi.
Suriya ordusu müharibənin başlanğıcında 12000 nəfərlik canlı qüvvəyə malik idi. Ordu 3 piyada alayından və təxminən bir tabor böyüklüyündə olan zirehli texnikalardan ibarət idi. Suriya Hərbi Hava Qüvvələri 10-u ən son modellərdən olmaqla (II Dünya müharibəsində istifadə olunan modellər) 50 hərbi təyyarədən ibarət idi. Fransa imzalanan müqavilələrə baxmayaraq, Suriyaya silah satışını dondurmuşdu.[194]
Livan ordusu cəmi 3500 nəfərlik canlı qüvvə ilə ən kiçik ərəb ordusu idi.[177] Gelberə görə, 1947-ci ilin iyun ayında Ben-Qurion Livandakı marunilərin dini rəhbərləri ilə Livan ordusunu müharibədən kənarda saxlamaq barədə razılaşmışdı.[195] Roqan və Slaimə görə 1.000 nəfərlik Livan ordusu Qalileenin şimalında İsrailə qarşı döyüşmüşdür. İsrail buradakı Livan ordusunu məğlub etmiş və müharibənin sonuna qədər Livanın cənubunu tuta bilmişdi.
Birinci fasilədən sonra ərəb qüvvələri: bu mərhələdə Misir ordusu 135 tank və 90 artilleriya hissəsi ilə gücləndirilmiş 20.000 canlı qüvvəlik ordu ilə müharibədə iştirak etmişdir.[193]
Birinci fasiləyə qədərki dövrdə İraq qüvvələrini 10.000-ə qədər artırmışdı.[169] Sonda isə iraqlı əsgərlərin sayı 18.000 nəfərə çatmışdı.[193]
Səudiyyə Ərəbistanı bir neçə yüz könüllünü ərəb qüvvələrinə qoşulmaq üçün göndərmişdi. 1948-ci ilin fevralında 800 tayfa üzvü Neqevi tutmaq üçün Aqaba şəhəri ətrafında cəmləşmişdi. Lakin İordaniya kralı Abdullanın onlara öz ərazisindən keçməyə icazə verməməsindən sonra həmin tayfa üzvləri Misirə keçdilər.[189]
Səudiyyə qüvvələri müharibə boyunca Misir ordusu komandanlığına tabe idi[196] və sayları 1200-ə çatmışdı.[197] 1948-ci ilin iyulunda Səudiyyə qüvvələri Misir ordusunun daxilində 3 alay təşkil edirdilər və müharibə zamanı Qəzzə və Rəfah şəhərlərinin qorunması onlara tapşırılmışdı.[189] Bu ərazi Yoav əməliyyatı zamanı ağır şəkildə bombardman hücumuna məruz qaldı. Daha sonra isə dekabr ayından növbəti ilin yanvar ayına qədər davam etmiş Rəfah döyüşləri baş verdi.
1949-cu ilin 24 fevralında imzalanmış atəşkəs ilə 4.000 ərəb döyüşçüsü Qəzzədən çıxdı. Şəhərdən çıxan qüvvələrin içində səudiyyəlilər də var idi. Onlar Əl-Ariş şəhərinə, oradan isə Səudiyyə Ərəbistanına geri döndülər.[189]
Birinci fasiləyə qədərki dövrdə Sudan 6 birləşməni Misir hərbi komandanlığının tabeliyinə vermişdi. Yəmən də kiçik birləşməni döyüşmək üçün göndərmişdi. Müharibədə İsrail əleyhinə döyüşmək üçün bəzi mərakeşlilər də gəlmişdi.[198]
Hər iki tərəf daha çox II Dünya müharibəsindən qalma silahlarla silahlanmışdı. Misir bəzi Britaniya, Suriya isə Fransa istehsalı silah-sursata sahib idi. İsrail tərəfi isə Almaniya, Çexoslovakiya və Britaniya istehsalı silahlardan istifadə edirdi.[199]
Tip | Ərəb orduları | İSQ |
---|---|---|
Tanklar | Matilda tankları, R-39s, FT-17s, R35s, Panzer IV, Fiat M13/40, Şerman M4, M-22, Vickers, MK-6. | Kromvell tankları, H39s, Şerman M4 |
ZT/PDM | II Dünya müharibəsi dövrünə aid Britaniya yük maşınları, Humber Mk III & IV, Automitrailleuses Dodge/Bich tipli improvize edilmiş zirehli maşınlar/yük maşınları, Marmon-Herrington zirehli maşınları, Universal Karrierlər, Lloyd Toving Karrierlər | II Dünya müharibəsi dövrünə aid Britaniya yük maşınları, zirehləndirilmiş maşınlar/yük maşınları, Vayt M3A1 Scout Kars, Daimler zirehli maşınları, M3 Half-tracklar, IHC M14 Half-tracklar, M5 Half-tracklar |
Artilleriya | Mortarlar, 25 mmlik anti-tank silahları ilə gücləndirilmiş Bren daşıyıcıları, Lorraine 38L, 2 pounderlik anti-tank silahları, 6 pounderlik anti-tank silahları | Mortarlar, 2-düym (51 mm) Britaniya mortarları, 65 mmlik fransız hovitzerləri (Napoleonçiklər), 120 mmlik fransız mortarları, Davidka mortarları |
Hava qüvvələri | Spitfires, T-6 Texans, C-47 Dakotas, Hawker Hurricanes, Avro Ansons | Spitfires, Avia S-199, B-17 Flying Fortresslər, P-51 Mustanqlar, C-47 Dakotalar |
Kiçik silahlar | Lee–Enfield tüfəngləri, Bren silahları, Sten silahları, MAS 36s | Sten silahları, Mills bombaları, Karabiner 98k, Bren silahları, MG-34 pulemyotları, Lee–Enfield tüfəngləri, Molotov kokteylləri, PIAT anti-tank piyada silahları |
İngiltərə Baş Assambleyanın 29 noyabr 1947-ci ildəki qərarı ilə dekabr ayından etibarən Fələstindəki ordusunu yavaş-yavaş geri çəkməyə başladı. Buna görə yəhudilər bölünmə qərarı ilə özlərinə ayrılan torpaqları İngiltərə çəkilməmişdən əvvəl ələ keçirmək və ərəblər də buna mane olmaq üçün hərəkətə keçdi. Baş Assambleyanın qərarı verildikdən dərhal sonra, Fələstində ərəb-yəhudi toqquşmaları başladı. Yəni, 1948–1949 Birinci Ərəb-İsrail müharibəsi 1947-ci ilin sonundan başlanmışdır deyilə bilər.[200]
Digər tərəfdən BMT-nin bölünmə qərarı ərəb ölkələri arasında geniş etirazlara səbəb oldu. İraq XİN rəhbəri Fadil Camali 11 dekabr 1947-ci il günü Vaşinqtonda XİN rəsmiləri ilə keçirdiyi görüşdə ərəblərin bölünməni qəbul etməkdənsə ölməyi seçəcəylərini bildirdi.[201] Misir, İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Yəmən XİN rəhbərləri 8–12 dekabr 1947-ci ildə Qahirədəki görüşlərinin sonunda yaydıqları bəyanatda BMT-nin qərarına qarşı mübarizə aparmaqda qərarlı olduqlarını, "Allahın razılığı ilə bu mübarizəni uğurlu bir nəticəyə çatdıracaqlarını", bölünməyə mane olmaq üçün sərt qərarlar qəbul etdiklərini, bölünmə qərarının özünü müdafiə prinsipinin pozulması olduğunu, bölünmə qərarı ilə yarım milyon ərəbin yəhudi boyunduruğu altına girəcəyini bildirirdilər.[200]
Bundan əlavə, Suriya da təlim görmüş 3.000 nəfərlik könüllü ordu ilə 10.000 tüfəng və yüngül silahla lazimi sursatın Fələstinə göndərilməsinə qərar verildi.[202] Fələstin ərəbləri xaricində suriyalı və iraqlı könüllülərin də qatıldığı bu orduya Ərəb Qurtuluş Ordusu deyilirdi.
1948-ci ilin fevralında Ərəb Liqası Qahirədə bir daha toplandı. Hərbi məsələlərin müzakirəsindən əlavə, bu iclasda qərb ölkələrinə qarşı neftin də silah olaraq istifadə olunması məsələsi ortaya çıxdı. Beləki, qərb ölkələrinə yeni neft imtiyazları verilməyəcəyi, həmçinin yeni neft boru xətlərinin inşasına icazə verilməyəcəyi qərarı qəbul edildi. Lakin bu hələ neft embarqosu deyildi.[202]
Ərəb Liqası 10 aprel 1948-ci ildə Qahirədə yenidən toplandı. Toplantı başlayan kimi İordaniya ilə Misir arasında mübahisə yarandı. İordaniya təmsilçisinin mandat sistemi sona çatan kimi Ərəb legionunun Fələstinə girəcəyini bildirməsi Misirin şiddətli etirazı ilə qarşılandı. Həm Misir, həm də digər ərəb dövlətləri İordaniyanın Fələstini tabe etməsinə qarşı idilər. Lakin hərbi baxımdan da ən güclü birlik kimi Ərəb legionu qəbul edilirdi. Buna görə Misir Ərəb legionunun Fələstini tutmasının müvəqqəti olmasını irəli sürsə də, iordaniyalılar Fələstinin İordaniyanın hinterlandı olduğunu bildirdilər.[203]
Mart ayında yəhudilərin ərəblərlə toqquşmalarda əldə etdiyi uğurlara görə Ərəb Liqası 24–25 apreldə Ammanda yenidən toplandı. Edilən açıqlamada iclasın məqsədinin Fələstin ərəblərini xilas etmək üçün plan hazırlamaq olduğu bildirilirdi.[204] Sonda, Suriya, İraq və Livan hərbçilərinin 8 maydan etibarən könüllü adı altında Fələstinə gətirilməsi qərara alındı. İordaniya parlamenti də 26 apreldə Ərəb Legionunun Fələstinə göndərilməsinə səs verdi. Bu zaman İordaniya kralı Abdullah verdiyi açıqlamada "Fələstini qurtarmaq şərəfi mənə qismət olmuşdur" deyirdi.[205]
Müharibə isə rəsmən 15 may 1948-ci ildə başlayacaqdı.
Hələ müharibə rəsmi şəkildə başlamamışdan əvvəl Fələstində ərəblərlə yəhudilər arasında baş verən toqquşmalar mütəmadi hal almışdı. Dekabr ayında başlayan bu toqquşmaların 1948-ci ilin yanvar ayından etibarən şiddətlənməsində İngiltərənin 1 yanvar 1948-ci ildə etdiyi açıqlamada 15 may 1948-ci ildə Fələstindən çəkiləcəyini bildirməsi böyük rol oynamışdır. Dekabr ayından başlayan toqquşmalarda yəhudilər 1948-ci ilin fevralına qədər olan dövrdə əsas etibarilə müdafiədə qalaraq Təl-Əviv, Hayfa və Qüds kimi şəhərləri və bunlara gələn əsas yolları tutmuşdur. Hücum edən tərəf isə daha çox ərəblər idi. Böyük Britaniyanın Müstəmləkələr Nazirliyindən verilən məlumata görə, 30 noyabr 1947 – 1 fevral 1948-ci illər mərhələsində meydana gələn toqquşmalarda 427-i ərəb, 381-i yəhudi və 56-ı da ingilis olmaqla, 864 nəfər ölmüş və 1035 ərəb, 725 yəhudi, 181-i də ingilis olmaqla 1941 nəfər də yaralanmışdı. Qüdsdəki ingilis hərbi komandanlığı tərəfindən 1 mart 1948-ci ildə verilən məlumata görə isə 30 noyabr 1947 – 1 mart 1948-ci illər dövründə ölü sayı 1.378 və yaralı sayı 3.000-dən çox olaraq göstərilməkdə idi.[206] Mart ayı boyunca ölü və yaralı sayının artması toqquşmaların nə dərəcədə şiddətləndiyini göstərməkdədir.
Aprel və may aylarında toqquşmalar daha da sərt oldu. Aprel ayı toqquşmalarının ən mühüm hadisəsi yəhudilərin etdiyi Deir Yasin qətliamıdır. Mart ayında ərəblər Qüdsü mühasirəyə almağa başlamışdı. Qüdsdə isə 100.000-ə qədər yəhudi var idi. Yəhudilər mühasirəni yarıb Qüds yəhudilərinə çatmaq üçün Qüdsə gedən yollardakı bir çox ərəb kəndlərini ələ keçirdikdən sonra İrqun və Stern üzvləri 9 aprel gecəsi Qüds yaxınlığındakı Deir Yasin kəndinə hücum etdilər. Kəndi ələ keçirən İrqun və Stern üzvləri hamilə qadınların və uşaqların da daxil olduğu 250-ə qədər ərəbi öldürdü. Ərəb Ali Şurası isə sonradan kəndə gəldiyi zaman bildirmişdi ki, 250 nəfər ölü olaraq tapılmış, 100–200 arası şəxs isə itkin düşmüşdür. Hadisənin yayılması o qədər reaksiyaya səbəb oldu ki, Haganah etdiyi açıqlamada baş vermiş qətliam ilə əlaqəsinin olmadığını bildirmişdi. Yəhudi Agentliyi də 12 apreldə verdiyi mətbuat konfransında Deir Yasin hadisəsini "dəhşət və nifrətlə" qarşıladığını bildirmişdi.[207]
Ərəblər də Deir Yasin qətliamını qarşılıqsız buraxmadılar. İordaniyanın Ərəb legionu 13 mayda Qüdsün cənubunda olan Qfar Etzion yəhudi şəhərciyinin mərkəzini ələ keçirmişdi. Bundan sonra orada olan 27-i qadın olmaqla 127 nəfər (3 nəfər istisna olmaqla) ərəb kəndlilərinə təhvil verildi. Onlar da bütün yəhudiləri öldürdülər.[208]
10 apreldən etibarən Qüds üçün toqquşmalar başlamışdı. Bir digər böyük mübarizə isə Hayfa limanı üçün gedirdi. Hayfada xeyli ərəb əhalisi var idi. Hayfa limanının əhəmiyyətinə görə hər iki tərəf də buranın nəzarətini ələ keçirmək istəyirdi. Şiddətli toqquşmalar sonunda ərəblər 22 apreldə limandan geri çəkilməyə başladılar. Beş gün ərzində limandan 15.000 ərəb köçürüldü. Daha əvvəlki toqquşmalar zamanı isə şəhərdən 40.000 ərəb köçmüşdü. Ümumiyyətlə 14 maya qədər Təbəriyyə, Safəd, Samax, Hayfa və Yafa yəhudilərin əlinə keçmişdi.
Bu əsnada ABŞ mövqeyini dəyişdi. Bölünmənin işə yaramadığını görən Trumen 25 martda Fələstinin BMT-nin müvəqqəti olaraq hakimiyyəti altına girməsini təklif etdi.[209] ABŞ bu məsələdə 47 maddəlik razılaşma layihəsi də hazırladı. ABŞ-nin bu təklifi Baş Assambleyanın iclasında böyük mübahisələrə səbəb oldu və 13 maya qədər olan müzakirələr sonunda lazımı dəstəyi toplaya bilmədi. İngiltərə və Fransa bu planı dəstəkləmədi və yəhudilər də bölünmədən imtina edildiyi üçün narazı idilər.[210] Ərəblər isə 29 noyabr 1947-ci il tarixli bölünmə qərarının qüvvədən salınacağı təqdirdə ABŞ-nin təklifini qəbul edəcəklərini bildirdilər.
Sovet İttifaqı isə Fələstin üçün BMT-nin mandatını irəli sürməklə ABŞ-ni bölünmə planını məhv etməkdə və Fələstini ABŞ və ya Anqlo-Amerikan bazası halına gətirmək istəməkdə ittiham etdi.[211]
Ərəb-yəhudi toqquşmalarının aprel ayından etibarən şiddətlənməsindən sonra Təhlükəsizlik Şurası 17 apreldə bütün tərəflərdən hər cür hərbi hərəkatı, şiddəti, terrorizmi dayandırmağı, silahlı şəxslər və ya qrupları Fələstinə gətirməkdən qaçınmağa çağırırdı. 23 aprel tarixli qərar əsasında isə Təhlükəsizlik Şurası üzvlərindən Qüdsdə konsulluğu olan ölkələrin qatıldığı Fələstin Danışıqlar Komissiyası təşkil etdi. Lakin nə atəşkəs təklifini, nə də Danışıqlar Komissiyasını dinləyən olmadı.
İngiltərənin Fələstin üzərindəki mandat hakimiyyəti özünün daha əvvəl açıqladığı kimi 14–15 may gecəsi saat 24:00-da sona çatırdı. 14 may günü Fələstindəki ingilis mandat hakimiyyətinin sona çatmasından bir neçə saat əvvəl Təl-Əvivdə toplanan Yəhudi Milli Şurası (Vaad Leumi) yaydığı bəyannamədə İsrail dövlətinin qurulduğunu elan etdi.[212] Bəyannamədə qeyd edilmişdi:
Eretz İsrail, yəni İsrail ölkəsi yəhudi millətinin yarandığı yerdir və yəhudi milləti ilk dəfə burada dövlət olmuşdur...Biz İsrail ölkəsindəki yəhudi cəmiyyətinin və Sionist hərəkatının nümayəndəsi olan Xalq Şurasının üzvləri olaraq...təbii və tarixi haqqımızı istifadə edərək...Eretz İsraildə bundan sonra İsrail dövləti deyə tanınacaq olan yəhudi dövlətinin qurulduğunu elan edirik.[213] |
Bəyanatda BMT-nin üzvlüyünə qəbul istənilir, İsrail dövləti içində qalacaq olan ərəblərin tam və bərabər vətəndaşlıq haqlarına sahib olacaqları bildirilir və ərəb ölkələri ilə də sülh münasibətlərinin qurulması arzusu vurğulanırdı. Bəyannamədə 37 nəfərin imzası ilə 5 İyar 5708 tarixi, yəni 14 may 1948 tarixi göstərilirdi.
Müstəqilliyin elanı ilə birlikdə Ben Qurion rəhbərliyində 13 nəfərlik kabinet quruldu. Müvəqqəti İsrail hökuməti adını alan bu kabinetdə Ben Qurion Müdafiə naziri vəzifəsini də öz öhtəsinə götürmüşdü. Moşe Şertok isə XİN rəhbəri idi.[214]
Yəhudilərin müstəqillik elan edəcəyi Trumenə əvvəlcədən bildirildiyindən və XİN-in Orta Şərq dairəsinin demək olar ki, bütün işçilərinin buna qarşı olduğundan[215] XİN-in ona mane olmasına icazə verməmək üçün[216] İsrail dövlətinin elan edilməsindən tam 11 dəqiqə sonra prezident Trumen İsrail müvəqqəti hökumətinin de-fakto tanındığını mətbuat katibi vasitəsilə ictimaiyyətə elan etdi.[217]
ABŞ-ni 2 gün sonra Sovet İttifaqı izlədi və 17 mayda İsraili tanıdılar. Sovet İttifaqı bu surətlə açıqça ərəblərə qarşı cəbhə almış olmaqda idilər. Bu münasibətlərini müharibə zamanı daha da qətiləşdirmişdi.
Sovet İttifaqından sonra 18 mayda Polşa və Uruqvay, 19 mayda Çexoslovakiya və Yuqoslaviya, 24 mayda isə CAR da İsraili dövlət kimi tanıdı.[218]
İsrailin quruluşunun elanından bir neçə saat sonra (14–15 may gecəsi) Misir, İordaniya, Suriya, Livan və İraq qüvvələri üç istiqamətdən Fələstinə girməyə başladı.[219] Birinci istiqamət cənuba idi. Bu istiqamətdə Misir piyada və zirehli qüvvələri Neqev tərəfdən səhraya girməli idi. İkinci olaraq, şərqdə İordaniyanın Ərəb legionu Şəria çayını keçərək Fələstinə girməyə və Ceriço istiqamətində irəliləməyə başladı. Üçüncü olaraq da Suriya və Livan qüvvələri şimaldan Fələstinə daxil olmağa başladı. Hərbi strategiya baxımından bu qüvvələrin Cəlilə və Təbəriyyəni almaları lazım ikən, bunun üçün heç nə etməmiş və buraları İsrail nəzarətində saxlamışdılar.[220][221][222]
Misir, Suriya, Livan və İraqın göndərdiyi qüvvələrin çox idi. Lakin bunlar yaxşı təlim görməmişdi. Misir ordusu müxtəlif intizamsızlıq və özbaşınalığa görə heç də yaxşı vəziyyətdə deyildi. İsrail ən çox İordaniyanın Ərəb legionundan çəkinirdi. Həmçinin II Dünya müharibəsi zamanı Almaniya tərəfindən döyüşmüş və 1936–1939-cu illərdə Fələstindəki ərəb müqavimətininə rəhbərlik edən Fevzi Kavukçunun rəhbərliyindəki Fələstin Azadlıq Ordusu da var idi.
Yakov Dori rəhbərliyindəki İsrail qüvvələri isə II Dünya müharibəsində ingilislərlə döyüşmüş 32000 yəhudi ilə Haganahın qüvvələrindən ibarət idi. İrqunda qeyri-qanuni təşkilatı olaraq 15 mayda özünü buraxdı və İsrail ordusuna qatıldı. Orduya köməkçi xidmətləri qadınlar öz üzərinə götürmüşdü, həmçinin yaşayış məskənlərinin qorunmasını mülki şəxslərdən təşkil edilmiş Mishmar təşkilatı öz üzərinə götürmüşdü.
İngiltərə və Amerika müharibənin uzanmasına mane olmaq üçün Fələstin sahillərini blokadaya alıb, Fələstinə silah satışına embarqo qoyarkən, Sovet İttifaqı Çexoslovakiyadan İsrailə yüngül toplar və avtomatik silahlar göndərməyə balşamışdı. Həmçinin bütün dünyadakı yəhudilər İsrail üçün böyük yardım kompaniyası başlatmışdı.
Yəhudi qüvvələrinin ilk vəzifəsi ərəb ordularının hücumlarının qarşısına almaq idi. İlk başlarda ərəblər üstünlüyü ələ ala bilmişdi. Lakin Fələstinə yəhudi miqrantlarının və yüklərinin gəlməsinə britaniyalıların mane olması sonlandıqdan sonra yəhudi qüvvələri insan və silah gücü baxımından sürətlə böyüməyə başladı. Bu da Haganahın yarı-hərbi birləşmədən əsl ordu olmasına şərait yaratdı. Müharibənin ilk vaxtlarında əsas iş Haganahla, digər kiçik yəhudi təşkilatları olan İrqun və Lehinin üzərinə düşürdü. 26 may 1948-ci ildə İsrail Müdafiə Qüvvələri yaradıldı və bu orqan bütün yəhudi qüvvələrini mərkəzi hərbi hakimiyyəti altında birləşdirdi.
Ərəb qüvvələrindən ən böyükü olan Misir cənubdakı ərazilərin bir hissəsini tutmuşdu.
15 may 1948-ci ildə misirlilər ağır artilleriyadan və zirehli texnikadan istifadə edərək iki yaşayış məskəninə hücum etdilər: Nirim və Kfar Darom.[223] Misirlilər şiddətli müqavimətlə qarşılaşdı və geri çəkilməyə məcbur oldular. 19 mayda misirlilər Yad Mordeçay yaşayış məntəqəsinə hücum etdilər. Bu yaşayış məntəqəsini yalnız 100 tüfəng, orta ölçülü pulemyot və PIAT anti-tank silahları ilə silahlanmış 100 yəhudi qoruyurdu. Hücum edən misirlilərin sayı isə 2500 nəfər idi və güclü artilleriyaya, zirehli texnikaya və hərbi hava qüvvələrinə sahib idilər. 5 gün davam edən hücumun nəticəsində Misir ordusu ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.[224]
Misir ordusu iki əsas istiqamətdə irəliləyirdi. Onlardan biri sahil ilə şimala doğru – indiki Qəzzə keçidi ilə irəliləyirdi. Digər istiqamət isə şərq tərəfə Beerşebaya doğru idi. Mühasirəyə düşməmələri üçün misirlilər bir sıra yəhudi yaşayış məntəqəsini mühasirəyə aldılar. Yerli yəhudilər özlərindən dəfələrlə çox və yaxşı silahlanmış misirlilərə qarşı uğurla müdafiə olundular. Nəticədə onlar İsrail Müdafiə Qüvvələrinin Qivati alayının Təl Əvivə gedən Misir ordusunun qarşısını alması üçün çox vacib vaxt qazandılar.
28 mayda misirlilər yenidən hücuma keçdilər. Onlar İsdudun şimalındakı dağıdılmış körpüdə dayanmışdılar. Qivati birliyinin bu hücumdan xəbəri var idi, lakin Misirə qarşı ordu göndərilməmişdi. Misirlilər isə buradan birbaşa Təl-Əvivə doğru hücum etməyə planlayırdılar və ümid edirdilər ki, bu yolda qarşılarına heç bir İsrail qüvvəsi çıxmayacaq.[225]
29 maydan 3 iyuna qədər İsrail qüvvələri Pleşet əməliyyatı ilə misirlilərin şimala doğru hücumunun qarşısını aldılar. İsraillilərin ilk hücum əməliyyatı hava hücumu oldu. Beləki, 4 Avia S-199 təyyarəsi İsdud yolunda 500 zirehli texnikadan ibarət Misir konvoyuna hücum etdi. 70 kqlıq bombalarla hücum edən İsrail hərbi hava qüvvələrinin qısa müddət sonra mexaniki silahları istifadəyə yararsız hala düşsə də, onlar Misir texnikalarını məhv edə bildilər. İsrail təyyarələrinin isə ikisi vuruldu və pilotları öldürüldü. İsrailin bu hücumu Misirin məğlubiyyəti ilə nəticələndi və onlar insiyativi itirdilər. Yenidən qruplaşa bildikdə isə insiyativ artıq İsrailin əlinə keçmişdi. Növbəti hava hücumundan sonra tərəflərin hər ikisi top atışlarına başlamışdı. Qivati alayının hücumu isə misirlilər tərəfindən dəf edilmişdi. Qİvati alayının hücumu ilə misirlilər öz müharibə strategiyalarını hücumdan müdafiəyə dəyişdilər.[226]
6 iyunda misirlilər Nitzanimə hücum etdilər. Nitzanim Majdalla (indiki Aşkelon) İsdud arasında yerləşir. Nitzanim döyüşündə israilli döyüşçülər 5 gün müqavimət göstərdikdən sonra təslim oldular.
Ən ağır döyüşlər Yerusəlim və Yerusəlim – Təl-Əviv yolunda İordaniyanın Ərəb legionu ilə İsrail qüvvələri arasında baş verdi.
Misirlilərin irəliləyişinin qarşısını almaq üçün İsrail tərəfi Latrun qalasını mütləq tutmalı idi. Qala Yerusəlimə (Qüdsə) gedən yol üzərindəki yüksəklikdə yerləşirdi. Ərəb legionu isə buranı artıq tutmuşdu və Latrun monastrının da tutulması ilə iordaniyalılar Yerusəlim yəhudilərinə gedən ərzaq və silah-sursat yolunu kəsə bildilər.
İsraillilər Latrun qalasını tutmaq üçün 24 maydan 18 iyula qədər aramsız hücumlar edirdilər. Ərəb legionu Latrun qalasına olan hücumları dəf edə bilirdi. İsrail bu hücumlar zamanı 586 nəfər itirmişdi. Ölənlərin arasında general Miki Markus da daxil idi. Ərəb leginunun itkisi isə 90 nəfər olmuşdu, 200 nəfər isə yaralanmışdı.[227]
Müharibə zamanı yol tikintisi. | Buldozer "Burma yolu"nda yük maşınını dartır. | Ərazinin xəritəsi |
İsrail Yerusəlimini yalnız "Birma yolu" adlandırılan yol xilas edə bildi. Bu yol israillilər tərəfindən mühasirədə olan Yerusəlimə ərzaq və silah-sursat daşınması üçün düzəldilmişdi və yola yalnız İsrailin maddi-texniki təminat maşınlarının daxil olmasına icazə verilirdi.[228]
May ayında yolun keçəcəyi yerdəki iordaniyalı snayperlər təmizləndi və 14 iyunda yolun tikintisi sona çatdı. Lakin 1–2 iyundan etibarən yoldan istifadə edilirdi. İordaniyalılar yolu ələ keçirmək istəsələr də, buna nail ola bilmədilər. Lakin onlar xeyli yol tikintisində çalışan israillini öldürə bilmişdilər, məsələn 9 iyun günü yola hücum zamanı 8 israilli öldürülmüşdü. 18 iyulda Haerl alayı Birma yolunu qorumaq və genişlətmək üçün Latrunun cənubundakı 10 kəndi tutmuşdu.
Ərəb legionu Latruna olan İsrail hücumunu dəf etdikdən sonra özü də əks hücuma keçdi və müvəqqəti də olsa Beyt Susin və Gezer ərazisini tuta bildi.[229]
İordaniya topçuları Yerusəlimi bombalayır. | Ərəb legionunun əsgəri dağıdılmış Hurva sinaqoqunun xarabalıqları üzərində dayanıb.[230] | Yerusəlimin yəhudi əhalisi İordaniya hücumundan qaçır. |
İordaniyalılar Latrunda Yerusəlimə gedən maddi-texniki təminat yollarını kəsmişdilər. Bəzi ləzazimatlar, xüsusən silah-sursat hava yolu ilə şəhərə göndərilirdi. Şəhərdə İsrail qüvvələri ərzaq və su baxımından ciddi sıxıntı yaşayırdı.[231]
Kral Abdullah Ərəb legionun komandanı olan Qlubb paşaya 17 mayda Yerusəlimə hücum etmək barədə əmr verdi. Ərəb legionu gündəlik 10.000 artilleriya atəşi ilə şəhərə hücum etdi.
19–28 may arasında baş vermiş şəhər döyüşləri nəticəsində ərəblər İsrail qüvvələrini ərəblər yaşayan məhəllələrdən və Köhnə Şəhər adlanan yerdəki yəhudi məhəllələrindən geri oturda bildilər. 1.500 nəfər yəhudi sakin qovuldu, yüzlərləsi isə həbs edildi.[232] 22 mayda ərəb qüvvələri Ramat Raçel kibbutzuna hücum etdi. Döyüş zamanı 31 iordaniyalı və 13 israilli öldü. Ramat Raçelin müdafiəçiləri geri çəkilməyə məcbur oldular, lakin səhəri gün hücum edərək şəhərin bir hissəsini ələ keçirə bildilər. Radar Hill də iordaniyalılar tərəfindən tutuldu. İordaniyalılar 26-na qədər əllərində saxlaya biləcəkləri bu şəhəri almaq üçün döyüşdə 2 nəfər itki vermişdilər. İsraillilər isə 19 nəfər itirmişdi. Harel alayı bu şəhəri ələ keçirmək üçün 23 dəfə hücum etsə də, bu hücumların hamısı uğursuzluqla nəticələndi.
Hücumla eyni gündə ABŞ-nin Yerusəlimdəki konsul-generalı Tomas C. Vasson öldürüldü. Onun kim tərəfindən və niyə öldürülməsi hələ də mübahisəlidir.
1948-ci ilin oktyabr ayının ortalarında Harel alayı Yerusəlim koridorunu müdafiə etmək üçün Ha-har əməliyyatına başladı.
İraq qüvvələri iki piyada və bir zirehli alaydan ibarət idi. Onlar Şimali İordaniyadakı İordaniya çayından keçərək İsrail yaşayış məntəqəsi olan Geşerə hücum etdilər. Lakin bu hücum uğursuzluqla nəticələndi.[233] Bu uğursuzluqdan sonra iraqlı hərbçilər ərəb şəhərləri olan Nablus, Cenin və Tulkarm arasında "strateji üçbuçaq"da yerləşdirildilər. 25 mayda Netanyaya doğru hərəkət edərkən isə israillilər tərəfindən dayandırıldılar. 29 mayda israillilərin hücumları başladı. Cenində 3 gün boyunca davam edən döyüşün nəticəsində iraqlılar öz mövqeylərini qorumağı bacardılar.[234]
25 mayda iraqlılar Tulkarmdan hücum edərək Geulimi tutdular və Tulkarm-Netenya yolu üzərində olan Kfar Yona və Eyn Vered məntəqələrinə çatdılar. İraqlıların bu hücumları Alexsandroni alayı tərəfindən dayandırıldı və onlar Geulimi geri aldılar. Karmeli və Qolani alayları isə Cenini geri almaq üçün 31 mayda hücum etdilər, lakin onların bu hücumları iraqlılar tərəfindən dəf edildi.
14 mayda Suriya qüvvələri Fələstinə daxil oldu. Suriya qüvvələri I Piyada alayından və onları dəstəkləyən zirehli tabordan ibarət idi. Zirehli taborda zirehli maşınlar, fransız R 35 və R 37 tankları var idi. Suriya prezidenti Şükri əl-Qüvvətli ordusuna müraciətində onlara sionistləri məhv etməyi əmr edirdi. David Ben-Qurion isə kabinetdəki çıxışda bildirirdi ki, "vəziyyət çox gərgindir. Yetəri qədər tüfəng yoxdur, yetəri qədər ağır silah yoxdur".[235] 15 mayda Suriya qüvvələri Qaliley gölünün cənub və şərq sahillərinə doğru hərəkətə başladılar və Samaxa, onun qonşuluğundakı Şaar Haqolana, Eyn Gevə hücum etdilər. Lakin yerli sakinlər tərəfindən məğlub edildilər. Növbəti gün tankların da köməyi ilə edilən hücum uğurlu oldu və Samax 18 mayda tutuldu. Bundan sonra Suriya qüvvələri tərk edilmiş Hagolana da daxil oldular.[236]
21 mayda Suriya qüvvələri Degania Alefdə Karmeli alayının bəzi qüvvələri tərəfindən gücləndirilmiş yerli mülki əhali tərəfindən dayandırıldı. Yerli əhali molotov kokteylləri, əl bombaları və 1 ədəd PIAT ilə Suriya zirehli texnikasının qarşısını ala bilmişdilər. Molotov kokteyli və əl bombası ilə partladılmış Suriya tankı hələ də bu kibbutzda saxlanılır. Yerdə qalan Suriya qüvvələri isə növbəti gün İsrailin Napoleonçik dağ toplarından atəş açması ilə geri çəkildi. Bu İsrail qüvvələrinin müharibədə ilk dəfə artilleriyadan istifadə etməsi idi. Deganiasdakı məğlubiyyətdən sonra suriyalılar Samaxı tərk etməyə məcbur oldular. Tarixçilərin iddiasına görə, suriyalıların məğlub olmasının əsas səbəbi onların israilliləri gözlərində kiçiltmələri idi. Onlar elə düşünürdülər ki, israillilər çox zəifdirlər və ərəb ordusu qarşısında dayana bilməzlər.
6 iyunda Ərəb Azadlıq Ordusunun iki alayı və Livan ordusu Əl-Malikiyyəni və Qadası tutdu. Bu demək olar ki, Livan ordusunun müharibədəki yeganə hücum əməliyyatı oldu.[237]
6 iyunda Suriya qüvvələri Mişmar Hayardenə hücum etsələr də, məğlub oldular. 10 iyunda isə Mişmar Hayarden suriyalılar tərəfindən tutuldu. Bundan sonra onlar əsas yola hücum etdilər, lakin onların bu hücumu Oded alayı tərəfindən dayandırıldı.[238] Bundan sonra suriyalılar müdəfiə mövqeyi aldılar və yalnız bir neçə kiçik miqyaslı hücum əməliyyatları təşkil etdilər.
Ərəblərlə yəhudilər arasında toqquşmalar 1947-ci ildən başlamışdı. Bu toqquşmalar əsasən Liddada, əl-Ramlada, Yerusəlimdə və Hayfada gedirdi. 23 mayda Aleksandroni alayı Tanturanı və Hayfanın cənubunu ərəblərdən aldı. 2 iyunda isə Cihad Ordusu komandanı Həsən Salama Haganahla Ras əl-Dindəki döyüşdə öldürüldü.
Yəhudilər əllərində olan bütün hərbi hava qüvvələrini 1947-ci ilin noyabrında Şerut Avir adı altında birləşdirmişdi. Növbəti ay isə ilk hava uçuşları Təl-Əviv yaxınlığındakı Sde Dov adlanan mülki hava limanından reallaşdırılmağa başladı. Quru qüvvələrinə dəstək üçün ilk hava əməliyyatı isə dekabr ayının 17-də həyata keçirildi.[239] Qaliley eskadrilyası 1948-ci ilin martında Yavneeldə, Neqev eskadrilyası isə aprel ayında Nir-Amda yaradılmışdı. 15 mayda müharibə başlayarkən Şerut Avir özünü İsrail Hərbi Hava Qüvvələri elan etdi.[240] Lakin müharibənin ilk həftələrində İsrailin yüngül təyyarələri ərəb qüvvələri ilə qarşılaşmağa uyğun vəziyyətdə deyildi.
15 mayda – müharibənin başlanğıcında Misir Kraliyyət Hərbi Hava Qüvvələrinin 4 Spitfiresi Təl-Əvivi və Sde Dov hava limanını bombardman etdi. Bombardman zamanı İsrail hərbi hava qüvvələrinin əksər təyyarəsi bu hava limanına yığılmışdı. Nəticədə xeyli İsrail təyyarəsi partladıldı və yerdə qalanları isə xeyli ziyan gördü. 4 israilli əsgər isə öldürüldü. Növbəti saatlarda da Misir təyyarələri dalğalar şəklində Təl-Əvivi və ətrafını bombardman etdi. Lakin İsrail tərəfi bu hücumlardan az ziyan gördü.[241] Misirlilərin bir Spitfiresi vuruldu və pilotu əsir götürüldü. Ümumilikdə, 6 gün davam edən hava hücumu zamanı misirlilər Təl-Əvivin mərkəzi avtobus vağzalını bombaladılar. Bu hücum nəticəsində 42 yəhudi öldü və 100 nəfər yaralandı. Misirlilər Təl-Əvivlə yanaşı, ətrafdakı kənd və qəsəbələri də bombardman edirdi.
Başlanğıcda misirlilərin belə rahatlıqla hava hücumu edə bilməsinin əsas səbəbi israillilərin onlara havada cavab verə bilməməsi və yalnız quru atışı edə bilmələri idi. Bundan sonra Təl-Əvivə effektiv hava hücumundan müdafiə silahları göndərildi və hava hücumları zamanı misirlilər xeyli itkilər verməyə başladılar. 1948-ci ilin sonlarında Misir Kraliyyət Hərbi Hava Qüvvələri artıq özünün əsas bazası olan Əl Arişi və ən yaxşı pilotlarını itirmiş vəziyyətdə idi.
Müharibənin ilk günlərində İsrail hələ çox zəif olan öz hava qüvvələri ilə ərəblərin düşərgələrinə və kolonlarına hücum edirdi. Bu hücumlar ərəblərin qırıcı təyyarələrindən yayınmaq üçün gücə vaxtları təşkil edilirdi və çox zaman az uğurlu olurdu. Lakin bu hücumlar israillilərdə böyük ruh yüksəkliyinə səbəb olurdu.
20 mayda İsrailə Çexoslovakiyadan 25 ədəd Avia S-199s qırıcılarının gəlməsi hərbi hava qüvvələri nisbətini İsrailin xeyrinə dəyişdirdi. Müharibənin sonuna qədər isə daha çox təyyarə əldə etdi. Həmçinin 62 ədəd Spitfires əldə edə bilmişdi.
İsrail hərbi hava qüvvələrində döyüşən pilotların çoxu ya könüllü ya da muzdlu İkinci Dünya müharibəsi veteranları idi. 3 iyunda İsrail ilk hava zəfərini qazandı. Beləki, Modi Alon Misirin Təl-Əvivi bombalayan DC-3s təyyarəsini vurdu. Bundan sonra Təl-Əvivə bəzi döyüş təyyarələrinin hücumu olsa da, müharibənin sonuna qədər bombardman təyyarələrinin hücumu olmadı. Tədricən İsrail hava qüvvələri misirli pilotları havada birbaşa döyüşə çəkmə strategiyası yürütməyə başladı. Belə döyüşlərdə ilk qələbəni Qideon Lixtman qazandı, o, Misirin Spitfiresini partlatdı. 1948-ci ilin sonlarına doğru İsrail havada öz üstünlüyünü təmin edə bilmişdi.
İsraillilərin misirli və iraqlı hərbi birləşmələrə cavab olaraq misirlilər İsrail hava qüvvələrinin bazası olan Ekronu bombalayırdı. 30 may hücumu zamanı Rehovotun mərkəzi vuruldu və 7 mülki şəxs öldü, 30 nəfər isə yaralandı. Buna və ehtimal ki, iordaniyalıların Latrundakı qələbələrinə cavab olaraq israillilər ərəb şəhərlərinə bombalamağa başladılar. 31 may – 1 iyun tarixində ərəb paytaxtına ilk hava hücumu reallaşdı. İsraillilər hücum eədərk İordaniyanın paytaxtına onlarla 55 və 110 kqlıq bombalar atdılar. Bombalardan biri kral sarayına, biri isə ona birləşik ingilis hava limanına düşdü. Hücum nəticəsində 12 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdı. Britaniyalılar buna cavab olaraq israillilərə bildirdilər ki, belə bir hücum təkrarlanarsa onlar İsrail təyyarələrini və hərbi bazalarını vuracaqlar. Buna görə də, israillilər müharibənin sonuna qədər bir daha Ammana hücum etmədilər. İsrail Arişi, Qəzzəni, Dəməşqi və Qahirəni bombardman etdi. İsrailə Çexoslovakiyadan gələn hərbi təyyarələr yolüstü Qahirəni bombardman edərək İsrailə getmişdilər.[242] Alan Derşovitzə görə israillilər hərbi hədəfləri vurmağa fokuslanmışdılar, lakin Benni Morrisə görə Dəməşq hücumu zamanı bombalar birbaşa şəhərə atılmışdır.
Müharibənin başlanğıcında İsrail donanması 3 Aliyah Bet gəmisindən ibarət idi. Bu gəmilər britaniyalılardan oğurlanmışdı və Hayfa limanında saxlanılırdı. İsrailin müstəqilliyi elan edildikdən dərhal sonra hərbi donanmanın qurulması üçün işlər başladıldı. İlk öncə 3 gəmi seçilmişdi: INS Eylat (ABŞ Sahil Mühafizə Təşkilatının keçmiş gəmisi), iki INS Haganah və INS Vedqvud. INS Haganah və INS Vedqvud gəmiləri əvvəllər Kanada Kraliyyət Hərbi Donanmasına məxsus olmuşdu. Gəmilərdə iş prosesi ingilislər xəbərdar olmasın deyə gizli şəkildə aparılırdı. 21 may 1948-ci ildə bu gəmilər xarici vətəndaşa məxsus ticarət gəmisi adı ilə Təl-Əvivə daxil oldu. Burada gəmilərə XIX əsrin sonlarına aid səhra topları və hava hücumundan müdafiə silahları quraşdırıldı. 30 iyunda britaniyalıların Hayfa limanını tərk etməsindən sonra İsrail donanması buraya köçürüldü və Hayfa İsrail donanmasının əsas mərkəzi oldu. 1948-ci ilin oktyabrında ABŞ-dən sualtı döyüş gəmisi alındı. Donanmaya daxil olan gəmilər II Dünya müharibəsində İngiltərə donanmasında xidmət etmiş keçmiş hərbçi yəhudilər və könüllülər tərəfindən idarə edilirdi. Yeniləşdirilmiş və yeni alınmış gəmilər sahil boyunca patrul xidməti görür, Qəzzə sahillərini və Port-Səidə qədərki bütün Misir sahillərini bombalayırdılar.[243][244]
Sonrakı günlərdə ərəblər şiddətli israil müqaviməti nəticəsində yalnız kiçik uğurlar qazana bildi. Tədricən isə İsrailin əks hücumu nəticəsində tutduqları əraziləri də itirməyə başladılar.
Müharibə davam etdikcə meydandakı qoşun sayında İsrail ərəbləri keçməyə başlayırdı. İsrailin xidmətində 1948-ci ilin iyulunda 63000, 1949-cu ilin yazının əvvəllərində isə 115000 nəfərlik ordu var idi. Ərəblərin xidmətində isə 1948-ci ilin iyulunda 40000, 1948-ci ilin oktyabrında isə 55000 nəfərlik ordu var idi. 1949-cu ilin yazında isə ərəb ordusunun 55000-dən bir qədər çox olduğu ehtimal edilir.
Atəşkəs razılaşmasından sonra İsrail 9 ərəb şəhəri və bölgəsini özünə tabe edə bilmişdi: Yeni Yerusəlim, Yafa, Hayfa, Əkka, Safed, Tiberiya, Baysan, Samax və Yibna. Bir digər şəhər Cenin tutulmasa da, əhalisi şəhəri boşaltmışdı. Birləşmiş ərəb orduları 14 yəhudi məskənini tuta bilmişdi. Lakin onlardan yalnız biri – Mişmar Hayarden BMT-nin 181 saylı qətnaməsində İsrail dövləti üçün nəzərdə tutulmuş torpaqlarda yerləşirdi. Hər iki tərəfin əlində az-çox BMT qətnaməsində digər tərəf üçün nəzərdə tutulmuş ərazi var idi. İsrail BMT tərəfindən İsrail dövlətinin yaradılması üçün nəzərdə tutduğu ərazidən başqa onlar 50 iri ərəb kəndini, həmçinin xeyli kiçik ərəb kəndini və bədəvi düşərgələrini ələ keçirmişdi. BMT tərəfindən nəzərdə tuutulmuş İsrail dövləti ərazsinin 350 km²-ı ərəblərin nəzarətində, Ərəb dövlətinin isə 700 km²-ı İsrailin nəzarətində idi. Bu göstəricilər heç bir tərəfin mütləq nəzarətində olmayan Neqev səhrasını nəzərə almır.[245]
Müharibə başlayandan birinci mərhələnin sonuna qədərki dövrdə Suriya ordusunda 315 nəfər ölmüş, 400–500 əfər isə yaralanmışdı. İraq ordusunda 200 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. İordaniyanın Ərəb Legionu isə 300 nəfər itki vermiş, 400–500 nəfər isə yaralanmışdı (bura İordaniya komandanlığı altında döyüşən qeyri-nizami fələstinlilər də daxildir). Misir tərəfi isə 600 nəfər itirmişdi. Misir ordusundan 1400 nəfər də yaralanmışdı (bura qeyri-nizami halda Misir komandanlığı altında döyüşən "Müsəlman qardaşlar" təşkilatının üzvləri də daxil idi). Müharibəyə 1948-ci ilin iyununda qatılan Ərəb Azadlıq Ordusu isə 100 nəfər itki vermişdi. 800 yəhudi ərəblər tərəfindən əsir götürülmüşdü. Yəhudilər isə 1.300 ərəbi əsir götürə bilmişdilər. Əsir götürülənlərin əksəriyyəti fələstinli idi.[245]
29 mayda BMT döyüşən tərəflər arasında atəşkəs elan etdi. Atəşkəs qərarı 11 iyunda qüvvəyə mindi və 28 gün davam etdi. Atəşkəs qərarı hansısa tərəfə öz hərbi vəziyyətini düzəltməyə kömək olmasın deyə hər iki tərəfə silah satışı embarqosu qoyuldu. Lakin heç bir tərəf atəşkəs qərarlarına əməl etmirdi və dolayı vasitələrlə öz hərbi ehtiyaclarını ödəmək üçün yollar axtarırdılar.[246] Qısası, bu atəşkəs müddətindən hər iki tərəf güclənmək və döyüşə hazırlaşmaq üçün istifadə etdi.[247]
İlk qüvvələr | 29.677 |
4 iyun | 40.825 |
17 iyul | 63.586 |
7 oktyabr | 88.033 |
28 oktyabr | 92.275 |
2 dekabr | 106.900 |
23 dekabr | 107.652 |
30 dekabr | 108.300 |
Atəşkəs zamanı Britaniyanın düşüncəsi belə idi ki, "yəhudilər əzici qələbə qazanmaq üçün çox zəif silahlanmaya malikdirlər".[249] Hayfa limanında çalışan Britaniya zabiti 4 həftəlik atəşkəs barədə bildirmişdi:
Yəhudilər problemlərini həll etməyə çalışarkən, əsgərlərinin təlimlərini sürətləndirərkən, ərəblər gələcəkdə əldə edilməsi planlanan qələbədən sonra qənimətin necə bölünməsi ilə bağlı mübahisə edirdilər.[250] |
Atəşkəs müddətində yəhudilər əsasən yeni silahlarını haradan ələ keçirə biləcəklərini düşünürdülər. İsrail sonda Çexoslovakiyadan xeyli silah gətirdə bildilər, ordularını yenidən qruplaşdırdılar və əsgərlərinin təlimlərini bitirə bildilər. İsrail Müdafiə Qüvvələrinin komandiri və eyni zamanda da İsrailin V baş naziri İshaq Rabin Çexoslovakiyadan gətirilən silahlar barədə deyirdi:
Çexoslovakiyadan gətirilən silahlar olmasa müharibənin gedişatının necə olacağını təsəvvür belə edə bilmirəm.[251] |
İsrail ordusunu 30.000–35.000 nəfər artıraraq döyüşən birliklərindəki canlı qüvvə sayını 65.000-ə çatdırdı. Həmçinin ordusu üçün 25.000 tüfəng, 5.000 pulemyot və 5 milyon güllə təmin etdi.[252] Hər iki dövlət nəinki silah və canlı qüvvə ilə bağlı olan embarqolara məhəl qoymadı, hətta cəbhəyə yeni birləşmələr belə göndərdi.
Atəşkəs zamanı İrqun xaricdən özü üçün silah gətirməyə cəhd etdi. "Altalena" gəmisi ilə gətirilən silahları İrqun təşkilatı dövlətə verməkdən imtina etdi. David Ben Qurion isə silahların müsadirə edilməsini əmr etdi, hətta ehtiyac olarsa gücdən istifadə etməyə belə icazə verdi. İrqunun yenə bundan imtina etməsindən sonra silah daşıyan gəmi batırıldı, hər iki tərəfdən bir neçə nəfər öldü.
Atəşkəsə BMT tərəfindən təyin edilmiş vasitıçi Folke Bernadotte və BMT Müşahidəçi Şurası tərəfindən seçilmiş komanda tərəfindən nəzarət edilirdi. Müşahidəçilərə Belçikadan, ABŞ-dən, İsveçdən və Fransadan olan zabitlər daxil idi.[253] Folke Bernadotteyə BMT tərəfindən Fələstindəki müqəddəs yerlərin qorunması, xalqın təhlükısizliyinin təmin edilməsi və gələcəkdə sülh şəraiti yaratmaq üçün çalışmaq tapşırılmışdı.
O, öz məruzəsində qeyd etmişdi:
Atəşkəs dövrün bir neçə ciddi qayda pozuntusu müşahidə edilmişdi:[254]
Atəşkəs razılaşması əldə edildikdən sonra Bernadotte siyasi həll yolunun axtarılıb tapılmasına başladı. Ona görə tərəflər arasındakə əsas uzlaşmazlıq ondan ibarət idi ki, ərəblər sərhədlərinin haradan keçməsindən asılı olmayaraq yəhudi dövlətinin varlığını qəbul etmirlər, yəhudilər isə əsas diqqətlərini hərbi güclərinin artırılmasına yönəldərək, hərb yolu ilə öz ərazilərinin genişləndirilməsi siyasəti aparırlar.
Bütün bunları nəzərə alaraq Bernadotte Fələstinin yenidən bölüşdürülməsini təklif etdi. Onun bölünmə layihəsi həm İsrail, həm də ərəblər tərəfindən rədd edildi. Lakin israillilər atəşkəsi bir ay da uzatmaq təklifini qəbul etsələr də, ərəblər bu təklifi də rədd etmişdilər.[256]
Folke Bernadotte 1948-ci ilin sentyabrında yəhudi təşkilatı olan Lehi tərəfindən öldürülmüşdür. Ehtimal edilir ki, ərəb qaçqınların İsrail tərəfindən ələ keçirilmiş torpaqlarına geri dönməsini reallaşdırmağa çalışdığına görə yəhudilər tərəfindən öldürülmüşdür.
8 iyulda – atəşkəsin sona çatmasından bir gün əvvəl general Məhəmməd Naquib rəhbərliyində Misir qüvvələri Negbaya hücum edərək müharibənin ikinci mərhələsini başlatdılar.[257] Ertəsi gün isə İsrail qüvvələri bütün cəbhələrdə hücuma keçdi və Quneitradan Arişə qədərki ərazini mühasirəyə aldı. Misir qüvvələri isə Təl-Əvivi bombardman etdi.[258] Növbəti gün isə İsrail tərəfi mühasirəyə alınmış kibbutzimlərdən birinə həyati malları göndərə bilmək üçün yol aça bildi.[246]
Döyüşlər 10 gün davam etdi və 18 iyulda BMT Təhlükəsizlik Şurası atəşkəs qərarını qəbul etdi. Bu 10 günlük döyüşlər əsasən İsrailin hücumları, ərəblərin isə müdafiə olunması ilə xarakterikdir.
Cənubda İsrail Müdafiə Qüvvələri "An-Far əməliyyatı"nı və "İşğalçıya ölüm" əməliyyatını həyata keçirdilər. XI alayın I taborunun tapşırığı cənubdakı ərəb kəndlərini ələ keçirmək və əhalisini qovmaq idi. Onlar çox az müqavimətlə qarşılaşdılar. Keçmiş Palmax döyüşçüsü olan Ammon Neumanna görə cənubdakı ərəb kəndləri boşaldılarkən çox az müqavimətlə qarşılaşmışlar və silah-sursatın zəifliyinə görə əhalinin müqavimət gücü çox aşağı olmuşdur.[259] Əhali kəndləri boşaltdıqdan sonra isə onların evləri dağıdılmışdır.[260]
12 iyulda misirlilər yenidən Negbaya hücum etdilər. Onlar bura əvvəl də hücum etmişdilər, lakin uğur qazana bilməmişdilər. 3 piyada taborundan, 1 artilleriya taborundan və 1 zirehli tabordan ibarət Misir ordusu İsrail ordusu tərəfindən məğlub edildi. Döyüşdə Misir ordusu 200–300 nəfər itki verdi. İsrail ordusunda isə 5 nəfər öldü, 16 nəfər yaralandı.
Negbadakı məğlubiyyətdən sonra misirlilər diqqətlərini izolyasiya olunmuş yaşayış məskənlərinə yönəltdilər. 14 iyulda misirlilər Qal Ona hücum etdilər. Lakin minalanmış sahə və yerli əhalinin müqavimətindən sonra geri çəkilməyə məcbur oldular.
Misirlilər daha sonra zəif müdafiə olunan Beerot İshaq kəndinə hücum etdilər. Misirlilər kəndə daxil ola bildilər, lakin kənd sakinləri kəndin daxilində müdafiə xətti yaratmışdılar. Onlar misirlilərin qarşısını ala bildilər və İsrail ordusu kəndin köməyinə çata bildi. İsrail tərəfinin cəmi 17 ölü, 15 yaralı verdiyi döyüşdə Misir ordusu 200 itki verərək məğlub oldu. Misir ordusunun bu hücumu müharibədəki son hücumları oldu və bir daha heç bir kəndə və ya hər hansısa yaşayış məskəninə hücum edə bilmədilər.
10 iyulda Qlubb paşa Ərəb Legionu vasitəsilə "saxta döyüş səhnəsi" düzəltmə əmri almışdı.[261] İsraillilər Danni əməliyyatı vasitəsilə Yerusəlim və Təl-Əviv arasındakı koridoru daha da genişlətdi. Bu əməliyyat İsrailin həyata keçirdiyi ən mühüm hücum əməliyyatlarından biri idi. Nəticədə Latrun ətrafı, koridor və Ramallah şəhərləri tutuldu.
Danni əməliyyatının məqsədi Təl-Əvivin qərbini ələ keçirmək və düşmən qüvvələrini daha da uzağa itələmək idi. Bunda məqsəd yəhudi əhalisinin və Yerusəlimdəki qüvvələrin təhlükəsizliyini təmin etmək idi. Bu zaman Lidda çox mühüm hərbi mərkəzə çevrildi və ətrafdakı ərəb qüvvələrinin istinadgahı roluna sahibləndi. Ramla isə yəhudi əhalinin köçürülməsi yolunda maneə idi. Lidda sayları 1000 nəfər olan yerli qüvvələr və 125–300 nəfərlik Ərəb legionu mənsubu hərbçilər tərəfindən qorunurdu.[262][263] İsrail Müdafiə Qüvvələri 8000 nəfərlik canlı qüvvə ilə hücuma keçdilər.
Müharibə zamanı ilk belə hal idi ki, bir neçə xüsusi alay bir hücumda iştirak edirdi. Şəhərə hücum şərq tərəfdən – Xulda, əl-Qubab, Yimzu və Daniyaldan başladı. 11 iyulda şəhər israillilər tərəfindən ələ keçirildi. Şəhər uğrunda döyüşlərdə 450 ərəb, 9–10 israilli öldü. Ertəsi gün isə Ramla da israillilər tərəfindən ələ keçirildi.[249] Lidda və Ramlanın əhalisi şəhərdən qovuldu. Onlar ərəb qoşunlarının əlində olan torpaqlara köçdülər. Lidda şəhərinin əhalisi heç bir daşınma vasitəsi olmadan şəhərdən qovulmuşdu və əhalinin bir hissəsi iyul ayında səhradakı istiyə və susuzluğa dözə bilməyərək yolda ölmüşdü.
15–16 iyulda israillilər Latruna hücum etdilər. Lakin məğlub oldular. İkinci hücum isə 18 iyulda baş verdi. Zirehli texnika və 2 Kromvell tankı ilə gücləndirilmiş Yiftax alayı da şəhəri ələ keçirə bilmədi. İkinci fasilənin 18 iyulda qüvvəyə minməsinə baxmayaraq, israillilər Latrunu tutmaq üçün 20 iyula qədər cəhd göstərdilər.
Kedem əməliyyatının məqsədi Yerusəlimin Qədim şəhər hissəsini mühafizə etmək idi. Əməliyyat uğursuzluqla nəticələndi.[264] Əslində əməliyyat birinci fasilənin bitməsindən dərhal sonra İrqun və Lehi qüvvələri tərəfindən başladılmalı idi. Lakin David Şaltiyel tərəfindən gecikdirilmişdi, çünki o, inanırdı ki, Haganah qüvvələri olmadan Deir Yassini tutmaq qeyri-mümkündür.
Plana görə Yehuda Lapidotun rəhbərlik etdiyi İrqun qüvvələri Yeni Qapıya, Lehi qüvvələri Yeni Qapıdan Yaffa qapılarına qədərki əraziyə, Beit Horon taboru isə Sion dağından hücuma keçməli idi.
Hücum Şabbat gününə – 16 iyulun, saat 20:00-a planlanmışdı. Plan əvvəldən doğru getmədi və ilk əvvəl 23:00-a, sonradan isə gecə yarısına ertələndi. 02:30-da hücum başladı. İrqun üzərinə götürdüyü məqsədə çatsa da, digər birləşmələr tapşırıqlarının öhtəsindən gələ bilmədilər. 17 iyul 05:45-də Şaltiyel bütün qüvvələrə geri çəkilmə əmri verdi. Toqquşmalar dayandırıldı.
14 iyul 1948-ci ildə İrqun ərəb kəndi olan Malha kəndini şiddətli döyüşlərdən sonra tutdu. Ərəblər ikinci dəfə hücum etsələr də, köməyə gələn İsrail qüvvələri onları geri çəkilməyə məcbur etdilər. İsrail tərəfi bu döyüşdə 17 nəfər itki verdi.
İkinci plan Dekel əməliyyatı idi. Məqsəd Nazaret də daxil olmaqla, Aşağı Cəliləni ələ keçirmək idi. Nazaret 16 iyulda ələ keçirildi. İkinci atəşkəs 18 iyul 19:00-da qüvvəyə minənə qədər isə İsrail qüvvələri Aşağı Cəlilədən Hayfaya qədərki Təbəriyyə gölü sahillərini ələ keçirdilər.
Broş əməliyyatının məqsədi Suriya qüvvələrini Şərqi Cəlilədən çıxarmaq idi. Əməliyyatı Benot Yakov alayı həyata keçirirdi. İsraillilər üçün uğursuz nəticələnən əməliyyat zamanı suriyalılar 200 nəfər, israillilər isə 100 nəfər itki verdilər. Həmçinin İsrail Hərbi Hava Qüvvələri ilk dəfə Dəməşq şəhərini bombaladı.
18 iyul 19:00-da BMT-nin vasitəçiliyi ilə ikinci atəşkəs dövrü başladı.
16 sentyabrda Folke Bernadotte Fələstin üçün yeni bölünmə planı təklif etdi. Bu plana görə Neqev İordaniya ilə Misir arasında bölünməli, Lidda və Rəmla isə İordaniyaya birləşdirilməli idi. Bütün Cəlilə yəhudilərə verilməli, onun sərhədi Fəlucadan şimal-şərqə doğru Rəmla və Liddaya qədər müəyyən olunmalı idi. Qüds beynəlxalqlaşdırılmalı, şəhərin yəhudi və ərəb əhalsinin muxtar bələdiyyəsi olmalı idi. Hayfa dəniz limanı azad liman, Lidda hava limanı isə azad hava limanı statusu almalı idi. Bütün fələstinli qaçqınlar öz evlərinə geri dönməli, dönmək istəməyənlərə isə itirdikləri əmlaka görə kompensasiya verilməli idi. BMT Fələstinə yəhudi miqrasiyasını öz nəzarətinə götürməli idi.[265]
Bu planı hər iki tərəf rədd etdi. Bernadotte isə 17 sentyabrda Qüdsdə yəhudi sionist təşkilatı olan Lehi üzvləri tərəfindən öldürüldü. 4 nəfərlik yəhudi qrupu Bernadottenin maşın konvoyunu bomba vasitəsilə partlatmışdı. Nəticədə Bernadotte və onun köməkçisi olan fransız BMT müşahidəçisi ölmüşdü. Lehi Bernadotteni ingilis və ərəb kuklası kimi qəbul edirdi. Onlar qorxurdular ki, Bernadottenin təklifi yeni yaranmış İsrail hökumti tərəfindən qəbul edilər. Bu isə onlara görə qəbuledilməz idi və gələcəkdə qorxunc nəticələrə yol açacaqdı. Əslində isə, Lehinin xəbəri olmasa da, artıq İsrail hökuməti Bernadottenin bu təklifini rədd etmişdi və bir aydan sonra döyüşlərə yenidən başlamağı planlayırdı. Bernadotteni amerikalı diplomat Ralf Bunçe əvəzlədi.[266][267][268][269]
1948-ci ilin 22 sentyabrında İsrail müvəqqəti hökumətinin qəbul etdiyi qərar ilə mühribə dövründə ələ keçirilmiş torpaqlar avtomatik İsrail dövlətinin torpağı elan edilirdi.
Hayfa limanının cənubunda yerləşən və "Kiçik üçbucaq" adlanan yerdəki ərəblər Təl-Əvivdən Hayfaya gedən yoldakı yəhudi yüklərini tez-tez bombardman edirdilər və onları Samariyanın şimalından iraqlı hərbi birləşmələr dəstəkləyirdi. Yolda hərəkət edən nəqliyyat vasitələrinə qarşı təşkil edilən snayper hücumları ikinci atəşkəs zamanı da davam etdi. Onları təmizləmək üçün israillilərin 18 iyun və 8 iyul zamanı etdikləri hücumlar da uğursuz oldu. 24 və 25 iyulda israillilər Şoter əməliyyatını həyata keçirməyə başladılar. Əməliyyatın məqsədi yolu düşmən qüvvələrdən təmizləmək idi. Lakin məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldular. İsrail bu üç ərəb kəndini yalnız güclü artilleriya, hava və zirehli birliklərin dəstəyindən sonra tuta bildi. Kəndin əhalisinin əksəriyyəti isə ya hücum zamanı, ya da kənd tutulmamışdan az əvvəl kəndi tərk etmişdi. Əməliyyat zamanı ərəblər tərəfindən ən azı 100 mülki şəxs və hərbçi öldü.[261]
Ərəblərin iddiasına görə İsrail bu kəndləri tutan zaman xeyli dinc əhalini öldürmüş və qırğın etmişdir. Lakin İsrail tərəfi bunu rədd etmişdir. BMT-nin bu barədə araşdırması da bunu təsdiq etmişdir. Əməliyyatın uğurla bitməsindən sonra Hayfa – Təl-Əviv yolu İsrail mülki və hərbi daşınmalarına tamamilə açıldı, yolun üzərindəki ərəb mövqeləti tamamilə təmizləndi. İsrail həmçinin Hayfa-Hadera yolunu da təmir etdilər.
Müharibənin bu mərhələsində İsrail öz cənub və şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək və ərəbləri tamamilə məğlub etmək üçün əməliyyatlar həyata keçirmişdir.
22 oktyabrda müharibənin üçüncü mərhələsi faktiki olaraq başladı.[270] Qeyri-nizami ərəb qüvvələri atəşkəs razılaşmasını rədd etdilər və şimaldakı İsrail yaşayış mərkənlərinə hücum etməyə başladılar. Eyni gündə isə Ərəb Azadlıq Ordusu Manaraya hücum etdi və möhkəmləndirilmiş mövqe olan Şeyx Abidi ələ keçirdi. Yerli israillilərin müqaviməti nəticə vermədi. Köməyə gəlmiş Karmeli alayı da ərəblər tərəfindən məğlub edildi. Alaydan 33 nəfər öldü, 40 nəfər yaralandı. Nəticədə Manara və Misqav ərəblər tərəfindən ələ keçirildi, İsrailin BMT-dəki etirazları da bunu dəyişdirmədi.
24 oktyabrda İMQ Hiram əməliyyatı ilə Cəlilə bölgəsinin bütünlüklə ələ keçirdi. Ərəb Azadlıq Ordusu və Livan hərbi birləşmələri Livana geri çəkilməyə məcbur oldular. İsrail həmçinin Suriya taborunu da pusquya düşürərək məhv edə bildi. Bu əməliyyatda 4 piyada taboru iştirak edirdi, bu taborlara komandanlığı isə Moşe Karmel edirdi. Cəmi 60 saat davam edən hücumda xeyli sayda ərəb kəndi ələ keçirildi. Ərəblər 400 nəfər itki verdilər, 550 nəfər İsrailə əsir düşdü. İsrailin itkisi isə az oldu.[271]
50,000 ərəb qaçqın Livana daxil oldu. Onların bəziləri israillilər tərəfindən evlərindən qovulmuş, bəziləri isə ərəb qüvvələri məğlub olduqca öz evlərindən çıxmışdılar. Öz evlərində qalan ərəblərə sonradan İsrail dövləti tərəfindən vətəndaşlıq verildi. İqrit və Birim kəndlərində yaşayan ərəbləri İsrail dövləti nümayəndələri inandırmışdılar ki, onlar kəndlərini tərk etsələr müharibə bitdikdən sonra onların geri dönmələrinə icazə veriləcək. Lakin İsrail dövləti bu vədinə əməl etmədi və öz evləri əvəzində qaçqınlara kompensasiya təklif etdi. Ərəblər isə bunu rədd etdilər.[272]
Ayın sonunda İMQ Cəlilənin tamamını ələ keçirdi. Bütün Livan qüvvələrini İsraildən qovdu, hətta 8 km Livan torpaqlarının içinə girərək Litani çayına çatdı. 13 Livan kəndi ələ keçirildi.[273] Hula kəndində iki israilli zabit 35 ilə 58 arası ərəb əsiri "Hayfa neft emali qırğını"na qarşılıq olaraq qətlə yetirdi. Hər iki zabit sonradan əməllərinə görə həbs edildilər.
İsrail sərhədlərini qorumaq və ərəbləri daha uzağa göndərmək üçün hücumlar edirdi. İordan çayının qərb sahilini ələ keçirmək İsrail üçün bəzi problemlər yarada bilərdi. Çünki bu torpaqların ələ keçirilməsi İsrail dövlətində yaşayan ərəblərin sayını xeyli artıracaqdı. Neqev səhrası bu baxımdan problemsiz idi. Buna görə də oktyabr ayının əvvəllərindən etibarən İsrailin hücumlarının əsas hədəfi Neqevə yönəlmişdi.[274] İsrail əsasən, Misir ordusunu məğlub etmək və geri çəkilməyə məcbur etmək istəyirdi.[275]
15 oktyabrda İMQ hücuma keçdi. Əməliyyatın adı Yoav əməliyyatı idi.[276] Neqevə İsrail qüvvələri səhranın şimal hissəsindən daxil oldu. Məqsəd Misir qüvvələrini buradan tamamilə atmaq, Beerşeba-Hebron-Yerusəlim yolunu ələ keçirmək və səhranı tamamilə özünə tabe etmək idi.[246] İsrailin əsas narahatlığı Britaniya ilə bağlı idi. Çünki Britaniya diplomatları Neqevin Misir və İordaniyaya verilməsini müdafiə edirdi. Buna görə də Ben Qurion Neqevin tez bir zamanda ələ keçirilməsini istəyirdi.[249]
Yoav əməliyyatının komandanı Yigal Allon idi. O, ümumiyyətlə cənub cəbhəsinin komandanı idi. Əməliyyatı yerinə yetirəcək ordu 3 piyada diviziyasından və 1 zirehli alaydan ibarət idi. Ordunun birici tapşırığı Misir ordusunun müdafiə xəttinin yarılması idi. Çünki Misir müdafiəsinin dərinliyi çox zəif idi, yəni müdafiənin ön xətti keçildikdən sonra arxa xətlərdə o qədərdə müqavimət olmayacaqdı. Əməliyyat İsrail tərəfi üçün xeyli uğurlu bitdi. Nəticədə, Misir ordusu Neqevin şimal hissəsindən, Beerşebadan və Aşdoddan uzaqlaşdırıldı.
"Fəluca mühasirəsi" deyilən hadisə zamanı Misir ordusu 4 ay bu kənddə mühasirədə qaldı. Atəşkəs razılaşmasından sonra isə bu kənd İsrail nəzarətinə keçdi. Əməliyyatlar zamanı İsrail 4 döyüş gəmisi aramsız olaraq Misir ordusunu bombardman edirdi və geri çəkilən Misir ordusu mənsublarını evakuasiya etmək üçün gələn Misir gəmilərinin sahilə yanaşmasına imkan vermirdi.[271]
19 oktyabrda Ha-Har əməliyyatı Yerusəlim koridorunda başladı. Bu əməliyyat çərçivəsində Majdalda dəniz döyüşü baş verdi. 3 israil korveti hava qüvvəsi dəstəyi olan bir Misir korveti ilə qarşılaşdı. Döyüşdə İsrail bir dənizçisini və 2 gəmisini itirdi. Misir tərəfi isə təyyarısini itirsə də, gəmi qaça bildi. İsrail qüvvələri 17 oktyabda Majdalı, 21 oktyabrda isə Yerusəlimi bombardman etdi. Eyni gündə İMQ Berşebanı ələ keçirdi. Buradan 120 misirli hərbçi əsir götürüldü. 22 oktyabrda İsrail hərbi donanması Misirin bayraqdar gəmisi olan "Əmir Faruq"u zədələdi.
9 noyabr 1948-ci ildə İMQ Şmone əməliyyatı çərçivəsində İraq Suvaydan kəndindəki Teqart qalasına hücum etdi. Bu qaladakı misirli hərbçilər daha əvvəl 8 İsrail hücumunu dəf edə bilmişdilər. Bu hücumlardan ikisi Yoav əməliyyatı zamanı gerçəkləşmişdi. İsraillilər qalaya artilleriya, piyada və hava qüvvələri ilə hücum edirdilər. Qalanın divarlarından biri uçurdulduqdan sonra qala İsrail qüvvələri tərəfindən tutuldu. Bu qalanın ələ keçirilməsindən sonra bölgədəki Misir qüvvələri hamısı geri çəkildi. Bu mövqelərə İsrailin dəfələrlə hücum edib ələ keçirə bilmədiyi təpəliklər də daxil idi. Şiddətli döyüşlərdən sonra İsrail İraq Suvaydan kəndini də ələ keçirdi.[277]
Dekabrın 5–7-nə qədər İMQ Assaf əməliyyatını həyata keçirdilər. Əməliyyatın məqsədi Neqev səhrasının qərbini ələ keçirmək idi. Əsas zərbə qüvvələri mexaniki birləşmələr idi. Qolani alayının piyadaları isə əsas zərbə qüvvələrini arxadan qorumalı idi. Misir əks-hücumu İsrail tərəfindən dəf edildi. Planlanan ikinci əks-hücum isə İsrail kəşfiyyat təyyarələri tərəfindən aşkarlandığına görə baş tutmadı. Misir ordusu 100 nəfər itirdi. 5 tank isə vuruldu. İsrail isə 5 nəfər itirdi. İsrail ordusundan 30 nəfər də yaralanmışdı.
22 dekabrda İMQ Horev əməliyyatına başladılar. Əməliyyatın məqsədi Neqevdəki bütün Misir qüvvələrini buradan qovmaq, Misir ordusunun döyüş qabiliyyətini məhv etmək və onu sülhə məcbur etmək idi. 5 günlük döyüşlərdən sonra israillilər qalib gəldilər və bütün Misir qüvvələri bölgədən qovuldu.
İsrail qüvvələri Nitzana bölgəsini tutduqdan sonra 28 dekabrda Sinay yarımadasına daxil oldular. İMQ Umm Katef və Əbu Ageylani ələ keçirdi və Əl Arişdəki Misir qüvvələrini mühasirəyə almaq üçün Əl Arişin şimalına doğru hərəkətə başladı. Lakin Sinaydakı İsrail qüvvələri 2 yanvar 1949-cu ildə geri çəkilməyə məcbur oldu. Britaniya və ABŞ İsrailə diplomatik təzyiq edərək onu buna razı saldılar. Hətta Britaniya İsraili hərbi əməliyyatla təhdid edirdi.
İMQ Qəzzə keçidi tərəfə cəmləşdi. Rəfaha olan hücum zamanı Misir qüvvələri mühasirəyə alındı. Bir neçə günlük toqquşmalardan sonra Misir atəşkəs razılaşmasını müzakirə etməyə razı oldu. Bunun ardınca İsrail öz qoşunlarını geri çəkdi.
28 dekabrda Aleksandroni alayı Fəllucanı tuta bilməsə də, İraq əl-Mənsiyəhi tutdu və müvəqqəti də olsa oranı özündə saxlaya bildi. Misirlilər əks hücuma keçsələr də məğlub oldular. İsrail tərəfi 87 nəfər itirdi.[278]
5 martda Uvda əməliyyatı başladı. Əməliyyatın həyata keçirilməsi üçün təxminən bir ay hazırlıq görülmüşdü. Hədəf Cənubi Neqevi İordaniya təhlükəsindən qorumaq idi. İMQ əraziyə daxil olduqdan sonra hər hansısa müqavimətlə qarşılaşmadılar. Yol və onun ətrafı BMT-nin bölünmə planına görə onsuzda İsrail ərazi hesab edilirdi. Ona görə bu əməliyyat işğaldan daha çox, öz suverenliyini təmin etmək üçün həyata keçirilmişdi. Əməliyyatda Qolani, Neqev və Alexandroni alayları ilə yanaşı bir sıra xırda donanma və birliklər də iştirak etmişdir.
10 martda İsrail qüvvələri Neqevin cənubunu mühafizə altına aldıqdan sonra Fələstinin cənub qurtaracağına – Qırmızı dənizin sahilindəki Umm Raşraşa çatdılar. Oranı döyüşsüz ələ keçirən İsrail əsgərləri məntəqədən əldə düzəldilmə İsrail bayrağı asdılar. 16:00 10 martda bayraq asılması müharibənin sonu hesab edilir.[279]
Müharibə davam etdikcə İsrail qüvvələri Sinaya daxil olurdular. Bu vaxtdan etibarən Böyük Britaniya hərbi hava qüvvələrinə məxsus təyyarələr demək olar ki, hər gün İsrail hərbi bazaları üzərindən kəşfiyyat uçuşları həyata keçirirdilər. Böyük Britaniya Kraliyyət Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Misir bazalarından havaya qalxır, bəzən isə elə Misir təyyarələri ilə birgə uçurdu. Yüksək uçuş qabiliyyətinə malik Britaniya təyyarələri israillilər tərəfindən "şuftikeyt" adlandırılırdı.[280]
20 noyabr 1948-ci ildə Böyük Britaniyaya məxsus silahsız kəşfiyyat təyyarəsi Cəlilədən Hatzor bazasına uçarkən İsrail təyyarəsi tərəfindən vuruldu. İsrail təyyarəsini idarə edən amerikalı könüllü Ueyn Piyk adlı pilot idi. Böyük Britaniya təyyarəsində olan iki hərbçinin ikisi də həlak oldu.
1949-cu ilin 7 yanvarında 4 Spitfire markalı Britaniya təyyarəsi hərəkət halında olan İsrail konvoyu üzərində kəşfiyyat uçuşları edirdi. Bu konvoy 15 dəqiqə əvvəl 5 Misir təyyarəsinin hücumuna məruz qalmışdı. Qalxan tüstünü görən britaniyalı pilotlar isə ora uçmuşdular. Yerdəki İsrail əsgərləri isə gələn Britaniya təyyarələrini yenidən hücuma keçən Misir təyyarələri zənn edərək 1-i vurmuşdular. Qaçmağa çalışan digər təyyarələr isə İsrail pilotları tərəfindən vurulmuşdu. Bu təyyarələri vuranlar isə amerikalı və kanadalı könüllülər olan Slik Qudlin və Con Makelroy idilər. Bu hücum zamanı 1 pilot öldü.
Digər iki pilot isə Təl-Əvivə sorğu-sual edilmək üçün aparıldı və sonradan azad edildi. 1 pilot isə bədəvilərin əlinə keçdi və onlar onu Misir ordusuna təslim etdilər. Sonrakı gün Böyük Britaniya Kraliyyət Hərbi Hava Qüvvələrinin 4 təyyarəsi vurulan təyyarələri axtatarkən yenidən İsrail qüvvələri tərəfindən hücuma məruz qaldılar. Ezer Vaytsmanın rəhbərlik etdiyi İsrail qüvvələri Britaniya təyyarələrinə böyük ziyan vurdular və birini düşürə bildilər. Döyüş britaniyalıların daha da yaxşı tanınmaları üçün qanadlarını açmalarından sonra dayandı. Ezer Veizmann vəziyyətin ciddiliyini dərk etdi və geri çəkilmə əmri verdi. Beləliklə, İsrail hava qüvvələri Hatzor hava bazasına geri döndülər.
Bu döyüşdən dərhal sonra İsrail baş naziri David Ben Qurion Britaniya döyüş təyyarələrinin qalıqlarını İsrail ərazisinə gətirilməsini və gizlədilməsini əmr etmişdi. Bundan sonra İsrail ordusu nümayəndələri döyüş yerini ziyarət etdilər və təyyarələrin qalıqlarını basdırdılar. Lakin onlar bunu edənə qədər artıq Britaniya kəşfiyyat təyyarələri təyyarə qalıqlarının fotolarını çəkmişdilər. Bu zaman ingilislər də döyüşdə itkin düşənlərin axtarılması üçün qrup göndərdi. Vurulan təyyarələrdən ikisi Misir ərazisində tapılsa da, döyüşdə öldürülən Tattersfildin təyyarəsi Nirimin 4 km şimalından, yəni İsrail sərhədlərindən 4 mil içəridən tapıldı. Yerli ərəblərlə söhbət zamanı da israillilərin bura gələrək qəza yerlərini təmizlədiyi və təyyarə qalıqlarını basdırdıqları bəlli oldu. Tattersfildin nəşi ilk öncə döyüş sahəsində dəfn edilmişdi, lakin sonradan oradan çıxarılaraq Ramladakı Böyük Britaniya Müharibə Qəbirstanlığında dəfn edildi.
Cavab olaraq Kraliyyət Hava Qüvvələri (KHQ) İsrail Hərbi Hava Qüvvələrinə (İHHQ) hücum etmək üçün bütün hərbi hava qüvvələrini hazır vəziyyətə gətirdi. Orta Şərqdəki Britaniya orduları yüksək hazırlıq səviyyəsinə gətirildi, bütün məzuniyyətlər ləğv edildi və Britaniya vətəndaşlarına İsraili tərk etmək məsləhət görüldü. Hatzor hava bazasındakı pilotlar arasında ümumi fikir belə idi ki, Böyük Britaniya 5 təyyarəsinin vurulmasını və 2 pilotunun öldürülməsini sakit qarşılamayacaq. Həm də bunu düşünən hərbçilərin əksəriyyəti II Dünya müharibəsi zamanı KHQ-də döyüşmüş yəhudilər idi. Sübh tezdən Böyük Britaniyanın cavab hücumu edəcəyi gözlənilirdi, buna görə də Hatzor hava bazasındakı əksər zabitlər müqavimət göstərməmək qərarı vermişdilər və onlar sübh tezdən bazanı tərk etməyə başladılar. Bəziləri isə müqavimət göstərəcəklərini bildirirdilər. Lakin bütün gözlənilənlərin və döyüşdə iştirak etmiş birliklərin təzyiqinə baxmayaraq, Böyük Britaniya baş qərərgahı hücum etməmə barədə əmr verdi.[281]
Həmin günlərdə çıxan direktivlə KHQ-nə əmr edilirdi ki, İordaniya və Misir hava sərhədinə daxil olan İsrail təyyarələrini dərhal vursunlar, amma eyni zamanda İsrail sərhədinə yaxın yerlərdə fəaliyyət göstərmələri də qadağan edilirdi.
Müharibənin sonlarında Britaniya Xarici İşlər Nazirliyi İsraildən öldürülmüş hərbçilərə və məhv edilmiş texnikaya görə kompensasiya tələb etdi.
1948-ci ilin dekabrında BMT Baş Assambleyasında 194 saylı qətnamə qəbul edildi. Bu qətnamə BMT Uzlaşdırma Komissiyasını İsrail və ərəb dövlətləri arasında sülhə nail olmağa çağırırdı. Qətnamənin qərarları heç vaxt tam olaraq qüvvəyə minmədi, bəzi maddələr İsrail, bəziləri isə ərəblər tərəfindən rədd edildi və ya münaqişənin gedişatı fonunda unuduldu.
Ərəb ölkələri İsrail ilə atəşkəs müqaviləsi imzalamış olsalar da, sülh müqaviləsi imzalamağa yanaşmamışdırlar.[282] Qəti sülhün bərqərar olmaması isə gələcəkdəki müharibələrə əsas yaratmışdır.[283] Atəşkəs müqavilələrinin bir digər nəticəsi isə, İsrailin BMT üzvlüyünə qəbul edilməsidir. BMT Baş Assambleyasının 11 may 1949-cu il tarixli və 273 saylı qərarı ilə İsrail BMT üzvlüyünə qəbul edilmişdir.[284]
Bu atəşkəs müqavilələri ilə Fələstin məsələsi həll edilmirdi, I Ərəb-İsrail müharibəsi isə sonlanırdı. Müharibədən qazanclı çıxan tərəf İsrail idi. İordaniya xaric, digər ərəb dövlətlərini döyüşdə məğlub edən İsrail bu müharibədən torpaqlarını daha da genişləndirərək çıxırdı. 29 noyabr 1947-ci il tarixli BMT-nin bölünmə qərarı ilə yəhudilərə verilən torpağın miqdarını göstərən rəqəmlər bir-birindən fərqlidir. Əksər mənbələrə görə, bu 5,6 kvadrat mil olmuşdur. Müharibədən sonra İsrail bu torpaqlara 2.500 kvadrat mil də əlavə etmişdir. Bəzi mənbələrə görə isə Fələstinin 10.000 kvadrat millik (26.000 km²) torpağından 6.000 kvadrat mili (15.500 km²) BMT qərarına əsasən İsrailə verilmişdir. Müharibədən sonra isə İsrail bu miqdarı 8.000 kvadrat milə (20.500 km²) qaldırmışdır. Bu isə bütün Fələstin torpaqlarının 77 faizi deməkdir.[285]
Fələstin Komissiyasında ərəblərin 29 avqust 1949-cu ildə irəli sürdükləri iddiaya görə, BMT-nin bölünmə qərarı yəhudilərə 14.700 km² torpaq vermişkən, yəhudilər bu miqdara müharibədən sonra 17.000 km² da əlavə etmişdirlər.
Fələstindəki yəhudi sayı 1914-də 85000, 1943-də 539000, 1946-da 608000 ikən, bölünmə planı zamanı 650000 olmuş və atəşkəsin imzalandığı 1949-cu ilin sonunda 758.000-ə çatmışdır.[286]
İsrail-Misir atəşkəs danışıqları 12 yanvar 1949-cu ildə Rodosda BMT nümayəndəsi Ralf Bunçenin təşkilatçılığı ilə başladı. 42 gün davam edən müzakirələrdən sonra 12 maddəlik İsrail-Misir ümumi atəşkəs müqaviləsi (ing. General Armistice Agreement) 24 fevral 1949-cu ildə imzalandı.[287]
Bu müqaviləyə görə tərəflər atəşkəs müddətində heç bir hərbi və siyasi üstünlük təmin etməyə çalışmayacaqlar, quruda, havada və dənizdə heç bir hücum hərəkəti etməyəcəkdilər. Həmçinin bu müqavilənin maddələri tərəflərin Fələstin məsələsinin həlli ilə bağlı mövqeyinə heç bir formada təsir etməyəcək, atəşkəs sərhədi də tərəflər arasındakı siyasi sərhəd və torpaq sərhədi olaraq bilinməyəcəkdi.
Müqavilənin bu maddələri digər ərəb dövlətləri ilə imzalanan bütün atəşkəs razılaşmalarının mətnində də yer almışdır.
Bu müqavilə ilə Qəzzə bölgəsi Misirə buraxılırdı. Bununla da, Qəzzə uzunluğu 25 mil, genişliyi 3,5–5,5 mil arasında dəyişən keçid formasına düşürdü. Misir 135 kvadrat mil ərazi qazanırdı. Lakin Qəzzənin bəzi kəndləri və bəzi kəndlərinin əkin sahələri İsrail tərəfində qalmışdı.
Bu sərhədlərin yenidən çəkilməsi ilə birlikdə, Qəzzənin normalda təxminən 70.000 olan əhalisi Fələstinin digər yerlərindən gələn qaçqınların hesabına 200.000-ə qədər artdı. Misir bu qaçqınları öz əhalisindən ayrı tutmaq üçün Qəzzəyə yerləşdirmişdi. Bundan sonra müxtəlif ərəb dövlətləri fələstinli qaçqınları İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkdir.
Bu müqaviləyə görə Misir-İsrail sərhədindəki əl-Avca bölgəsi hərbsizləşdirilmiş bölgə elan edilirdi.
Livan İsrail ilə müharibəyə istəkli olmadan qatılmışdı. Bunun da səbəbi Livanın müxtəlif din və məzhəb topluluqlarından meydana gəlməsi və bunların hər birinin Fələstin məsələsinə fərqli mövqedən baxması idi. Buna görə də, Livan müharibəyə kiçik qüvvə ilə qatılmış və 10 ölü, 20 yaralı ilə müharibəni sonlandırmışdı. Buna görə də Misirdən dərhal sonra İsrail ilə ikinci atışkəs müqaviləsni 23 mart 1949-cu ildə Ras Nakurada Livan imzaladı. Bu müqavilə ilə İsrail-Livan sərhədi əvvəlki kimi qalırdı. Yalnız bu sərhəd hərbsizləşdirilirdi və hər iki tərəf bu bölgədə 1500-dən çox əsgər saxlaya bilməzdi.[288]
Bu atəşkəs razılaşmasından əvvəl Qüdsdəki İsrail qüvvələri ilə İordaniyanın Ərəb legionu arasında 30 noyabr 1948-ci il tarixli atəşkəs razılaşması imzalanmışdı. 1 dekabrda isə 2000 fələstinli nümayəndənin qatıldığı Ceriço konqresi keçirildi. Bu konqresdə Fələstin torpaqlarının İordaniya ilə birləşdirilməsinə və Kral Abdullahın da bütün Fələstinin kralı elan edilməsi qərara alındı. İordaniya hökuməti bu qərarı 7 dekabrda, İordaniya parlamenti isə 13 dekabrda təsdiq etdi. 20 dekabrda Qüds müftiliyinə Hacı Əmin əl-Hüseyninin yerinə ona müxalif şəxslərdən biri təyin edildi. Kral Abdullah 20 dekabr günü Ammanda verdiyi müsahibədə isə Fələstin məsələsinin yəhudilərlə sülh şərtləri altında həll edilməsinin vaxtının gəlib çatdığını bildirdi.[289]
Digər tərəfən İordaniyanın əlinə keçən Fələstin torpaqlarının ilhaqına İordaniya parlamenti 24 aprel 1950-ci ildə qərar vermişdi.
Bu hadisələrə görə İsrail-İordaniya atəşkəs danışıqları 2 mart 1949-cu ildə Rodosda başladı. Danışıqlar çətin gedirdi. Cənubda Araba vadisi ilə Ölü dənizin şimalındakı İsrail-İordaniya sərhədi başlıca mübahisə mövzusu oldu. Bu uyuşmazlıqlar İsrail XİN rəhbəri Reuven Şiloahla polkovnik Moşe Dayanın gizlicə İordaniyaya gedib kralla görüşməsindən sonra öz həllini tapdı. Kral İsrailin demək olar ki, bütün istəklərini qəbul etdi. Bircə Hebron bölgəsində ona kiçik güzəşt edildi. Bundan sonra, 3 aprel 1949-cu ildə müqavilə imzalandı.[290]
Bu razılaşma ilə İordaniya bu gün İsrailin nəzarətində olan və Qərbi Şəria deyilən 2.2000 kvadrat millik torpaq hissəsini nəzarətinə götürmüşdü. Müharibədən torpaq əldə etmək baxımından İsraildən sonra ən xeyirli çıxan tərəf İordaniya olmuşdu.
Digər tərəfdən bu müqavilə ilə Qüds şəhəri şimal-şərq və cənub-qərb istiqmaətində xəttlə bölünürdü. Yeni Qüds (yəni Qərbi Qüds) İsrail tərəfində, Köhnə Qüds (yəni Şərqi Qüds) də İordaniya tərəfində qalırdı. Bu bölünmə ilə Qüdsün böyük bir hissəsi İsrailə, kiçik bir hissəsi isə İordaniyaya keçirdi. Lakin müqəddəs yerlərin böyük hissəsi İordaniya ərazisində qalmışdı.
İsrail-Suriya atəşkəs müqaviləsi Suriyanın daxilində baş verən hadisələrə görə ən son imzalanan müqavilə olmuşdur. Suriyada 1943 və 1947-ci illər seçkilərini qazanan Milli Blok hökuməti İsrailə qarşı uğurlu müharibə apara bilməmişdi. Müharibədəki uğursuzluqlardan sonra Dəməşq, Hələb, Hüms və Həmada tələbə etirazları başladı. Buna iqtisadi sıxıntılar da əlavə edilincə 23 avqust 1948-ci ildə qurulan Cəmil Mardam hökuməti 1 dekabr 1948-ci ildə istefa verdi. Yeni kabinet Xalid əl-Azmin rəhbərliyi altında 17 dekabrda köhnə baş nazirlərdən və tərəfsiz dövlət xadimlərindən ibarət şəxslərdən quruldu. Yeni baş nazir 28 dekabrda parlamentdə etdiyi çıxışında Fələstinin qurtarılmasının əsas məqsəd olduğunu, Fələstinin bölünməsini və yəhudi dövlətinin qurulmasını qəbul etməyəcəklərini bildirdi.[291]
Lakin reallıqda işlər xeyli fərqli oldu. Xalid əl-Azm baş qərərgah rəisliyinə Osmanlı ordusunda yetişmiş polkovnik Hüsnü Zaimi gətirmişdi. Hüsnü Zaim xalqın özünə olan rəğbətindən istifadə edərək 30 mart 1949-cu hərbi çevriliş ilə hakimiyyəti ələ keçirdi.
Buna görə İsrail-Suriya atəşkəs müqaviləsi üçün danışıqlar 12 aprel 1949-cu ildə başladı. Görüşmələr torpaq anlaşmazlığına görə 17 mayda kəsilsə də, 5 iyuldan yenidən başladı və 20 iyul 1949-cu ildə atəşkəs razılaşması imzalandı. Bu razılaşma ilə İsrail-Suriya sərhədi əvvəlki Fələstin-Suriya sərhədi oldu. Həmçinin sərhədin hər iki tərəfi hərbsizləşdirilmiş elan edildi.
İsrailə müharibə elan edən İraq və Səudiyyə Ərəbistanı İsrail ilə sərhədləri olmadığına görə atəşkəs müqaviləsi imzalamadılar. Lakin Səudiyyə Ərəbistan BMT vasitəçisinin 30 yanvar 1949-cu ildə etdiyi atəşkəs müraciətindən sonra atəşkəsi qəbul etdiyini bildirdi. İraq isə digər ərəb dövlətlərinin imzalayacağı müqavilələri özünün də qəbul edəcəyini bildirdi.[292]
Müharibədə İsrail tərəfi 6373 nəfər itki vermişdi. Bu onun ümumi əhalisinin 1 faizini təşkil edirdi. Onlardan 4.000-i hərbçi, 2.000-i isə mülki əhali idi.[293][294] Ölənlərin 2000 nəfərini Holokostdan xilas olanlar təşkil edirdi.
Ərəb dövlətlərinin canlı qüvvə itkisinin dəqiq sayı bilinmir. Bəzi mənbələrə görə, ərəblər ümumi 7.000 nəfər itki vermişdilər. Onlardan 3.000-i fələstinli, 2.000-i misirli, 1.000 iordaniyalı və 1.000 suriyalı olmuşdur. 1958-ci ildə fələstinli tarixçi Arif əl-Arifə görə ərəb orduları ümumilikdə 3700 nəfər itki vermişdilər. Onlardan 1161-i misirlərdən, 562 nəfəri isə iordaniyalardan olmuşdur. Tarixçi Henri Laurensə görə isə ərəblər İsraildən 2 dəfə çox itki vermişdilər. Onun hesablamalarına görə ərəblər ümumilikdə 13 min itki vermişdilər. Henriyə görə bunlardan 1953 nəfər döyüş zamanı öldürülmüşdür. Yerdə qalanlarının isə kimlikləri hələ də dəqiq olaraq müəyyən edilməmişdir. O, həmçinin iddia etmişdir ki, ərəblər tərəfdən ölənlərin çoxunu mülki əhali təşkil edirdi və onlar israillilərin uğurlu hərbi əməliyyatları zamanı öz həyatlarını itirmişdirlər.[295]
Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalara və I Ərəb-israil müharibəsinə görə təxminən 750000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. Böyük Britaniya mandatlığı zamanı Fələstində təxminən 1.200.000 ərəb yaşayırdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabına görə təxminən 711000 fələstinli qaçqın var idi.[296] Bura İsrail daxilində qalan, lakin evini tərk etməyə məcbur qalmış insanlar daxil deyildi. Müharibə zamanı, xüsusən 1948-ci ildəki döyüşlər nəticəsində 400-dən çox ərəb, təxminən 10 ədəd yəhudi kəndi boşaldılmışdı. Müharibədən əvvəlki (1947) əhalinin siyahıyaalınmasına görə Fələstində 1.143.336 ərəb yaşayırdı.[297] Müharibə nəticəsində nə qədər fələstinlinin evini tərk etməsi hələ də tarixçilər arasında mübahisəlidir.[298] Müharibədən sonra 156000 ərəb İsraildə qaldı və vətəndaş oldu.[299]
Evlərindən qovulmuş fələstinlilərə Fələstin qaçqınları deyilir və onların əksəriyyəti bütün ərəb dünyasına səpələnmiş formada qaçqın düşərgələrində yaşayırlar. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş və onları xüsusi qaçqın düşərgələrində saxlamışdır. Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.[300][301]
Qaçqın statusu onların övladlarına da keçir və İordaniya istisna olmaqla, heç bir ərəb dövlətində fələstinli qaçqınlara vətəndaş statusu verilmir..[302] Ərəb Liqası üzv dövlətlərə məsləhət görür ki, öz kimliklərini itirməmək və gələcəkdə öz yurdlarına dönmələri üçün fələstinlilərə vətəndaşlıq verilməsin. 1.4 milyondan çox fələstinli hələ də 58 qaçqın düşərgəsində yaşayır. 5 milyondan çox fələstinli isə İsraildən və Fələstin regionundan uzaqda yaşayır.[300][301]
Ərəb-İsrail münasibətlərində Fələstin qaçqınları məsələsi əsas problem və debat mövzularından biridir. Fələstinlilər və onların tərəfdarları hər il 15 mayda "Nəqba günü"nü nümayişlərlə və mitinqlərlə qeyd edirlər. Nəqba sözünün ərəbcədən tərcüməsi fəlakət deməkdir. Ərəblər İsrailin dövlət kimi elan edilməsini və ardıyca baş verən hadisələri fəlakət kimi qiymətləndirdiklərinə görə bu günə belə bir ad vermişdirlər. Bu günün qeyd edilməsinə qoşulan insan sayı müxtəlif vaxtlarda dəyişmişdir. 2000-ci il Kemp Devid sammitinin uğursuzluqla nəticələnməsindən sonra İkinci İntifada zamanı Nəqba günündə İsrail əleyhinə nümayişlər xeyli artmışdı.
1948-ci il döyüşləri zamanı keçmiş mandatlığın ərəblər üstün olan yerlərindən təxminən 10.000 yəhudi başqa yerə köçməyə məcbur qaldı.[303] Lakin bundan 3 il sonra 1951-ci ildə İsraildə 700,000 yəhudi məskunlaşmışdı və onlar əsasən ərəblərlə sərhəd boyunca və ya ərəb torpaqlarında məkən salmışdılar.[304][305] Buradakı yəhudilərin sayı təxminən 2 dəfə artmışdı. Yeni gələnlərin 300 mini Asiyadan və Şimali Afrika ölkələrindən gəlmişdi.[306][307] Onlardan ən böyük qrup İraqdan gələn qrup idi. Onların sayı 100 mindən çox idi. 136.000–250.000 nəfər isə II Dünya müharibəsindən sonra qaçqın düşərgələrini və Almaniya, Avstriya və İtaliyadakı şəhərləri tərk edərək gəlmişdi.[308] Şərqi Avropadan isə 270 min yəhudi qaçqını İsrailə gəlmişdi. Buradan ən çox qaçqın gələn ölkələr isə hərəsinə 100.000 nəfər göstərici ilə Rumıniya və Polşa idi.[309] İsrail dövlətinin yaradılmasından sonra qarşıya qoyulmuş əsas məsələlərdən biri də Orta Şərqdən və Avropadan İsrailə yeni yəhudi köçlərini təmin etmək idi. Bu vəzifə Mossad Le Aliyah Betə tapşırılmışdı. David Ben Quriona görə İsrail dövlətinin əsas zəifliyi onda idi ki, o, yəhudilərdən yoxsun idi.
Ərəb və müsəlman ölkələrindən yəhudilər bir neçə səbəbə görə köç etməyə məcbur oldular. Müharibə ərəb ölkələrindəki ərəblərin yəhudilərə qarşı olan düşmənliyini daha da artırmışdı. Yəhudilərin qələbə qazanması xəbəri Liviya və Yəməndə böyük narazılıqla qarşılanmışdı. Sionistlər isə bütün ölkələrdə yəhudilərin İsrailə köç etməsi ilə bağlı təbliğat aparırdılar. Onlara daha yaxşı iqtisadi şərait və təhlükəsizlik vəd olunurdu. Misir kimi bəzi ərəb dövlətləri isə yəhudiləri köç etməyə qoymadılar və əsir saxlamağa başladılar. Yəhudilərin İsrailə kütləvi şəkildə köçməsinin səbəbi ondan ibarət idi ki, onların yaşadıqları ərəb ölkələri iqtisadi baxımdan çox zəif, siyasi baxımdan isə çox qeyri-sabit idilər. Bütün bunların nəticəsində 3 onillik ərzində ərəb ölkələrindən 800.000–1.000.000 yəhudi köç etdi. Onların 680.000-i İsrailə köçdü. Yerdə qalanların əksəriyyəti isə Avropa (xüsusən Fransa) və ABŞ-də məskunlaşdı.
İsrail başlanğıcda miqrant yəhudiləri Yəhudi Agentliyinin çadır düşərgələrində yerləşdirdi. 1950-ci ildə isə həmin qaçqınların vəziyyəti bir qədər yaxşılaşdırıldı. Onlar çadırlardan evlərə (Maabarot) köçürüldülər. 1950-ci illərin sonundan etibarən isə bu müvəqqəti evlərdə ləğv edilməyə başlandı. Sonun müvəqqəti ev düşərgəsi 1963-cü ildə ləğv edildi. Burada yaşayanlar isə yeni yaradılmış qəsəbələrə köçürüldülər.[310]
Salınan qəsəbələrin əksəriyyəti sonradan şəhərə çevrildilər. Bəzi yəhudi qaçqınlar Fələstini tərk etmiş fələstinlilərin evlərində yerləşdirilmişdilər. Ərəb və müsəlman ölkələrindən gələn bəzi yəhudilər İsraildə moşavim (korperativ fermer kəndləri) qurmaq istəyirdilər. Lakin bu təşəbbüs tam olaraq uğurlu olmadı. Çünki bəzi yəhudilərin ənənəvi peşəsi dülgərlik və tacirlik idi və onlar kənd təsərrüfatından heç nə anlamırdılar.
Ərəb–İsrail müharibəsi (1948) ərəblərlə İsrail arasında olan problemləri həll etmədi, əksinə mövcud problemlərin üstünə yeniləri də əlavə edildi. Artıq BMT-nin bölünmə planı əsasında Fələstin torpaqlarında Fələstin ərəb dövləti qurmaq mümkün deyildi. Çünki bunun üçün nəzərdə tutulmuş torpaqların böyük bir hissəsi İsrail tərəfindən ələ keçirilmişdi, yerdə qalan torpaqlar isə digər ərəb dövlətlərinin nəzarətinə keçmişdi. İsrail bəzən dövlət kimi ərəblər tərəfindən tanınmasından sonra ələ keçirdiyi torpaqları boşalda biləcəyini bildirsə də, onun bu təklifi ərəblər tərəfindən rədd edilmişdi. Beləliklə, bu müharibə gələcəkdə ərəblərlə İsrail arasında baş verəcək müharibələrin əsasını qoydu.
BMT Baş Assambleyasının İsraili üzvlüyı qəbul edərkən bəhs etdiyi 29 noyabr 1947 və 11 dekabr 1948 tarixli qərarların tətbiqində iki mühüm məsələ qalırdı. Torpaq məsələsi atəşkəs razılaşmaları ilə müvəqqəti də olsa həll edilsə də, qaçqınlar və Qüds məsələləri hələ də həll edilməmiş qalırdı.
Bu müharibə hal-hazırda da davam edən qaçqınlar və ya Fələstin qaçqınları məsələsini ortaya çıxardı. Bir tərəfdən müharibə ilə birlikdə yəhudilərin intiqamından qorxaraq qaçmaq surətilə, digər tərəfdən ərəb komandirlərin döyüş meydanlarını boşaltmalarını istəmələri səbəbilə 100 minlərlə Fələstin ərəbi yerlərini, yurdlarını tərk edərək ya qonşu ərəb ölkələrinə ya da ərəblərin çoxluq təşkil etdiyi Fələstin şəhərlərinə sığınmışdılar.[311] Qaçqınların dəqiq sayı bilinmir, təxminən 500 min ilə 1 milyon arasında olduğu güman edilir. Yəhudilər isə Fələstini tərk edən ərəblərin sayını 627.000–633.000 olaraq göstərirlər.
Vasitəçi Kont Bernadotte öldürülmədən iki gün əvvəl 16 sentyabr 1948-də göndərdiyi son hesabatında Fələstin qaçqınlarının sayını 360 min olaraq təxmin etmişsə də, özündən sonrakı vasitəçi Ralf Bunçe 18 oktyabr 1948 tarixli hesabatında bu sayın az olduğunu bildirirdi və son həftələrdə qaçqın sayının artaraq 500 minə çatmış olduğunu bildirirdi.[312]
Fələstin Barışıq Komissiyasının 22 iyun 1949 tarixli hesabatında Fələstin qaçqınlarının sayını 900.000–1.000.000 olaraq təxmin edərkən, 1949-cu ilin avqustunda etdiyi açıqlamada mütəxəsislərin etdiyi incələmərə dayanaraq bu sayı 711.600 olaraq vermişdir. Barışıq Komissiyası 1949 noyabrda qaçqınların sayını 757.000 civarında təxmin edirdi.[313]
Halbuki BMT tərəfindən qurulan Fələstin Qaçqınlarına Yardım Təşkilatı 1949-cu ilin noyabrında 940.000 ərəb qaçqına kömək etməkdə idi. Bu miqdarın ölkələr üzrə paylaşımı belə idi: Livan 127.000, Suriya 78.200, İordaniya 94.000, Fələstinin ərəb hissəsi 357.400, İsrail 37.600 və Qəzzə keçidi 245.000.
Qaçqınlar məsələsi ilk olaraq 1948 avqustunda Təhlükəsizlik Şurasında müzakirə edildi. Bir neçə gün müzakirə edilsə də, heç bir qərar qəbul edilmədi.[314] Ərəb ölkələri bu qaçqınların evlərinə və yurdlarına dönmələrinin təmin edilməsində israr edərkən, Sovet nümayəndəsi qaçqınlar məsələsinin yükünün ABŞ, İngiltərə və ərəb ölkələri tərəfindən paylaşılması gərəkdiyini, çünki Baş Assambleyanın 29 noyabr 1947-ci il tarixli bölünmə planını bu ölkələrin sabotaj etməyə çalışdığını dedi.
Fələstin qaçqınları məsələsinin ciddiyətini ilk dəfə vasitəçi Bernadotte 16 sentyabr 1948-ci il tarixli hesabatında vurğulamış və Baş Assambleyadan təcili tədbir görülməsini, qaçqınlara yardım edilməsini və onların İsrail əlinə keçmiş torpaqlarına dönmələrinin təmin edilməsini istəmişdir.[315]
Bundan sonra Baş Assambleya qaçqınlar məsələsini 24 sentyabr 1948-ci il tarixli iclasında da müzakirə edərək məsələni Üçüncü Komitəyə həvalə etdi. Üçüncü Komitənin fəaliyyəti bir ay yarımdan çox davam etdi. Buradakı müzakirələrdə Sovet İttifaqı, Polşa və Belorusiya kimi dövlətlər qaçqınlar məsələsinin sadəcə insani və yardım baxımından müzakirəsinə qarşı çıxıb, məsələnin eyni zamanda siyasi çərçivədə də müzakirəsini istədilər.[316] Nəticədə Üçüncü Komitənin hazırlamış olduğu qərar 19 noyabr 1948-ci ildə 212 saylı Baş Assambleya qərarı olaraq səs birliyi ilə qəbul edildi.[317]
Qərarda Fələstin qaçqınlarına 1 dekabr 1948-ci ildən 31 avqust 1949-cu ilə qədərki dövr üçün 29.500.000 dollarlıq yardım edilməsi nəzərdə tutulurdu. Bundan əlavə bütün üzv dövlətlərə, Dünya Səhiyyə Təşkilatı, Qida və Turizm Təşkilatı, Beynəlxalq Qaçqınlar Təşkilatı və UNİCEF kimi quruluşlar da yardıma çağırılırdı.
Baş Assambleya 11 dekabr 1948-ci il tarixli və 194 saylı qətnaməsi ilə Fələstin Barışıq Komissiyasını qurarkən qərarın XI fəslində də vətənlərinə dönüb qonşuları ilə sülh içində yaşamaq istəyən qaçqınların yurdlarına dönmələrinin təmin edilməsini, dönmək istəməyənlərin də maddi itkilərinin hüquq çərçivəsində əlaqəli hökumətlər və ya şəxslər tərəfindən təmin edilməsini Barışıq Komissiyasına vəzifə olaraq verməkdə idi.
Hələ İsrailin BMT üzvlüyü məsələsi Baş Assambleyada ad hoc komitədə müzakirə edildikdə Livan nümayəndəsi məsələnin müzakirəsinə keçməmişdən əvvəl İsrailin qaçqınların evlərinə dönmələrini qəbul etdiyini bildirməsini istədi. İsrail nümayəndəsi isə qaçqınlar məsələsinin ümumi sülh görüşmələrinin bir hissəsi olduğunu, ancaq o zaman müzakirə edilə biləcəyini bildirdi.[318] Beləcə, İsrail qaçqınlar məsələsini ərəb ölkələrini sülhə məcbur etmək üçün istifadə etmək istəyirdi. Sonda komitə də Livanın təklifini rədd etdi. 1949-cu ilin may və iyul aylarında qaçqınlar məsələsi iki dəfə müzakirə edildi. İlk başlarda ərəblər geri dönmək istəyənlərin evlərinə yerləşməsinə İsrailin icazə verməyini istəyirdilərsə də, sonda fikir dəyişdirdilər. Onlar artıq ərəb qaçqınların yerləşməsi üçün Cəlilə bütünlüklə daxil olmaqla Neqevin onlara verilməsini və Fələstinin ərəb torpaqları ilə Hayfa limanı arasında koridor qurulmasını istədilər. İsrail isə cavabında bir qarış torpağı belə tərk etməyəcəyini bildirdi.
İsrail isə başlanğıcda qaçqınlar məsələsinin həlli üçün əvvəlcə torpaq məsələsinin həllini, yəni sərhədlərin dəqiq olaraq müəyyən edilməsini şərt qoydu. Bu da ərəb ölkələrinin İsrail ilə sülh bağlamaları demək idi. Ərəblər bunu rədd etdi.
Barışıq komissiyasının daha sonrakı iclaslarında İsrail geri qalan qaçqınları ərəb ölkələrinin qəbul etməsi şərti ilə 100.000 qaçqını qəbul edə biləcəyini, onsuz da torpaqlarında 160.000 ərəbin olduğunu, bununla da sərhədləri daxilindəki ərəb əhalinin 260.000-ə çıxacağını bildirdi. İsrailin digər şərti də beynəlxalq təşkilatların bu 100.000 qaçqının yerləşdirilməsinə yardım etməsi idi. Sonrakı müzakirələr zamanı İsrail yeni şərtlər də irəli sürdü. İsrailin şərtlərinə görə bu qaçqınlar İsrailin düşmənləri ilə təmas etməyəcəkdi və İsrailin inkişaf planlarına görə yerləşdiriləcəkdi. Ərəblər bu şərtlərin Baş Assambleyanın 11 dekabr 1948-ci il tarixli qətnaməsi ilə uyuşmadığını bildirdilər.
İsrail həmçinin, Qəzzənin ona verilməsi şərtilə həm Qəzzənin öz əhalisini, həm də buradakı 250 min ərəb qaçqını İsrail vətəndaşlığına qəbul etməyi təklif etsə də, ərəblər bunu da rədd etdilər.
Baş Assambleya 8 dekabr 1949-da 302 saylı qətnaməni qəbul etdi. Qətnamənin səsverməsi zamanı 47 ölkə lehinə vermiş, 6 ölkə isə bitərəf qalmışdı. Əleyhinə səs verən ölkə isə olmamışdı. Qətnamə 22 maddədən ibarət idi.[319] Bu qərar ilə Fələstin qaçqınlarına 1 yanvar – 31 dekabr 1950-ci il tarixi üçün 33,700,000 dollarlıq yardım planlanarkən, İsrailə də qaçqınlar haqqındakı 11 dekabr 1948 tarixli qərarını xatırladırdı. İraq və Livanın istəyi ilə BMT Fələstin Qaçqınlarına Yardım Təşkilatı (ing. United Nations Relief and Works Agency for palestine Refugees) qurulurdu. Bu təşkilata kömək etmək üçün ABŞ, İngiltərə, Fransa və Türkiyə ilə qaçqınlara kömək edən iki ölkənin təmsilçilərindən meydana gələn Məsləhət Komissiyası (ing. Advisory Comission) qurulurdu. Bu arada ABŞ Senatı verdiyi qərarla prezident Trumenə Fələstin qaçqınlarına 16 milyon dollarlıq yardım etmə səlahiyyəti verdi. Həmçinin 1950-ci ildə təsdiqlənən xarici yardm proqramı ilə xarici ölkələrə verilməsi üçün nəzərdə tutulan 3.121.450.000 dollarlıq məbləğin 27.450.000 dolları Fələstin qaçqınları üçün nəzərdə tutulmuşdu.
Komissiya üzvləri olan dövlətlər 1952-ci ilin iyununa qədər 66 milyon pul toplamışddı, yalnız bu pulun 41 milyonu Fələstin qaçqınlarına verilmişdi. 1951-ci ildə 881.991 nəfər, 1952-ci ildə isə 881.673 nəfər Fələstin qaçqını BMT yardımından istifadə edərdi.
Baş Assambleyada 30 oktyabr 1952-dən 1953 30 iyuna qədərki dövr üçün 23 milyon dollarlıq yardım edilməsi ilə başlı qərar qəbul edildi.
Maddi yardımlar barədə qərarlar verilsə də, bu yardımların heç biri Fələstin qaçqınlarının vətənlərinə dönmələrini təmin etmirdi.
Qüds şəhəri həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs şəhər idi.[320][321] Buna görə də BMT-nin 29 noyabr 1947-ci il tarixli qərarının III hissəsi 14 maddədən ibarət olmaqla, Qüds məsələsinə həsr edilmişdi. Bu qərara görə Qüds üçün fərqli status planlaşdırılırdı. Qüds şəhəri beynəlxalq xüsusi rejim altından ayrıca varlıq – "corpus seperatum" olacaq və BMT tərəfindən idarə ediləcəkdi. Qərarda Qüds şəhərinin sərhədləri göstərildikdən sonra BMT-nin Vəsayət Şurasına 5 ay müddətində Qüdsün tabe olacağı ətraflı status hazırlama işi tapşırılır və bu statusun əsas prinsipləri də göstərilirdi. Şura 21 aprel 1948-ci ildə Qüds üçün 44 maddəlik status layihəsini qəbul etdi.
Bu layihəyə görə Qüds hərbsizləşdirilmiş və tərəfsiz olub, ancaq daxili təhlükəsizliyi təmin etməyə yetəcək qədər polis qüvvəsi saxlaya biləcəkdi. Şəhər Şura tərəfindən təyin edilən canişin tərəfindən idarə ediləcəkdi. Canişin icraedici hakimiyyəti üzvləri özü tərəfindən seçilən İdarəetmə Şurası (ing. Council of administration) vasitəsilə yerinə yetirəcəkdi. Qanunverici hakimiyyət isə 40 nəəfərlik Qanunverici Şuraya veriləcəkdi. Şuranın 18 üzvü bu şəhərdə yaşayan ərəblərdən, 18 nəfəri yəhudilərdən seçiləcəkdi. 2 üzv isə nə yəhudi, nə də ərəb olacaqdı. Yerdə qalan 2 nəfər isə canişinin seçdiyi 6 nəfərdən 2-i olacaqdı. Bunları isə bütün Qüds əhalisi seçəcəkdi. Ərəbcə və ivritcə Qüdsdə rəsmi dil olacaqdı. Ərəb və yəhudi dövlətlərinin vətəndaşları Qüdsə sərbəst şəkildə girib-çıxa biləcəkdilər. Müqəddəs yerləri ziyarət də tamamən sərbəst olacaqdı. Bu layihənin qəbul edilməsindən 3 həftə sonra Ərəb-İsrail müharibəsi başladığı üçün layihə heç vaxt həyata keçirilmədi.
BMT Qüds məsələsindən Fələstin üçün Barışıq Komissiyası quran Baş Assambleyanın 11 dekabr 1948 tarixli 194 saylı qətnaməsində bəhs etdi. Qətnamənin VII paraqrafı müqəddəs yerlərin sərbəstliyinə və qorunmasına aid idi. VIII paraqrafda Qüdsün sərhədlərini göstərdikdən sonra Barışıq Komissiyasına Qüdsün hərbsizləşdirilməsini və beynəlxalq hakimiyyətə verilməsini tapşırırdı.
Barışıq Komissiyası 1949-cu il ərzində həm ərəblərlə, həm də İsraillə dəfələrlə görüşdü. Vəziyyəti çətinləşdirən isə Qüds şəhərinin ikiyə bölünməsi idi. Bu ərəbləri də iki yerə bölmüşdü. Çünki Qüdsün ərəblərə aid hissəsi İordaniyanın əlinə keçmişdi. Buna görə ərəb dövlətləri BMT-dəki Qüds müzakirələrində qaçqınlar məsələsinə üstünlük verirdilər.
Barışıq Komissiyası 7 aprel 1949-da Təl-əvivdə İsrail baş naziri ilə keçirdiyi görüşdə Ben Qurion komissiyaya Qüdsdəki müqəddəs yerlərin beynəlxalq nəzarətə verə biləcəklərini bildirmişdi. Lakin bu müqəddəs yerlərə aid olmalı idi, bütün şəhərə isə bu aid edilmirdi.[322] İordaniya kimi İsrail də Qüdsü əlindən çıxarmaq istəmirdi. 1949-cu ilin noyabr ayından sonra isə İsrail bu məsələdəki mövqeyini daha da sərtləşdirdi.
Barışıq Komissiyası ərəb ölkələri və İsrail ilə bu görüşmələrindən sonra Qüds bölgəsi üçün Qalıcı Beynəlxalq Rejim (ing. Parmanent International Regime) layihəsi hazırladı və bu layihə 1 sentyabrda BMT-ə təqdim edildi. 25 maddəlik bu layihəyə görə Qüds bölgəsi yəhudi bölgəsi və ərəb bölgəsi deyə iki yerə ayrılır və bu xəritədə də göstərilirdi. Hər iki hissə də öz bələdiyyə xidmətlərini qurmaqda və icra etməkdə muxtariyyətə sahib olmaqla bərabər Qüds şəhərinin idarəsi BMT Baş Assambleyası tərəfindən seçilmiş Birləşmiş Millətlər Komissarına veriləcəkdi. Komissarın rəhbərliyində üzvləri ərəb və yəhudilərdən bərabər sayda seçilmiş və digər dinlərin də təmsil edildiyi ümumi şura ortaq məsələlərdə qərar verəcəkdi.[323]
Qüds şəhəri hərbsizləşdirilmiş və tərəfsiz hala gətirildiyi kimi Qüdsün hər iki tərəfinə olan köçlər də qadağan edilirdi.
Barışıq Komissiyasının bu planı noyabrın sonu və dekabr ayında Baş Assambleyanın əvvəl ad hoc siyasi komitəsində, sonra da Baş Assambleyada müzakirə edildi. Lakin Qüdsün bölünməsini planladığı üçün heç də xoş qarşılanmadı. Müzakirədə İsrail nümayəndəsi İsrailin Qüdsdən çəkiləcəyi zaman bir çox xidmətlərin axsayacağını, beynəlxalq rejimin tətbiq etmənin qeyri-mümkün olduğunu və Baş Assambleyanın bu istiqamətdə qərar verəcəyi təqdirdə nəticənin rüsvayçı olacağını bildirdi.
İordaniya nümayəndəsi də Qüdsün beynəlxalq rejim altına qoyulmasının ölkəsinin təhlükəsizliyinə, bütövlüyünə və mənfəətinə zərərli olacağını bildirərək bu plana qarşı çıxdı. İraq nümayəndəsi Qüdsün Fələstin Ərəb dövləti içində ərəb şəhəri olaraq qalmalı olduğunu bildirdi. Lakin faktiki vəziyyəti də nəzərə alaraq bu planı dətəklədiyini bildirdi. Suriya da bu planı dəstəklədi və Qüdsün İordaniya-İsrail hakimiyyətindən azad edilməsinin vacibliyini bildirdi.
Barışıq Komissiyasının Qüds planı İngiltərə və ABŞ tərəfindən dəstəklənmişdi. Nəticədə Baş Assambleya komissiyanın təkliflərini bir kənara atdı və 9 dekabr 1949-cu ildə 330 saylı qətnaməni qəbul etdi. Bu qətnamə ilə "corpus separatum" prinsipini, yəni Qüdsə beynəlxalq status verilməsini mənimsədi və Vəsayət Şurasına 29 noyabr 1947-ci il tarixli bölünmə qərarında Qüds üçün planlanan statusu hazırlama tapşırığı verdi.[324]
Vəsayət Şurası bu tapşırıq üzərində işləməyə 13 dekabr 1949-da başladı. 19 dekabr tarixli qərarında da şura sədrindən Qüdsün planlanan statusu üçün hesabat hazırlamasını istədi. Vəsayət Şurası 20 dekabr 1949-da aldığı qərarda İsrailin bəzi hökumət orqan və dairələrini Qüdsə köçürməklə Qüdsün beynəlxalq statusunun tətbiqatını çətinləşdirildiyini bildirərək, İsrail hökumətindən bu tədbirləri geri almasını və Baş Assambleya qərarlarının tətbiqini çətinləşdirəcək hərəkətlərdən qaçınmağını istədi. Bu xəbərdarlığa baxmayaraq, 23 yanvar 1950-ci ildə İsrail parlamenti Qüdsdə toplanaraq Qüdsü İsrailin paytaxtı elan etdilər.
Digər tərəfdən Vəsayət Şurası 4 aprel 1950-ci ildə aldığı qərarla daha əvvəl 21 aprel 1948-də hazırlamış olduğu status layihəsini bir-iki kiçik dəyişikliklə qəbul etdi. Lakin bütün bunlardan heç bir nəticə çıxmadı və Qüds mübahisələri bundan sonra da davam etdi.[325]
Müharibədən sonra 1948-ci il hadisələri ərəb və yəhudi tarixçilər tərəfindən müxtəlif cür təqdim edilmişdir.[326] Əsas mübahisəli məsələlər orduların təchizat problemləri, sayları və Fələstin ərəblərinin qaçqınlığı ilə nəticələnən hadisələrdir. Lakin əsasən qəbul edilir ki, ərəblərin öz evlərini tərk etməsi ərəb komandanların təlimatları əsasında baş vermişdir.[326]
1980-ci ildən etibarən ərəb dövlətlərində və İsraildə dövlət arxivlərinin açılması müharibəylə bağlı yeni informasiyaların meydana çıxmasına səbəb oldu. Tarixçiləri əsas maraqlandıran hadisələr İordaniya kralı I Abdullahın müharibədəki rolu, ərəblərin müharibədəki məqsədi, Britaniya hokumətinin məqsədi və fələstinli ərəblərin qaçqınlığı məsələsidir. Bütün bunlar tarixçilər tərəfindən müxtəlif cür şərh edilir. Bu məsələlərdən bəziləri günümüzdə də bu məsələni araşdıran tarixçilərin və şərhçilərin əsas müzakirə mövzularıdır.[327]
Mr. Shamir, nearly 80, still speaks elliptically about the Bernadotte assassination. Years later, when Ben-Gurion moved to a kibbutz in the Neqev desert, Sdeh Bokker, one of his closest friends there was Yehoshua Cohen, who had been one of the assassins.Review of Kati Marton's biography.
In recent years, several members of the group known by the British as the Stern Gang have acknowledged responsibility for the killing. Mr. Shamir, who was a member of the Stern Gang, has declined to discuss the killing, and one of his spokesman has said he had no role in it.
In order to highlight the plight of the refugees and to put pressure on Israel to admit responsibility for them, Arab countries (except Jordan) have denied citizenship rights to the Palestinians in their midst; in so doing, they claimed they were serving the interests of the Palestinians and supporting their right of return.