Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür.
Ayı soğanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ayı soğanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir. Sütuncuq çiçəkyanlığından qısadır. Qutucuq güclü qabarıq qanadlıdır, 2 dəfə çiçəkyanlığından qısadır. Meyvələri (qutucuq) güclü qabarıq qanadlı, 2 dəfə çiçəkyanlığından qısadır. Toxumları demək olar ki, ovaldır.
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may-iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir. Orta dağ qurşağına kimi kölgəli meşələrdə rast gəlinir. Dekorativ bitkidir.
Böyük Qafqazın qərbi və Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Kölgəli meşələrdə rast gəlinir.
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Dekorativ bitki kimi əhali tərəfindən soğanaqlarının, çiçəklərinin yığılması, otarılma və tapdalanma müşahidə olunur.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yeni yayılma yerlərinin axtarılması vacibdir.
Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var.
Zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini yaxşılaşdırır.
"Ayı soğanı"nın faydalı tərəflərindən biri də təzyiqi aşağı salmasıdır. Qan damarlarını açan, antibakterial və göbələk xəstəliklərinə qarşı effektiv təsir göstərən xalyar, böyrəkləri və su yollarını da tənzimləyir.
Ayılar qış yuxusundan oyanan kimi mədə-bağırsaq və qanlarını təmizləmək üçün bu bitkini axtarırlar.
Azərbaycanda isə bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur.