Aydınbulaq qülləsi[1]; Ağcaqala; Meydanqala; Qız qalası — Şəki rayonunun Aydınbulaq kəndinin şimalında qüllə.
Aydınbulaq qülləsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Aydınbulaq kəndi |
Tikilmə tarixi | IX-XIII əsrlər |
Üslubu | Azərbaycan memarlığı |
İstinad nöm. | 6036 |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qüllə IX – XIII əsrlərə aiddir. Çay daşından dördkünc formada tikilib. və üç mərtəbəlidir. Hündürlüyü 10.5 metrdir.[2]
Quruluşca Abşeron qəsrlərinin düzbucaq planlı qüllə tipinə – Dördkünc Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyən tək bir abidə Şəkinin Aydınbulaq kəndi yaxınlığındadır. Küncləri dairəvi bürclərlə qapanan bu qüllənin içəridə (iç ölçüləri 4,50 x 4,50 m) taxta döşəmələrlə üç qata bölünməsinin izləri aşkarlanmışdır. Qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında əvvəllər qapalı quruluşlu qala divarlarının olması ehtimalı var.[3]
Geniş düzənliyin ortasında yarıuçuq vəziyyətdə yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir. Çay daşından Şəkinin tikinti üslubunda ucaldılan Aydınbulaq qülləsinin Abşeron qüllələrindən seçilən özümlü və daha saya görünüşü var.