Aydınbulaq

AydınbulaqAzərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd.[2]

Aydınbulaq
40°59′30″ şm. e. 47°16′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 429 m
Saat qurşağı
Əhalisi
Əhalisi 873 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5535[1]
Xəritəni göstər/gizlə
Aydınbulaq xəritədə
Aydınbulaq
Aydınbulaq

Aydınbulaq kəndi sovet vaxtı Aydınbulaq sovetliyinin mərkəzi olmuşdur. Kənd Şəki rayon mərkəzindən 35 km. cənub-şərqdə, Yevlax-Şəki şose yolundan 12 km. aralı, Alazan-Həftəran vadisində yerləşir. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Kəndin Şimalında təqribən IX-XIII əsrlərə aid edilən qüllə də (Ağacqala, Meydanqala, Qız qalası da adlanır) Aydınbulaq qülləsi adlanır. Kənd 1804-cu ildə Xoy xanı Cəfərqulu xanla Cənubi Azərbaycandan gəlmış ailələrin bir qrupunun Aydınbulaq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır[3].

1976-cı ilin məlumatlarına görə əhalisi 470 nəfər olmuşdur. 2009-cu il məlumatlarına əsasən isə kəndin əhalisi 873 nəfər təşkil edir ki, onun da 438 nəfəri kişi, 435 nəfəri isə qadındır. Əhali tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.[4]

Kənddə səkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir.

Kənddə "Hacı Mir Ələkbərağa" məscidi dini icması fəaliyyət göstərir[5].

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. Ајдынбулаг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 193.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)