Aydın Əliyev (general-polkovnik)

Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri. Gömrük xidməti general-polkovniki.

Aydın Əliyev
6 fevral 2006 – 23 aprel 2018
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasi-zadə
ƏvvəlkiKəmaləddin Heydərov
18 fevral 1999 – 6 fevral 2006
Şəxsi məlumatlar
Doğum tarixi (66 yaş)
Doğum yeri Baku, Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası Hüquqşünas
Atası Əli Əliyev
Həyat yoldaşı Sairə Əliyeva
Uşağı 2 övlad
Dini İslam
Hərbi xidmət
Rütbəsi
Gömrük xidməti general-polkovniki

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 övladı var.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 25 may 2017-ci ildə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilmişdir[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). 27 yanvar 2017. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  2. "Arxivlənmiş surət". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  3. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.