Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan 2013-cü ildə Palembanqda baş tutan III İslam Həmrəyliyi Oyunlarında. 22 sentyabr-1 oktyabr tarixləri arasında Palembanqda baş tutan III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 53 idmançı ilə 8 idman növündü təmsil olundu. Azərbaycan Palembanqdan vətənə 24 medalla (6 qızıl, 9 gümüş və 9 bürünc) qayıtdı. Qızıl medalları Azərbaycana karateçilər Rəfael Ağayev, Ayxan Mamayev, yüngül atletlər Hayle İbrahimov, Yekaterina Sarıyeva, üzgüçü Boris Kirilov, həmçinin Rəfael Ağayev, Ayxan Mamayev, Niyazi Əliyev və Şahin Atamovdan ibarət Azərbaycan karate yığması qazandırdı. Azərbaycan medal sıralanmasında 41 ölkə arasında 8-ci yeri tutdu.

Azərbaycan
2013 İslam Həmrəyliyi Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
Palembanq— İndoneziya
22 sentyabr 2013 – 1 oktyabr 2013
İdmançı sayı53 idmançı (8 idman növündə)
Bayraqdarİntiqam Zairov
Medallar
Yer: 8




6 9 9 24
İslam Həmrəyliyi Oyunları
2005, 2009, 2013, 2017

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]
Qızıl
Gümüş
Bürünc
Cəmi
Azərbaycan
6
9
9
24
Medal Medalçı İdman növü Yarış növü Tarix
Rəfael Ağayev Karate Kişilər, Kumite, -75 kq.
Ayxan Mamayev Karate Kişilər, Kumite, -84 kq.
Karate Kişilər, Kumite, Komanda
Hayle İbrahimov Yüngül atletika Kişilər, 5000 m.
Yekaterina Sarıyeva Yüngül atletika Qadınlar, Üçtəkanla tullanma
Boris Kirilov Üzgüçülük Kişilər, 200 m., Arxası üstə
Silviya Anqelova Ağır atletika Qadınlar, 48 kq. 24 sentyabr
Əfqan Bayramov Ağır atletika Kişilər, 77 kq. 26 sentyabr
İntiqam Zairov Ağır atletika Kişilər, 94 kq.
Niyazi Əliyev Karate Kişilər, Kumite, -67 kq.
Şahin Atamov Karate Kişilər, Kumite, +84 kq.
Günay Ağakişiyeva Taekvondo Qadınlar, -57 kq.
Roman Vengerov
Aleksey Kopnin
Zaur Qəhrəmanov
Kamandan oxatma Kişilər, Komanda
Yevgeni Lazuka Üzgüçülük Kişilər, 50 m., Batterflay
Ruslan Pirəliyev Uşu Kişilər, Sanda, 65 kq.
Zülfüqar Süleymanov Ağır atletika Kişilər, 62 kq. 25 sentyabr
Namiq Cəmilov Ağır atletika Kişilər, 85 kq. 26 sentyabr
Dimitri Marşin Yüngül atletika Kişilər, Çəkic atma
Layes Abdullayeva Yüngül atletika Qadınlar, 5000 m.
Mikayıl Əliyev Taekvondo Kişilər, -54 kq.
Türkanə Tahirli Taekvondo Qadınlar, -46 kq.
Patimat Abakarova Taekvondo Qadınlar, -49 kq.
Yevgeni Lazuka Üzgüçülük Kişilər, 100 m., Batterflay
Elçin Eminov Uşu Kişilər, Sanda, 56 kq.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İdmançıların sayı

[redaktə | mənbəni redaktə et]
Sıra İdman Kişi Qadın Cəmi
1 Ağır atletika 6 3 9
2 Badminton 4 0 4
3 Karate 8 2 10
4 Kamandan oxatma 3 1 4
5 Taekvondo 5 3 8
7 Tennis 2 1 3
8 Uşu 3 0 3
9 Üzgüçülük 1 1 2
10 Yüngül atletika 6 4 10
Ümumi 38 15 53

Ağır atletika

[redaktə | mənbəni redaktə et]

Azərbaycanı İndoneziyanın Cənubi Sumatra adasının Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarının ağır atletika idman növündə 9 idmançı təmsil etdi (6 kişi və 3 qadın). Ağır atletika yarışları 24-27 sentyabr tarixləri arasında "Graha Serbaguna Jaka Baring" İdman Zalında keçirildi.

Kişilər

III İslam Həmrəyliyi Oyunlarında 25 sentyabr tarixində mübarizəyə birinci olaraq 62 kq. çəki dərəcəsində mübarizə aparan Zülfüqar Süleymanov qoşuldu. Zülfüqar Süleymanov birdən qaldırma yarışlarında 120 və 123 kq. ştanqı ram etsə də, sonuncu üçüncü cəhddə 126 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 123 kq. nəticə ilə 4-cü yerdə başa vurdu. Zülfüqar Süleymanov təkanla qaldırma yarışlarında birinci cəhdə 155 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti 2 cəhdində isə o 160 kq. sifariş versə də ştanqı qaldıra bilmədi və 155 kq. nəticə ilə 3-cü yeri tutdu. Ümumi yekunda isə Zülfüqar Süleymanov 278 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.

Elə həmin gün Palembanq şəhərində mübarizəyə 69 kq. çəki dərəcəsində mübarizə aparan Sərdar Həsənov qoşuldu. Sərdar Həsənov birdən qaldırma yarışlarında birinci cəhddə 130 kq. sifariş versədə ştanqı ram edə bilmədi. Növbəti cəhdində Sərdar Həsənov 131 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Sərdar Həsənov 140 kq. sifariş verdi, amma ştanqı bu səfər də ram edə bilmədi və birdən qaldırma yarışlarını 6-cı yerdə başa vurdu. Daha sonra Sərdar Həsənov təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 150 kq. ram edən Sərdar Həsənov, daha sonra 158 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 163 kq. sifariş verən Sərdar Həsənov bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 7-ci yerdə başa vurdu. Ümumi yekunda Sərdar Həsənov 289 kq. nəticə ilə 7-ci yeri tutdu.

III İslam Həmrəyliyi Oyunlarının növbəti günü, 26 sentyabr tarixində mübarizəyə daha üç Azərbaycan idmançısı qoşuldu. 77 kq. çəki dərəcəsində mübarizə aparan Əfqan Bayramov birinci cəhddə 136 kq., növbəti cəhddə isə 138 kq. sifariş versədə heç birinin öhdəsindən gələ bilmədi. Sonuncu həlledici üçüncü cəhddə yenə 138 kq. sifariş verən Əfqan Bayramov ştanqı məharətlə qaldırdı və birdən qaldırma yarışlarında 5-ci yeri tutdu. Təkanla qaldırma yarışlarında isə Əfqan Bayramov inamla mübarizə apardı. Əfqan Bayramov ardıcıl olaraq 175 və 182 kq. ştanqı ram etdi və medal qazanmağ şanslarını saxladı. Sonuncu üçüncü cəhdə 183 kq. ştanqı qaldıra bilməsədə, Əfqan Bayramov ümumi yekunda 320 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı. Bu medal Azərbaycanın ağır atletika idman növündə Palembanqda 2-ci medalı idi.

Həmin gün həmçinin mübarizəyə 85 kq. çəki dərəcəsində mübarizə aparan Namiq Cəmilov qoşuldu. Namiq Cəmilov birdən qaldırma yarışlarında 146 və 151 kq. ştanqı ram etsə də, sonuncu üçüncü cəhddə 154 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 154 kq. nəticə ilə 2-ci yerdə başa vurdu. Namiq Cəmilov təkanla qaldırma yarışlarında birinci cəhdə 177 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti 2 cəhdində isə o 181 kq. sifariş versədə ştanqı qaldıra bilmədi və 177 kq. nəticə ilə 3-cü yeri tutdu. Ümumi yekunda isə Namiq Cəmilov 328 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.

Daha sonra həmin gün mübarizəyə 94 kq. çəki dərəcəsində mübarizə aparan İntiqam Zairov qoşuldu. İntiqam Zairov birdən qaldırma yarışlarında 157 və 165 kq. ştanqı ram etsədə, sonuncu üçüncü cəhddə 168 kq. ştanqı ram edə bilmədi və birdən qaldırma yarışlarını 165 kq. nəticə ilə 2-ci yerdə başa vurdu. İntiqam Zairov təkanla qaldırma yarışlarında birinci cəhdə 192 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdində o 200 kq. sifariş verdi və ştanqı məharətlə qaldırdı. Sonuncu üçüncü cəhdində İntiqam Zairov 205 kq. sifariş versədə onun öhdəsindən gələ bilmədi və 200 kq. nəticə ilə 2-ci yeri tutdu. Ümumi yekunda isə İntiqam Zairov 365 kq. nəticə ilə III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.

İdmançı Yarış Birdən qaldırma Təkanla qaldırma Ümumi Yer Medal
Nəticə Yer Nəticə Yer
Zülfüqar Süleymanov -62 kq. 120 123 126 4 155 160 160 3 278 3
Sərdar Həsənov -69 kq. 130 131 140 6 150 158 163 7 289 7
Əfqan Bayramov -77 kq. 136 138 138 5 175 182 183 2 320 2
Namiq Cəmilov -85 kq. 146 151 154 2 177 181 181 3 328 3
İntiqam Zairov -94 kq. 157 165 168 2 192 200 205 2 365 2
Rövşən Fətullayev -105 kq. 358 4

Qadınlar

24 sentyabr tarixində III İslam Həmrəyliyi Oyunlarında mübarizəyə 2 Azərbaycan idmançısı qoşuldu. 48 kq. çəki dərəcəsində mübarizə aparan Silviya Anqelova birdən qaldırma yarışlarında birinci cəhddə 70 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdində Silviya Anqelova 73 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Silviya Anqelova 75 kq. sifariş verdi, amma ştanqı bu səfər ram edə bilmədi və birdən qaldırma yarışlarını 2-ci yerdə başa vurdu. Daha sonra Silviya Anqelova təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 85 kq. ram edən Silviya Anqelova, daha sonra 90 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 93 kq. sifariş verən Silviya Anqelova bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 2-ci yerdə başa vurdu. Ümumi yekunda Silviya Anqelova 163 kq. nəticə ilə 2-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.

Elə həmin gün mübarizəyə 53 kq. çəki dərəcəsində mübarizə aparan Gülçin Əlizadə qoşuldu. Gülçin Əlizadə birdən qaldırma yarışlarında birinci cəhddə 63 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Növbəti cəhdlərində 66 kq. sifariş verən Gülçin Əlizadə ştanqların öhdəsindən gələ bilmədi və birdən qaldırma yarışlarını 4-cü yerdə başa vurdu. Təkanla qaldırma yarışlarında isə Gülçin Əlizadə birinci cəhddə 75 kq. sifariş verdi və ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 80 kq. sifariş verən Gülçin Əlizadə bu səfər ştanqı qaldıra bilmədi. Sonuncu üçüncü cəhdində 83 kq. sifariş verən Gülçin Əlizadə ştanqı məharətlə ram etsədə ümumi yekunda 146 kq. nəticə ilə 4-cü yeri tutdu və medal qazana bilmədi.

25 sentyabr tarixində Palembanq şəhərində mübarizəyə 58 kq. çəki dərəcəsində mübarizə aparan Ləman Əhmədova qoşuldu. Ləman Əhmədova birdən qaldırma yarışlarında birinci cəhddə 65 kq. sifariş versədə ştanqı ram edə bilmədi. Növbəti cəhdində Ləman Əhmədova 65 kq. sifariş verdi və ştanqı məharətlə ram etdi. Sonuncu üçüncü cəhdində Ləman Əhmədova 70 kq. sifariş verdi, amma ştanqı bu səfər də ram edə bilmədi və birdən qaldırma yarışlarını 5-ci yerdə başa vurdu. Daha sonra Ləman Əhmədova təkanla qaldırma yarışlarında mübarizə apardı. Birinci cəhdində 75 kq. ram edən Ləman Əhmədova, daha sonra 80 kq. ştanqı qaldırdı. Sonuncu üçüncü cəhdində 85 kq. sifariş verən Ləman Əhmədova bu çəkini qaldıra bilmədi və təkanla qaldırma yarışlarını 5-ci yerdə başa vurdu. Ümumi yekunda Ləman Əhmədova 145 kq. nəticə ilə 5-ci yeri tutdu.

İdmançı Yarış Birdən qaldırma Təkanla qaldırma Ümumi Yer Medal
Nəticə Yer Nəticə Yer
Silviya Anqelova -48 kq. 70 73 75 2 85 90 93 2 163 2
Gülçin Əlizadə -53 kq. 63 66 66 4 75 80 83 4 146 4
Ləman Əhmədova -58 kq. 65 65 70 5 75 80 85 5 145 5

Azərbaycanı İndoneziyanın Cənubi Sumatra adasının Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarının badminton idman növündə 4 idmançı təmsil etdi (4 kişi). Badminton yarışları 18-25 sentyabr tarixləri arasında "GOR Dempo Jaka Baring" İdman Zalında keçirildi

Kişilər

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Kənan Rzayev
Kərim Musayev
Teymur Abbasov
Tural Rəsulov

Kişilər

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Tural Ələkbərli -60 kq.
Niyazi Əliyev -67 kq. 2
Rafiz Həsənov -67 kq.
Rəfael Ağayev -75 kq. 1
Ayxan Mamayev -84 kq. 1
Asiman Qurbanlı +84 kq.
Şahin Atamov +84 kq. 2
Tural Balcanlı Kata
Asiman Qurbanlı
Ayxan Mamayev
Niyazi Əliyev
Rafiz Həsənov
Rəfael Ağayev
Şahin Atamov
Komanda 1

Qadınlar

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Nuranə Əliyeva 50 kq.
İlahə Qasımova 55 kq.

Kamandan oxatma

[redaktə | mənbəni redaktə et]

Kişilər

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Roman Vengerov
Aleksey Kopnin
Zaur Qəhrəmanov
Komanda 2

Qadınlar

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Svetlana Simonova Fərdi

Kişilər

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Mikayıl Əliyev -54 kq. 3
Elvin Məmmədov
Fariz Əliyev
Məhəmmədyasin İbrahimov
Radik İsayev

Qadınlar

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Türkanə Tahirli -46 kq. 3
Patimat Abakarova -49 kq. 3
Günay Ağakişiyeva -57 kq. 2

Kişilər

İdmançı Yarış 1/8 final 1/4 final 1/2 final Final Yer Medal
Elçin Eminov Sanda, 56 kq.
Malayziya Ooi Lih Yang
Q 2:0
Yəmən Yusif İsgəndər
Q 2:0
İran Əli Bəxtiyarikaboutaraki
M 0:2
mübarizəni dayandırdı 3
Rafael Tarverdiyev Sanda, 60 kq.
Liviya Məhəmməd Elhemmali
Q 2:0
Tunis Xəlil Maçraoui
M 0:2
mübarizəni dayandırdı 5
Ruslan Pirəliyev Sanda, 65 kq.
Pakistan Obaidullah
Q 2:0
Liviya Hajj Çistian
Q 2:0
Türkmənistan Jumaniyazov Qoçmirat
Q 2:1
İran Mohsen Məhəmmədsəifi
M 0:2
2

Üzgüçülük

[redaktə | mənbəni redaktə et]

Azərbaycan

Kişilər

İdmançı Yarış Təsnifat mərhələsi Final Medal
Nəticə Yer Nəticə Yer
Boris Kirilov 50 m., Arxası üstə 26.80 4 Q 27.41 6
100 m., Arxası üstə 58.20 4 Q 59.09 5
200 m., Arxası üstə 2.08.00 5 Q 2.04.98 1
Yevgeni Lazuka 50 m., Sərbəst 23.94 6 Q 24.11 7
50 m., Batterflay 24.78 2 Q 24.61 2
100 m., Batterflay 55.50 2 Q 55.59 3

Yüngül atletika

[redaktə | mənbəni redaktə et]

A

Kişilər

İdmançı Yarış Təsnifat mərhələsi Final Medal
Nəticə Yer Nəticə Yer
Vadim Ryabixin 100 m. 21.18 3 mübarizəni dayandırdı
Hayle İbrahimov 5000 m. yoxdur 14.03.12 1
Tilahun Əliyev 10 000 m. yoxdur 31.02.90 5
Murad İbadullayev Üçtəkanla tullanma yoxdur 15.69 5
Dimitri Marşin Çəkic atma yoxdur 70.52 3
Elçin Qasımov Nizə atma yoxdur 47.94 8

Qadınlar

İdmançı Yarış Final Final
Nəticə Yer
Valeriya Balyanina 100 m. 12.34 5
Şəfa Məmmədova 400 m. 58.82 6
Layes Abdullayeva 5000 m. 16.49.08 3
Yekaterina Sarıyeva Üçtəkanla tullanma 13.28 1

Yarışlardan sonra

[redaktə | mənbəni redaktə et]