Aydamun

Aydamun (ərəb. عيدمون - Rom: Aidamoun‎) - Şimali Livanın Akkar əyalətinin eyniadlı rayonunda yerləşən şəhərdir. Beyrutdan təxminən 140 kilometr şimal-şərqdə və Tərabülüs əş-Şamdan 55 kilometr şimal-şərqdə yerləşir. Suriya sərhədindən təxminən 3 kilometr məsafədədir.[1][2][3][4]

Aydamun
34°35′53″ şm. e. 36°17′13″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 745 m
Xəritəni göstər/gizlə
Aydamun xəritədə
Aydamun
Aydamun

Aydamun Kavaşra ilə birlikdə Akkar vilayətində türk əhalisi olan iki qəsəbədən biridir. Qəsəbənin əhalisi təxminən 3000 nəfərdir ki, bunun da 75%-ni sünni türkmənlər təşkil edir. Qalan 25% yunan pravoslav və maronit xristianlarından ibarətdir. Aydamunda Akkar regionunun əksəriyyəti sünni olduğu üçün Livanın digər regionların ilə müqayisədə heç bir siyasi parçalanma və münaqişə yoxdur. Türklər də xristianlarla problemsiz yaşayırlar.

Amerikalı missioner Eli Smith 1838-ci ildə Aydamunu Şeyx Məhəmməd şəhərinin şərqində yerləşən yunan xristian və türkmən kəndi adlandırmışdır. 1966-cı ildə təxminən 300 əhalisi olan kənd yerli qadınların istehsal etdiyi Akkar xalçaları ilə məşhur idi.[5]

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2010-cu ilin noyabrında qəsəbəyə gələrək TİKA tərəfindən tikilən məktəbin açılışını etmişdir. Aydamun türk etnik bağlarına görə Türkiyədən inkişaf yardımı və maliyyə dəstəyi alır. Lakin qəsəbə əhalisinin Türkiyə ilə əlaqələri qonşu Türk kəndi Kavaşra qədər güclü deyil.[6]

  1. "Aaidamoun – Chikhlar". Localiban. 19 May 2008. 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
  2. "Army Seizes Large Arms Cache at Depot in Akkar, Detains Syrians near Arsal". Naharnet. 28 March 2014. 31 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
  3. "UN: To avoid tensions with refugees, Lebanese hosts need support". IRIN. 28 January 2013. 27 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
  4. Oytun Orhan. "THE FORGOTTEN TURKS: TURKMENS OF LEBANON" (PDF). Center for Middle Eastern Strategic Studies. February 2010. səh. 9. 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  5. Robinson and Smith, 1841, vol 3, 2nd appendix, p. 185
  6. Robert Boulanger. Boulanger, Robert (redaktor). The Middle East: Lebanon, Syria, Jordan, Iraq, Iran. Hachette. 1966. səh. 195.