Ayşə Sibel Ersoy

Ayşə Sibel Ərsoy (1964, Adana ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.[1]

Ayşə Sibel Ərsoy
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsi2018Adana
2023Adana
Şəxsi məlumatlar
Doğum tarixi 1964
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Ayşə Sibel Ərsoy 1964-cü ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Adanada alıb. Egey Universiteti Əczaçılıq Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub.[1]

1986-1988-ci illərdə Adanada əczaçı olaraq çalışıb. 1990-cı ildə Qazi Universiteti Əczaçılıq Bölməsində elmi işçi vəzifəsində çalışıb. Çalışmalarını başa vurduqdan sonra Ankarada əczaxana açıb.[1]

Ankara İş Qadınları Dərnəyi, Ticarət Palata və Birjaları Birliyi (TOBB) Qadınlar Şurası, Osmaniyə Dərnəyinin üzvü olub.[1]

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ətraf mühit Komissiyasının, 28-ci çağırışda isə TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq anasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Ayşe Sibel ERSOY". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.