Andrey Platonov

Andrey Platonov(əsl adı rus dilində: Андре́й Плато́нович Климе́нтов; 16 (28) avqust 1899[1], Voronej[2]5 yanvar 1951[2][3][…], Moskva[2]) — rus sovet yazıçısı, dramaturqu.

Andrey Platonov
rus. Андрей Платонович Платонов
Doğum adı Андрей Платонович Климентов
Təxəllüsü Платонов, А. Фирсов, Ф. Человеков, А Вагулов
Doğum tarixi 16 (28) avqust 1899[1]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1951(1951-01-05)[2][3][…] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Moskva erməni qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, dramaturq, fantastika yazıçısı[d], şair, nasir, romançı, tənqidçi
Fəaliyyət illəri 1919–1951
Əsərlərinin dili rus dili
Janrlar nəsr, publisistika
Mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
İmza
platonov-ap.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Platonov 1899-cu ildə Voronejin Yamskaya qəsəbəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin böyük oğlu olduğundan hələ yeniyetməlik çağlarından ən ağır işlərdə çalışıb. Atasına kömək olub. Çox yerlərdə, çox sahibkarlara qulluq edib. Odur ki, yazılarında "intiligent" obrazlarına az təsadüf olunur. Onun qəhrəmanları adətən sadə zəhmət adamları, kəndlilər, fəhlələrdi. Və bu insanlar daha çox torpağa bağlılıqları, həyatın bütün qatlarına dərindən bələd olmalarıyla son dərəcə müdrik, ağıllı, tədbirli, deməli, həm də əsil ziyalıdırlar. Platonov ayrıca filoloji təhsil almayıb. Sadəcə, yazı-pozuya yaşının erkən çağlarından başlayıb. Onun ötən əsrin 30-cu illər yaradıcılığına bələd olan Lev Qumilyov deyibmiş ki, Platonovda mühəndis ağlı, kəşflərə meyl var və əgər o mühəndis olmasaydı, onda yazıçı Platonov da olmazdı. Qumilyov bununla Platonov nəsrində boy göstərən xarakter bitkinliyinə, hadisələrin, vəziyyətlərin, insan münasibətlərinin sözlə, dialoqlarla ifadəsindəki heyrətamiz riyazi dəqqiliyə işarə vurudu.

A. Platonov Voronejdəki dəmiryol texnikumunu bitirir, atası ilə bərabər qatar sürücüsü işləyir, sonra elektrik stansiyası tikintişinə rəhbərlik edir. Bax, elə o illərdə də (1917–1918) müntəzəm yazılar yazır, oçerkləri, məqalələri qəzetlərdə çıxır.

Böyük Vətən Müharibəsi başlayanda onu əsgər aparırlar. 1942-ci ildən davanın sonuna kimi "Krasnaya zvezda" qəzetinin cəbhə müxbiri işləyir. Qəzetin redaktoru Ortenberq xatırlayırdı: "Platonovun cılız fiquru onu görənlərin təsəvvüründə heç də yazıçı obrazı canlandırmırdı. Əsgərlər onunla özlərini çox sərbəst aparır, ürəyindəkiləri ən xırda incəliklərinə qədər açıb tökürdülər ki, bu da Platonova misilsiz material verirdi". A. Platonov rus yazıçıları arasında nəsr dili, üslubiyyət, ricət baxımından ən maraqlı, təkraredilməz sənətkarlardan sayılır. Onun bənzərsiz nəsri uzun illər geniş oxucu dairələrindən gizli saxlanılıb, az təbliğ olunub. Repressiya illərindən güclə yaxasını qurtarsa da, hələ 41–45-ci illər müharibəsində ağır xəstəliyə düçar olmuş, 1951-ci ildə, 52 yaşında dünyasını dəyişmişdir.

  1. 1 2 Rusca Vikipediya (rus.). 2001.
  2. 1 2 3 4 5 6 Платонов Андрей Платонович (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]