Aydın Məmmədov (jurnalist)

Aydın Məmmədov (Aydın Salis oğlu Məmmədov; 28 fevral 1967, Nuxa) — "Şəkinin səsi" qəzetinin həmtəsisçisi və baş redaktoru, "İpəkçi" qəzetinin baş redaktoru.

Aydın Məmmədov
Aydın Salis oğlu Məmmədov
Doğum tarixi (55 yaş)
Doğum yeri Nuxa, Azərbaycan SSR,SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Səkinə Məmmədova, Cavidan Məmmədov
Atası Salis Məmmədov
Milliyyəti azərbaycanlı
İxtisası Muzey işi və tarixi abidələrin mühafizəsi
Təhsili ADMİU
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aydın Məmmədov 28 fevral 1967-ci il tarixdə Nuxa şəhərində ziyalı ailəsində[q 1] anadan olmuşdur.

1987-ci ildə hərbi xidmətini başa vurduqdan sonra orta ixtisas təhsilini tamamlamış və 1989-cu ildən Şəki İstehsal İpək Birliyinin idarəsində Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildə "Şəki fəhləsi" qəzetində onun Şəkinin tarixinə aid ilk məqalələri dərc olunub.

1993-cü ildə atası Salis Məmmədovla birlikdə "Şəkinin səsi" qəzetini təsis edirlər və bu qəzetin redaktoru olur.

Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası üzrə ali təhsil alır.

2009–2012-ci illərdə "İpəkçi" qəzetinin ştat üzrə redaktoru, 2012–2015-ci illərdə "Mədəni İrsin Qorunmasına Dəstək" İB-ndə ştat üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

Xarici və respublika elmi nəşrlərində elmi-tarixi mövzularda məqalələri çap olunub;

2015-ci ildə Ankarada "Çubuk ve Çevresi" Beynəlxalq simpoziumunda iştirak etmiş və Türkiyə aparıcı KİV-ində adı çəkilmişdir.[1][2] Eyni vaxtda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı iqamətgahında təşkilatın rəhbəri Düsen Kaseyinov tərəfindən qəbul edilmişdir.[3]

Hazırladığı ictimai və iqtisadi mövzularda xəbər və məqalələrinə Azərbaycanın aparıcı KİV-ində istinadlar olunur.[4][5][6][7][8] Aydın Məmmədovun farscadan tərcümələrinə, elmi-tarixi mövzuda məqalələrinə, fikirlərinə isə elmi nəşrlərdə və elmi məqalələrdə,[9][10][11] jurnalist araşdırmalarında[12] istinadlar edilir. Azərbaycan aparıcı KİV-inin mədəniyyət proqramlarında iştirak etmişdir.[13]

DMOZ Açıq Kataloğunun azərbaycan, tatar, özbək, türkmən, uyğur, qırğız, başqırd dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə "Azerbaijan" kateqoriyasının və s. kateqoriyaların redaktoru idi.[14]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir bir oğlu və bir qızı var.

Qızı Səkinə Məmmədova Azərbaycan qadın milli kabaddi komandasının tərkibində Kabaddi üzrə Dünya Kuboku 2014-də iştirak edib.

Maraqlı[redaktə | mənbəni redaktə et]

2014-cü ilin yanvarında Zaur Həsənovun intiharının səbəbkarlarının cəzalandırılması üçün Feysbuk sosial şəbəkəsində imzatoplama kompaniyası təşkil etmiş[15] və bu Azərbaycan aparıcı KİV-inin diqqətinə səbəb olmuşdur.[16][17][18]

2016-cı il yanvarın sonunda baş nazirin müavininin iştirak etdiyi yığıncaqda çıxışı[19] da Azərbaycan aparıcı KİV-nin diqqətinə səbəb olmuşdur.[20]

2016-cı ildə XII–XIII əsrlərə aid 134 ədəd Şirvanşahlar dövləti sikkəsini Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir.

Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbirinin Şəki xan qəbiristanlığında olduğunu və sonradan başdaşısının götürüldüyünü və Səltənət bəyimin anasının qəbri üzərində olmuş başdaşı hissəsini aşkar etmişdir.[21]

Elmi nəşrlərdə dərc olunmuş məqalələri[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Atası Salis Məmmədov "İpəkçi" qəzetinin redaktoru idi, daha sonralar o, Azərbaycan respublikasının Əməkdar jurnalisti oldu. Babası Məmmədsani Məmmədov həmin vaxt "Bakinski raboçi" qəzetinin bölgə müxbiri idi, daha əvvəllər isə "Şəki fəhləsi" qəzetinin redaktoru olmuşdu, əslən Şamaxıdan (Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub Arxivləşdirilib 2020-08-08 at the Wayback Machine) idi. Anası Nuriyyə Hüseynova, Əlixan Hüseyn ağa oğlu Şəkixanovun qızı, İsmayıl ağa Kərim ağa oğlunun nəvəsi idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Milliyet.com.tr
  2. "Hurriyet.com.tr". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  3. Bir neçə gün Ankarada — Beynəlxalq Çubuk simpoziumunda (8–11 oktyabr, 2015) [ölü keçid]
  4. "Haqqin.az, ОАО "Шеки-Ипек" приостановило деятельность". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  5. ""Şəki-İpək" ASC fəaliyyətini dayandırdı". 2016-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  6. "Azadliq.org "Şəki-İpək" fəaliyyətini dayandırıb". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  7. "Qafqazinfo.az, Cahangir Hacıyevin 50 milyonluq əməliyyatı". 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  8. Azadliq.info. İntihar edən sahibkarın qanı batırıldı.
  9. "Əli Şamil, Qafqazda Qaqauz izləri və bölgə xalqlarinin dini inanclarina dair bəzi mülahizələr". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  10. "Ləman Vaqifqızı. Şəki folklor mühiti. Səh.: 20. Bakı, 2012" (PDF). 2020-09-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-04.
  11. Həsən bəy Rumlu. Əhsənüt təvarix. (ISBN 978-605-030-641-5) Səh.: 365, qeyd: 1540. Kastamonu – 2017.
  12. "Nnews.atv.az. Nəsrəddin Şah və onun hərəmxanası". 2017-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  13. 20.00 və 23.00-da "Azadlıq" radiosunun "İz" Mədəniyyət proqramında, aparıcısı Sevda xanım, Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərargahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be saytı redaksiyasının üzvü Pərvin Mirzəzadə "mühacirətdə olan qəbirlər" mövzusunda diskusiya
  14. Editor profile.
  15. "Sheki.today, Zaur Həsənovun intiharı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət Prezident Administrasiyasına təqdim edildi". 2017-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
  16. Azadlıq Radiosu, Arifə Kazımova, Prezidentə müraciət: "Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiz…"
  17. "Haqqin.az, Народ требует наказать Саттара Мехбалыева". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  18. Azadliq.info, İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın
  19. Sheki.today, Abid Şərifov və Şəkidən seçilmiş deputatlar Şəkidə ictimaiyyətin nümayəndələri ilə görüşdülər [ölü keçid]
  20. "Haqqin.az: Абид Шарифов поехал и потряс Шеки". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-04.
  21. "F. X. Xoyskinin bacısının baş daşı "Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]