Aydınev - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı.
Qızılbaşların Aydıneli tayfasının adından və ev - "dayanacaq" sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, bəzi qədim toponimlərdə ev həm də "tikinti", "bina", "ibadət evi" mənasındadır; XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Kolevi (Kol tayfasının adından) və Siqnax qəzasında Kulevi, Tatev - Albaniyada monastır, Avey (əsli "Ay-ev") Qazax rayonunda qədim ibadətgahın yerləşdiyi dağ adı və s.[1]
http://www.xalqqazeti[ölü keçid]