Ayşəgül Doğan Dağlı (1977, Ankara) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Ayşəgül Doğan Dağlı | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Şırnak |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Ayşəgül Doğan Dağlı 1977-ci ildə Ankara şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini Cizrə ilçəsində alıb. Fransanın Metz Universitetindən məzun olub.[1]
Tələbə olan illərdə Agence France-Presse (AFP), Courrier International və Voice of America (VoA) Kürdcə xidmətində, həmçinin Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitutunun (INALCO) Kürdologiya şöbəsində çalışıb. Vətənə qayıtdıqdan sonra Le Monde Diplomatique qəzetində tərcüməçi-jurnalist olaraq çalışıb. Növbəti illərdə isə HaberSİZsiniz, webiz, Tele1, Gazete Duvarda çalışıb. 2020-ci ildə Yeniden TV-ni təsis edib.[1]
Barış Məclisində Leyla Zananın siyasi əlaqələr üzrə məsləhətçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının Katibi, Avropa İttifaqının Birgə Parlament Komissiyasının isə üzvü vəzifəsində təmsil olunub.[1]
Atası Orxan Doğan da siyasətçi olub və 1991-ci ildə deputat seçilib. Kürdcə və Fransızca bilir.[1]