Dilarə Əliyeva (ədəbiyyatşünas)

Əliyeva Dilarə Ələkbər qızı (14 dekabr 1929, Tiflis19 aprel 1991, Qax) — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan SSR əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci ildən Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990).

Dilarə Əliyeva
Dilarə Ələkbər qızı Əliyeva
1990 – 1991
Şəxsi məlumatlar
Doğum tarixi 14 dekabr 1929(1929-12-14)
Doğum yeri
Vəfat tarixi 19 aprel 1991(1991-04-19) (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti ədəbiyyatşünas, siyasətçi, tərcüməçi
Elmi fəaliyyəti
Elm sahəsi qafqazşünaslıq
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.

Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan SSR EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada rus dilində "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. 1984-cü ildə rus dilində "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[1]

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir.

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.

  • Из истории азербайджанско-грузинских литературных связей (Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən). Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1958, 174 səh;
  • Ürək bir, dilək bir. Bakı: Yazıçı, 1981, 217 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Qardaşlar (hekayələr). Bakı: Azərnəşr, 1972, 122 səh;
  2. Bir gecənin sevinci (hekayələr). Bakı: Gənclik, 1977, 82 səh;
  3. Arçil Sulakauri. Aşağı-yuxarı (povest və hekayələr). Bakı: 1978, 185 səh;
  4. Mixail Cavaxişvili. Torpaq çəkir. Bakı: Yazıçı, 1980, 248 səh. (şərikli);
  5. İlya Çavçavadze. Dilənçinin hekayəti. Bakı: Yazıçı, 1987, 151 səh;
  6. Kür Xəzərə qovuşur (gürcü ədəbiyyatından seçmələr). Bakı: Yazıçı, 1988, 383 səh. (şərikli).
  1. "Алиева, Дилара Алекперовна. Низами и грузинская литература : диссертация ... доктора филологических наук : 10.01.03. - Баку, 1984. - 339 c. : ил". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.