Aylin Yaman (1967, Ankara) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Aylin Yaman | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Ankara (II) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, həkim |
Aylin Yaman 1967-ci ildə Ankara şəhərində anadan olub. 1991-ci ildə Ankara Universiteti Tibb bölməsindən məzun olub. 1996-cı ildə isə Ankara Universiteti Tibb bölməsində fiziologiya üzrə ixtisaslaşmanı bitirib.[1]
Uzun illər səhiyyə sahəsində çalışıb və vəzifələrdə təmsil olunub. Sağlamlıq Forumunda, Yaşlılar və Əlillər üçün Sosial Siyasət Seminarınıda və Uşaq Siyasətləri Seminarında töhfələri olub.[1]
Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2020-ci ildə CHP Məclisinin üzvü seçilib. COVID-19 Məsləhət Şurasının üzvü, İnsan Hüquqları İşçi Qrupunun üzvü vəzifələrində təmsil olunub. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Sağlıq, Ailə və Çalışma və Sosial işlər Komissiyasının üzvü olub.[1]
İngiliscə və italyanca bilir. Evli və 2 uşaq anasıdır.[1]