Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi.[1] Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim.
Aysel Qəribli | |
---|---|
Aysel Nizami qızı Qəribli | |
Doğum tarixi | |
Doğum yeri | Qazax |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Türkologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | Dosent |
İş yerləri | AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Nitq mədəniyyəti və monitorinq” şöbəsinin müdiri |
Alma-mater | Azərbaycan Dillər Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi rəhbərləri |
Tofiq Hacıyev (elmlər doktoru, professor) Möhsün Nağısoylu (akademik) |
Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb.
2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib.
2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.[2] 2017-ci ildə "Azərbaycan dili anlayışının tarixi" adlı kitabı işıq üzü görüb.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elm sahəsi üzrə "Gənclər üçün Prezident mükafatına" namizəd kimi təqdim edilib. Nəsimi adına Dilçilik İnstitutunun seçilən gənc alimi olaraq 2017-ci ildə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçısı olub.[3] Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. Bundan əlavə bir neçə dəfə elmi fəaliyyətindəki nailiyyətlərinə görə Fəxri Fərmanlarla təltif olunub.[4]
2018-ci ildə "Azərbaycan nitq mədəniyyəti" (həmmüəlliflərlə), "Türkologiya" (həmmüəlliflərlə), "Türk dili, türk ləhcələri və türk dilləri anlayışlarının genotipologiyası" adlı kitabları dərc edilib. Aysel Qəribli nəşr edilmiş bir sıra kitabların rəyçisidir. Respublikada və xaricdə nüfuzlu elmi jurnallarda 44 elmi məqaləsi nəşr olunub.[5][6][7][8]
2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışır.[9]
2022-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu "Nitq mədəniyyəti və monitorinq" şöbəsinin müdiri vəzifəsində çalışır.
2022-ci ildə "Türk dili və türk dilləri anlayışlarının formalaşması tarixinin elmi-metodoloji problemləri" mövzusunda elmlər doktorluğu elmi dərəcəsini müdafiə edib. 2023-cü il may ayının 3-də filologiya elmləri doktoru dərəcəsini alıb.