Ayxan Dəmirçi — 1960-cı il, 2 dekabrda, Türkiyə Respublikasının İğdır bölgəsində anadan olmuşdur.
Ayxan Dəmirçi | |
---|---|
Ayxan Dəmirçi Yunus oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İğdır, Türkiyə |
Vətəndaşlığı | Belçika |
Uşağı | Erhan Demirçi |
Atası | Yunus Dəmirçi |
Milliyyəti | azərbaycanlı |
İxtisası | diaspora |
Fəaliyyəti | diaspora ilə iş, diplomatiya |
Fəaliyyət illəri | 1982-ci ildən |
Tanınır |
diaspora diplomatiya |
Mükafatları |
İğdırda anadan olan Ayxan Dəmirçi, 1977-ci ildə orta təhsilini başa vurmuşdur. 2,5 il Afyon şəkər zavodunda mühasibətçı məmur kimi işləmişdir. 1980-ci illərdə Belçikaya getmiş və orada evlənmişdir. Uzun müddət Belçikada fəaliyyət göstərən Ayxan Dəmirçi hal-hazırda təqaüddədir.
1982–1983-cü illərdən Belçikada olan Azərbaycan və Türkiyə təşkilatlarının fəal üzvü olmuşdur. Özü isə 1983-cü ildə ilk təşkilatını- Azərbaycan Kültür və Mədəniyyətini Tanıtma və Yaşatma Dərnəyini qurmuşdur. 2000-ci ildən bəri isə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədridir.
Ayxan Dəmirçinin rəhbərliyi ilə 2017-ci il, 25 martda Belçikanın Ham şəhərində Qarabağ atı abidəsinin açılışı olmuşdur.[1] Açılışda Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ilə yanaşı, Ham şəhərinin meri Dirk De Vis də iştirak etmişdir. Dirk De Vis çıxışında demişdir:[1]
Müsəlman Şərqində ilk demokratik respublika quran millət ilə əlaqələrimiz bu gün pik nöqtədədir. Bu abidə də bunun göstəricisidir |
Parisdə, 26 may, 2011-ci ildə Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə və Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Böyük Britaniyalı Qraham Vatsonun himayəsi ilə mayın 25-də Avropa Parlamentində "Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin bir sıra üzvləri və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Bu tədbirin təşkil olunmasında Ayxan Dəmirçi fəal şəkildə iştirak etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Ayxan Dəmirçi "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]
1980-ci illərdə Belçikaya getmiş və orada evlənmişdir. Bu evlilikdən Ərxan Dəmirçi, Azər Dəmirçi və Tuqay Dəmirçi adında övladları dünyaya gəlmişdir. Oğlu Ərxan Dəmirçi tanınmış aktyordur.
Atası Yunus Dəmirçi və anası Kübra Dəmirçi əslən İrəvan şəhərinin Dəmirçi şəhərindəndirlər. Cənubi Qafqazın bolşeviklər tərəfindən işğalından sonra Türkiyəyə köçmüşlər. Bu kəndin adını da soyad kimi qəbul etmişlər.
Belçikaya getdikdən sonra Azərbaycanın tanıdılması ilə fəal məşğul olmuşdur. Buna görə də 2017-ci ildə, Azərbaycan prezidenti tərəfindən Tərəqqi medalı ilə mükafatlandırılmışdır.[2]