Ayxan Mamayev

Ayxan Mamayev[1] (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı.

Ayxan Mamayev
Ayxan Mamayev
Şəxsi məlumatlar
Tam adı Ayxan Paşalı oğlu Mamayev
Doğum adı Ayxan Paşalı oğlu Mamayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi (31 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti
İxtisası Tətbiqi riyaziyyat və kibernetika (kompüter elmləri)
İdman növü Karate (Kumite)
Boyu 180 sm.
Çəkisi 84 kq.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb.

Karyerası[redaktə | mənbəni redaktə et]

İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq. gənclər arasında Avropa çempionu olmuş və böyüklərə keçmişdir. 2012-ci ildə İspaniyada (Tenerife) −84 kiloda ilk böyüklər yarışında Avropanın gümüş medalçısı olmuşdur. 2012-ci ildə Fransada (Paris) Dünya Çempionatının bürünc mükafatçısı olmuşdur. Həmin ildə ilin 10 idmançısı sırasına girmişdir. 2013-cü ildə İndoneziyada (Palembang) 3. İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdır. 2014-cü ildə sol dizindən əməliyyat olmuşdur. Ayxan Mamayev, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. −84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev, final görüşündə, Yunanıstan nümayəndəsi Geoegios Tzanosu 1:1 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının qızıl medalına sahib oldu.

Bu uğuruna görə Ayxan Mamayev, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edildi.

Ayxan Mamayev, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. −84 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Mamayev, finalda görüşündə, Türkiyə nümayəndəsi Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "IV İslam Həmrəyliyi Oyunları - Karate yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.