Azər Hacıəsgərli

Azər Əhməd oğlu Əsgərov (29 fevral 1984, Bakı) — Azərbaycanlı bəstəkar və səs rejissoru

Azər Hacıəsgərli
Ümumi məlumatlar
Doğum adı Azər Əhməd oğlu Əsgərov
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Səs rejissoru
Fəaliyyət illəri 2011-indiyədək
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 1990–2000-ci illər orta məktəbdə oxuyub. 1996–2005-ci illərdə 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2000–2004-cü illərdə Bakı Mühəndislik Universitetinin "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirib. 2005-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-cu ildə təhsilini Ceyhun Allahverdiyevin sinfində bitirib. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb (2009–2012). 2010–2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ.С.П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb.

Şair, nasir, mərhum Tofiq Mahmudun nəvəsi, şair İbrahim Göyçaylının qardaşı oğludur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə musiqi yazmışdır. 50-dən çox filmin səs və musiqi tərtibatını qurmuşdur. 2016–2019-cu illərdə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma studiyasında səs rejissoru kimi çalışıb. "Audiokitab" layihəsinin səs mütəxəssisi olmuşdur.

Eduard Artemyevin (Stalker, Güzgü, Sibiriada), Michael Price (Şerlok, Xobbit "mus.red.", Drakula), Alla Zaqaykeviç(Mamay, İkinci əl, Bələdçi) kurslarında iştirak edib.

2017-ci ildə Kiyev Dovjenko mərkəzinin və British Council şurasının təşkil etdiyi "Envision Sounds" proqramının iştirakçısı olmuşdur.

2018-ci ildə həmin proqramın finalçısı olaraq "Mute Nights" bəstəkar və musiqiçilər üçün nəzərdə tutulmuş beynəlxalq kinofestivala dəvət almışdır. Finalda Britaniya rejissoru Antony Asquithin 1928-ci ildə çəkilən "Underground" filminə musiqi yazmışdır. Film canlı alətlərlə festivalda Dovjenko mərkəzinin kinozalında nümayiş olunub. Həmçinin "British Council Azerbaycan" şurasının təşkilatçılığı ilə Bakıda "Flame towers" kinoteatrında canlı alətlərlə təkrar nümayişi baş tutmuşdur.

2018–2019-cu illərdə LOLA texnologiyaları üzrə Tallin Teatr və Musiqi Akademiyasında və Praqa Musiqi Akademiyasında master-klasslarda iştirak etmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və səs mütəxəssisi olaraq işləyir. Əsasən kino musiqisi çalışır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Fortepiano üçün pyeslər
  2. Violin və fortepiano üçün sonata
  3. Kvartet
  4. "Dua" Soprano və arfa
  5. Nəfəsli kvintet və vibrofone üçün sonata
  6. Trio(violin, clarinet, tamburino) üçün sonata
  7. Simfonik poema
  8. Skripka və orkestr üçün konsert
  9. "Qara Violonçel" (solo cello) Black cello
  10. "Şərəfli ömür" söz. Nicat Əjdər ifa. Azad Şükürov
  11. "Untitled". Solo cello
  12. Fortepiano üçün 2 pyes("Qaraçı" və "İncə gülüm" aşıq havası üzərində)
  13. Violin və elektron səs üçün "Elektromani-Süleymani"

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Bəstəkar

  1. 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film)
  2. Sərçələrin payı (film, 2012) (qısametrajlı bədii film)
  3. Unudulmuş partizan (film, 2012) (qısametrajlı sənədli film)
  4. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  5. İnam (film, 2013) (tammetrajlı bədii film)
  6. Əmi. Yelmar Edilov (film, 2014) (qısametrajlı sənədli film)
  7. Hədiyyə (film, 2016) (qısametrajlı bədii film)
  8. Qafqazdan Appeninə (film, 2014) (qısametrajlı sənədli film)
  9. Tbiliso (film, 2014) (qısametrajlı bədii film)
  10. Polkovnik (film, 2015) (qısametrajlı sənədli film)
  11. Kitabsız yazıçı(kiçikmetrajlı film 2017)
  12. İtirilmiş həyat (teleserial, 2017) (bədii serial)
  13. Не стреляйте в наше наследие. İrəvanda məscidlər, 2017(sənədli film)
  14. Səsdən usanmışlar (film)
  15. Underground1928 Anthony Asquith (Tammetrajlı. Kiyev VIII Səssiz filmlər festivalı)
  16. Mənim balaca şahzadəm 2019 (Cizgi filmi)
  17. Dalan 2019 (tammetrajlı film)
  18. Dan yeli (kiçikmetrajlı film) 2019
  19. Müəllim (sənədli film) 2019
  20. Şou biznesin sonu (tammetrajlı film) 2019
  21. Atılmışlar (bədii serial)2019
  22. Oxşarabad 2 (tammetrajlı film 2019)
  23. Mirzə Cəlilin Azərbaycanı (sənədli film 2020)
  24. Yaradanlar (sənədli film 2020)
  25. Kəndinə gəl (tammetrajlı telekomediya 2020)
  26. II cahan savaşı(sənədli film 2020)
  27. Titrəmə(kiçikmetrajlı film 2020)
  28. Tıq-tıq və dostları(animasiya filmi 2020)
  29. Otel Karantin(komediya serial 2020–2021)
  30. ANYA(kiçikmetrajlı sənədli film2021)
  31. Tıq-tıq və dostları Qobustanda (animasiya filmi 2021)
  32. Yurd (bədii serial 2021)
  33. Zəfərin sıra nəfərləri (sənədli film 2021)
  34. Ardımca. Polad Həşimov (kiçikmetrajlı film 2021)
  35. Simurq (bədii serial 2021)
  36. Qarabasma (kiçikmetrajlı film 2021)
  37. Prezident. Təkrarsız diplomatiya (sənədli film2021)
  38. İfşa. Çətin hədəf (teleserial2022)
  39. Palçıq vulkanları(sənədli film 2022)
  40. Haqq aşığı (film, 2021)
  41. Simurq 2(bədii serial 2022)
  42. Məryəm(tammetrajlı film 2022)
  43. Millət naminə. Əbdül Kərim bəy Mehmandarov(sənədli film 2023)
  44. Baharın Oğurlanması(animasiya filmi 2023)

Musiqi tərtibatçısı kimi

  1. IX korpus (film, 2012) (qısametrajlı sənədli film)
  2. 21 sual (komediya 2017)
  3. Cumhuriyyət tələbələri (sənədli film 2018)
  4. Memar, Elbəy Qasımzadə (sənədli film 2018)

Səs rejissoru kimi

  1. Sərçələrin payı (film, 2012) (qısametrajlı bədii film)
  2. Unudulmuş partizan (film, 2012) (qısametrajlı sənədli film)
  3. Əmi. Yelmar Edilov (film, 2014) (qısametrajlı sənədli film)
  4. Qafqazdan Appeninə (film, 2014) (qısametrajlı sənədli film)
  5. Tbiliso (film, 2014) (qısametrajlı bədii film)

Teatr[redaktə | mənbəni redaktə et]

  1. "Maraqlı fiqur vəya siçan qadin" (2016) rej. Vidadi Həsənov
  2. "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur"(M. F. Axundov) musiqili komediya (2021) rej. Elvin Mirzəyev
  3. "Casus"(Kamal Abdulla) 2022 rej. Anar Babalı
  4. "kod adı VXA" (Mehriban Ələkbərzadə) 2023
  5. "Vaqif dünyası"(Bəhruz Vaqifoğlu) 2023
  6. "The Müqəssir"(Abdulla Elşadlı) 2023
  7. "Əlvida Cəmilə"(İmran Əli) 2023

Tanıtım musiqisi[redaktə | mənbəni redaktə et]

  1. İçəri şəhər Əks-Səda(2014)
  2. Xoşbəxtliyin açarı(2016)
  3. Ailə bir ağacdır(2016)
  4. Qəribə insan(2019)
  5. Xocalı Nişanəsi(2021)

Məqalələr[redaktə | mənbəni redaktə et]

  1. Biz hansı musiqini dinləməliyik Arxivləşdirilib 2016-04-20 at the Wayback Machine
  2. Azərbaycan himni "qəmlidirmi"?
  3. Azərbaycanlılar niyə operaya baxmır? Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine
  4. Bəstəkarı texnik kimi görmək doğru deyil [ölü keçid]