Mehdixan Vəkilov

Mehdixan Yusif ağa oğlu Vəkilov (15 iyun 1902, Yuxarı Salahlı, Qazax qəzası18 oktyabr 1975, Bakı) — ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı" ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri, AMEA Tarix İnstitutunda şöbə müdiri, Quba qəza maarif şöbəsinin müdiri olmuşdur. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz Vəkilovanın əmisidir. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi.

Mehdixan Vəkilov
Mehdixan Vəkilov, 1962
Mehdixan Vəkilov, 1962
bayraq
Azərbaycan SSR Ali Soveti sədrinin müavini
bayraq2
25 mart 1959 – 29 mart 1963
SədrMusa Cəfərli (1959)
Əli Tağızadə (1959–1962)
25 mart 1959 – 29 mart 1963
Seçki dairəsi188 nömrəli Şıxlı
19 dekabr 1956 – 17 sentyabr 1962
ƏvvəlkiCəbrayıl Ələsgərov
SonrakıMehdi Əliyev
oktyabr 1942 – 1945
bayraq
Qazax Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
? – 1942
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1902(1902-06-15)
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1975(1975-10-18) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri II Fəxri xiyaban
Təhsili
Fəaliyyəti alim
Uşağı
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1973
1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır.

Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.

Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.

1926–1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.

O, 1931–1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934–1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938–1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışmışdır.

İkinci dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuş və 1942-ci ilin may ayına kimi orada Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində (redaktoru Mirzə İbrahimov) və Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.

Moskva, Kreml, Qranovitaya Palata. Azərbaycan ziyalıları ilə. 1957. 1-ci sıra: soldan 2-ci Şıxəli Qurbanov, 3-cü Əlisöhbət Sumbatzadə, 4-cü Nazim Hacıyev, Mehdixan Vəkilov (ortada), 6-cı Şəfiqə xanım Bədəlova, 2-ci sıra: sağdan 1-ci Məmməd Səlimov.

Ağstafada çalışdığı zaman, müharibənin qızğın çağlarında onun təşəbbüsü və rəhbərliyi ilə salınmış hazırda qardaşı Səməd Vurğunun adını daşıyan park xalq arasında "Mehdixan bağı" adlandırılmışdır. Həmin park indi də aqstafalıların ən istəkli istirahət guşəsidir.

Mehdixan Vəkilovun müharibə illərində yazdığı Azərbaycan xalqının şanlı mübarizə ənənələrini tərənnüm edən "Cavanşir" romanı[1], "Anadillər" povesti, "Minin və Pojarski", "Azərbaycanda mədəniyyətin çiçəklənməsi" kitabçaları xalqda vətənə alovlu məhəbbət, düşmənə nifrət hisslərinin güclənməsində böyük rol oynamışdır.

Pedaqoji və ictimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Prof. Mehdixan Vəkilov tədris işini böyük məharətlə elmi fəaliyyətlə əlaqələndirməyi bacaran görkəmli alimlərdən idi. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edən Mehdixan Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan iyirminci əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olmuşdur. Onun həm ictimai və pedaqoji fəaliyyəti və eləcə də elmi əsərləri sübut edir ki, Mehdixan müəllim nəinki, respublikamızda xalq maarifinin ilk pionerlərindən və təşkilatçılarından, həmçinin də onun tədqiqatçılarından biridir.

Mehdixan Vəkilov qardaşı haqqında "Ömür dedikləri bir karvan yolu" adlı gözəl bir xatirə kitabı yazmışdır. Mehdixan Vəkilov Səməd Vurğunun "Komsomol poeması"nda yaratdığı Cəlal obrazının prototipi sayılır. O, 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur. Azərbaycan, türk, rus, fars dillərini bilirdi.

Mehdixan Vəkilovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf nişanı ordeni və bir çox SSRI medallarla təltif olunmuş, iki dəfə Respublika Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Mehdixan Vəkilovun 1958–1962-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini vəzifəsinə seçilmişdir. Əməkdar elm xadimi (1973), Qabaqcil maarif xadimi (1973) kimi yüksək fəxri adlara layiq görülməsi onun əməyinə verilən yüksək qiymətin təzahür idi.

Yazıçı dostlarıyla birgə, 1960. Soldan sağa oturublar: İsmayıl Şıxlı, Əli Vəliyev, Süleyman Rəhimov, Mehdixan Vəkilov və Mehdi Hüseyn.

Azərbaycanın məşhur və tanınmış ziyalıları – Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Abdulla Şaiq, Əziz Əliyev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Xəndan, Əkrəm Cəfər, Sabit Rəhman, Nazim Hacıyev, Şıxəli Qurbanov, Zeynal Xəlil, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Hüseynzadə (Arif) , İmam Mustafayev, Heydər Hüseynov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Firudin Köçərli, Tofiq Köçərli, Əbdüləzəl Dəmirçizadə, Zülfəli İbrahimov, Mehdi İrəvanski, Yusif Yusifov, Xəlil Əlimirzəyev, Rəhim Sultanov, Mirəli Seyidov, Səlvər Aslanov, Səidə İmanzadə, Məmməd Qazıyev, Vaqif Vəliyev, Teymur Bünyadov, Şirməmməd Hüseynov, Seyfəddin Qəndilov, Fərhad Zeynalov, Aslan Atakişiyev, Mehralı Paşayev (Paşabəyov), Ömər İsmizadə, Faiq Hacıbəyov, Sabit Orucov, Bülbül, Xan Şuşinski, türk şairi Nazim Hikmət, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, həmkəndlisi Maqsud Şeyxzadə ilə səmimi münasibətləri, 1925–1975-ci illərdə yetişən bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur.

Mehdixan Vəkilovun yarım əsrdən artıq elmi-pedaqoji və ictimai fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsi olmuşdur. Gəncliyindən bəri xalq arasındakı böyük hörmət və nüfuzu sayəsində 1960-cı illərdən etibarən bir el ağsaqqalı olmuşdu. Mehdixan Vəkilov 1975-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

Mehdixan Vəkilov 1931-ci ildə Qəbələdə müəllimlik edərkən, sonralar məşhur heykəltaraş olmuş Fuad Əbdürrəhmanovun xalası qızı Ruqiyyə İbrahim qızı Paşabəyova (1916–2006) ilə ailə qurmuşdur. Qızı Çiçək (1939–2007) bioloq idi, Sevinc Ələkbərova (1961) adlı nəvəsi, Leyla (1988) adlı nəticəsi vardır. Oğlu Cavanşir (1951–2013) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, müşavir vəzifələrində çalışmışdır. 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil etmişdir. Mehdixan Vəkilovun Ruqiyyə (1982), Mərziyyə (1984) adlı nəvələri, Novruz (2009), Tamerlan (2011) və Mehin (2012) adlı nəticələri var.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yusif
ağa Vəkilov
 
Məhbub
xanım Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ruqiyyə
Paşabəyova
 
 
 
Mehdixan
Vəkilov
 
 
 
 
Səməd
Vəkilov
 
 
 
Xavər
Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çiçək
Vəkilova
 
 
 
Cavanşir
Vəkilov
 
 
 
 
Yusif
Vəkilov
 
Vaqif
Vəkilov
 
Aybəniz
Vəkilova
 
 
 
 
  1. Minin və Pojarski. Bakı: Azərnəşr, 1941, 2 ç.v.
  2. Cavanşir. Bakı: EA Azf nəşriyyatı, 1941, 2 ç.v.
  3. Cavanşir. Bakı: Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı, 1943, 4 ç.v.
  4. Azərbaycanda mədəniyyətin çiçəklənməsi. Bilik cəmiyyəti, 1955, 2 ç.v.
  5. Ömür dedikləri bir karvan yolu. Bakı: "Yazıçı", 1986, 10 ç.v.
  6. Anadillər. "Ulduz" jurnalı, N 4, 1991, 1,5 ç.v.
  7. Cavanşir (roman). Bakı: "Gənclik", 1992, 12 ç.v.
  8. Cavanşir (roman). Təbriz: "Əxtər", 1383 (2004), 246 səh. (Azərbaycan dilində ərəb əlifbası ilə).
  9. Anadillər" povesti (Azərbaycan dilində, ərəb əlifbası ilə)- türk və fars dillərində dərc olunan "Azəri" (El dili və ədəbiyyatı) jurnalı (red. Behzad Behzadi), Tehran, N 3, bahar 2004, səh. 100–110.
  10. Azərbaycanda mədəni inqilab: 1920–1940-cı illər. Bakı: Əbilov və Zeynalov oğulları nəşriyyatı, 2005, 312 səh.

Bundan əlavə Mehdixan Vəkilov 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı dəyərli elmi-populyar məqalələrin müəllifi olmuşdur.

  • Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 335.
  • Mehdixan Vəkilovun nekroloqu. "Kommunist", 21. oktyabr 1975.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 460.
  • İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 55–61.
  • İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 722–724.
  • A. M. Atakişiev. История Азербайджанского Государственного Униветситета. Баку: 1989., səh. 305, 381, 389, 465.
  • Ş. Sadıqov, H. Əzimov, M. Salahov. V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu 50 ildə. Bakı: 1972.
  • Əlibala Hacızadə. Yaradan yaşayır, "İki sahil", 11. dekabr 1991.
  • Vaqif Vəliyev. Görkəmli maarif və elm xadimi, "Azərbaycan müəllimi", 23. sentyabr 1992.
  • Ruqiyyə Vəkilova. Səməd Vurğun haqqında xatirələrim. "Azərbaycan", 27. may 2001; "Körpü" jurn. (Azərbaycan dilində, latın qrafikası ilə), Təbriz, N 46, yanvar-fevral-mart, 2005, səh., 13.
  • İsmayıl Umudlu. "Ömür dedikləri bir karvan yolu…" Mehdihan-Vekilov-100, "Ayna", 9. may 2002.
  • Bəhlul Ağayev, Xəlil Köçərli. Görkəmli pedaqoq və tədqiqatçı alim. Mehdihan Vekilov-100, "Respublika", 26. may 2002.
  • İsmayıl Umudlu. Yaradıcılıq ömrünün izləri. Mehdixan Vəkilovun ədəbi və elmi irsindən ştrixlər. "Respublika", 17. iyul 2009.
  • İ. Balıoğlu. Ömür dedikləri bir karvan yolu… Mehdihan-Vekilov-110, "Ayna", 15. iyun 2012.
  • İsmayıl Umudlu. Ömür dedikləri bir karvan yolu… "Respublika", 21. iyun 2012.
  • İsmayıl Umudlu. Mehdihan-Vekilov-110, "Dəli Kür", 30. iyun 2012 və s.
  1. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]