Ayşənur İslam

Ayşənur İslam (16 yanvar 1958, Üsküdar, İstanbul ili) — türk siyasətçisi və müəllimi.

Ayşənur İslam
türk. Ayşenur İslam
Ailə və Sosial Siyasət naziri
7 aprel 2014 – 28 avqust 2015
Baş nazirRəcəb Tayyib Ərdoğan
Əhməd Davudoğlu
Seçki dairəsiSakarya (2011-iyun 2015)
ƏvvəlkiFatma Şahin
SonrakıAyşən Gürcan
12 iyun 2011 – 1 noyabr 2013
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1958(1958-01-16) (66 yaş)
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya Ədalət və İnkişaf Partiyası
Təhsili Ankara Universiteti
Qazi Universiteti
İxtisası kimya mühəndisliyi
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], yazıçı
Həyat yoldaşı Bahadır İslam
Uşağı 1
Elmi fəaliyyəti
Elmi dərəcəsi

25 dekabr 2013-cü ildə Ərdoğanın üçüncü kabinetində Ailə və Sosial Siyasət naziri vəzifəsinə təyin edilib və 28 avqust 2015-ci ilə qədər bu vəzifədə çalışıb.

Ayşənur İslam 16 yanvar 1958-ci ildə İstanbulun Üsküdar səmtində Mehmet İslam və Cahidə İslamın ailəsində anadan olub. O, Ankara Universitetində türk ədəbiyyatı təhsili alıb və həmin universitetdə magistr dərəcəsinə də yiyələnib. Qazi Universitetindən isə fəlsəfə doktoru dərəcəsini almışdır.[1][2][3]

Ayşənur Yılmaz 2005-ci ildə dosent elmi adına yiyələnib. İslam Ankara Universiteti, Kırıkkale Universiteti və Başkənd Universitetində pedaqoq kimi çalışıb.[1][3] On kitabın və 40-a yaxın nəşrin müəllifidir.[2]

O, Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Mərvə Kavakçının da qayınatası olan Nadir Lətif İslamın gəlinidir. Həyat yoldaşı Bahadır İslam həkimdir, yardım təşkilatlarında könüllü işləyir. O, 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum basqınında iştirak edən MV Mavi Mərmərə gəmisində olub.[4]

İslamın bir övladı var.[1][3][4]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Ayşənur İslam hakim Ədalət və İnkişaf Partiyası (AKP) vasitəsilə siyasətə qədəm qoyub, 2011-ci ildə keçirilən ümumi seçkidə Sakarya vilayətindən millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib.[4]

26 dekabr 2013-cü ildə Türkiyədə, 2013-cü il korrupsiya qalmaqalından sonra bir gün əvvəl, dekabrın 25-də açıqlanan on yeni adla Ərdoğanın kabinet dəyişikliyi zamanı Fatma Şahinin yerinə Ailə və Sosial Siyasət naziri vəzifəsinə başladı.[5][6] [7] [8]

Onun kabinetə daxil olmasında prezident Abdullah Gülün də rolu olduğu bildirilib. O, dövlət qulluqçusu olduğu müddətdə prezidentin baş katibi Mustafa İsenlə birgə çalışıb. O, sosial siyasətdə də çox bacarıqlıdır.[6]

  1. 1 2 3 "İşte yeni bakanların özgeçmişi". Radikal (Turkish). 26 December 2013. 1 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
  2. 1 2 "Ayşenur İslam" (Turkish). Grand National Assembly of Turkey. 17 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
  3. 1 2 3 "Ass. Prof. Dr. Ayşenur İslam named Minister of Family and Social Policies". Aile ve Soyal Politikalar Bakanlığı. 26 dekabr 2013. 1 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2014.
  4. 1 2 3 "Ayşenur İslam'ın eşi bakın kim çıktı?". Milliyet (Turkish). 26 December 2012. 27 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
  5. "Üç bakan istifa etti". Hürriyet (Turkish). 25 December 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
  6. 1 2 Yılmazi Turan & Esra Kaya. "Kabinede 10 değişiklik". Hürriyet (Turkish). 26 December 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2013.
  7. "PM Erdoğan announces new Cabinet with 10 changes amid graft probe". Hürriyet Daily News. 2013-12-25. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  8. "PM Erdoğan announces 10 new names in major Cabinet reshuffle". Today's Zaman. 2013-12-25. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.