Ayuka və ya Ayuki xan (1642[1][2], Cunqariya, Sincan-Uyğur Muxtar Rayonu – 1 (12) mart 1724[1]) — Kalmık xanı. Onun hakimiyyəti illərində Kalmık xanlığı özünün çiçəklənmə dövrünü keçirmiş və iqtisadi, hərbi, siyasi baxımdan özünün ən güclü dövrünü yaşamışdır. Rusiya adına Ayuka xan imperiyanın cənub sərhədlərini qoruyurdu. O, həmçinin rus qoşunları ilə birlikdə müsəlman tayfalarına qarşı olan bir çox hərbi ekspedisiyalarda iştirak etmişdir. Bu ekspedisiyalar Mərkəzi Asiyaya, Şimali Qafqaza və Krıma qarşı olmuşdur.[3]
Ayuka xan | |
---|---|
kalm. Аюши | |
Doğum tarixi | 1642[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 (12) mart 1724[1] |
Fəaliyyəti | Xan |
O, özünün kalmıklardan ibarət ordusundan Kazanda və Orenburqdakı başqırd üsyanlarının yatırılmasında istifadə etmişdir. Rusiya imperiyası hökuməti danışıqlar üçün Knyaz Qolitsin Aleksey İvanoviçi göndərmişsə də, kalmıklara olan rus hücumları sonlandırılmamışdı.
Rusiya imperiyası hakim dairələri Volqanın aşağı axarı boyunca öz mövqelərini daha da möhkəmləndirmək istəyirdilər. Buna görə də, onlar əllərindəki bütün imkanlarla Ayuka xanı dəstəkləyirdilər. Bunun qarşılığında Ayuke xan öz ordusu ilə daim rusların xidmətində olmuşdur. Rusiya hakim dairələri o və onun ordusundan Astraxan (1705-1706) və Bulavin (1707-1709) üsyanlarının yatırılmasında istifadə etmişdirlər. Habelə, rus hakim dairələri Kalmık ordusundan Şimal müharibəsi (1700-1721) və Rusiya-Səfəvi müharibəsi (1722-1723) zamanı istifadə etmişdir.[4] Rusiya-Səfəvi müharibəsi (1722-1723) zamanı göstərdiyi xidmətə görə, ona I Pyotr tərəfindən qiymətli daş-qaşlarla bəzədilən qılıncla mükafatlandırılmışdır.[4]
Ayuka xan hakimiyyətə gəldikdən sonra Rusiya ilə sülhpərvər münasibətləri bərpa etmiş və bütün diqqətini şərqə yönəltmişdi. Ayuka xan hakimiyyəti dövründə qazaxlar, türkmənlər üzərinə yürüşlər etmiş və onları özünə vergi verməyə məcbur etmişdir. O, Manqışlaq türkmənlərini Volqa boyuna köçürmüşdür. Eyni dövrdə, dağıstanlılarla, qumuqlarla, kabardalılar və kubanlılarla uğurlu nəticələnən müharibələr aparmışdır.
Ayuka xan və ümumiyyətlə, kalmıklar əsasən buddist idilər. Buna görə də, Dalay Lamanın onlar üçün xüsusi əhəmiyyəti var idi. Belə ki, 1690-cı ildə Dalay Lama onu Kalmık xanı Ayuka xanı xüsusi möhürlü titulla mükafatlandırmışdır.