Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aydın Əhməd oğlu Əbilov (təxəllüsü: Aydın Xan; 14 may 1971, Aşağı Nüvədi, Lənkəran rayonu) — yazıçı, kulturoloq.[mənbə göstərin]
Aydın Xan Əbilov | |
---|---|
Aydın Əhməd oğlu Əbilov | |
Doğum tarixi | 14 may 1971 (53 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, universitet müəllimi[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | kulturoloq |
Aydın Əbilov 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində dunyaya göz açıb. 12 saylı Bakı şəhəri Texniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989–1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daxil olub, sonra əyani şöbəsində oxuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin "İntibah" Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən "Gənclər "Pen-klubu" adlı ictimai Birlik yaradıb və onun sədri seçilib.
1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda "Ədəbiyyat qəzeti" redaksiyasında xüsusi müxbir kimi işə göturulub və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir. 1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan və təsisçilərindəndir, hazırda sıralarında 500-dən çox ictimai təşkilatı birləşdirən Milli QHT Forumun İdarə Heyətinin üzvüdür. Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub.
Müxtəlif vaxtlarda "Avanqard", "Şəhriyar", "Etimad", "Gəncliyin səsi" qəzetlərinin, "Yeni Dalğa", "Sara Xatun" dərgilərinin redaktor, təsisçi və baş redaktoru, "Xəzərçi" İnternet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir.
Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.
"Virtualizm: yeni kultoroloji cərəyan", "Virtual Azərbaycana doğru", "Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında", "Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu", "Mədəniyyət: millətlərarası dialoq forması" və b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıxışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilib.
AYB-nin hesabına "Yeni ədəbi nəsil: axtarışlar, problemlər" və "Ədəbi həyat: qurultaydan qurultaya" adlı kitabları, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Kulturoloji — alternativ düşüncələr" (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımiyla "Dunyanın kulturoloji dərki" (2008) adlı monoqrafik-analitik əsərlərdən ibarət iki sanballı kitabı nəşr olunub.
Hazırda "Ruhu — Milli Varlığımız, Məzarı — And Yerimiz" adlı kitabı nəşrə hazırlanır. Daha üç kitabı nəşrini gözləyir. "Ədəbi-bədii publisistika: poetikası və tipologiyası" mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək xaricdə nəşr olunub.
Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin rəhbəri, http://www.kitabxana.net – Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri, AYB elektron kitabxananın rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yananda QHT-lərə Dəstək Surasının sabiq eksperti, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çox ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üçüncü sektorunun inkişafında xüsusi xidmətləri ilə fərqlənir. 2007-ci ildən "Xəzər" Universitəsində ədəbiyyat müəllimi işləyib, Yeni media (İnternet) jurnalistika xüsusi kurs təşkil edib.
Bir çox xarici ölkədə (Turkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və b.), o cümlədən Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq və elmi konfransların iştirakçısı, eləcə də məruzəçisi olub.
Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın diplomları və mükafatlarına, habelə müxtəlif vaxtlarda "İlin Gənc yazarı", "İlin Jurnalisti", "İlin İctimai fəalı", "İlin Tənqidçisi", "Media açarı" kimi fəxri adlara, mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəxri fərmanları ilə təltif edilib.
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən deputat seçkilərində fəal iştirak edib. Ölkə daxilində və xaricdə keçirilən müxtəlifx seçkilərdə müstəqil müşahidəçi və xarici beynəlxalq təşkilatların eksperti kimi iştirak edib.
2003-cü ildə "Prezident seçkiləri — 2003" Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. 2003 və 2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisin — 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən — seçkilərində deputatlığa namizəd kimi fəal iştirak edib. Özünün yaratdığı "Müstəqil Gənclər" Seçki Bloku, həmçinin "İctimai Liderler" Seçki Bloku, "Yeni Parlament" Seçki Bloku, AR Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, İctimai Nəzarət Kolaisiyası, Vətəndaş Cəmiyyəti Alyansı, kimi neçə-neçə ictimai-siyasi təşkilatlar onun Milli Məclisə namizədliyini dəstəkləmişlər.
2009–2012-ci illər Xəzər Universiteti Humanitar və Sosial Elmlər fakültəsi "Ədəbiyyat departmenti"nin müəllimikimi çalışıb.
Ailəlidir, iki oğul atasıdır.
Müxtəlif vaxtlarda "Avanqard", "Şəhriyar", "Etimad", "Gəncliyin səsi" qəzetlərinin, "Yeni Dalğa", "Sara Xatun" dərgilərinin redaktor, təsisçi və baş redaktoru, "Xəzərçi" İnternet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir. Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.
"Virtualizm: yeni kultoroloji cərəyan", "Virtual Azərbaycana doğru", "Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında", "Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu", "Mədəniyyət: millətlərarası dialoq forması" və b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıxışları ilə tanınıb. "Yeni ədəbi nəsil: axtarışlar, problemlər" və "Ədəbi həyat: qurultaydan qurultaya" adlı, "Kulturoloji – alternativ düşüncələr" (2006), "Dunyanın Kulturoloji Dərki" (2008) adlı kitabları nəşr olunub. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək xaricdə nəşr olunub.
Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Surasının eksperti, AYB Gənclər Şurasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Bir çox xarici ölkədə (Turkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və b.), o cümlədən Azərbaycanda keçirilən çoxsaylı elmi konfransların iştirakçı və məruzəçisi olub.
Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın müxtəlifx diplomları və mükafatlarına, habelə müxtəlif vaxtlarda "İlin Gənc yazarı", "İlin Jurnalisti", "İlin İctimai fəalı", "İlin Tənqidçisi", "Media açarı" kimi fəxri adlara, mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəxri fərmanları ilə təltif edilib.
2000-ci ildə Azərbaycan Respublikası daxilində və xaricdə keçirilən müxtəlif seçkilərdə müstəqil müşahidəçi və xarici beynəlxalq təşkilatların eksperti kimi iştirak edib. 2003-cü ildə "Prezident seçkiləri – 2003" Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. 2006-cı ildə Azərbaycan Respublikası Milli Məclisin – 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən – deputatlığa namizəd kimi seçkilərdə fəal iştirak edib.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin müdiri, http://www.kitabxana.net – Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri, AYB elektron kitabxananın rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yananda QHT-lərə Dəstək Surasının eksperti, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin uzvu, MDB-nə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çox ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üçüncü sektorunun inkişafında xüsusi xidmətləri ilə fərqlənir. 2007-ci ildən "Xəzər" Universitəsində ədəbiyyat müəllimi işləyir.
Müxtəlif vaxtlarda "Avanqard", "Şəhriyar", "Etimad", "Gəncliyin səsi" qəzetlərinin, "Yeni Dalğa", "Sara Xatun" dərgilərinin redaktor, təsisçi və baş redaktoru, "Xəzərçi" İnternet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, çoxsaylı yazılarla onların səhifəsində çıxış edib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir. Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurslarında 1000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. "Virtualizm: yeni kultoroloji cərəyan", "Virtual Azərbaycana doğru", "Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında", "Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu", "Mədəniyyət: millətlərarası dialoq forması" və b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron KİV-ki, İnternetdəki ekspert çıxışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilib.