Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu.[1] 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub.[2][3]
Aysel Əlizadə | |
---|---|
Aysel Alim qızı Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşları |
|
Fəaliyyəti | Yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1998-indiyədək |
Əsərlərinin dili | Azərbaycanca |
İlk əsəri | Bəyaz kürk |
Vikianbarda əlaqəli mediafayllar |
Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.[4]
Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb.[5] Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.[4]
2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.[6] İki kitabının, "Bəyaz kürk" və "Erkəklər" türk dilinə tərcümə olunaraq Ankara və İstanbulda təqdimatları, imza günləri keçirilib. 2015-ci ilin 01 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Binəqədi rayonundan deputatlığa namizəd olub. 2017-ci ildə şeirlərindən ibarət ingilis dilində "Qadın" adlı kitabı çap olunub. 2017-ci ildən "qadınkimi.com" adlı feminizm saytının təsisçisi və rəhbəridi. 2020-ci ildə Qərbi Kaspi Universitetində "Feminizm: ədəbiyyatda və həyatda" mövzusunda çıxışı olub.[7] Ruscadan çevirdiyi "Yarımçıq qalmış" adlı pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.
Siyasi fəal və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə evlidir. Bir övladları var.[8]