Aydın Məmmədov (filoloq)

Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944[1], Kiş, Nuxa rayonu19 aprel 1991, Qax rayonu) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi.

Aydın Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1944(1944-01-16)[1]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1991(1991-04-19) (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Avtomobil qəzası
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işləyən daha A. Məmmədov elmi işçi, ictimai xadim və siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edən Aydın Məmmədov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini və Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A. Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb.

Millət vəkili seçilən A. Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlər görüb.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.

1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).

Öz doğma Kiş kəndində dəfn olunmuşdur.

  1. 1 2 https://www.aypartiya.com/haber/aydin-m-mm-dov-88.html.